Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2862/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə, "xxxx" MMC-yə, "xxxx" BOKT MMC-yə qarşı İddiaçı cavabdehlər Cavabdeh2nə, "xxxx" MMC-yə, "xxxx" BOKT MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə, "xxxx" MMC-yə, "xxxx" BOKT MMC-yə qarşı İddiaçı cavabdehlər Cavabdeh2nə, "xxxx" MMC-yə, "xxxx" BOKT MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, . “Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-nin, İddiaçı və X1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəs., 5ci massiv, A.Abdullayev küçəsi ev 8-ə dair, Hərracın yekunları barədə Protokolunun, onun əsasında imzalanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ƏMDK-si yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən «TBC Kredit" Bank olmayan kredit təşkilatı MMC-yə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ÇİXARİŞın ləğv edilməsi və həmin mənzilə dair İddiaçı və X1 yenidən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, TBC Kredit” Bank olmayan kredit təşkilatı MMC ilə İddiaçı arasında 16.03.2015-ci il tarixli kredit müqaviləsi bağlanaraq 31000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi İddiaçı və X1 məxsus Bakı şəhəri, Qaradağ rayonu. Qobustan qəs., 5-ci massiv, A.Abdullayev küçəsi ev 8 ipoteka ilə yüklü edilmişdir. Borclu BOKT qarşısında öhdəliklərini tam icra etmədiyindən iddia tələbi ilə Qaradağ rayon məhkəməsinə müraciət edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 12.07.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilərək ondan cəmi 35155,70 ABŞ dolları pulun tutularaq iddiaçıya verilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və sairə qət edilmişdir. Bundan sonra o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya məhkəməsinin 01.11.2019cu il tarixli, 2(103)-976/2019 saylı qətnaməsi ilə Qaradağ rayon məhkəməsinin Qətnaməsi dəyişdirilmiş, bu dəfə məhkəmə Bankın iddia tələbini qismən əsaslı hesab edərək qət etmişdir ki, İddiaçı cəmi 35155,70 ABŞ dolları pul tutularaq «TBC Kredit" Bank olmayan kredit təşkilatı MMC-yə ödənilsin və tələb İddiaçı və X1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəs., 5-ci massiv, A.Abdullayev küçəsi ev 8-ə yönəldilsin və mənzilin ilkin satış qiyməti isə 100000 manat müəyyən edilsin. Həmin qətnamə ona təqdim edilmədiyindən Ali Məhkəməyə Kassasiya şikayətini yalnız 12.10.2020-ci il tarixdə vermişəm. Lakin Kassasiya şikayəti geri qaytarılmış və Ali Məhkəmənin 13.04.2.021-ci il tarixli, 2( 102)-1502/21 saylı Qərarı ilə Kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətim bərpa edilməmişdir. Lakin Xəzər dənizində işlədiyinə görə ona sonradan məlum olmuşdur ki, Bakı Apellyasiva Məhkəməsinin qətnaməsi üzrə 19.06.2020-ci il tarixdə verilmiş icra vərəqəsi əsasında, icraata başlamaq haqqında qərar qəbul edilmiş, qətnamənin könüllü icrası barədə bildiriş verilmiş, hərracın sifarişi və hərracın keçirilməsi barədə bildirişlər, hərracın nəticələri barədə elanlar və nəhayət mənzilimin miilkiyyətiçisinin dəyişməsi barədə təklif verilmişdir. Bunu o yalnız vəkilinin vasitəsilə öyrənmişdir. Bu səbəbdən də hərracın nəticələrinin etibarsızlığına dair iddia tələbi ih hal-hazırda məhkəməyə müraciət edir. O və ailə üzvləri həmişə bir yerdə ipoteka ilə yüklü edilmiş evdə yaşamışlar. 2015-ci ildən 2019-cu ilə kimi heç kim bir dəfə də olsun onların qapılarını döyərək deməmişdir ki, Banka olan borcunuzu ödəmədiyiniz üçün eviniz hərracdan satılacaq, heç vaxt bizə hərracın keçirilməsi barədə hər hansı formada bildiriş təqdim edilməmişdir. Sonuncu hərracın 12.10.2020-ci il tarixdə " x x x x " MMC tərəfindən keçirilməsi, Protokolun tərtib edilməsi və mənzilimin satılması haqqında ona məlumatı vəkilim verdikdən sonra, o Hərrac Mərkəzinə 22.04.2021-ci il tarixdə müraciət etmiş, lakin Hərrac protokolunun surətini də ona təqdim etməmişdirlər. Yuxanda şərh olunanlardan da göründüyü kimi, onun hərracdan məlumatı olmadığından, onu keçirilən vaxtı mübahisələndirə bilməmişdir. Bundan başqa evi hərracdan satıldığı üçün onun mənzilinin mülkiyyətçisi dəyişmişdir və bu səbəbdən də hazırki iddiası baxılıb qurtarana qədər hesab edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, A.Abdullayev küçəsi ev 8-in özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X7 iddia tələbini qəbul etmədiklərini bildirərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən mülki işə iddiaçının və cavabdehin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və çıxışını dinləyib, mülki iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətin reyestrindən MA seriyalı № ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, Akif Abdullayev küçəsində yerləşən 8 saylı ev 06.01.2012-ci il tarixdə İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nin 04 noyabr 2020-ci il tarixli təklifdən görünür ki, İddiaçı, X2 ,X3 və X8 qızına Cavabdeh2 97163/10 saylı 18.08.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı ş. Qaradağ r. Qobustan qəs.,5-ci massiv A.Abdullayev küç., yerləşən 8 saylı fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 04.11.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 63750( altmış üç min yeddi yüz əlli ) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nin açıq hərracın keçirilməsinə dair 31 avqust 2020-ci il tarixli bildirişindən görünür ki, İddiaçı, X2 ,X3 və X8 qızına kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3976/2020 saylı 01.11.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, Akif Abdullayev küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 100000 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 5000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nin açıq hərracın keçirilməsinə dair 06 oktyabr 2020-ci il tarixli bildirişindən görünür ki, İddiaçı, X2 ,X3 və X8 qızına kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3976/2020 saylı 01.11.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, Akif Abdullayev küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 85000 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 4250 manat müəyyən edilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, Akif Abdullayev küçəsində yerləşən 8 saylı fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2020-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, Akif Abdullayev küçəsində yerləşən 8 saylı fərdi yaşayış evi Cavabdeh2 sifarişi məktubuna və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3976/2020 saylı 01.11.2019-cu il tarixli icra vərəqəsinə əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 100000 manatmanat, əmlakın 15% endirimlə 85000 manat olmaqla "xxxx" BOKT MMC-nin balansına keçirilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Birja yenilikləri qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" BOKT MMC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, Akif Abdullayev küçəsində yerləşən 8 saylı fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, Akif Abdullayev küçəsində yerləşən 8 saylı fərdi yaşayış evi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. Belə olan təqdirdə İddiaçı cavabdehlər Cavabdeh2nə, "xxxx" MMC-yə, "xxxx" BOKT MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2nə, "xxxx" MMC-yə, "xxxx" BOKT MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə, "xxxx" MMC-yə, "xxxx" BOKT MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2862/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2862/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver