Məhkəmə qərarları › İş №2(005)-2861/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2861/2021

25.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2861/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi X11, Cavabdeh Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh «Sahil-D" Kompani MMC-nin nümayəndəsi (icraçı direktoru) X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, «Sahil-D" Kompani MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, «Sahil-D" Kompani MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, Cavabdeh2 MMC-nin direktoru X7 ilə Cavabdeh1 arasında bağlanmış 16 mart 2018-ci il tarixli 420 saylı müqavilənin etibarsız hesab olunmasına, tərəfindən ödənilmiş dövlət 20 manat rüsumunun, etibarnamə üçün ödənilmiş 11.50 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Satıcı Cavabdeh2 MMC-nin direktoru X12 payçı X17 arasında bağlanmış 26 iyul 2011-ci il tarixli 167 saylı müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində tikinti sahəsi 226.6 kv. metrdən ibarət olan 5 otaqlı 100 saylı mənzilini 90.640 manat satılmışdır. 26 iyul 2011-ci il tarixli maliyyə arayışı əsasında payçı X17 ünvan 2 ünvnada inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində tikinti sahəsi 226.6 kv. metrdən ibarət olan 5 otaqlı 100 saylı mənzlinin dəyəri olan 90.640 manat pul tam ödənilmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Satıcı “Sahil-D kompanı " MMC-nin vəzifəli şəxsləri haqqında Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və digər maddələri ilə cinayət işi başlanılmışdır. Xətai rayon məhkəməsinin qətnaməsi ilə idddiaçı X11 Cavabdeh2 MMC qarşı mənzlinin təhvil verilməsi iddiası təmin edilmiş, qətnamə qanuni qüvvəsini almış, icra olunaraq ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində tikinti sahəsi 226.6 kv.metrdən ibarət olan 5 otaqlı 100 saylı rnənzli ona təhvil verilmişdir. Bundan sonra bütün müvafiq sənədlər Dövlət Resyestr Xidmətinə təqdim edimiş və müvafiq çıxarış alınmışdır. Həmin Çıxarış əsasında mənzil notarial qaydasında təsdiq edilmiş müqavilə əsasında ona bağışlanılmış, bağışlama müqaviləsi AR ƏMDKYDƏDRX-də qeydiyyatdan keçmiş 19.10.2020-ci il tarixdə ona Çıxarış verilmişdir. Bundan bir neçə ay sonra Cavabdeh1 adlı şəxs peyda olaraq guya 16 mart 2018-ci il tarixli müqavilə əsasında həmin ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində tikinti sahəsi 226.6 kv.metrdən ibarət olan 5 otaqlı 100 saylı mənzlin ona satılmasını bildirmiş və Xətai rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-da işə baxılan zaman ona məlum oldumuşdur ki, Cavabdeh1 adlı şəxsə guya 16 mart 2018-ci il tarixli müqavilə əsasında həmin ünvan 2 ünvnada inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində tikinti sahəsi 226.6 kv.metrdən ibarət olan 5 otaqlı 100 saylı mənzlin ona satılmışdır. Həmin müqavilə onun hüquqlarını pozur, həqiqi deyildir, etibarsızdır. Ona görə ki, hələ 2014-cü ildən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Satıcı "xxxx" MMC-nin vəzifəli şəxsləri haqqında Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və digər maddələri ilə cinayət işi başlanılmış, bütün sənədlər, o cümlədən "xxxx" MMC-nin möhürü müvafiq protokol əsasında istintaq tərəfindən götürülmüşdür. 16 mart 2018-ci il tarixli müqavilə yazılarkən cinayət işi üzrə istintaq tamamlanmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq çərçivəsində "xxxx" MMC-nin inşa etdiyi mənzillərin sənədləri yoxlanılmış, siyahılaşdırılmış və həmin siyahıda ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində tikinti sahəsi 226.6 kv.metrdən ibarət olan 5 otaqlı 100 saylı mənzlin G.İddiaçı məxsusluğu təsdiq edilmiş və adı qeyd edilmişdir. Bundan başqa, 16 mart 2018-ci il tarixli müqavilədə mənzlin X8 ilə 11 yanvar 2008-ci il tarixdə bağlanmış müqavilə öz razılıq əraizəsinə görə ləğv edilmiş və alıcı Cavabdeh1 ilə bağlandığı göstərilsə də, belə bir müqavilə mövcud olmamışdır. Bu müqavilə tam saxtadır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X17 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, Xətai rayon məhkəməsin onun "xxxx" MMC-yəə qarşı iddia tələbinə baxılarkən Cavabdeh2 MMC-nin direktoru X7 ilə Cavabdeh1 arasında bağlanmış 16 mart 2018-ci il tarixli 420 saylı müqaviləsindən məlumatı olmuşdur, lakin o, Sahil-D kompani" MMC ilə müqaviqə bağladı üçün onu cavabdeh qismində qoymuşdur. Digər tərəfdən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7288/2019 saylı, 24.12.2019-cu il tarixli qətnaməsi icra olunub ona mənzil təhvil verdiyi zaman ev təmirli idi, Cavabdeh1 məxsus evdə əşyalar mövcud idi. Cavabdeh Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia müddətinin tətbiqinə dair yazılı ərizə təqdim edərək ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Kompani MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş icraatdadır. İddia ərizəsini əsassız olduğundan qəbul etmir. Belə ki, 16 mart 2018-ci il tarixli 420 nömrəli müqaviləyə əsasən, Cavabdeh2 MMC-nin icraçı direktoru X7 şəxsində, digər tərəfdən X9 ilə 11 yanvar 2008-ci il tarixdə bağlanmış müqavilə öz razılıq ərizəsinə görə ləğv edilmiş və satıcı Cavabdeh2 MMC tərəfindən alıcı Cavabdeh1 ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı 100 saylı mənzili təhvil verməyi öhtəsinə götürmüş, mənzilin dəyəri 147290 manat pul Cavabdeh1 tərəfindən əvvəlki payçı X6 ödənilmişdir, mübahisəli mənzilə dair ilk müqavilə Cavabdeh2 MMC ilə X9 arasında 11 yanvar 2008-ci il tarixdə bağlanmışdır. Cavabdeh1 da, həmin mənzili X2 almışdır. İddia ərizəsindən də, görünür ki, məhkəmədən etibarsız hesab edilməsi xahiş olunan 420 saylı müqavilə 16 mart 2018-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi, İddiaçı 2018-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığını 2021-ci il tarixdə mübahisələndirmişdir. Qanunvericiliyin tələbinə əsasən əqdin etibarsızlığına dair iddia bir il müddətində irəli sürülə bilər. Yəni iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu səbəbdən də iddia ərizəsini rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh «Sahil-D" Kompani MMC-nin icraçı direktoru X7 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmiş, bildirmişdir ki, «Sahil-D Kompani” MMC-nin direktoru kimi özü ilə Cavabdeh1 arasında bağlanmış 16 mart 2018-ci il tarixli 420 saylı müqavilə etibarsız hesab olunmalıdır. Belə ki, həmin sənədə aldadılaraq imza etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 mart 2018-ci il tarixli 420 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı 100 saylı mənzili alıcı Cavabdeh1 təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri olan 147290 manat Cavabdeh1 tərəfindən əvvəlki payçı X6 ödənilmişdir. Bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh2 MMC-nin direktoru X12 şəxsində, (bundan sonra «Satıcı») digər tərəfdən X4 26.07.2011-ci il tarixdə bağlanmış müqavilə öz razılıq ərizəsi ilə gələcəkdə «Alıcı» adlandınlacaq X17 arasında bağlanmış 26 iyul 2011-ci il tarixli, 167 №-li müqavilənin surətindən görünür ki, «Satıcı» ünvan 4 ünvanında inşa ediiən 1 saylı yaşayış binasının («bundan sonra yaşayış binası») 22-ci mərtəbəsində tikinti sahəsi 226.6 kv.m.dən ibarət olan 5 otaqlı mənzil №100 «Alıcı» -ya təhvil verilir. Mənzilin dəyəri: 90 640 (doxsan min altı yüz qırx) Manat təşkil edir və yeni payçı X17 tərəfindən əvvəlki payçı X1 ödənilib. Cavabdeh2 MMC-nin 16 mart 2018-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binası Cavabdeh2 MMC-yə məxsusdur. Bu yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m olan 5 otaqlı 100 saylı mənzilin pay dəyəri Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh2 MMC-yə borcu yoxdur. Cavabdeh2 MMC-nin 26 iyul 2011-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binası Cavabdeh2 MMC-yə məxsusdur. Bu yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m olan 5 otaqlı 100 saylı mənzilin pay dəyəri X17 tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh2 MMC-yə borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə ünvan 2-cı məhəllə, mənzil 100 (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M.22, m2) mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyat nömrəsi ilə 19.10.2020-ci il tarixdə qeydiyyata alınmışdır; Hədiyyə verən-X17 ilə hədiyyə alan- İddiaçı arasında bağlanmış 13 oktyabr 2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanılması haqqında müqavilədən görünür ki, hədiyyə verən ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində tikinti sahəsi 226.6 kv. metrdən ibarət olan 5 otaqlı 100 saylı mənzili hədiyyə alana bağışlamışdır. Cavabdeh2 MMC-nin 30 mart 2008-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binası Cavabdeh2 MMC-yə məxsusdur. Bu yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m olan 5 otaqlı 100 saylı mənzilin pay dəyəri Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh2 MMC-yə borcu yoxdur. 30 mart 2008-ci il tarixli 113/1 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı 100 saylı mənzili alıcı Cavabdeh1 təhvil verməyi öhdəsinə götürmüşdür. Alıcı mənzilin hər kv.m üçün 700 manat, ümumilikdə 158620 manat ödəniş etməyi öz üzərinə götürmüşdür. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7288/2019 saylı, 24.12.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 MMC tərəfindən ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv. metrdən ibarət olan 5 otaqlı 100 saylı mənzilinin X13 verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-2582/2021 saylı, 26.07.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, qətnamə ilə hüquqlarına toxunan şəxs Cavabdeh1 apelyasiya şikayəti təmin edilməyərək, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7288/2019 saylı, 24.12.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 07.05.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 16 mart 2018-ci il tarixli 420 nömrəli müqaviləyə əsasən, Cavabdeh2 MMC-nin icraçı direktoru X7 şəxsində, digər tərəfdən X9 ilə 11 yanvar 2008-ci il tarixdə bağlanmış müqavilə öz razılıq ərizəsinə görə ləğv edilmişdir və satıcı Cavabdeh2 MMC tərəfindən alıcı Cavabdeh1 ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı 100 saylı mənzili təhvil verməyi öhtəsinə götürmüşdür. Qeyd edilən mənzilin dəyəri olan 147290 manat pul Cavabdeh1 tərəfindən əvvəlki payçı X6 ödənilmişdir. Hazırkı iddia üzrə İddiaçı qeyd edilən mənzili 26 iyul 2011-ci il tarixli 167 saylı müqaviləyə əsasən 90.640 manat ödəməklə əldə etmişdir. Mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyat aparılmış və İddiaçı adına 19.10.2020-ci il tarixdə çıxarış verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfın yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldat ma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İşin hallarından mübahisəsiz şəkildə aydın olur ki, Cavabdeh2 MMC-nin direktoru X7 ilə Cavabdeh1 arasında 420 saylı müqavilə 16 mart 2018-ci il tarixdə bağlanmışdır. İddiaçı isə qeyd edilən müqavilənin etibarsızlığına dair iddia ərizəsi ilə məhkəməyə 07.05.2021-ci il tarixdə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7288/2019 saylı, 24.12.2019-cu il tarixli qətnaməsi icra olunan zaman iddiaçı həmin evdə köçürülmüş, Cavabdeh1 əşyaları həmin evdə çıxırılmışdır. Bundan əlavə İddiaçı sonuncu məhkəmə iclasında verdiyi izahatında etibarsızlığını mübahisələndirdiyi əqd barədə 2018-ci ildən məlumatlı olduğunu etiraf etmişdir. Belə olan halda iddiaçının müvafiq müddəti ötürdükdən sonra məhkəməyə müraciət etdiyi qəbul edilməlidir. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər Hazırkı iddia üzrə iddiaçı tərəf Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilmiş müddəti ötürmüşdür. Buna görə də, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1, «Sahil-D" Kompani MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və həmçinin etibranamə üçün ödənilmiş 11.50 manat pul iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, «Sahil-D" Kompani MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar