Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2820/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı Abbas oğlunun və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Abbas oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı əmək haqqı və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abbas oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı əmək haqqı və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək qabiliyyətimin müvəqqəti itirildiyi dövrlərə görə iddiaçıya ödənilməmiş 1700 manat məbləğində müavinətin, hazırki tarixədək ona ödənilməli olan 1500 manat məbləğində əmək haqqının və ona vurulmuş mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin X5 Trestindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, X5 Trestində elektrik avadanlıqlarına xidmət sahəsinin böyük mexaniki vəzifəsində çalışır. 17.01.2021-ci il tarixində Bakı şəhər 3 saylı poliklinikasına müraciət etmiş və 17.02.2021-ci il tarixinədək gözü ilə əlaqədar ambulator qaydada müalicə almışdır. Bununla bağlı olaraq müvafiq xəstəlik vərəqəsini Trestə təqdim etmişdir. Buna baxmayaraq, Trestin rəhbərliyi iddiaçıya həmin dövrə görə ödənişin həyata keçirilməsini təmin etməmişdir. Bundan əlavə, 18.02.2021-ci il tarixindən 19.03.2021-ci il tarixinədək müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə bağlı xəstəlik vərəqəsini Trestə təqdim etmişdir. Buna baxmayaraq, hazırki tarixədək həmin dövrə görə iddiaçıya heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında İddiaçı Abbasoğlu iddianı müdafiə edib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5 Trestinin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbinin əsası kimi ona istinad edilir ki, 17.01.2021-ci il tarixdən 17.02.2021-ci il tarixə kimi gözü ilə əlaqədar, 18.02.2021-ci il tarixdən 19.03.2021-ci il tarixə kimi isə müvəqqəti əmək qabiliyyətini itirməsi ilə bağlı ambulator müalicə almış və bununla bağlı xəstəlik vərəqəsini işlədiyi cavabdehə təqdim etmişdir. Cavabdeh işəgötürən olaraq həmin xəstəlik vərəqələrinə görə ona müavinət ödəməlidir, lakin ödəmir. Cavabdeh iddia tələbini qəbul etmir və tələbin əsassız olduğuna dair aşağıdakıları qeyd edir. Belə ki, işçi olaraq İddiaçı bundan əvvəl də 02.09.2020-ci il tarixdən 27.09.2020-ci il tarixədək işə çıxmamış və həmin müddət üçün müalicə olunduğu barədə xəstəlik vərəqəsi təqdim etmişdir. Qanunvericiliyə uyğun olaraq, həmin xəstəlik vərəqəsi 01.10.2020-ci il tarixli, 09 saylı Protokolla rəsmiləşdirilib, xəstəliyin ilk 14 günü işəgötürən idarə tərəfindən ödənilmiş, 14 gündən artıq hissəsinin ödənilməsi məsələsinə baxılması üçün DSMF-nin elektron hökumət portalına yerləşdirilmişdir. Bunun ardınca da İddiaçı Abbas oğlu 25.11.2020-ci il tarixdən 16.12.2020-ci il tarixədək işə çıxmamış və həmin müddət üçün müalicə olunduğu barədə xəstəlik vərəqəsi təqdim etmişdir. Eyni qayda ilə həmin xəstəlik vərəqəsi 01.02.2021-ci il tarixli, 01 saylı Protokolla rəsmiləşdirilib, xəstəliyin ilk 14 günü işəgötürən idarə tərəfindən ödənilmiş, 14 gündən artıq hissəsinin ödəniş üçün DSMF-nln elektron hökümət portalına yerləşdirilmişdir. Belə ki, "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətinin müvəqqəti itirmiş işçilərə sığortaedilənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 6-cı bəndinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirmiş sığorta olunanlara ilk 14 təqvim günü üçün sığorta edənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. İddiaçı Abbas oğlunun təqdim etdiyi müvəqqəti əmək qabiliyyətinin itirdiyi barədə xəstəlik vərəqələrində müəyyən edilmiş çatışmazlıqlara görə, 14 təqvim günündən artıq günlər üçün ona müavinətin ödənilməsi DSMF tərəfindən müsbət həll edilməmişdir. Bu məsələnin işə götürən olaraq, işəgötürən "X5” Trestinə aid olmadığı bəllidir. Lakin İddiaçı bununa bağlı "X5” Trestinə qarşı hazırkı iddia ilə eyni məzmunlu tələblə məhkəmədə iddia qaldırmışdır. Qeyd olunan məsələyə işəgötürən cavabdeh olmadığından, "X5” Trestinə qarşı həmin iddia təmin edilə bilməzdi. Hazırda da İddiaçı tərəfindən təqdim edilmiş 18.01.2021-ci il tarixindən 18.02.2021-ci il tarixinə olan dövrü əhatə edən xəstəlik vərəqəsi "X5 Trestinin 02 nömrəli 01.03.2021-ci il tarixli protokoluna əsasən DSMF-ə elektron qaydada təqdim olunmuşdur. DSMF-nin elektron portalında qeyd edilən dövr üzrə xəstəlik vərəqəsi ödənişə verilmişdir” statusundadır. Yəni, DSMF tərəfindən bu xəstəlik vərəqəsi ödənişə yönəldilmişdir. Həmçinin onun tərəfindən təqdim edilən 19.02.2021-ci il tarixindən 19.03.2021-ci il tarixinə qədər olan dövrü əhatə edən digər xəstəlik vərəqəsi də "X5Trestinin 03 nömrəli 01,04.2021-ci il tarixli protokolu ilə rəsmiləşdirilmişdir və ödənilməsi məsələsinə baxılması üçün DSMF-nin elektron hökümət portalına yerləşdirilməklə elektron qaydada DSMF-ə təqdim edilmişdir. Əlavə olaraq iddiaçı iddianın tələb hissəsində əmək haqqı qismində 1.500 manat, mənəvi ziyan qismində isə 10.000 manat məbləğin onun xeyrinə cavabdehdən alınmasını tələbi ilə çıxış edir. Bununla bağlı mülki məcəllənin bir sıra maddələrini iddia ərizəsinə köçürmüş, lakin bu tələbin haradan və nədən irəli gəldiyi barədə iddia ərizəsində hər hansı dəlil göstərməmişdir. Trest üzrə əmək haqların hesablanması qanunvericiliyə uyğun olaraq tənzimlənmiş və ödənilməsi vaxtında təmin edilmişdir. Əmək haqqı ilə bağlı işəgötürənin işçi olaraq iddiaçıya hesablanmalı və ya ödəməli olduğu hər hansı məbləğ qalmamışdır. Əmək haqqı ilə bağlı tələb boş dayanmadan irəli gəlmişsə, bununla bağlı xatırladır ki, işçi boşdayanmada olduğu müddət üçün 23.11.2020-ci il tarixdən ona müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsi ödənilmişdir. 25.11.2020-ci il tarixdən isə əmək qabiliyyətini itirdiyinə görə işə çıxmamışdır. 01.04.2021-ci il tarixdən ona 3-cü qrup əlillik dərəcəsi təyin edilmişdir. Mənəvi zərər tələb hissəsinə gəlincə, işəgötürən olaraq "X5” Tresti bütün işçiləri kimi iddiaçıya da eyni münasibət bəsləməklə, qanunvericilikdə müəyyən edilmiş şərtlər daxilində davranmışdır. Ona mənəvi zərər vura biləcəyi ilə müşayiət olunan hər hansı hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Məhz buna görə də o, iddia ərizəsində mənəvi zərərin vurulduğuna səbəb olan bilən hər hansı dəlil göstərə bilməmişdir. ’’Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətinin müvəqqəti itirilmiş işçilərə sığorta edən vəsait hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 6-cı bəndinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirmiş sığorta olunanları illik 14 təqvim günü üçün sığorta edilənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Hər iki əmək qabiliyyətinin itirilməsi vəsiqələri üzrə ödənişlər Trest tərəfindən tam olaraq ödənilmişdir. Halbuki ki, AR MPM-nin 77.1-ci maddəsinin təbləri baxımından, iddia tələbinin əsasları üçün dəlilləri göstərmək və istinad etdiyi dəlillərin sübut etmək yükü iddiaçıya üzərinə düşür və onun vəzifəsinə aid edilmişdir. Lakin iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı çıxış etdiyi tələbin əsasları ilə bağlı hər hansı halı qeyd etməmiş və sübutuna dair hər hansı dəlilə istinad etməmişdir. Bu baxımdan da iddia əsassızdır və təmin oluna bilməz. Ona görə də iddiaya baxılan zaman qeyd olunanları nəzərə alınmasını, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərə görə təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 13 aprel 2021-ci il tarixdə İddiaçı Abbas oğluna ünvanladığı “xəstəlik vərəqələrinin ödənilməsi barədə” arayışdan görünür ki, İddiaçı Abbas oğlunun xəstəlik vərəqələrinizin ödənilməməsi barədə SOCAR-a və digər instansiyalara ünvanladığı 02.04.2021-ci tarixli müraciətinə aidiyyəti üzrə "X5" trestində baxılmışdır. İddiaçı Abbas oğlunun təqdim etdiyi 18.01.2021-ci il tarixindən 18.02.2021-ci il tarixinə olan dövrü əhatə edən xəstəlik vərəqəsi KQİ trestinin 02 nömrəli 01.03.2021-ci il tarixli protokoluna əsasən DSMF-ə elektron qaydada təqdim olunmuşdur. DSMF-nin elektron portalında qeyd edilən dövr üzrə xəstəlik vərəqəsi "ödənişə verilmişdir" statusundadır. Yəni, DSMF tərəfindən bu xəstəlik vərəqəsi ödənişə yönəldilmişdir. İddiaçı Abbas oğlu tərəfindən təqdim edilən və 19.02.2021-ci il tarixindən 19.03.2021-ci il tarixinə qədər olan dövrü əhatə edən digər xəstəlik vərəqəsi isə KQİ trestinin 03 nömrəli 01.04.2021-ci il tarixli protokolu ilə rəsmiləşdirilmişdir və elektron qaydada DSMF-ə təqdim edilmişdir. Hər iki xəstəlik vərəqəsi üzrə ödənişlər Sizə DSMF tərəfindən edilməlidir. İddiaçı Abbas oğlu 23.11.2020-ci il tarixdən ona müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsi ödənilərək boşdayanmada olmuşdur. 25.11.2020-ci il tarixdən 01.04.2021-ci ilə kimi əmək qabiliyyətini itirdiyindən işə çıxmamış və 01.04.2021-ci ildə İddiaçı Abbas oğluna 3-cü qrup əlillik təyin edilmişdir. İş materiallarında olan 018602 nömrəli “əmək qabiliyyətinin olmaması” vərəqəsindən müəyyən olunur ki, İddiaçı Abbas oğlu göz sinirinin atrofiyası ilə bağlı 19.02.2021-ci il tarixdən 26.02.2021-ci il tarixədək; 27.02.2021-ci il tarixdən 26.03.2021-ci il tarixədək; 07.03.2021-ci il tarixdən 14.03.2021-ci il tarixədək; 15.03.2021-ci il tarixdən 19.03 2021-ci il tarixədək işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh “Məcburi dövlət sosial sığorta ödəmələrinin təyin edilməsinin və verilməsinin müvəqqəti qaydalarını təyin edən komissiyanın” 01.03.2021-ci il tarixli 02 nömrəli protokolundan müəyyən olunur ki, mexanik vəzifəsində çalışan İddiaçı Abbas oğlu 18.01.2021- 10.02.2021 tarixləri əhatə edən xəstəlik dövrü ilə bağlı Yasamal rayonu 3 saylı ŞP tərəfindən verilmiş 993991 saylı xəstəlik vərəqəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş miqdarın 100%-i məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh “Məcburi dövlət sosial sığorta ödəmələrinin təyin edilməsinin və verilməsinin müvəqqəti qaydalarını təyin edən komissiyanın” 01.04.2021-ci il tarixli 03 nömrəli protokolundan müəyyən olunur ki, mexanik vəzifəsində çalışan İddiaçı Abbas oğlu 12.03.2021- 19.03.2021 tarixləri əhatə edən xəstəlik dövrü ilə bağlı Yasamal rayonu 3 saylı ŞP tərəfindən verilmiş 18602 saylı xəstəlik vərəqəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş miqdarın 100%-i məbləğində ödəniş edilmişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin l bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən,sosial sığorta hüququndanistifadə etmək hüququ vardır. 74-cü maddəsinin qeyd hissəsinə əsasən, Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun)rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun)qərarı ilə işçiyəəlillik dərəcəsivə ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğumüəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun)rəyi nəzərə alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı 17.01.2021-ci il tarixində Bakı şəhər 3 saylı poliklinikasına müraciət etmiş və 17.02.2021-ci il tarixinədək gözü ilə əlaqədar ambulator qaydada müalicə almışdır. Bundan əlavə, 18.02.2021-ci il tarixindən 19.03.2021-ci il tarixinədək müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə bağlı xəstəlik vərəqəsini Trestə təqdim etmişdir. Həmin müddət üçün iddiaçıya "X5" trestinin 2 və 3 nömrəli protokolu ilə xəstəliyə görə müavinətin ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi qarara alınmış və ilk 14 gün müəssisə tərəfindən ödənilmiş,14 gündən artıq hissəsi isə ödəniş üçün DSMF-yə göndərilmişdir. Bundan başqa iş materiallarında olan Haqq-hesab vərəqələrindən göründüyü kimi, iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilmişdir. Məhkəmə iddia tələbinin əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrlərə görə ona ödənilməmiş 1700 manat məbləğində müavinətin ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası “Sosial sığorta haqqında” Qanununun: 1-ci maddəsinə əsasən, Sosial sığorta— bu Qanunla nəzərdə tutulmuş hallardafiziki şəxslərinitirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 6-cı maddəsinə əsasən, Sosial sığorta hadisəsi baş verdikdəəmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət(qanunvericiliklə müəyyən olunmuş dövr üçün) ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin25 mislindən artıq ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Məcburi dövlət sosialsığortası üzrə ödəmələrinvəəmək qabiliyyətini müvəqqəti itirmişişçilərəsığortaedənin vəsaiti hesabınaödənilən müavinətin hesablanmasıvəödənilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, BuƏsasnamə“Sosial sığorta haqqında” Azərbaycan RespublikasıQanununda nəzərdətutulmuşməcburi dövlət sosial sığortasıüzrəödəmələrin(bundan sonra - sosial sığorta ödəmələri)və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsininşərtlərini vəqaydalarınımüəyyən edir.http://frameworks.e-qanun.az/3/c_f_3468.html 1.1-ci bəndinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Müavinətin məbləği və hesablanması bu Əsasnamənin İİ hissəsində, təyin edilməsi və ödənilməsi isə Vİİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 6-cı bəndinə əsasən, sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. 7-ci bəndinə əsasən,əmək qabiliyyətinin müvəqqəti itirilməsinəgörəmüavinət, qanunvericilikləmüəyyən edilmişqaydada verilmişxəstəlik vərəqəsinə(əmək qabiliyyətini itirmək vərəqəsi)əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsiüçünəsas sayıla bilməz. Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surətiçıxarılmışikinci nüsxəsi)əsasən veriləbilər. 8-ci bəndinə əsasən,əmək qabiliyyətinin müvəqqəti itirilməsinəgörəmüavinət,əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək vəya tibbi sosial ekspert komissiyası(TSEK) tərəfindənəlillikvə ya sağlamlıq imkanlarının məhdudluğumüəyyən edilənədək, lakin qanunvericilikləmüəyyən olunmuşmüddətdənçox olmayan dövrüçün verilir. Mülki işin faktiki hallarından görünür ki, İddiaçı 17.01.2021-ci il tarixindən 17.02.2021ci il tarixinədək və 18.02.2021-ci il tarixindən 19.03.2021-ci il tarixinədək xəstə olması ilə bağlı 993991 və 18602 nömrəli iki xəstəlik vərəqəsi təqdim etmişdir.(xəstəlik vərəqələri məhkəməyə təqdim edilməmişdir, lakin həmin vərəqələrin mövcudluğu işin mübahisəsiz halıdır). Mülki iş üzrə tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Trestin komissiyası tərəfindən akt tərtib edilərək DSMF-yə təqdim edilmişdir. Bundan başqa, məhkəmə İddiaçı iddia ərizəsində vurulmuş mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması ilə bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir: “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” İddiaçı məhkəmə araşdırması zamanı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın yetirilməsi ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də iddia tələbi iddiaçıya vurulmuş 10.000 manat mənəvi ziyanın tutulması hissəsində də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Abbas oğlunun cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehnə qarşı “müavinətin, əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Abbas oğlunun cavabdeh "xxxx"ASC-ə qarşı əmək haqqı və pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2820/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2820/2021
05.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver