Məhkəmə qərarları › İş №2(005)-2969/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2969/2020

18.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2969/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azərişıq” X2rşı “sərf olunan elektrik enerjisinə görə hesablanmış borcun silinməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərişıq” X2rşı “sərf olunan elektrik enerjisinə görə hesablanmış borcun silinməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair “Azərişıq” X6 tərəfindən xx xxxxxx 2001-ci il tarixinə kimi sərf olunan elektrik enerjisinə görə hesablanmış 233,70 (iki yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ev 3, 27 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə X3 həmin mənzili satmışdır. Mənzilin yeni sahibi X5 ilə “Azərişıq” X6 arasında elektrik enerjisinin alqı-satqısı barəsində müqavilə bağlamaq istəyərkən müəyyən problemlər ortaya çıxmışdır. Belə ki, qeyd olunan fərdi yaşayış evi ona məxsus olduğu dövrdə xx xxxxxx 2001-ci il tarixinə kimi sərf olunan elektrik enerjisinə görə 233,70 (iki yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində borc yaranmışdır. Mübahisələndirilən borc elektrik enerjisi işlədicilərin gücünə görə orta sərfiyyat əsasında hesablanmış debitor borcdur. O, məişət abonenti hesab olunduğumdan hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparıla bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektirik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektirik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektirik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi,onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü bir ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü maddəsinə müvafiq olaraq enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Qeyd edilməlidir ki, kommunal xidmətləri müqabilində, yəni qaz, su və elektrik enerjisinin istifadəsinə görə yaranmış borclar vaxtaşırı icra edilməli öhdəliklərdən hesab olunur. Bu səbəbdən Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ev 3, 27 nömrəli mənzildə xx xxxxxx 2001-ci il tarixinə kimi sərf olunan elektrik enerjisinə görə yaranmış 233,70 (iki yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində borc üzrə 5 (beş) il müddət keçdiyindən qanunun tələbinə əsasən öhdəliyə xitam verilməlidir. Həmçinin, elektrik enerjisinə görə yaranmış borcun silinməsinə dair ərizə ilə onun tərəfindən cavabdehə müraciət edilmişdir. Lakin, cavabdeh ərizəni təmin etməmişdir. Belə olan halda onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 207803 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Rəhimov küçəsi, 3 nömrəli evin 47 kv.metr yaşayış sahəsi olan 3 otaqlı 27 nömrəli mənzil İddiaçı adına 1350 nömrəli reyestr kitabında xx xxxxxxx 2004-cü il tarixdə qeydiyyatdan keçmişdir; Mülki işin materiallarında olan “Azərişıq” X6 ilə İddiaçı arasında bağlanmış enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli 216549 nömrəli xx xxxxxx 2020-ci il tarixli müqaviləsinin məzmunundan görünür ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır; Mülki işin materiallarında olan xx xxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, xx xxxxxx 2001-ci ilə dair ünvan 2 ünvanında sərf olunan elektrik enerjisinə görə yaranmış debitor borc 233,70 (iki yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində müəyyənləşdirilmişdir. Debitor borc həmin dövrdə mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəridir; Mülki işin materiallarında olan Nərimanov RPİ tərəfindən xx xxxxxx 2008-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Rəhimov küçəsi, 3 nömrəli evin 47 kv.metr yaşayış sahəsi olan 3 otaqlı 27 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. “Azərişıq” X6 ilə İddiaçı arasında 216549 nömrəli xx xxxxxx 2020-ci il tarixli elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. xx xxxxxx 2001-ci ilə dair ünvan 2 ünvanında sərf olunan elektrik enerjisinə görə yaranmış debitor borc 233,70 (iki yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində müəyyənləşdirilmişdir. Debitor borc həmin dövrdə mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəridir. İddiaçı “Azərişıq” X2rşı “sərf olunan elektrik enerjisinə görə hesablanmış borcun silinməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair “Azərişıq” X6 tərəfindən xx xxxxxx 2001-ci il tarixinə kimi sərf olunan elektrik enerjisinə görə hesablanmış 233,70 (iki yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551-ci maddəsinə əsasən bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir; 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur; 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir; 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “X1 Qaydaları”nın: 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür; 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hesablanmış borc məbləği 2001-ci ili əhatə etdiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsinin tələbləri rəhbər tutulmaqla, bütün tələblər on il (adi müddət) keçdikdən sonra, eyni zamanda vaxtaşırı ödənişlər haqqında tələblər üç il keçdikdən sonra qüvvəsini itirir.(MM 373 maddəsi) Bu baxımdan qeyd edilən borc məbləğinin cavabdeh təşkilat tərəfindən tələb edilməsi müddət baxımından qüvvəsini itirmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən borc məbləğinin formalaşdığı dövrdən, yəni müvafiq borcun müəyyən edilməsi ilə bağlı 2001-ci il tarixdən cavabdeh təşkilat tərəfindən abonentdən, başqa sözlə deyilsə iddiaçı şəxsdən 19 il ərzində həmin borcun ödənilməsi ilə bağlı heç bir hüquqi tədbir görülməmişdir. Həmçinin, qeyd edilməlidir ki, məişət abonenti tərəfindən X1 zamanı pozuntu aşkar edildiyi, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Göründüyü kimi, belə bir aktın mövcudluğu iş materiallarında öz əksini tapmamışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı kiçik iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azərişıq” X6 tərəfindən hesablanmış 233,70 (iki yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində borc vəsaiti abonent kodu **********30027 olan İddiaçı hesabından silinsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar