Məhkəmə qərarları › İş №2(005)-287/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-287/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-287/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 990.50 manat məbləğində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 400 manat məbləğində cərimənin, ümumilikdə 1390.50 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında cavabdehin övladı X1 təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün 21.10.2019-cu il tarixdə tam orta təhsil haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqavilə əsasında cavabdeh müqavilənin 2.2-ci maddəsi ilə müəyyən edilmiş illik 2623 manat məbləğindəki təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin,cavabdeh tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədənkənar pretenziya qaydsında dəfələrlə həll etməyə çalışsalar da, heç bir nəticə verməmişdir. Belə ki,iddiaçı tərəfindən cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı şəkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndəriləcək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün şərait yaradılmışdır. Lakin cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrasından boyun qaçırmışdır. Cavabdehə ikinci dəfə öhdəliyin icra tələbi ilə edilən müraciət cavabsız qaldıqdan sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, 02 iyun 2020-ci il tarixində məktəbdə ödənişlə bağlı suallara Vəkil, direktor müavinləri Şəbinə Cəfərova və Ədhəmzadə Nidanın iştirakları ilə görüş təşkil edilmişdir. Görüş zamanı mövzu ilə əlaqəli məsul şəxslər qismində çıxış edən bu üç şəxs tərəfindən pandemiya dönəminə düşən, yəni faktiki olaraq 26.03.2020 - 05.06.2020 tarixləri arasında 1,5 saat onlayn keçirilən dərslərə görə iddiaçıya bu aylar üzrə ödənilməli qalıq məbləğinə 10% güzəşt təqdim edildi. 04 iyun 2020-ci il tarixində mövzu ilə əlaqədar suallara cavab almaq məqsədilə müraciət etmiş, heç bir cavab almadıqdan sonra öz təşəbbüsü ilə hesabat təqdim edərək, iddiaçının mühasibatlıq şöbəsinə təqdim etmişdir. Həmin hesabatda təhsil xidməti ilini üç hissəyə ayırmışdır : 1. öhdəliklərin tam şəkildə yerinə yetirildiyi, müqavilə tarixinin ilk günündən, 28 oktyabr 2020-ci il tarixindən 28 fevral 2020-ci il tarixədək; 2.öhdəliklərin ümumiyyətlə yerinə yetirmədikləri dövr, 01 mart 2020-ci il tarixindən 25 mart 2020-ci il tarixinədək; 3. öhdəliklərin yalnız cüzi qismini onlayn şəkildə günlük 1,5 saat müddətində yeri yetirildiyi 26.03.2020-ci ildən 05.06.2020-ci il tarixədək. Cavabdeh hesablamasını məktəbin mühasibatlığına əsaslı şəkildə, izahlı olaraq, yazılı qaydada təqdim etmiş və aidiyyəti üzrə məsul şəxslərə təqdim olunmasını xahiş etmişdir. Buna baxmayaraq, əlaqədar olaraq hələ heç bir geri dönüş və cavab ala bilməmişdir.15 iyun 2020-ci il tarixində mövzu ilə əlaqədar aidiyyəti üzrə məktəbin direktoru Liana Bağırovaya müraciətini ünvanlayaraq mailto:wi@wu.edu.azElektron ünvan 1 və mailto:info@wi.edu.azElektron ünvan 2 rəsmi elektron poçtuna göndərmişdir. Məsələnin aydınlaşdırılması üçün müqavilənin surəti, ödəniş qəbzləri və hesablamaların aparıldığı excel fayl cavabdeh tərəfindən təqdim olunmuşdur.18 iyun 2020-ci il və 26 iyun 2020-ci il tarixlərində ardıcıl olaraq direktor müavini Şəbinə Cəfərovaya mövzu ilə əlaqədar məlumat verilmiş və suallara aydınlıq gətirilməsi üçün köməklik göstərməsi xahiş olunmuşdur. Nəticə olaraq, bu sualların aydınlıq gətirilməsi Şəbinə Cəfərovanın səlahiyyətlərinə daxil olmadığı üçün, hər səfərdə aidiyyəti üzrə cavabdehin ünvanladığı yazılı müraciətinə cavab vermək bacarığında olan məsul şəxsin cavab verməsi üçün mövzunun qaldırılması xahiş edilmişdir. 02 iyul 2020-ci il tarixində ünvanladığı nə suallara, nə elektron poçt məktublarına cavab almadığı üçün,cavabdehin riyazi hesablama əsasında hesabladığı qaydada ödənişi həyata keçirməyə qərar vermişdir. 32,50 AZN ödədikdən sonra məktəbə heç bir qalıq borcu qalmamış olur. 1461,1 AZN + 171,40 AZN = 1632,50 AZN cavabdeh tam şəkildə ödənilmişdir. 09 iyul 2020-ci il tarixində direktor müavini Şəbinə Cəfərova ilə növbəti dəfə əlaqə saxlayıb aidiyyəti üzrə məlumat vermələrini, daha öncə 15 iyun 2020-ci il tarixində, wu.edu.az və mailto:info@wi.edu.azElektron ünvan 2 rəsmi elektron poçtlarına ünvanladığı yazılı müraciətlərinin surətlərini Şəbinə Cəfərovaya "whatsapp" proqramı vasitəsilə göndərmiş və maraqlanmasını xahiş etmişdir. 11 iyul 2020-ci il tarixində mövzu ilə əlaqədar aidiyyəti üzrə məktəbin direktoru Liana Bağırovaya təkrar olaraq müraciətini ünvanlayaraq mailto:wi@wu.edu.azElektron ünvan 1 və mailto:info@wi.edu.azElektron ünvan 2 rəsmi elektron poçtuna göndərmişdir. Məsələnin aydınlaşdırılması üçün əvvəlki müraciətinin surəti, müqavilənin surəti, ödəniş qəbzləri, və hesablamaların aparıldığı excel fayl cavabdeh tərəfindən təqdim olunub.13 iyul 2020-ci il tarixində mövzu ilə əlaqədar aidiyyəti üzrə məktəbin direktoru Liana Bağırovaya müraciətini "xxxx" MMC vasitəsilə sifarişli-xəbərnaməli məktub ünvanlayıb, mövzu ilə əlaqədar aydınlıq gətirmələrini xahiş etmişdir. 15 iyul 2020-ci il tarixində məktəbin adından deyil, Vəkil öz adından “Azərpoçt" MMC vasitəsilə cavabdehin ünvanladığı müraciətlərin, sualların heç birinə aydınlıq gətirilmədən, cavabdehə müəyyən etdikləri qalıq bocu ödəmədiyi üçün bildiriş ünvanlanlanmışdır. Bu dəfə qalıq borc 990,5 manat olaraq göstərilir və güzəşt kimi 3 gün ərzində ödəmək şərti ilə 760,5 manat ödəməyi bildirilib.11 avqust 2020-ci il tarixində təkrar olaraq məktəbin direktoru Liana Bağırovaya mövzu ilə əlaqədar ünvanladığı yazılı müraciətlərinə aydınlıq gətirməsi üçün "xxxx" MMC vasitəsilə sifarişli məktub göndərmişdir. Lakin həmin məktuba da indiyədək heç bir cavab verilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.2 və 2.1.4-cü bəndlər yalnız 21 oktyabr 2019-cu ildən 28 fevral 2020-ci ilədək məktəb tərəfindən yerinə yetirilmiş, həmin şərtlər 26 mart 2020-ci il tarixdən 05 iyun 2020-ci il tarixinədək isə təmin olunmamışdır. 2.1.5-ci bənd üzrə ("İngilis dili" fənni) şərt yalnız 21 oktyabr 2019-cu il tarixdən 28 fevral 2020-ci il tarixinədək məktəb tərəfindən yerinə yetirilmiş, 26 mart 2020-ci il tarixindən 05 iyun 2020-ci il tarixinədək həmin fənn cəmi 5 dəfə keçirilmişdir. 2.1.6, 2.1.7 və 2.1.8-ci bəndlər üzrə öhdəlik 21 oktyabr 2019-cu il tarixdən 28 fevral 2020-ci il tarixinədək məktəb tərəfindən yerinə yetirilmiş, 26 mart 2020-ci il tarixindən 05 iyun 2020-ci tarixinədək isə həmin şərtlər ümumiyyətlə təmin olunmamışdır. 2.1.9-cu bənd üzrə ("Yemək") şərt 21 oktyabr 2019-cu il tarixdən - 28 fevral 2020-ci il tarixinədək məktəb tərəfindən yerinə yetirilib və qalan dövrdə yerinə yetirilməmişdir. 2.1.11-ci bənd üzrə öhdəliklər ("dərs vəsaiti, laboratoriya avadanlıqları") də 26 mart 2020-ci il tarixdən 05 iyun 2020-ci il tarixinədək ümumiyyətlə təmin olunmamışdır. İddiaçı tərəfin müqavilə şərtlərini pozmasına haqq qazandırmağa çalışarkən müqavilənin istinad etdikləri 2.1.13-cü bəndi ("Forsmajor") heç bir zaman iddia olunan kimi, müqavilə tərəflərindən yalnız birinə deyil, hər iki tərəfə şamil edilir və məktəbin güzəşt adı altında müqaviləni birtərəfli qaydada ağlasığmaz formada, faktiki təqdim etmədiyi xidmətlərin dəyərini nəzərə almaqla, yalnız öz maraqlarından çıxış edərək dəyişdirməsi məntiqsiz və yolverilməzdir. Həmin bənddə göstərilmişdir ki, qarşısıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi nəticəli hallara "məktəb" məsuliyyət daşımır. Göründüyü kimi, həmin bənddə tədrisin pozulması nəticəsində məsuliyyəti valideynin daşıdığı da yazılmamışdır. Buna görə də tədris hər iki tərəfdən asılı olmayan səbəbdən pozulmuşdursa, məktəb yalnız müqavilə üzrə təqdim edə bildiyi xidmətlərə görə ödəniş tələb edə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 21 oktyabr 2019-cu il tarixli 179 nömrəli X1 atası Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış “tam orta təhsil xidməti haqqında” müqavilədən görünür ki, tərəflər 21.10.2019-cü il il tarixindən 14.06.2020-ci il tarixinədək olan tədris ili üçün Cavabdeh 2623 manat illiik ödənişi il ərzində nağd, köçürmə yolu ilə, bir dəfəyə, hissə-hissə və ya hər ay üçün ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.3cü bəndinə əsasən tədris ili üçün ödənilməli məbləğ ödənilmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının 0.3% həcmində dəbbə pulu (peniya) ödəyir. Təhsil haqqı ardıcıl olaraq 2 ay ərzində ödənilməzsə bu barədə müqavilə tərəfi olan valideynin ünvanına yazılı bildiriş (pretenziya məktubu) göndərilir və ödənişin bildirişdə göstərildiyi tarixdə ödənilməsi barədə müqavilənin digər tərəfinə xəbərdarlıq edilir. Bildirişlə edilmiş xəbərdarlıqdan sonra müqavilənin digər tərəfi olan Məktəb mübahisə ilə bağlı aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edir. İş materiallarında olan 30.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə ödəməli olduğu 2623 manat təhsil haqqından 1623.50 manat ödəmişdir və sonuncu ödəniş tarixi 01.07.2020-ci ildir. Qalıq borc məbləği 990.50 manat, qalıq borc məbləğinə hesablanmış cərimə (17.03.2020-ci il tarixdən 30.07.2020-ci il tarixədək) 400 manat, ümumi borc 1390.50 manat təşkil edir. İş materiallarında olan 13.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,İddiaçı MMC sonuncu dəfə borcun ödənilməsini cavabdehdən xahiş etmiş,əks təqdirdə iddia tələbi ilə aidiyyəti məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 23 oktyabr 2019-cu il tarixli “Expressbank” TT19296QM44M nömrəli nağd pulun mədaxili qəbzindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə 300 manat, 06 dekabr 2019-cu il tarixli TT193407QRJÜ nömrəli qəbzlə 400 manat,10 yanvar 2020-ci il tarixli TT20010TG79Z nömrəli qəbzlə 300 manat, 13 fevral 2020-ci il tarixli TT20044N2JB5 nömrəli qəbzlə 300 manat, 04 mart 2020-ci il tarixli TT20064X9J23 nömrəli qəbzlə 300 manat, 02 iyul 2020-ci il tarixli TT20184ZFL85 nömrəli qəbzlə 32.50 manat ödəniş etmişdir. İş materiallarında olan keçirilmiş dərslər üzrə ödəniş cədvəlindən görünür ki, X1 müqaviləsinə əsasən 21.10.2019-14.06.2020 dərs ili üçün həftə içi 5 günlük dərs proqramını əhatə edən ümumi günlərin sayı – 170 gün,ödəniş məbləği 2614,60 manat təşkil edir. İş materiallarında olan 20 nömrəli İddiaçı MMC-nin 2019/2020-ci tədris ilinin mart-iyun ayları üzrə təhsil haqqına edilən güzəştlər barədə əmrindən görünür ki, ölkə ərazisində Koronavirus (Covid-19) infeksiyasınm yayılması ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyəndən cari ilin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqi məbləğlərinə valideynlərin maddi vəziyyətlərini nəzərə alaraq onlara aşağıdakı məbləğlərdə güzəşt tətbiq edilmişdir : 2019/2020-ci tədris ilinin məktəbəqədər hazırlıq qrupununda təhsil alan hər bir şagirdə görə bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda 230 AZN; bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda 380 AZN; 2019/2020-ci tədris ilinin 1-ci və 2-ci sinifində təhsil alan hər bir şagirdə görə: bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda - 380 AZN; bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda 550 AZN; 2019/2020-ci tədris ilinin 3-cü və 4-cü sinifində təhsil alan hər bir şagirdə görə bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda 330 AZN bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda 500 AZN; 2019/2020-ci tədris ilinin 5 - 11-ci sinifində təhsil alan hər bir şagirdə görə bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda 280 AZN; bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda - 450 AZN təşkil edir və X2 2019-2020-ci dərs ilində Qərb Universiteti tam orta məktəbin təhsil alan şagirdləri siyahısına daxildir. Mülki işin araşdırılmış hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış “tam orta təhsil xidməti haqqında” müqaviləyə əsasən cavabdeh tərəfindən ödənilməli olan məbləğ tam şəkildə iddiaçıya ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, ödəməyi öhdəsinə götürdüyü 990.50 manat məbləğində pulu iddiaçıya ödəməlidir. 400 manat məbləğində hesablanmış cərimənin ödənilməsi hissəsində iddia tələbini məhkəmə əsassız hesab edir, çünki həmin məbləğin hansı müddətə və nə cür hesablanmasını iddiaçı əsaslandırılmamışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 990.50 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar