Məhkəmə qərarları › İş №2(005)-2959/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2959/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2959/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X8, İddiaçı “xxxxxxxxx” QSC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC nümayəndəsi X27 iştirakları ilə, İddiaçı “xxxxxxxxx” QSC-nin cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh3, Cavabdeh2nə qarşı (X16, X6, X28 və X26 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” QSC-nin cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh3, Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh2 sifariş əsasında Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı mənzilinə və Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 30 saylı mənzilinə dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx'’ MMC tərəfindən keçirilmiş hərracların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxx” QSC iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı" QSC Cavabdeh3, X9, X16 və X23 qarşı borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-214/2017 saylı qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə ümumilikdə, cəmi 842820.05 ABŞ Dolları məbləğində borcun və məhkəmə xərclərinə görə ödənilmiş 93 manatın tutulması, tutmanın ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı mənzilinə və Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 30 saylı mənzilinə yönəldilməsi, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 90000 manat, Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı mənzilinin ilkin satış qiyməti 146512 manat və Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 30 saylı mənzilinin ilkin satış qiyməti 189056 manat müəyyən edilmiş, əmlaklara tutma yönədildikdən və onlar satıldıqdan 1 ay sonra cavabdehlərin mənzillərə istifadə hüquqlarının itirilməklə mənzillərdən çıxarılmaları və mənzillərin boşaldılmaları qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)- 2193/2018 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 111000 manat, Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı mənzilinin ilkin satış qiyməti 240000 manat və Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 30 saylı mənzilinin ilkin satış qiyməti 290000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq Gəncə şəhəri üzrə İcra İdarəsi ipoteka predmeti olan Gəncə şəhəri, Şəddadilər küçəsi 134A saylı evin satışının təşkil edilməsi üçün Respublikası Xammal və Əmtəə Birjasının “xxxxx'’ Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş verilmişdir. “xxxxx" MMC tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evi ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında hərrac prosesləri həyata keçirilmişdir. Keçirilmiş hərraclar nəticəsində əmlakın alıcısı olmadığından həmin əmlak xx.xx.2019-cu il tarixdə banka təklif olunmuşdur. Bank tərəfindən təklifə müsbət cavab verilmiş və xx.xx.2019-cu il tarixdə həmin əmlakla bağlı ipoteka saxlayanla hərrac mərkəzi arasında ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair 30/03 saylı protokol imzalanmış və qeyd olunan əmlak borcun bir hissəsinin qarşılığında bank tərəfindən əldə olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 5a saylı evin 28 və 30 saylı mənzillərinə dair hissədə icra sənədi icra olunması Bakı şəhəri Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. Cavabdeh2 tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 5a saylı evin 28 və 30 saylı mənzillərinin açıq hərracdan satılaraq realizə olunması üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə xx.xx.2019-cu il tarixli, 21302-141061/2019-5-1 saylı məktubla sifariş verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və Cavabdeh2 hərracın keçirilmə qaydasını pozmuşdur. Belə ki, Cavabdeh2 hərraca sifariş göndərərkən məktubunda Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-2193/2018 saylı qətnaməsi üzrə verilmiş icra sənədini deyil, iddiaçıya məlum olmayan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-2193/2018 saylı icra sənədi üzrə ilkin satış qiymətlərinə üzrə hərracın keçirilməli olmasını əsas gətirmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc edilməmiş, Hərrac Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli, a/4723 saylı və xx.xx.2020-ci il tarixli, a/54 saylı məktubla birinci hərracı xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin bildirişlərdə tələbin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-2193/2018 saylı icra qeydi üzrə Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı və 30 saylı mənzillərə yönəldiyi və hərracda satılmalı olduğu qeyd edilmişdir. İkinci hərrac (təkrar hərrac) xx.xx.2020-ci il tarixli, a/213 saylı məktubla xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əgər birinci hərrac baş tutmamışdırsa, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat Hərrac Mərkəzi tərəfindən dərc etdirilməli olduğu halda dərc etdirilməmişdir. Bununla da “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.1 və 43.2-ci maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa təkrar hərracın keçirilməsinə on geci 20 təqvim güııü qalmış bildiriş göndərilməli olduğu halda “İpoteka haqqında” Azərbavcan Respublikasının Qanunun 42-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinin tələbləri pozulmuş hərracın keçirilməsinə barədə bildirişi məktubun tarixindən də göründüvü kimi 9 gün qalmış tərtib edilmişdir. Belə olan halda bildirişin 20 təqvim günü qalmış göndərilməsi də mümkün deyildir. xx.xx.2020-ci il tarixdən yəni təkrar hərracın keçirilmə tarixindən sonra Hərrac Mərkəzi tərəfindən təkrar hərrac baş tutmamış elan edilməmişdir. İpoteka saxlayan - bankın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə almaq hüququ, yəni “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.7-ci maddəsinin tələbləri pozulmuşdur. Daha sonra Hərrac Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli, a/363 saylı və xx.xx.2020-ci il tarixli, a/505 saylı məktubla yenidən hərrac təyin edilmiş, hərrac xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin edilmiş, hərraca çıxarılan əmlakların sırasına Bakı şəhəri Nəsimi rayonu X35 küçəsi 5A saylı binanın 28 saylı və 30 saylı mənzillərlə yanaşı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evi də əlavə edilmişdir. Hərrac Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli, a/302 saylı məktubla 3 əmlak barəsində hərrac xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, g/480 saylı məktubla 3 əmlak barəsində eyni hərrac xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir Sonuncu dəfə isə xx.xx.2020-ci il tarixli a/547 saylı məktubla 3 əmlak barəsində hərrac xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Yuxarıdakı məktublardan aydın olur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən “İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evi bilinməyən bir səbəbdən hərraca çıxarılmışdır. X30 tərəfindən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində hərrac keçirilməli olduğu halda təxminən 8 (səkkiz) ay ərzində hərrac keçirib yekunlaşdırılmamış, hələ də davam etdirməkdədir. Bununla da “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 62-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilməlidir ki, bütün hərrac bildirişlərində tələbin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-2193/2018 saylı icra qeydi üzrə ipoteka predmetlərinə yönəldiyi və hərracda satılmalı olduğu qeyd edilmişdir. Halbuki ipoteka predmtlərinə tələbin yönəldilməsi və ilkin satış qiymətlərinin müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-2193/2018 saylı qətnaməsi üzrə verilmiş icra sənədi ilə müəyyən edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxx” QSC-nin nümayəndəsi Nümayəndə Cavabdeh3 cavabdeh qismində, X16, X6, X28 və X26 isə məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxx” QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC nümayəndəsi X36 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında hərracın qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası qaydasında və qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edildiyini və keçirildiyini bildirmiş və bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Bakı şəhəri Cavabdeh2nə, habelə üçüncü şəxslərX16, X6, X28 və X18 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdehlər və üçüncü şəxslər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə bu cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-214/2017 saylı, 12 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, X10ma, X13, X23, X18 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh3, X1, X7, X14 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 06R00001781 saylı kredit razılaşması üzrə əsas borc 221868.22 ABŞ dolları, faiz borcu üzrə 65199.54 ABŞ dolları, cərimə 1000 ABŞ dolları, cəmi 28806T76 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, 006R********** saylı kredit razılaşması üzrə əsas borc 431233.13 ABŞ dolları, faiz borcu üzrə 122519.16 ABŞ dolları, cərimə 1000 ABŞ dolları, cəmi 554752.29 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, hər iki müqavilə üzrə cəmi 842820.05 (səkkiz yüz qırx iki min səkkiz yüz iyirimi dollar, beş sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 63 manat xidmət haqqının və 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulması, tutma öhdəliyin təmini kimi banka ipoteka qoyulmuş X5 və X11 paylı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli fərdi yaşayış evinə, X19 tam mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsində 5a saylı binanın, 30 saylı mənzilinə, Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi, ev 5A saylı binanın 28 saylı mənzilə yönəldilməsi, ilkin satış qiyməti 90000 manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli fərdi yaşayış evi, ilkin satış qiyməti 189056 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu. X35 küçəsində 5a saylı binanın, 30 saylı mənzili, ilkin satış qiyməti 146512 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi, ev 5A saylı binanın 28 saylı mənzili açıq həracdan satılması, həmin əmlakların satışından əldə olunmuş vəsait hesabına 842820.05 (səkkiz yüz qırx iki min səkkiz yüz iyirmi dollar, beş sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına üçün 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqı iddiaçı «xxxxxxxxxxx» QSC-nə ödənilməsi, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evi satıldıqdan 1 ay sonra X2 və X11 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməsi, onlar həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5a saylı binanın 30 saylı mənzili satıldıqdan 1 ay sonra X19 və X15 həmin mənzilə istifadə hüquqları itirilməsi, onların həmin mənzildən çıxarılması qət edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2193/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(044)-214/2017 saylı qətnaməsi ilkin satış qiyməti 90000 manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Şəddadiiər küçəsi 134A nömrəli fərdi yaşayış evinin, ilkin satış qiymət 189056 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsində 5a saylı binanın, 30 saylı mənzili, ilkin salış qiyməti 146512 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi, ev 5A saylı binanın 28 saylı mənzili açıq həracdan satılması hissəsində dəyişdirilmiş və ilkin satış qiyməti 111.000 (bir yüz on bir min) manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli fərdi yaşayış evi, ilkin satış qiyməti 290.000 (iki yüz doxsan min) manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsində 5a saylı binanın, 30 saylı mənzilin, ilkin salış qiyməti 240.000 (iki yüz qırx min) manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi, ev 5A saylı binanın 28 saylı mənzil açıq həracdan satılması, qətnamə mübahisələndirilən qalan, yəni faiz pulu hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu tarixli, 01/4723 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı və 30 saylı mənzillərin ilkin satış qiyməti 290.000 manat və 240.000 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxxxxx 2020-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə Cavabdeh3, X13, X4, X23, X18, Nəsimi Rayon İcra Şöbəsinə və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məlumat verilmişdir; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci tarixli, 01/54 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı və 30 saylı mənzillərin ilkin satış qiyməti 290.000 manat və 240.000 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxxxxx 2020-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə Cavabdeh3, X13, X4, X23, X18, Nəsimi Rayon İcra Şöbəsinə və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məlumat verilmişdir; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci tarixli, 001/213 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı və 30 saylı mənzillərin ilkin satış qiyməti 290.000-15%=246500 manat və 240.000-15%=204000 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxxxxx 2020-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə Cavabdeh3, X13, X4, X23, X18, Nəsimi Rayon İcra Şöbəsinə və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məlumat verilmişdir; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci tarixli, 01/363 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı və 30 saylı mənzillər və Gəncə şəhəri, Şəddadilər küçəsi, 134A fərdi yaşayış evi ilkin satış qiyməti 290.000 manat, 240.000 manat və 111.000 olmaqla hərraca çıxarılması və hərracın xx xxxx 2020-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə Cavabdeh3, X13, X4, X23, X18, Nəsimi Rayon İcra Şöbəsinə və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məlumat verilmişdir; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci tarixli, 01/505 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı və 30 saylı mənzillər və Gəncə şəhəri, Şəddadilər küçəsi, 134A fərdi yaşayış evi ilkin satış qiyməti 290.000 manat, 240.000 manat və 111.000 olmaqla hərraca çıxarılması və hərracın xx xxxx 2020-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə Cavabdeh3, X13, X4, X23, X18, Nəsimi Rayon İcra Şöbəsinə və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məlumat verilmişdir; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci tarixli, 01/302 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı və 30 saylı mənzillər və Gəncə şəhəri, Şəddadilər küçəsi, 134A fərdi yaşayış evi ilkin satış qiyməti 290.000-15%=246500 manat, 240.000- 15%=204000 manat və 111.000-15%=94350 olmaqla hərraca çıxarılması və hərracın xx xxxx 2020-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə Cavabdeh3, X13, X4, X23, X18, Nəsimi Rayon İcra Şöbəsinə və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məlumat verilmişdir; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci tarixli, 01/480 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı və 30 saylı mənzillər və Gəncə şəhəri, Şəddadilər küçəsi, 134A fərdi yaşayış evi ilkin satış qiyməti 2290.000-15%=246500 manat, 240.000- 15%=204000 manat və 111.000-15%=94350 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxxx 2020-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə Cavabdeh3, X13, X4, X23, X18, Nəsimi Rayon İcra Şöbəsinə və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məlumat verilmişdir; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci tarixli, 01/547 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı və 30 saylı mənzillər və Gəncə şəhəri, Şəddadilər küçəsi, 134A fərdi yaşayış evi ilkin satış qiyməti 290.000-15%=246500 manat, 240.000- 15%=204000 manat və 111.000-15%=94350 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxxx 2020-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə Cavabdeh3, X13, X4, X23, X18, Nəsimi Rayon İcra Şöbəsinə və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məlumat verilmişdir; Cavabdeh2 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və məlumat üçün X23, İddiaçı QSC-yə və AR Ədliyyə nazirliyi İcra baş İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 21302-141061/2019-5-1 saylı məktubun surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(104)-2193/2018 saylı, xx.xx.2019-cu il tarixli İcra sənədi üzrə borclular Cavabdeh3, X3, X7, X14 müştərək qaydada 842820,05 ABŞ dolları ödəniş gününə valyutanın cari kursu Azərbaycan manatı ifadəsində, bildirişlərin qeydə alınması üçün 63 manat xidmət haqqının yə 30 manat dövlət rüsumu tələbkar “İddiaçı" QSC-nin xeyrinə tutulmalı, tutma öhdəliyin təmini kimi banka ipoteka qoyulmuş X2 və X12 paylı mülkiyyətində olna Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 134A nömrəli fərdi yaşayış evinə, X19, tam mülkiyyətində olan Bakı şəhəri, Ak.H.Əliyev küç, ev 5a, mənzil 30 və Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Ak.H.Əliyev küçəsi, ev 5a, mən 28-ə yönəldilməli, ilkin satış qiyməti 111.000 manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 134A yaşayış evi, ilkin satış qiyməti 290.000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Ak.H.Əliyev küç, ev 5a, mənzil 30, ilkin satış qiyməti 240.000 manat qiymətində qiymətləndirilmiş Bakı şəhəri, Ak.H.Əliyev küçəsi, ev 5a, mənzil 28 açıq hərracda satılmalı, həmin əmlakların satışından əldə edilmiş vəsait hesabına borc ödənilməli, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 134A nömrəli fərdi yaşayış evi satıldıqdaq 1 ay sonra X2 və X11 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməsi onlar həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalı, Bakı şəhəri, Ak.H.Əliyev küç, ev 5a, mənzil 30 satıldıqdan 1 ay sonra X28 və X15 həmin mənzilə istifadə hüquqları itirilməli, onlar mənzildən çıxarılmalı, Bakı şəhəri, Ak.H.Əliyev küç, ev 5a, mənzil 28 satıldıqdan bir ay sonra Cavabdeh3 həmin mənzildən çıxarılmalıdır. Göstərilənləri rəhbər tutaraq, ilkin satış qiyməti 290.000 manat dəyərində olan Bakı şəhəri, Ak.H.Əliyev küç, ev 5a, mənzil 30 və ilkin satış qiyməti 240.000 manat dəyərində olan Bakı şəhəri, Ak.H.Əliyev küçəsi, ev 5a, mənzil 28 mənzilin satışını təşkil edib, satışdan əldə olunan məbləğin Cavabdeh2 depozit hesabına köçürülməsi xahiş olunmuşdur; Respublika Xammal və X31 Mərkəzi “xxxxx” MMC-nin İddiaçı QSC-yə və məlumat üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə, X4, X13, X23, X18 və Cavabdeh3 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 01/1916 saylı təklifin surətinə əsasən Gəncə şəhəri üzrə İcra İdarəsinin 35289/19 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu X4 məxsus ipoteka yüklü Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 134A saylı fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 70762.50 (yetmiş min yeddi yüz altmış iki manat, əlli qəpik) manat olmaqla ipoteka saxlayana təklif olunur. qəbul etdiyi son qərarla hərrac təşkilatının tanış edilməsi xahiş edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Şəddadiiər küçəsi 134A nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ kimi İddiaçı QSC adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır; Hərracın yekunları barədə xx.xx.2019-cu-ci il tarixli, 30/03 nömrəli protokolunun surətinə əsasən X25 Məhkəməsinin 2(104)-2193/2018 saylı, xx xxxx 2018-ci il tarixli icra vərəqəsinə, Gəncə şəhəri üzrə İcra İdarəsinin 35289/19 nömrəli, xx.xx.2019-cu il tarixli sifariş məktubuna və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 7081 saylı, xx.xx.2019-cu il tarixli müvafiq məktubuna əsasən ilkin hərrac qiyməti 111000 (bir yüz on bir min) manat və təkrar hərracdakı ilkin satış qiyməti 94350 manat olan X2 və X11 paylı mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Şəddadiiər küçəsi 134A nömrəli fərdi yaşayış evi 70762,5 manata ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə əldə etmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı “xxxxxxxxx” QSC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxxxx” QSC ilə Cavabdeh3 arasında yaranmış kredit öhdəliklərinin təminatı olaraq X5 və X11 paylı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli fərdi yaşayış evinə, X19 tam mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsində 5a saylı binanın, 30 saylı mənzilinə, Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi, ev 5A saylı binanın 28 saylı mənzilə ipoteka ilə yüklü etmişdir. Lakin borclu bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən Banka borcu yaranmış və nəticədə Bank ona qarşı yaranmış borc məbləğinin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Mübahisəyə məhkəmə qaydasında baxılmış və nəticədə borcun tutularaqa ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və onun əsasında verilmiş icra vərəqəsi üzrə aparılmış icra tədbirləri nəticəsində cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən hərrac keçirilmiş, bu barədə tərəflərə, eyni zamanda iş üzrə iddiaçıya bildirişlər göndərilmiş, qəzetlərdə elanlar yerləşdirilmiş, lakin birinci və təkrar hərracda alıcı olmadığından, hərrac baş tutmamış elan edilmiş və ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ipoteka saxlayan təklif edilmiş və təklif qəbul edilərək onun tərəfindən alınmış və bu barədə xx.xx.2019-cu il tarixdə həmin əmlakla bağlı ipoteka saxlayanla hərrac mərkəzi arasında ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair 30/03 saylı yekun protokol tərtib edilmişdır. Hazırda iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin tələblərinin pozulmasını, hərracın keçirilməsinə dair elanın kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat Hərrac Mərkəzi tərəfindən dərc etdirilməməsini, təkrar hərracın keçirilməsinə on geci 20 təqvim günü qalmış bildiriş göndərilməli olduğu halda, 9 gün qalmış tərtib edilmişdir. Belə olan halda bildirişin 20 təqvim günü qalmış göndərilməsi də mümkün deyildir. xx.xx.2020-ci il tarixdən yəni təkrar hərracın keçirilmə tarixindən sonra Hərrac Mərkəzi tərəfindən təkrar hərrac baş tutmamış elan edilməmişdir. İpoteka saxlayan - bankın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə almaq hüququ, yəni “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.7-ci maddəsinin tələbləri pozulmuşdur. Daha sonra Hərrac Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli, a/363 saylı və xx.xx.2020-ci il tarixli, a/505 saylı məktubla yenidən hərrac təyin edilmiş, hərrac xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin edilmiş, hərraca çıxarılan əmlakların sırasına Bakı şəhəri Nəsimi rayonu X35 küçəsi 5A saylı binanın 28 saylı və 30 saylı mənzillərlə yanaşı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evi də əlavə edilmişdir. Hərrac Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli, a/302 saylı məktubla 3 əmlak barəsində hərrac xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, g/480 saylı məktubla 3 əmlak barəsində eyni hərrac xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir Sonuncu dəfə isə xx.xx.2020-ci il tarixli a/547 saylı məktubla 3 əmlak barəsində hərrac xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Yuxarıdakı məktublardan aydın olur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən “İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evi bilinməyən bir səbəbdən hərraca çıxarılmışdır. X30 tərəfindən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində hərrac keçirilməli olduğu halda təxminən 8 (səkkiz) ay ərzində hərrac keçirib yekunlaşdırılmamış, hələ də davam etdirməkdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir; 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iki əsasla hərracın etibarsız hesab edilməsini tələb edir. Birincisi – hərrac barədə ona hər hansı məlumatın verilməməsi, ikincisi – həracın keçirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydaların pozulması Məhkəmə, hərrac barədə iddiaçıya hər hansı məlumatın verilməməsi bağlı qeyd edir ki, ipoteka predmeti olan əmlaklar barədə keçirilmiş hərracda qanunvericiliyin tələbləri pozulmuş, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi, hərracın keçirilməsinə on geci 20 təqvim günü qalmış bildiriş göndərilməli olduğu halda, 9 gün qalmış tərtib edilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər vaxtında göndərilməmişdir. Məhkəmə F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, göründüyü kimi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildirişlər vaxtında göndərilməmiş, eyni zamanda, qanunvericiliyi tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilməmişdir. Məhkəmə onu da vurğulayır ki, hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər tərəflərin qeydiyyatında olduğu ünvana vaxtında göndərilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş əsasla bağlı məhəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən hərracın keçirilməsi zamanı qaydaların pozulması Bakı şəhəri Cavabdeh2 sifariş əsasında Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı mənzilinə və Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 30 saylı mənzilinə dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx'’ MMC tərəfindən keçirilmiş hərracların etibarsız hesab edilməsi protokolun etibarsız hesab edilməsi üçün əsas yaradır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu baxımdan əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Bakı şəhəri Cavabdeh2 sifariş əsasında Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı mənzili və Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 30 saylı mənzilinə dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx'’ MMC tərəfindən keçirilmiş hərrac etibarsız hesab edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya adi edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 28 saylı mənzili və Bakı şəhəri, Nəsimi rayonu, X35 küçəsi 5A saylı binanın 30 saylı mənzilinə dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx'’ MMC tərəfindən keçirilmiş hərraclar etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar