Məhkəmə qərarları › İş №2(005)-2929/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2929/2021

02.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2929/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh «xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx” ASC-yə qarşı “gecikdirilmiş əmək haqqına görə pulun, maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin oktyabr ayı üçün 3.435.41 manat. 2020-ci ilin noyabr ayı üçün 3.263.63 manat olmaqla cəmi 6.699.04 (altı min altı yüz doxsan doqquz manat, 04 qəpik) manat məbləğində əmək haqqının, 27 noyabr 2020-ci il tarixədək istifadə edilməmiş 60 günlük əsas əmək məzuniyyətinə görə 6,780.41 (altı min yeddi yüz səksən manat, 41 qəpik) manat pul əvəzinin, Vəkilə ödənilmiş 3,750.00 (üç min yeddi yüz əlli) manatın, işlədiyi müddətdə ərzində Cavabdeh tərəfindən əmək haqqımın ödənilməsində onun təqsiri üzündən gecikmələrin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə (imperativ norma) əasaəıı hesblanmış günlük 1 %. cəmi 10,373.70 (on min üç yüz yetmiş üç manat, 70 qəpik) manat ödəncin, 09 noyabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 3,435.41 manat məbləğində əmək haqqının (Oktyabr 2020-ci il üçün əmək haqqı) 1 % -i məbbğində (günlük 34.35 manat) ödəncin, 27 noyabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 3.263.63 manat məbləğində əmək haqqının (Noyabr 2020-ci il üçün əmək haqqı) 1 % -i (günlük 32.63 manat) məbləğində ödəncin Cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İşəgötürən “xxxx” ASC (bundan sonra Cavabdeh adlandırılacaq) ilə o, İddiaçı (bundan sonra İddiaçı adlandırılacaq) 03 dekabr 2018-ci il tarixdə Əmək Müqaviləsi bağlamışdır. Əmək Müqaviləsinə əsasən Cavabdeh İddiaçını aylıq vergilər və digər ödənişlər daxil 3,866.00 (üç min səkkiz yüz altımış altı) manat, vergilər və digər ödənişlər çıxıldıqdan sonra net 3,435.41 (üç min dörd yüz otuz beş manat, 41 qəpik) manat əmək haqqı müqabilində əsas iş yeri üzrə Layihə rəhbəri vəzifəsinə işə qəbul etmişdir. 27 noyabr 2021-ci il tarixdə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) 49 saylı Əmrlə 27 noyabr 2021ci il tarixdən əmək müqaviləsinə xitam verilmiş və həmin əmrdə də qeyd olunmuşdur ki, qanunvericiliyə uyğun olaraq son haqq-hesabı verilsin. Lakin, dəfələrlə şifahi və yazılı xəbərdarlığına baxmayaraq İşəgötürən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi günə qədər 2020-ci ilin oktyabr ayı üçün 3,435.41 manat, 2020-ci ilin noyabr ayı üçün 3,263.63 manat olmaqla cəmi 6,699.04 manat əmək haqqını və 27 noyabr 2020-ci il tarixədək istifadə edilməmiş 60 günlük əsas əmək məzuniyyətinə görə 6,780.41 manat (Riyazi hesablama: 12 təqvim ayının orta əmək haqqı 3435,41 manat / 30.4 bir məzuniyyət günü üçün əmək haqqı X istifadə edilməmiş 60 gün əsas əmək məzuniyyəti = 6,780.41 manat) pul əvəzini ona ödəməmişdir. Bundan əlavə, məhkəmənin nəzərinə çatdırır ki, işlədiyi müddət ərzində xəbərdarlıqlarına baxmayaraq Cavabdeh tərəfindən əmək haqqının ödənilməsində onun təqsiri üzündən dəfələrlə gecikmələr baş vermişdir. Bunun nəticəsində də o həmin vəsaitlərdən zamanında faydalana bilməmişdir. Halbuki, Cavabdeh məhsul istehsalı və satışı, tikinti- quraşdırma fəaliyyəti ilə məşğul olduğu üçün həmin dövürlərdə Cavabdehin hesabında kifayət qədər pul vəsaiti olmuşdur. İşlədiyi müddət ərzində aylar üzrə gecikmiş əmək haqqı, gecikmə günləri, gecikməyə görə ƏM-nin 172-ci maddəsinə əsasən hesblanmış 1 % ödəncin məbləği və s. barədə məlumatlar aşağıdakı cədvəldə öz əksini tapmışdır: Ge Ə/H Gecikməyə Ə/H Ə/H Ə/H a id cikmə miqdar görə hesablanmış verilməli verildiyi olduğu ay Künl ı 1 % ödəncin olduğu tarix tarix ərinin (AZK) məbləği Mart 09.04.2 15.05.202 3.435. 36 1,236.60 2020 020 0 41 Aprel 09.05.2 08.07.202 60 3.435. 2,061.00 May 09.06.2 08.07.202 29 3,435. 996.15 İyun 09.07.2 07.09.202 60 3.435. 2,061.00 İyul 09.08.2 07.09.202 29 3,435. 996.15 Avqust 09.09.2 12.10.202 33 3.435. 1.133.55 Sentyabr 09.10.2 03.12.202 55 3.435. 1.889.25 Cəmi məbləğ 10,373,70 manat Yuxarıdakı cədvəldən də göründüyü kimi işlədiyi müddətdə ərzində Cavabdeh tərəfindən əmək haqqının ödənilməsində onun təqsiri üzündən gecikmələrin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə (imperativ norma) əasaən hesblanmış 10.373.70 (on min üç yüz yetmiş üç manat. 70 qəpik) manat ödənci də Cavabdeh ona ödəməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxx” ASC-nin nümayəndəsi X5 oğlu iddia tələbini qəbul etməyərək eyni zamanda məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq iddiaçının Əmək qanunvericiliyinə uyğun olaraq fərdi əmək mübahisələri üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin ötürdüyünü bildirərək iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan 16 dekabr 2016-cı il tarixli ******* saylı əmək müqailəsinin surətindən görünür ki, İddiaçı layihə rəhbəri vəzifəsinə işə qəbul edilmiş, “03“ dekabr 2018-ci il tarixdən işə başlamışdır. İş materiallarında olan 27 noyabr 2020-ci il tarixli «xxxx” ASC-nin 49 saylı əmrinin surətindən görünür ki, İddiaçı M2/E60 Magistral yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 130,15 kilometrlik hissəsinin 130.15 kilometrlik hissəsinin dörd zolaqlı təkmilləşdirilməsi, Lot 3 layihəsinin layihə rəhbəri ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmiş və qanunvericiliyə uyğun olaraq son haqqhesab verilməsi qeyd edilmişdir. İş materiallarında olan 03.05.2021-ci il tarixli, BPM **********44 saylı ödəniş tapşırığının surətindən görünür ki, hüquqi xidmət göstərilməsinə görə Pro Bono vəkil Bürosunun bank hesabına 3750 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan “xxxx” ASC tərəfindən 25.12.2018-ci il tarixdən 09.04.2021-ci il tarixədək İddiaçı məxsus hesaba ödənilmiş pul vəsaitləri barədə bank hesabından çıxarış təqdim edilmişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı hesabına sonunu dəfə 03.12.2020-ci il tarixdə əmək haqqı ödənilmişdir. İddiaçı ona oktyabr və noyabr ayları üzrə əmək haqqının ödənilmədiyini, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə isə əmək haqqının gecikmələrlə ödənildiyini iddia edir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki iş materiallarından göründüyü kimi iddiaçının oktyabr və noyabr ayları üzrə əmək haqqının ödənilməməsi, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə isə əmək haqqının gecikmələrlə ödənilməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi hissəsində iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehdən 7076,7 manat məbləğində ödənc tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı 2021-ci ilin may ayında məhkəməyə müraciət etmiş və mart və aprel ayları üzrə 1 illik iddia müddəti ötürüldüyündən, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, iddia tələbi 09 noyabr 2020-ci il və 27 noyabr 2020-ci il tarixindən ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün müvafiq olaraq günlük 34,35 manat və 32,63 manat məbləğində ödəncin tutulması hissəsində də əsaslıdır. Deyilənlərlə yanaşı məhkəmə işin hallarını və bank hesabından çıxarışı əsas götürərək hesab edir ki, iddia tələbi oktyabr ayı və noyabr ayları üçün cəmi 6699,04 manat ödənilməmiş əmək haqqının tutulması hissəsində də əsaslıdır. Məhkəmə iddia tələbinin istifadə olunmamış məzuniyyət pulunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.(1-ci bəndi) İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.(3-cü bəndi). 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. (1-ci bəndi) Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər .(2-ci bəndi) Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər .(3-cü bəndi) Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Bu səbəbdən də məhkəmə iddia tələbinin “istifadə olunmamış 60 günlük əsas məzuniyyətə görə 6780,41 manat” hissəsinə münasibətdə iddia tələbini qismən əsaslı hesab edərək, məhkəmənin məzuniyyət haqqının hesablanması üzrə ixtisaslı vərdişləri (vasitələri) olmadığından, habelə hesablamalarla əlaqədar digər sübutlar təqdim edilmədiyindən, məhkəmə sadəcə 60 günlük müddət üçün məzuniyyətə görə ödənilməli pulun hesablanaraq tutulması ilə kifayətlənir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Bundan başqa məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş 3750 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 3750 manat xərcin cavabdehdən tutulmasını əsaslı hesab edir, belə olan halda, hüquqi yardıma görə 3750 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı mübahisə üzrə 30 manat dövlət rüsumu cavabdeh «xxxx” ASC tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddiaçı qismən təmin edilsin. Cavabdeh «xxxx” ASC-dən 2020-ci ilin oktyabr ayı üçün 3.435.41 manat və 2020-ci ilin noyabr ayı üçün 3.263.63 manat olmaqla cəmi 6.699.04 (altı min altı yüz doxsan doqquz manat, 04 qəpik) manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilsin. Cavabdeh «xxxx” ASC-dən 27 noyabr 2020-ci il tarixədək istifadə edilməmiş 60 günlük əsas əmək məzuniyyətinə görə pul əvəzi hesablanaraq İddiaçı ödənilsin. Hüquqi yardıma görə ödənilmiş 3,750.00 (üç min yeddi yüz əlli) manat pul cavabdeh «xxxx” ASC-dən tutularaq İddiaçı ödənilsin. Cavabdeh «xxxx” ASC-dən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə cəmi 7076,70 manat (yeddi min yetmiş altı manat, 70 qəpik) manat ödənc tutularaq İddiaçı ödənilsin. Cavabdeh «xxxx” ASC-dən 09 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3,435.41 manat məbləğində əmək haqqının 1 %-i məbləğində, günlük 34.35 manat ödəncin, 27 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3.263.63 manat məbləğində əmək haqqının 1 %-i məbləğində, günlük 32.63 manat məbləğində ödənc tutularaq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdeh «xxxx” ASC-dən 30 manat dövlət rüsumu tutulsun Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən, şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar