Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2953/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1nə və Cavabdeh2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər İcra İdarəsinin *9.*6.2*2*-ci il tarixli, ŞY132814/2*18 saylı sifariş məktubunun qanunsuz hesab edilməsi, Cavabdeh3 MMC, köhnə adı ilə “X1” MMC ilə Cavabdeh2 arasında bağlanan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 26 oktyabr 2*2*-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək, Gəncə şəhəri İcra İdarəsinin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) sonradan təkrarən ərizə təqdim edərək, Gəncə şəhəri İcra İdarəsinin cavabdeh qismində cəlb edilməsini, sifariş məktubunun qanunsuz hesab edilməsi hisəsində iddia tələbinin həcminin azaldılmasını, yalnız 26 oktyabr 2*2*-ci il tarixli hərracın yekunları üzrə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami rayonu X2 küçəsində, *,*42 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43.8 kv.m. olan 7 saylı fərdi yaşayış evini *1 sentyabr 2*2*-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə protokol əsasında 51*** manata əldə etmişdir. Bundan sonra çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Orada bildirmişlər ki, həmin evin üzərində məhkəmənin qərardadı ilə həbs var. Həmin qərardad sonradan məhkəmə tərəfindən ləğv edilsə də, həmin evə dair çıxarış almaq mümkün deyil. Belə ki, ona məlum olmuşdur ki, qalib olduğu hərrac keçirildikdən sonra evin köhnə mülkiyyətçisi Əliyev Saleh Azad oğlunun başqa borcuna görə cavabdeh Gəncə şəhər İcra İdarəsi qanunsuz olaraq mübahisəli mənzili hərraca çıxarmış və həmin mənzil 2-ci dəfə, baxmayaraq ki, artıq onun mülkiyyətinə keçmişdir, Cavabdeh3 köhnə adı ilə “X1” MMC keçirdiyi qanunsuz hərrac nəticəsində Cavabdeh2 adlı şəxsə 26 oktyabr 2*2*-ci il tarixdə satılmışdır. Cavabdeh “X1” MMC məhkəməyə etiraz ərizəsi təqdim edərək, İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə, Gəncə şəhəri üzrə İcra İdarəsinə və Cavabdeh2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin, İcra haqqında Qanununun, Mülki Məcəlləsinin tələbləri əsasında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.*5.2*17-ci il tarixli, 2(*44)-2574/2*17 saylı icra vərəqəsi və Gəncə şəhəri üzrə İcra İdarəsinin *9.*6.2*2*-ci il tarixli, İQ 132814/18 saylı sifariş məktubuna əsasən Əliyev Saleh Azad oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi, 7 saylı fərdi yaşayış evinin 1/2 hissəsi barədə Cavabdeh3 MMC tərəfindən hərrac təşkil edilmişdir. Əliyev Saleh Azad oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi, 7 saylı fərdi yaşayış evinin 1/2 hissəsi barədə hərrac baş tutmuşdur. Daşınmaz əmlakın ilkin satış qiyməti 35 *** manat müəyyən olunmuşdur, bəhsi keçən daşınmaz əmlak Cavabdeh2 tərəfindən əldə edilmiş və Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında 26.1*.2*2*-ci il tarixində hərracın yekunları üzrə alğı-satqı müqaviləsi bağlanılmışdır. Hərrac prosesi qanunvericiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilmişdir, tərəflərə bildirişlər ünvanlanmışdır. Həmçinin apellyasiya instansiyası məhkəmələri öz qərarlarında Konstitusiya Məhkəməsinin Plenumunun bu qərarlarına istinad edərək öz mövqelərini bildirirlər. İddiaçı 26 oktyabr 2*2*-ci il tarixində imzalanmış protokolu indi mübahisələndirməklə qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür ki, bununla bağlı tərəflərindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə məhkəməyə təqdim edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 3* oktyabr 2*19-cu il tarixli, 8(*44)-574/2*19 saylı qərardadı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 11.*5.2*17-ci il tarixli, 2(*44)-2574/2*17 saylı icra sənədinin icrası ilə əlaqədar tələbin borclu Əliyev Saleh Azad oğlunun əmlakı üzərinə həbs qoyulması qərara alınmışdır. Qeyd olunan qərardadın çıxarılması üçün əsas 11.*5.2*17-ci il tarixli, 2(*44)- 2574/2*17 saylı icra vərəqəsi olmuşdur. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 11.*5.2*17-ci il tarixli, 2(*44)-2574/2*17 saylı icra vərəqəsi və Gəncə şəhəri üzrə İcra İdarəsinin *9.*6.2*2*-ci il tarixli, İQ 132814/18 saylı sifariş məktubuna əsasən Əliyev Saleh Azad oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi, 7 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə dair hərrac prosesi başladılmışdır. Proses başladığı zaman, eləcə də davam etdiyi müddət ərzində nə icra məmuru, nə məhkəmə tərəfindən müvafiq prosesin dayandırılması barədə hər hansı müraciət onlara daxil olmamışdır. Bununla yanaşı İddiaçı Gəncə şəhər Məhkəməsinə ünvanlanmış iddia ərizəsində də qeyd edildiyi kimi Gəncə şəhər İcra İdarəsinin qanunsuz sifarişi əsasında prosesin başlanıldığını iddia edir. Belə qənaətə gəlmək olar ki, eyni əmlak barədə iki fərqli hərrac mərkəzinə hərracın təşkili barədə sifariş məktubu göndərilmişdir. Belə olan halda, vəzifəsi Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 11.*5.2*17-ci il tarixli, 2(*44)-2574/2*17 saylı icra vərəqəsi və Gəncə şəhəri üzrə İcra İdarəsinin *9.*6.2*2*-ci il tarixli, İQ 132814/18 saylı sifariş məktubuna əsasən hərrac prosesini təşkil etmək olan hərrac mərkəzinin hərracın yekunlarına dair protokolunun etibarsız hesab edilməsi nə dərəcədə düzgündür? İddia ərizəsindən də göründüyü kimi burada cavabdeh qismində Gəncə şəhər icra İdarəsi məsuliyyət daşımalı, İcra İdarəsinin hərəkətlərinə qiymət verilməlidir. Cavabdeh3 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, bütün bildirişlər vaxtında borcluya çatdırılmış, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir. Cavabdeh “X1” MMC həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, protokol və müqavilə 26 oktyabr 2*2*-ci il tarixində imzalanmışdır, lakin iddiaçı protokol və müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 3 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmişdir. Beləliklə, İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə, Gəncə şəhəri üzrə İcra İdarəsinə və Cavabdeh2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” barədə iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə müvafiq məhkəmə aktının çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zəruri qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, səhhətinə görə məhkəməyə gələ bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zəruri qaydada xəbərdar edilmiş digər cavabdehlər (Cavabdeh3 MMC və Cavabdeh1) və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş “X3 Azərbaycan” QSC məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən onların iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 9899 nömrəli, 13.1*.2*1*-cu il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, X2 küçəsi, ev 7 saylı fərdi yaşayış evi Əliyev Azad Zəkərə oğlunun və Əliyev Saleh Azad oğlunun adına *5.*2.2**3-cü ildə qeydə alınmışdır; - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı *1*6842 nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi, ev 7 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 1/2 hissədə Əliyev Saleh Azad oğlunun, digər 1/2 hissədə isə Əliyev Azad Zəkərə oğlunun adına 24.*9.2*1*cu il tarixdə 151***8114 nömrə ilə qeydə alınmışdır; - 24.*9.2*1*-cu il tarixli, 44*-42 inventar nömrəli “Daşınmaz Əmlakın Texniki Pasportu”ndan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi, ev 7 saylı fərdi yaşayış evi üzrə hüquq sahibləri Əliyev Saleh Azad oğlu və Əliyev Azad Zəkərə oğludur; - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı *158649 saylı çıxarışının surətindən görünür ki, Əliyev Saleh Azad oğlu və Əliyev Azad Zəkərə oğlunun paylı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi, ev 7 saylı fərdi yaşayış evi “X3 Azərbaycan” QSC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə 11.*5.2*13-cü il tarixdə 1513**7318 nömrəli qeyd aparılmışdır; - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin *2.*9.2*19-cu il tarixli məktubunun surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi 7 ünvanındakı daşınmaz əmlakın 1/2 hissəsinin Əliyev Saleh Azad oğlunun adına olduğu aşkar edilmişdir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 31.1*.2*23-cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi 7 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə Əliyev Azad Zəkərə oğlu və Əliyev Saleh Azad oğlunun adlarına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətlərindədir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş 2(*44)-62/2*17 saylı mülki işin materiallarından görünür ki, həmin məhkəmənin 18 oktyabr 2*17-ci il tarixli qətnaməsinə əsasən iddiaçı “X3” Azərbaycan QSC-nin cavabdehlər Əliyev Azad Zəkərə oğluna və Əliyev Saleh Azad oğluna qarşı “kredit borcunun qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və s.” barədə iddia ərizəsi qismən təmin edilmiş, Əliyev Saleh Azad oğlundan kredit borcunun tutularaq “X3” Azərbaycan QSC-yə ödənilməsi, tələbin ilkin satış qiyməti 6**** manat müəyyən edilmiş Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi 7 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmeti əmlak satıldıqdan sonra bir ay müddətində cavabdehlərin çıxarılaraq evin boşaldılması qət edilmişdir; - İş materiallarından aydın olur ki, qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, həmin İcra İdarəsi tərəfindən isə Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi, ev 7 saylı fərdi yaşayış evinin açıq hərracda satılması üçün "xxxx" MMC-yə 19792/2* saylı, *7.*2.2*2*-ci il tarixli sifariş verilmişdir; - Hərracın keçirilməsinə dair 14.*2.2*2*-ci il tarixli *1 nömrəli bildirişdən görünür ki, ipoteka predmeti olan və ilkin satış qiyməti 6**** manat nəzərdə tutulan Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi 7 saylı fərdi yaşayış evinə dair 16.*3.2*2*-ci il tarixində saat 11:**-da keçirilməsi nəzərdə tutulan hərrac barədə "xxxx" MMC tərəfindən bildiriş tərtib edilmişdir; - Poçt xəbərnaməsindən görünür ki, Əliyev Saleh Azad oğluna göndərilmiş bildiriş “bu ünvanda qeydiyyatdadır, ancaq burda yaşamır” qeydi ilə 28.*2.2*2*-ci il tarixdə geri qaytarılmışdır; - Poçt xəbərnaməsindən görünür ki, Əliyev Azad Zəkərə oğluna göndərilmiş bildirişin “bu ünvanda yoxdur” qeydi ilə 29.*2.2*2*-ci il tarixdə geri qaytarılmışdır; - “Birja yenilikləri” qəzetinin 14-2* fevral 2*2*-ci il tarixli 2*5 saylı buraxılışının surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi 7 saylı fərdi yaşayış evinə dair 16.*3.2*2*-ci il tarixində saat 11:**-17:**-dək (növbəlik əsasında) keçirilməsi nəzərdə tutulan hərrac barədə elan verilmişdir; - Hərracın keçirilməsinə dair 19.*8.2*2*-ci il tarixli *2 nömrəli bildirişindən görünür ki, ipoteka predmeti olan və ilkin satış qiyməti 15% endirimlə 51*** manat nəzərdə tutulan Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi 7 saylı fərdi yaşayış evinə dair *1.*9.2*2*-ci il tarixində saat 11:**-17:**-dək (növbəlilik əsasında) keçirilməsi nəzərdə tutulan hərrac barədə "xxxx" MMC tərəfindən bildiriş tərtib edilmişdir; - Poçt xəbərnaməsindən görünür ki, Əliyev Azad Zəkərə oğluna göndərilmiş bildirişin “imtina etdi” qeydi ilə 28.*8.2*2*-ci il tarixdə geri qaytarılmışdır; - “Birja yenilikləri” qəzetinin 19 avqust 2*2*-ci il tarixli 216 saylı buraxılışının surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi 7 saylı fərdi yaşayış evinə dair *1.*9.2*2*-ci il tarixində saat 11:**-17:**-dək (növbəlik əsasında) keçirilməsi nəzərdə tutulan hərrac barədə elan verilmişdir; - "xxxx" MMC-nin hərracın yekunları barədə 26/*1 nömrəli *1.*9.2*2*-ci il tarixli protokolundan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(*44)-62/2*17 saylı, 18 oktyabr 2*17-ci il tarixli icra vərəqəsi və Gəncə şəhəri üzrə İcra İdarəsinin 19792/2* saylı, *7.*2.2*2*-ci il tarixli sifariş məktubu əsasında hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən satış qiyməti 51*** manat müəyyən edilən ½ hissəsi Əliyev Saleh Azad oğlunun və ½ hissəsi Əliyev Azad Zəkəri oğlunun xüsusi mülkiyyətində olan və Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsində yerləşən *,*42 ha torpaq sahəsindəki 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv.m, yaşayış sahəsi 43,8 kv.m-dən ibarət 7 saylı fərdi yaşayış evi ilə bağlı *1.*9.2*2*-ci il, saat 11:**-da keçirilmiş açıq hərracın qalibi İddiaçı olmuş, bununla əlaqədar “hərracın yekunları barədə” 26/*1 №-li protokol tərtib edilmişdir; - Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə *1.*9.2*2*-ci il tarixli müqavilədən aydın olur ki, *1.*9.2*2*-ci il, saat 11:**-da keçirilmiş açıq hərracın qalibi İddiaçı ilə hərrac təşkilatçısı "xxxx" MMC arasında fərdi yaşayış evi barədə 26/*1 saylı, *1.*9.2*2*-ci il tarixli müqavilə bağlanmışdır; - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.*5.2*17-ci il tarixli, 2(*44)- 2574/2*17 saylı icra vərəqəsinin surətindən görünür ki, Əliyev Azad Zəkərə oğlundan və Əliyev Saleh Azad oğlundan 435** manat məbləğində borc və ödənilmiş 3* manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-yə verilməlidir; - Gəncə şəhəri üzrə İcra İdarəsinin 13.*6.2*18-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.*5.2*17-ci il tarixli, 2(*44)-2574/2*17 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır; - Gəncə şəhəri üzrə İcra İdarəsinin borclunun əmlakının və gəlirlərinin axtarılması barədə *7.*8.2*19-cu il tarixli qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(*44)-2574/2*17 nömrəli 11.*5.2*17-ci il tarixli icra sənədi üzrə borclu Əliyev Saleh Azad oğlunun əmlakı və gəlirləri barədə axtarış elan edilmişdir; - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3*.1*.2*19-cu il tarixli, 8(*44)-574/2*19 saylı qərardadının surətindən görünür ki, borclu Əliyev Saleh Azad oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi, ev 7 saylı fərdi yaşayış evinin 1/2 hissəsi üzərinə həbs qoyulması və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.*5.2*17-ci il tarixli, 2(*44)- 2574/2*17 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq tələbinin borcluya məxsus həmin əmlaka yönəldilməsi qərara alınmışdır; - "xxxx" MMC-nin 74 nömrəli, 22.*5.2*2*-ci il tarixli hesabatının surətindən görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin İ/Q 132814/18 saylı, 14.*1.2*2*-ci il tarixli sifariş məktubuna əsasən qiymətləndirmə işi aparılmış və Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi 7 saylı fərdi yaşayış evinin 1/2 hissəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 35*** manat olduğu müəyyən edilmişdir; - Gəncə şəhəri üzrə İcra İdarəsinin *9.*6.2*2*-ci il tarixli, İQ132814/18 saylı sifariş məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi, ev 7 saylı fərdi yaşayış evinin Əliyev Saleh Azad oğluna məxsus 1/2 hissəsinin açıq hərrac yolu ilə satılması “X1” MMC-yə (Cavabdeh3 MMC-yə) həvalə edilmişdir; - Cavabdeh3 MMC-nin hərracın yekunları barədə 65 nömrəli 26.1*.2*2*-ci il tarixli protokolundan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 may 2*17-ci il tarixli 2(*44)-2574/2*17 saylı icra vərəqəsi və Gəncə şəhəri üzrə İcra İdarəsinin *7.*2.2*2*ci il tarixli İQ132814/18 saylı sifariş məktubu əsasında hərrac təşkilatçısı Cavabdeh3 MMC tərəfindən tam dəyəri 35*** manat olan Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsi 7 saylı fərdi yaşayış evinin Əliyev Saleh Azad oğluna məxsus 1/2 hissəsi ilə bağlı 26.1*.2*2*-ci il, saat 11:**-da açıq hərrac keçirilmiş, həmin hərracın qalibi Cavabdeh2 olmuş və əmlakın borcluya məxsus 1/2 hissəsi 3*% endirimlə 245** manata ona satılmışdır; - Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 26.1*.2*2*-ci il tarixli müqavilədən görünür ki, 26.1*.2*2*-ci il, saat 11:**-da keçirilmiş açıq hərracın qalibi Cavabdeh2 ilə hərrac təşkilatçısı Cavabdeh3 MMC (əvvəlki adı “X1” MMC) arasında fərdi yaşayış evi barədə 65 saylı, 26.1*.2*2*-ci il tarixli müqavilə bağlanmışdır; - Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı 28.*6.2*22-ci il tarixli 19792/2* saylı məktubundan görünür ki, həmin məktubda Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(*44)-62 nömrəli 18.*1.2*17-ci il tarixli icra sənədinə əsasən Əliyev Saleh Azad oğlunun “X3” Azərbaycan QSC-nə olan borcunun əvəzinə banka ipoteka qoyulmuş Gəncə şəhəri, M.A.Axundov küçəsində *.42 ha torpaq sahəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin "xxxx" MMC-nin *1.*9.2*2*-ci il tarixli protokoluna əsasən İddiaçı tərəfindən hərrac vasitəsi ilə əldə edildiyi vurğulanaraq həmin icra sənədinin icrası ilə bağlı, "xxxx" Hərrac Mərkəzinin hərracın yekununa dair 26/*1 nömrəli *1.*9.2*2*-ci il tarixli protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin icra edilməsi üzrə göstəriş verilməsi xahiş edilmişdir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 26.12.2*22-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surətindən görünür ki, həmin bildirişdə fərdi yaşayış evinin bir hissəsinin “X1” MMC tərəfindən tərtib edilmiş 26.1*.2*2*-ci il tarixli, 65 nömrəli hərracın yekunları barədə protokola əsasən başqa şəxsə satıldığı, həmçinin fərdi yaşayış evinin “X3 Azərbaycan” QSC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü olduğu halda, əmlakın özgəninkiləşdirilməsinə razılıq verilməsi barədə bankın məktubunun ərizəyə əlavə edilmədiyi əsas göstərilərək ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi ipoteka predmeti olmaqla Gəncə şəhəri üzrə İcra İdarəsinin 19792/2* saylı, *7.*2.2*2*-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən *1.*9.2*2*-ci il tarixdə təşkil edilən hərracın yekununda İddiaçı satılmışdır. Həmin icra idarəsinin icraatında olan digər icra sənədinin (Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.*5.2*17-ci il tarixli, 2(*44)-2574/2*17 saylı icra vərəqəsinin) icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən borclu Əliyev Saleh Azad oğlunun əmlakı və gəlirləri barədə axtarış elan edilmiş, mübahisə predmeti olan fərdi yaşayış evinin 1/2 hissəsinin onun mülkiyyətində olduğu aşkar edilərək, icra məmurunun təqdimatına əsasən məhkəmə qərardadı ilə əmlakın həmin hissəsinin üzərinə həbs qoyulmuş, evin həmin hissəsi 35*** manat olaraq qiymətləndirilmiş, icra idarəsinin *9.*6.2*2*-ci il tarixli, İQ132814/18 saylı sifariş məktubu əsasında Cavabdeh3 MMC tərəfindən 26.1*.2*2*-ci il tarixdə təşkil edilən hərracın yekununda 3*% endirimlə 245** manata Cavabdeh2 satılmışdır. Əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün hər iki şəxs (hərrac qalibləri) və icra idarəsi tərəfindən ayrı-ayrılıqda edilən müraciətlərin icrasından imtina edilmişdir. Hazırda iddiaçı 26 oktyabr 2*2*-ci il tarixli hərracın yekununda hərrac qalibi Cavabdeh2 ilə hərrac təşkilatçısı Cavabdeh3 MMC arasında bağlanan alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli fərdi yaşayış evi “X3 Azərbaycan” QSC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü olmuş, məhz həmin bankın ipoteka ilə təmin edilmiş tələblərinin ödənilməsi məqsədi ilə ipoteka predmeti olan mübahisəli fərdi yaşayış evi "xxxx" MMC tərəfindən hələ *1.*9.2*2*-ci il tarixdə hərraca çıxarılaraq İddiaçı satılmışdır. Buna baxmayaraq eyni icra idarəsinin icraatında olan digər icra sənədinin (Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.*5.2*17-ci il tarixli, 2(*44)-2574/2*17 saylı icra vərəqəsinin) icrasını təmin etmək məqsədilə icra məmurunun müvafiq sifariş məktubu əsasında Cavabdeh3 MMC tərəfindən daha sonrakı tarixdə (26.1*.2*2*-ci il tarixdə) təşkil edilən hərracın yekununda həmin fərdi yaşayış evinin borcluya məxsus 1/2 hissəsi Cavabdeh2 satılmışdır. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 7.3-cü maddəsinə görə, ipoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; həmin Məcəllənin 416.2-ci maddəsinə görə isə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Hərracın etibarsızlığı ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Qanunvericilikdə hərracın keçirilməsinin, qiymətli kağızların buraxılışının və vəsiyyətnamələrin yalnız məhkəmə qərarı ilə etibarsız hesab oluna biləcəyi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 416, 1*78-27.1.3 və 1225.3-cü maddələri). Bir sıra əqdlərin etibarsızlığının yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi həmin əqdlərin mahiyyəti ilə bağlıdır. Belə əqdlər əsasən səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamını qorumaq zərurəti yaranır. Bu səbəbdən qanunvericilikdə bəzi əqdlərin yalnız məhkəmə qərarı əsasında etibarsız hesab edilməsi ilə bağlı normalar müəyyən edilmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2*21-ci il tarixli Qərar). Göründüyü kimi, səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamının qorunması baxımından, qanun normalarına zidd həyata keçirilmiş hərrac maraqlı şəxsin iddiası əsasında məhkəmə tərəfindən etibarsız hesab olunmalıdır. Qeyd olunmalıdır ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə müvafiq olaraq, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasını təşkil edir. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki qanunvericiliyə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2*1*-cu il 15 yanvar tarixli Qərarı). Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (N.Qədirovun şikayəti üzrə 2*17-ci il 18 dekabr tarixli Qərar). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak hərracdan satılarkən qanunvericilik müddəalarının pozuntusu müəyyən edildiyindən, yəni artıq borclunun faktiki mülkiyyətində olmayan, iddiaçıya məxsus əmlak əvvəlki mülkiyyətçinin icra sənədi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə məcburi icra tədbiri qismində keçirilmiş hərracdan başqa şəxsə satıldığından, bununla da əmlakın qanuni sahibi olan iddiaçının hüquqları pozulduğundan, iddiaçı “mübahisə mövzusu olan fərdi yaşayış evinin 1/2 hisəsinə dair Cavabdeh3 MMC (əvvəlki adı “X1” MMC) ilə Cavabdeh2 arasında bağlanmış 26 oktyabr 2*2*-ci il tarixli 65 saylı hərracın yekunları üzrə alğı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbini irəli sürməkdə haqlı olmuşdur. Bu qənaətə gələrkən məhkəmə, tədqiq olunmuş sübutlara əsaslanaraq həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsindən, mülki dövriyyənin sabitliyinin təmin edilməsindən ibarət olduğu, həmçinin tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. O da qeyd olunmalıdır ki, iddiaçı hərracın yekunları üzrə alğı-satqı müqaviləsinin etibarsız hesab olunmasını xahiş etsə də məhkəmə “X1” MMC ilə Cavabdeh2 arasında bağlanmış 26 oktyabr 2*2*-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə yanaşı, Cavabdeh3 MMC (əvvəlki adı “X1” MMC) tərəfindən keçirilmiş hərracın nəticələrinin, o cümlədən hərracın yekunları barədə 26.1*.2*2*-ci il tarixli, 65 nömrəli Protokolun da etibarsız hesab edilməsini zəruri hesab edir və bunu iddia tələbindən kənara çıxma kimi qiymətləndirmir. Cavabdeh3 MMC-nin “əqdin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 354-cü maddəsindəki müddətə əməl edilməməsi” dəlili ilə əlaqədar isə məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2*21-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. İlk növbədə qeyd olunmalıdır ki, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” tarixli Qərarı). Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən` müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2*21ci il tarixli Qərarı). Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət həmin Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın nəticələrinin tətbiqinə, yəni əhəmiyyətsiz əqd üzrə icra edilmiş əvəzedilən əşyaların əqdin qarşı tərəfinin əmlakına qarışması səbəbindən əmələ gətirdiyi əsassız varlanma halları üzrə geri qaytarılması tələblərinə tətbiq edilən iddia müddətidir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddənin məzmunundan göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Bu baxımdan hazırkı mübahisə üzrə iddiaçının istinad etdiyi etibarsızlıq halı mübahisələndirilən əqdlərə aid olmadığı üçün (əhəmiyyətsiz əqdlərə aiddir) onun tələbinə Mülki Məcəllənin 354.2-ci maddəsindəki müddətlər tətbiq oluna bilməz. Hazırki mübahisəyə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət tətbiq olunarsa belə, iddiaçı əqdi mübahisələndirmək hüququnu itirməmişdir. Belə ki, qeyd edilən maddənin mənasından göründüyü kimi, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. İş materiallarından görünür ki, İddiaçı Sabit qızı *5.12.2*22-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinə müraciət edərək mübahisəli fərdi yaşayış evi üzərində hüquqlarının qeydə alınmasını xahiş etmiş, həmin idarənin 26.12.2*22-ci il tarixli bildirişi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından, fərdi yaşayış evinin bir hissəsinin “X1” MMC tərəfindən tərtib edilmiş 26.1*.2*2*-ci il tarixli, 65 nömrəli hərracın yekunları barədə protokola əsasən başqa şəxsə satıldığı əsas gətirilərək imtina edilmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 2*.*4.2*23-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinin 1/2 hissəsinin açıq hərracdan satılması ilə bağlı Cavabdeh3 MMC (əvvəlki adı “X1” MMC) tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə 26.1*.2*2*-ci il tarixli, 65 nömrəli Protokol və “X1” MMC ilə Cavabdeh2 arasında bağlanmış 26 oktyabr 2*2*-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, X2 küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinin 1/2 hissəsinin açıq hərracdan satılması ilə bağlı Cavabdeh3 MMC (əvvəlki adı “X1” MMC) tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə 26.1*.2*2*ci il tarixli, 65 nömrəli Protokol və “X1” MMC ilə Cavabdeh2 arasında bağlanmış 26 oktyabr 2*2*-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2953/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2953/2023
06.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver