Məhkəmə qərarları › İş №2(005)-296/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-296/2024

02.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-296/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, cavabdeh X14 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər X20, Bakı Şəhəri 9 saylı notariat ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X43 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışla müqavilələrinin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş daşınmaz əmlaka mülkiyyət hüququ haqqında çıxarışın ləğvi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kiyev şəhəri 10 saylı notariat ofisi tərəfindən xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum X8na məxsus miras əmlak olan ünvan 1 ünvanında yerləşən 140 saylı mənzilə dair X16 adına verilmiş 1p – 976 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli “Qanuni mirasa hüquq haqqında” şəhadətnamənin qismən etibarsız hesab edilməsi, eləcə də ünvan 1 ünvanında yerləşən 140 saylı mənzilin X28 tərəfindən Cavabdeh2 bağışlanmasına dair Bakı Şəhəri 9 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 4-Ə-2/571 reyestr nömrəli xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və həmin mənzilə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anası X31 və atası mərhum X23 xx.xx.2003-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. El adəti ilə toylarını Qazax rayonunda etdikdən bir müddət sonra Ukrayna Respublikasının Kiyev şəhərinə köçmüşlər . Onların faktiki nikahlarından xx xxxx 2004-cü il tarixdə İddiaçı Kiyev şəhərində doğulmuşdur. X8 20 avqust 2006-cı il tarixdə Kiyev şəhərində yol nəqliyyat hadisəsində vəfat etmişdir. Valideynləri faktiki nikahda olduqları dövrdə X23 xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən 140 saylı mənzili X9 almışdır. Atasını vəfatından sonra babası X28 atasının yeganə vərəsəsi olduğunu və digər vərəsələrinin olmadığını bildirməklə sözügedən mənzilə dair “qanuni mirasa hüquq haqqında” şəhadətnamə almış və həmin şəhadətnaməyə əsasən miras əmlak xx.xx.2007-ci il tarixdə X16 adına rəsmiləşdirmişdir. Daha sonra X28 bu əmlakı xx.xx.2012-ci il tarixdə bağışlama müqaviləsi əsasında X12 adına özgəninkiləşdirmiş, lakin əmlak xx.xx.2018-ci il tarixli “bağışlama müqaviləsinin ləğvi barədə” sazişə əsasən Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək etirazında bildirmişdir ki, iddiaçı xx xxxx 2004cü il tarixdə Ukrayna Respublikasında anadan olmuş, atası xx.xx.2006-cı il tarixdə vəfat etmiş və atası vəfat etdikdə mülkiyyətində ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi olmuş və həmin tarixdə miras açılmışdır. Mirasın açıldığı tarixdə hazırki iş üzrə İddiaçıa yetkinlik yaşına catmamış olsa belə, həmin dövrdə onun hüquqları qanuni nümayəndəsi olan anası X31 tərəfindən həyata keçirilirdi və həmin əmlak İddiaçıanın qanuni nümayəndəsi vasitəsi ilə də qəbul edilə bilərdi. Lakin İddiaçı qanuni nümayəndəsi miras əmlaka dair hər hansı hərəkət etməmiş yalnız mirasın açıldığı tarixdən 17 il sonra mirasa dair verilən şəhadətnaməni və müqavilələri mübahisələndirilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı mirasın qəbuluna dair Mülki Məcəllədə nəzərdə tutulan 3 aylıq müddəti ötürməklə yanaşı istinad olunan məcəllənin 373.1-ci ümumi iddia müddəti olan on illik müddətini də ötürmüşdür. Qeyd edilməsi zəruridir ki, bu müddət ərzində iddiaçı hansı üzrlü səbəbə görə miras əmlakı qəbul etməməsi və 17 il müddətində hansı xüsusi səbəbə görə məhkəməyə müraciət etməməsi barədə hər hansı dəlil təqdim etməmişdir. Göstərilənləri nəzərə alıb hazırki iş üzrə ümumi iddia müddətinin ötürülməsi ilə əlaqədar iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X29, onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda izahat verərək miras əmlakdan iddiaçıya düşən pay qarşılığında 25000 manat pul ödədiklərini bildirərək iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdilər. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Məhkəmə iclasına cavabdeh tərəfindən şahid qismində çağırılmış Şahid1 ifadəsində bildirdi ki, X29 onun arvadının bacısı, İddiaçı isə onun dayısı oğludur. Özünə məxsus evi sataraq əldə olunan məbləği evə payları olan şəxslər arasında bölmüşlər. 2012-ci ilin oktyabr ayında 20000 manat pulu İddiaçı çatası evə payın qarşılığında İddiaçı anası X24 vermişdir. Pulu verən zaman orada mərhum Məmmədxan, dostu Xanlar, X31 və bibisinin əri olmuşdur. Məhkəmə iclasına cavabdeh tərəfindən şahid qismində çağırılmış Şahid3 ifadəsində bildirdi ki, X29 onun ərinin bacısı, İddiaçı isə onun ərinin qardaşı oğludur. Əri Şahid1 özünə məxsus evi satmış və X24 ona çatası payı vermişdir. Məhkəmə iclasına cavabdeh tərəfindən şahid qismində çağırılmış Şahid2 ifadəsində bildirdi ki, X29 ilə yaxın münasibətləri olmuş, onların evinə tez-tez getmiş və baş verən proseslərdən məlumatlı olmuşdur. X25 bir neçə dəfə görmüşdür, lakin yaxından tanımır. Eşitdiyinə görə X14 yoldaşı evini sataraq X24 pul vermişdir. xx.xx.2005-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd olunur ki, “satıcı” X17 ünvan 1 ünvanında yerləşən 140 saylı mənzili ********* manata “alıcı” X1. Ukrayna Respublikası Kiyev şəhəri Dnepr rayon ədliyyə idarəsinin VVAQ şöbəsi tərəfindən 14 avqust 2004-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədə qeyd olunur ki, İddiaçı xx xxxx 2004-cü il tarixdə Ukrayna Respublikası Kiyev şəhərində doğulmuşdur. X8, anası X26r. Ukrayna Respublikası Kiyev şəhəri ölüm qeydiyyatı şöbəsi tərəfindən 21 avqust 2006-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə qeyd olunur ki, X23 20 avqust 2006-cı il tarixdə Ukrayna Respublikası Kiyev şəhərində ölmüşdür. Qanuni mirasa hüquq haqqında şəhadətnamədə qeyd olunur ki, Kiyev şəhər Dövlət notariat kontorunun dövlət notariusu Ukrayna Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən 20 avqust 2006-cı il tarixdə vəfat etmiş X13 əmlakının varisinin onun atası X28 olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 140 saylı mənzil X16 mülkiyyəti kimi xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. 26 aprel 2012-ci il tarixli bağışlama müqaviləsində qeyd olunur ki, X16 adından onun etibarnamə üzrə nümayəndəsi X3 Kamran Nəsib oğluna məxsus ünvan 1 ünvanında yerləşən 140 saylı mənzilin X20 bağışlanması barədə müqavilə imzalamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 140 saylı mənzil X14 tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. 02 fevral 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsində qeyd olunur ki, X29 ona məxsus olan ünvan 1 ünvanında yerləşən 140 saylı mənzilin X18 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 140 saylı mənzil X12 tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 23 fevral 2018-ci il tarixli bağışlama müqaviləsinin ləğvi barədə sazişdən görünür ki, X20 məxsus olan ünvan 1 ünvanında yerləşən 140 saylı mənzilin X18 bağışlaması barədə saziş ləğv edilmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan əmlak məlumatlarından görünür ki, ünvan 1 ünvanında yerləşən 140 saylı mənzil hazırda X14 mülkiyyətindədir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı X13 oğludur. ünvan 1 ünvanında yerləşən 140 saylı mənzil X23 tərəfindən alqı-satqı müqaviləsi əsasında alınmışdır. X23 20 avqust 2006-cı il tarixdə vəfat etmişdir. X13 atası X6 Respublikasında X13 yeganə vərəsəsi kimi tanınmış və ünvan 1 ünvanında yerləşən 140 saylı mənzil onun adına rəsmiləşdirilmişdir. Daha sonra X28 mənzili X20 bağışlamışdır. X29 da mənzili X18 bağışlamış, sonradan bu bağışlama müqaviləsini ləğv etmişlər. Mənzil hazırda X14 mülkiyyətindədir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materiallarında olan sübutlarla təsdiq olunmuşdur ki, mübahisəli mənzil - ünvan 1 ünvanında yerləşən 140 saylı mənzil iddiaçının mərhum X8 tərəfindən alqı-satqı müqaviləsi əsasında alınmışdır və ölən zaman mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1-ci maddəyə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. İş materialları ilə təsdiq olunur ki, X23 ölən zaman onun övladı İddiaçı və atası X11 olmuşdur. X23 vəsiyyətnamə tərtib etmədiyindən qanun üzrə vərəsəlik qaydasında İddiaçı və X28 birinci dərəcəli vərəsə olmaqla X10 qalmış miras əmlakdan bərabər hissələrdə paylar almalı idilər. X7 verilmiş şəhadətnamə üzrə o X13 yeganə vərəsəsi olaraq tanınmış və miras əmlak olan ünvan 1 ünvanında yerləşən 140 saylı mənzili mülkiyyəti olaraq dövlət qeydiyyatına aldırmışdır. Halbuki mərhum X13 digər vərəsəsi İddiaçı qanun üzrə vərəsəlikdən irəli gələrək pay hüquqları olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1148-ci maddəsinə əsasən müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1149-cu maddəsinə əsasən xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır. 1150-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yaşamış Azərbaycan Respublikası vətəndaşı xarici dövlətdə mirası həmin dövlətin qanunvericiliyinə uyğun alır. Qeyd olunanlardan iddianın müəyyən əsaslarının olduğu görünsə də, nəzərə alınmalıdır ki, X23 20 avqust 2006-cı il tarixdə vəfat etmişdir. Məhkəmə onu da qeyd edir ki, mərhumun vəfat etdiyi zamanı iddiaçı yetkinlik yaşına çatmayan şəxs olsa da, anası X22 himayəsində olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. X13 vəfat etdiyi zaman İddiaçı yetkinlik yaşına çatmadığı nəzərə alınmaqla X4 Pərvin Elbrus oğlunun valideyni olaraq onun mənafelərini müdafiə etmək vəzifəsi daşıyırdı. X13 X22 faktiki nikahdan əri olduğu və onun vəfatının X24 mənəvi iztirab yaşatması ağlabatan olduğundan X31 övladının hüquqlarının müdafiəsi üçün dərhal müvafiq tədbirlər görməyə bilərdi. Lakin Mərhumun vəfatından 17 il müddət keçməsi nəzərə alınarsa X5 uzun müddət ərzində övladının mənafeləri üçün vərəsə olaraq tanınması üçün müvafiq orqanlara heç bir müraciəti olmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Qeyd olunan Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsinin qeyd olunan Plenum Qərarında o da qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, X13 vəfat etməsinin üstündən 17 il keçməsinə baxmayaraq İddiaçı vərəsəlik hüququnun tanınması üçün qanunla müəyyən olunmuş qaydada müraciət edilməmişdir. İş materiallarından aydın olur ki, X23 xx.xx.2006-cı il tarixdə Ukrayna Respublikasında vəfat etmiş və X28 həmin dövlətin müvafiq orqanına müraciət edərək vərəsəlik haqqında şəhadətnamə almışdır. Bu şəhadətnamənin xarici dövlət orqanı tərəfindən verilməsinə baxmayaraq bu şəhadətnamənin etibarsızlığını tələb edən iddiaçı P.X2, Bakı Şəhəri 9 saylı notariat ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X43 1 saylı Bakı Ərazi İdarəsini cavabdeh olaraq göstərmiş, iddiasını onlara qarşı yönəltmişdir. Halbuki həmin cavabdehlər qeyd edilən şəhadətnamənin tərtibində iştirak etməmişlər, bu şəhadətnamənin qanunauyğunluğuna görə məsuliyyət daşımırlar. Buna görə də, iddiaçının Kiyev şəhəri 10 saylı notariat ofisi tərəfindən ünvan 1 ünvanında yerləşən 140 saylı mənzilə dair X16 adına verilmiş 1p – 976 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli “Qanuni mirasa hüquq haqqında” şəhadətnamənin qismən etibarsız hesab edilməsi barədə iddia tələbi hazırkı iş üzrə cavabdehlərə yönəldilə bilməz. Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bu o deməkdir ki, məhkəmə, tələbin yönəldiyi subyektin buna cavab verməli olub-olmadığı konteksində müvafiq qərar verməli, yaxud iddiaçının iradəsi olduğu təqdirdə cavabdehin əvəz olunması məsələsini həll edilməlidir. Hazırki mülki iş üzrə şəhadətnamənin qanunauyğunluğuna görə iddia ərizəsində göstərilən şəxslər cavabdehlik daşımırlar, ona görə də iddia tələbi onlara qarşı yönələ bilməz. Məhkəmə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi əqd olmaqla əqdin etibarlılığı ilə bağlı ümumi tələblərə cavab verməlidir. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyinəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Məhkəmə qeyd edir ki, iddiaçı bağışlama müqaviləsinin etibarsızlığını tələb etsə də, yuxarıda qeyd edilən kəsici müddəti ötürmüş, bu müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair heç bir sənəd və ya məlumat təqdim etməmişdir. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd edir ki, cavabdeh mənzilə iddiaçının pay hüququ qarşılığında iddiaçının yetkinlik yaşına çatmadığı zaman onun valideyninə - X24 pul məbləği ödədiklərini bildirmiş və bu izahatını təsdiq etmək üçün məhkəmədə şahidlərin ifadələrin alınması üçün yazılı vəsatətlə müraciət etmişdir. Məhkəmə iclasında ifadə vermiş Şahid1 özünə məxsus mənzili sataraq əldə olunan pul məbləğindən X24 20000 manat ödədiyini bildirmiş, onun arvadı Şahid3 oxşar məzmunda ifadə vermişdir. Lakin şahidlər bu halın hazırki mülki işlə əlaqəsini, iddiaçının mübahisəli mənzilə pay hüququnun olub-olmaması istiqamətində məhkəmə araşdırması üçün zəruri olan heç bir halı təsdiq edə bilməmiş, digər Şahid2 isə ümumiyyətlə şahid ifadəsi verməmiş, Şahid1 X24 pul məbləği verdiyini eşitdiyini bildirmişdir. Bununla belə yuxarıda qeyd olunan hallardan iddia tələbinin zəruri qanuni əsaslarının hazırda mövcud olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X20, Bakı Şəhəri 9 saylı notariat ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X43 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışla müqavilələrinin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş daşınmaz əmlaka mülkiyyət hüququ haqqında çıxarışın ləğvi barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar