Məhkəmə qərarları › İş №2(005)-2975/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2975/2022

27.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2975/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 (eyni zamanda, məhdud fəaliyyət qabiliyyətli X4 qanuni nümayəndəsi) və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 (eyni zamanda, məhdud fəaliyyət qabiliyyətli X4 qanuni nümayəndəsi) və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Bakı şəhəri 3 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz və daşınar əmlaklarla bağlı əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 (eyni zamanda, məhdud fəaliyyət qabiliyyətli X4 qanuni nümayəndəsi) və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Bakı şəhəri 3 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz və daşınar əmlaklarla bağlı əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 – Bakı şəhəri 3 saylı və 9 saylı notariat ofislərində Cavabdeh1 verdiyi etibarnamələr əsasında sonuncunun adından bağladığı əqdlərin, o cümlədən 3 saylı notariat ofisində bağladığı xx.xx.2022-ci il tarixli, reyestrdə 3M-336 № ilə qeyd edilmiş “Gəminin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, bu müqavilənin predmeti olmuş “V-171” adlı/markalı gəzinti gəmisinin (Hidrosikl) cavabdehlərdən alınaraq ona qaytarılması, bu mümkün olmadıqda isə onun hazırkı bazar qiymətinin/dəyərinin cavabdehlərdən onun xeyrinə tutulması; Cavabdeh1 verdiyi etibarnamələr əsasında sonuncunun onun adından Bakı şəhəri BPİ-nin X13 hər hansı, o cümlədən, “ROLLS ROYS” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı və “BENTLİ” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobillərin başqasının adına özgəninkiləşdirilməsinin (satılması, bağışlanması, dəyişdirilməsi və digər üsulla rəsmiləşdirilməsi) etibarsız hesab edilməsi; yetkinlik yaşına çatmayan – məhdud fəaliyyət qabiliyyətli oğlanları X4, eyniliklə Cavabdeh1 digər varislərinin – qızı İddiaçı2, Vasif Ramilin hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıran, hazırda (maddi durumlarının kəskin pisləşməsilə nəticələnən) və gələcəkdə (vərəsələr arasında miras paylarının ədalətli bölünməsinə birbaşa mənfi təsir göstərən) Cavabdeh1 Bakı şəhəri 3 saylı notariat ofisində 22 (iyirmi iki) adda/çeşiddə daşınmaz əmlakın azyaşlı qızı Vasif İnciyə bağışlanması barədə sonuncunun anası/digər Cavabdeh2 ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bağladığı “daşınmaz əmlakın bağışlanması barədə” müqavilələrin etibarsız hesab edilməsi; İddiaçı2 – Cavabdeh1 ilə Bakı şəhəri 3 saylı notariat ofisində xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə bağladığı və 22 (iyirmi iki) adda/çeşiddə daşınmaz əmlakın ona bağışlanması barədə “daşınmaz əmlakın bağışlanması” barədə müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, o – İddiaçı1 Cavabdeh1lə 2001-ci ildən rəsmi nikaha daxil olmadan, faktiki isə ailə münasibətləri quraraq və birgə təsərrüfat aparmaqla ailə olaraq yaşamışlar. Belə nikahdan onların üç uşaqları var və uşaqlar onunla birgə yaşayırlar. xx.xx.2002-ci il təvəllüdlü qızları İddiaçı2 (hazırkı iş üzrə digər iddiaçı) və oğlanları – xx.xx.2000-ci il təvəllüdlü X10 və yetkinlik yaşına çatmamış/məhdud – fəaliyyət qabiliyyətli xx.xx.2006-cı il təvəllüdlü X11. Məlum olduğu kimi, AR Mülki Məcəlləsinin 28.3cü maddəsinə görə “...7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. AR Mülki Prosessual Məcəlləsinin 72.1, 72.5-ci maddələrinə görə isə “...məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri..müdafiə edirlər..”; “...Qanuni nümayəndələr məhkəmədə işin aparılmasını nümayəndə sifətində seçdikləri başqa şəxsə tapşıra bilərlər...”. 9 (doqquz) aydan çox müddətdir ki, Cavabdeh1 bu faktiki ailəsindən ayrılaraq onlarla yaşamır, yeni həyat yoldaşı Cavabdeh2 (2-ci cavabdeh) ilə yaşayır, eyni zamanda Cavabdeh1 onların – əvvəlki ailəsinin (4 nəfərin) maddi təminatı üçün aylıq 500 (beş yüz) manat göndərir. Təxminən 2022-ci ilin may ayının ortalarında ona məlum olmuşdur ki, vaxtilə Cavabdeh1lə ailəvi yaşadıqları dövrdə, onun faktiki həyat yoldaşı olaraq onun tələbindən keçə bilmədiyinə görə və ona etibar etdiyindən, ayrı-ayrı vaxtlarda ona Bakı şəhərindəki 3 və 9 saylı notariat ofislərində 2014- 2016-cı illərdə verdiyi baş etibarnamələr əsasında Cavabdeh1 onun – etibar edənin adından (əvvəlki ailəsinin/uşaqlarının mənafeyinə zidd, ancaq özünün və yeni ailəsinin mənafeyi naminə) mülki əqdlər bağlamışdır, o cümlədən, birbaşa Bakı şəhəri BPİ-nin X20 İdarəsində “ROLLS ROYS” markalı ** EE *** dövlət qeydiyyat nişanlı və “BENTLİ” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilləri özgəninkiləşdirmişdir (satmış/rəsmiləşdirmiş), bu satışdan isə ona – etibar edənin, eyniliklə uşaqlarının mənafeyinə zidd olaraq heç bir vəsait ödəməmişdir. Bundan başqa, hətta belə etibarnamələr tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ləğv/xitam edildikdən sonra (bunu təsdiq edən-xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələri və bu barədə etibar edilənə –Cavabdeh1 göndərdiyi xəbərdarlıq əlavədə), Cavabdeh1 3 saylı notariat ofisində tərtib/təsdiq və reyestrdə 3M-336 № ilə qeyd edilmiş “Gəminin alq-satqı müqaviləsi” ilə ona məxsus/mülkiyyətində olan 2015-ci ildə Kanadada istehsal olunmuş “V- 171” adlı/markalı və hazırda bazar dəyəri/qiyməti 8.500 (səkkiz min beş yüz) manatdan az olmayan gəzinti gəmisini (Hidrosikli) xx.xx.2022-ci iİ tarixdə yeni həyat yoldaşı Cavabdeh2 500 (beş yüz) manata(!) “satmış”, hətta ona – etibar edənə bu “satışdan” heç nə verməmişdir. Əslində isə bu yolla əmlakını sözsüz ki, faktiki olaraq özünün və yeni ailəsinin xeyrinə özgəninkiləşdirərərək özünün və “müqavilə” bağlanarkən onunla-“satıcı” ilə eyni niyyətdə olan (həqiqi/əqdə uyğun nəticələr yox, görünüş üçün müqaviləni bağlamış) həyat yoldaşı/“alıcı” – Cavabdeh2 sahibliyinə və istifadəsinə götürmüşdür, (notariat işi vəkili/nümayəndəsi tərəfindən məhkəməyə təqdim ediləcək). Hesab edir ki, onun-etibar edən tərəfindən sonradan da bəyənilməmiş, tərəfindən ləğv/xitam edilmiş etibarnamə “əsasında” bağlanmış bu qanunsuz, eyniliklə uydurma əqd/müqavilə etibarsız hesab edilməli, bu əqd üzrə satılmış əmlakı ona natura şəklində qaytarılmalı, bu mümkün olmadıqda onun dəyəri cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Vaxtilə mülkiyyətində olmuş və tərəfindən hələ xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə 3 saylı notariat ofisində təsdiqlənmiş müqavilələr əsasında qızı Fatiməyə (hazırkı iddia üzrə digər iddiaçıya) bağışladığı 22 (iyirmi iki) adda/çeşiddə daşınmaz əmlaklar cəmi bir neçə gündən sonra – xx.xx.2021-ci il, xx.xx.2021-ci iİ və xx.xx.2021-ci il tarixlərdə qızları Fatimə tərəfindən cavabdeh Allahverdiyevə “bağışlanmış”, bu əqdlər/müqavilələr həmin 3 saylı notariat ofisində rəsmiləşdirilmişdir (əmlakların siyahısı əlavədə). Qızları Fatimənin bildirdiyi kimi, onun bu hərəkətlərinə səbəb və əsas cavabdeh Allahverdiyevin ata kimi ona – Fatiməyə təsiri/tələbi və Fatiməyə verdiyi, ancaq sonradan məlum olduğu kimi, icra etmədiyi vədlərə inanması olmuşdur. Bundan sonra cavabdeh Allahverdiyev həmin bu daşınmaz əmlaklarını – cəmi 22 (iyirmi iki) adda mənzilləri, qeyriyaşayış, torpaq sahələrini xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Bakı şəhəri 3 saylı notariat ofislərində tərtib/təsdiq edilmiş müvafiq müqavilələrlə azyaşlı qızı İnciyə bağışlamış/onun adına rəsmiləşdirmişdir. Bununla da, digər uşaqlarının hüquq və mənafelərinə zidd olaraq, yalan/uydurma “bağışlama əqdlərilə”, ancaq tam başqa niyyətlə (əmlakları onlardan alaraq özünün və yeni ailəsinin adına rəsmiləşdirməklə) açıq-aşkar göründüyü kimi, faktiki olaraq özünün yeni ailəsi/yeni həyat yoldaşı və İncinin adından/əvəzindən belə “bağışlama” əqdləri/müqavilələri üzrə tərəf olan Cavabdeh2 nəfinə özgəninkiləşdirmişdir (bununla bağlı notariat işləri/əqdlər vəkili/nümayəndəsi tərəfindən təqdim ediləcək). Təkzibedilməzdir ki, qeyd olunan hallar –ailəsinin (onun, qızı Fatimənin) bütün əmlakının Cavabdeh1 tərəfindən bir şəxsə “bağışlaması”, “alqı-satqı” yolu ilə özgəninkiləşdirilməsi, onunla faktiki nikahlarından olan digər uşaqların/övladların birbaşa hüquq və qanuni mənafelərinə toxunur, onları məhdudlaşdıraraq hazırda maddi durumlarını kəskin pisləşdirir (əmlaklardan bəhrələnməyi, icarəyə verməklə, bəzilərini satmaqla güzəranlarını yaxşılaşdırmaq imkanından onları məhrum edir), eyni zamanda, gələcəkdə də, sözsüz ki, vərəsələrə/mirasa (paylara) birbaşa mənfi təsir edir. Beləliklə, tərəfindən qızlarına (hazırkı iddia üzrə digər iddiaçıya) İddiaçı2 müvafiq müqavilələr əsasında 3 saylı notariat ofisində bağışladığı bütün daşınmaz əmlaklarının (mənzillərinin, digər qeyri-yaşayış, torpaq sahələrinin) hamısını Cavabdeh1 ona “bağışlanmasını” qızından tələb etmiş, ata kimi ona təsir etməklə sonuncunu 3 saylı notariat ofisinə aparmağa və orada ona (şəxsən onun və ailəsinin gələcəkdə vəziyyətini daha da yaxşılaşdıracığına vədlər verməklə) bağışlama müqavilələrinin notariatda qızı tərəfindən imzalanmasına nail olmuş, bundan sonra isə qızının ona bağışladığı bütün əmlakları öz adına rəsmiləşdirdikdən sonra onları istədiyi kimi özgəninkiləşdirmişdir (o cümlədən, yeni ailəsinin üzvlərinin xeyrinə). Göründüyü kimi, belə “bağışlamalara” səbəb və əsas ata təsiri, hədə-qorxu (“bağışlamalara imza atılmadığı təqdirdə vəziyyətin daha da pisləşdirilməsi”) və vədlərin faktiki olaraq icra edilməməsi/aldatma olmuşdur. Ona – İddiaçı2 anası/İddiaçı1 tərəfindən Bakı şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş bağışlama müqavilələri əsasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ona daşınmaz əmlaklar (mənzillər, qeyri-yaşayış və torpaq sahələri) hədiyyə edilmiş/bağışlanmışdır. Qeyd olunan tarixlərdən bir neçə gün keçdikdə atası – Cavabdeh1 bu əmlakların hamısını onun tərəfindən özünə bağışlanmasını tələb etmişdir. Belə ki, bu halda atası onların “onun və ailələrinin vəziyyətini, güzəranını daha da yaxşılaşdıracaq, əks halda vəziyyət bundan da pis olacaq...”. O, atası olduğundan onun sözündən keçə bilməmiş, təsiri altına düşərək, onun vədlərinə inanmış, eyni zamanda, onun hədəsindən qorxmuşdur (əks təqdirdə vəziyyətlərinin pisləşə biləcəyi barədə). Beləliklə, atasına/cavabdeh Allahverdiyevə tərəfindən xx.xx.2021-ci il, ...xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə onun təsiri, verdiyi, ancaq sonradan məlum oiduğu kimi yerinə yetirmədiyi vədlərə inanaraq, bununla nəinki özünü, hətta ailə üzvlərini – anasını, iki qardaşını pis maddi duruma salaraq, anasının ona bağışladığı 22 (iyirmi iki) adda/sayda daşınmaz əmlakı bağışlamış/hədiyyə etmişdir (əmlakların siyahısı əlavədə, bağışlama/notariat işləri vəkili/nümayəndəsi tərəfindən məhkəməyə təqdim ediləcək). Beləliklə, qeyd etdiyi kimi atası/Cavabdeh1lə aralarında olan “bağışlama” müqavilələrinin tərəfindən imzalanmasına əsas və şərt olmuş vədlərinin, bu müqavilələrin bağlandığı təqdirdə üzərinə götürdükləri vəzifələri icra etməyəcəyini o və ailə üzvləri 2021-ci ilin avqust-sentyabr aylarında bilmişlər və buna tam əmin olmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 (eyni zamanda, məhdud fəaliyyət qabiliyyətli X4 qanuni nümayəndəsi) və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ilkin olaraq avtomobillərə münasibətdə bildirmək istəyir ki, qanunvericiliyinə uyğun olaraq, avtomobillər satıldığı vaxt qüvvədə olmuş ƏN-İ seriyalı, 512164 nömrəli mülki etibarnaməyə əsəsən avtomobillərin alqı-satqısı həyata keçirilmişdir. Həmin etibarnamənin avtomobillər satıldığı vaxt qüvvədə olub-olmaması ilə məhkəmə tərəfindən müvafiq dövlət orqanına sorğu verilmişdir. Bağışlama müqavilələrinə münasibətdə bildirmək istəyir ki, iddiaçının iddia etdiyi mənzillər və qeyri-yaşayış sahələri onun tərəfindən alınmışdır. Belə ki, o, 1990-cı illərdən Rusiya Federasiyanın vətəndaşı olmaqla, orada biznes fəaliyyəti ilə məşğul olub və əldə olunan gəlirlər hesabına Bakı şəhərində hazırkı iş üzrə mübahisəli olan əmlakları əldə edib və Rusiya Federasiyasının vətəndaşı olduğundan həmin əmlakları İddiaçı1 adına rəsmiləşdirib. Mübahisəli əmlakların idarə edilməsi üçün İddiaçı1 adından onun göstərişi əsasında sonuncunun qohumlarının və tanışlarının adına müxtəlif illərdə çoxsaylı etibarnamələr verilmiş və həmin şəxslər onun göstərişinə uyğun olaraq həmin əmlakları idarə ediblər. Hardasa 1 il bundan öncə onun qardaşı etibarnamə əsasında 6 sayda əmlakı onun razılığı və icazəsi olmadan öz oğlunun adına rəsmiləşdirmişdir. Bununla bağlı o, vəkil Mətləb Qasımova müraciət edərək, İddiaçı1 hüquqlarının müdafiə edilməsi və müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsi üçün onunla müqavilə bağlanmış, lakin sonradan tərəflər arasında razılıq əldə edilmiş və əmlaklar geri qaytarılmışdır. Ona görə də o, belə qərara gəlmişdir ki, gələcəkdə əmlaklarla bağlı belə insidentlər təkrarlanmasın deyə, özünə məxsus olan əmlakları İddiaçı1 adından çıxartsın. İddiaçının həmin bağışlama müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarına əsasən MM-in 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır, hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir. Əvəzsiz əqdlərdə isə tərəflər bir-birilərindən qarşılıqlı təminat almırlar. MM-in 397.2-ci maddəsinə əsəsən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Həmçinin, iddiaçı iddia edir ki, o, ailəsinə mütəmadi olaraq aylıq 500 manat verirdi. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Qanunvericilikdə qeyd olunmuşdur ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalıdır. Əgər bağışlama müqaviləsi hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı olsa belə mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hadiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Konstitusiya Məhkəməsinin Plenumu bağışlamaqdan imtina ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Hədiyyə alan hədiyyəni itirdikdə və ya hədiyyə predmeti onun mülkiyyətindən çıxdıqda o, hədiyyəni qaytarmağa və ya onun əvəzini ödəməyə borclu deyil, çünki belə hal bağışlama müqaviləsinin təbiətinə, onun əvəzsizlik əlamətinə uyğun olmur. Bir daha qeyd etmək istəyir ki, iddiaçının iddia etdiyi daşınmaz əmlaklar onun mülkiyyətində deyil. Onun mülkiyyətində olmadığı halda, iddiaçıların həmin əmlakları tələb etməsi qanunverciliyə ziddir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X2 iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, mübahisə predmeti olan daşınmaz əmlaklar Cavabdeh1 mülkiyyətində olmuş və sonuncu həmin əmlakları digər Cavabdeh2 ilə faktiki nikahından doğulmuş X9 bağışlamışdır. Hazırda İddiaçı1 həmin müqavilələri mübahisələndirməsi əsassızdır. Belə ki, İddiaçı1 həmin müqavilələr üzrə tərəf olmamış və müqavilələr onun maraqlarına toxunmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Bakı şəhəri 3 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o Cavabdeh1 tanıyır, ona məxsus Neftçilərdə yerləşən obyektin bir hissəsini işlədir, digər hissəsinin isə pullarının yığılması ilə məşğuldur. Cavabdeh1 oğlunu, qızını görüb, onları tanıyır. Hətta oğlunun gündəlik xərcləri, universitet üçün lazım olan pulu bir neçə dəfə olub ki, Cavabdeh1 tapşırığı ilə oğluna verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o Cavabdeh1 işçisidir. Onun bütün işlərini yerinə yetirir. Əmlaklarla bağlı çox vaxt onun adına etibarnamə verilir və o həmin etibarnamələr əsasında Cavabdeh1 tapşırıqlarını icra edir. İddiaçıların kommunal ödənişləri aylıq 1000 manata çatır. Həmin ödənişləri o, Cavabdeh1 tapşırığı ilə hər ay icra edir. Bundan başqa aylıq bazarlıq edib gətirib onlara verir. Şahid suallara cavb olaraq bildirmişdir ki, Cavabdeh1 bütün əmlakları, mənzillərinin yerini dəqiqliklə bilir. Çünki həmin əmlakların idarəçiliyi çox vaxt onun vasitəsilə həyata keçirilir. Mübahisələndirilən avtomobillərin Cavabdeh2 adına rəsmiləşdirilməsi onun adına verilmiş etibarnamə əsasında olmuşdur. Həmin alqı-satqı müqaviləsində Cavabdeh1 iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, İddiaçı1 onun anası, Cavabdeh1 atasıdır. Hazırda o, anası və bacısı ilə 4 mərtəbəli fərdi yaşayış evində yaşayır. Həmin evin aylıq kommunal ödənişləri, bacısının və onun təhsil xərcləri atası Cavabdeh1 tərəfindən qarşılanır. Şahid suallara cavab olaraq bildirmişdir ki, atası onlara əlavə olaraq maddi təminatları üçün aylıq 500 manat da verirdi. Həmin təminat indi ödənilmir. Onun bacısı və atası arasında bağlanmış müqavilələrdən xəbəri olmamışdır. Anasının da həmin müqavilələrdən nə vaxt məlumatlı olub-olmamasını bilmir. İddiaçılar İddiaçı1 (eyni zamanda, məhdud fəaliyyət qabiliyyətli X4 qanuni nümayəndəsi) və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 əlavə olaraq bildirdi ki, mənafeləri üst-üstə düşən iddiaçılar İddiaçı2 va İddiaçı1 iddia ərizəsindən və məhkəmə icraatı/baxışları zamanı müəyyən olunmuş hallardan göründüyü kimi onların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddia tələbləri aşağıdakılardan ibarətdir: İddiaçı2 dəqiqləşdirilmiş tələbi: vaxtilə ona anası/digər İddiaçı1 bağışladığı 21 (iyirmi bir) adda/çeşiddə daşınmaz əmlakların (mənzillərin, qeyri-yaşayış sahələrinin) sonradan hamısını atasına-Cavabdeh1 bağışlamasından imtina etməsi və sonuncu ilə bağladığı “daşınmaz əmlakın bağışlanması barədə” əqdlərin/müqavilələrin etibarsız hesab edilməsi, eyniliklə atasının bu həmin/eyni əmlakların azyaşlı qızı Vasif İnciyə (əslində onun adından çıxış edən digər Cavabdeh2) bağışlaması barədə əqdlərin/müqavilələrin etibarsız hesab edilməsi və bu əmlakların ona – iddiaçıya qaytarılması tələbidir (iddiaçı bağışlama əqdlərini atasının təsiri altında qız övladı olaraq o, atasının təklif-tələbinə etiraz edə bilmədən, eyni zamanda atasının vədlərinə inanaraq bağlamış, məhkəmə gedişatında isə məlum olmuşdur ki, bu həmin/eyni əmlaklar azyaşlı Vasif İncinin (onun adından çıxış edən anası/qanuni təmsilçisi Cavabdeh2) adına rəsmiləşdirilsə də, hazırda hələ də cavabdehlərin sahibliyində və istifadəsindədir). İddiaçı1 (eyni zamanda yetkinlik yaşına çatmamış oğlu Emilin qanuni nümayəndəsinin) dəqiqləşdirilmiş tələbi: onun övladlarının atası/Cavabdeh1 verdiyi etibarnamələrlə sonuncunun ona – iddiaçıya məxsus 2 (iki) ədəd “ROLLS ROYS” markalı və “BENTLİ” markalı minik avtomobillərinin, 1 (bir) ədəd “V-171” markalı gəzinti gəmisi/katerin (Hidrosiklin) digər cavabdehin/hazırda həyat yoldaşı Cavabdeh2 nəfinə özgəninkiləşdirməsi barədə olan əqdlərin/müqavilələrin etibarsız hesab edilməsi, bu əmlakların ona qaytarılması, bu mümkün olmadıqda isə, onların bu günə bazar qiymətilə dəyərinin pul ifadəsilə onun – İddiaçı1 xeyrinə tutulması tələbidir. Bundan başqa, Cavabdeh1lə birgə (faktiki) nikahdan olan 3 (üç) övladının, o cümlədən yetkinlik yaşına çatmayan/məhdud fəaliyyət qabiliyyətli uşaqları Emilin mənafeyi naminə və gələcəkdə bütün vərəsələr arasında miras paylarının ədalətli bölünməsinə bəri başdan mənfi təsir edən, onların hüquq/qanuni mənafelərini məhdudlaşdıran, vaxtilə onun – İddiaçı1 qızına/digər cavabdeh İddiaçı2 bağışladığı, sonradan qızının ondan/anasından xəbərsiz öz atası Cavabdeh1, sonuncunun isə faktiki olaraq digər cavabdeh/yeni həyat yoldaşı Cavabdeh2 nəfinə (formal olaraq onun himayəsində olan azyaşlı qızı İncinin adına Bakı şəhəri 3 saylı notariat ofisində iki gün(!) ərzində – xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmiləşdirməklə) 21 (iyirmi bir) adda daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə “bağışlama” əqdlərinin/müqavilələrinin etibarsız hesab edilməsi və bu daşınmaz əmlakların digər iddiaçıya – qızı Fatiməyə qaytarılması tələbidir. Bu iddia tələblərinin hüquqi əsasını (həqiqi/faktiki hallar, mövcud münasibətlər nəzərə alınmaqla) AR Konstitusiyasında, AR Mülki Məcəlləsində, Ailə Məcəlləsində, “Uşaq hüquqları haqqında” AR Qanununda təsbit edilmiş və istinad etdikləri tətbiq olunmalı müvafiq normalar təşkil edir. İş üzrə təqdim olunmuş yazılı sübutlarla və məhkəmə baxışı zamanı aşağıdakı təkzibolunmaz hallar kimi aşağıdakılar müəyyən edilmişdir: iddiaçılar tərəfindən mübahisələndirilən və Cavabdeh1 tərəfindən həyata keçirilmiş əməliyyatların – “bağışlamaların, alq-satqıların” predmetləri, o cümlədən sonuncunun digər Cavabdeh2 himayəsində olan azyaşlı qızı İncinin adına rəsmiləşdirilmiş/bağışlanmış 21 (iyirmi bir) adda olan daşınmaz əmlak vaxtilə İddiaçı2 (dövlət reyestrində mülkiyyətçi kimi qeyd olunmaqla), bundan əvvəl isə digər iddiaçı/onun anası İddiaçı1 (dövlət reyestrində mülkiyyətçi kimi qeyd olunmaqla) məxsus olmuş eyni daşınmaz əmlaklardır. Bu daşınmaz əmlakların ilkin mülkiyyətçisi İddiaçı1 olmuşdur, bundan əvvəl isə bu əmlakların mülkiyyətçisi Cavabdeh1 olması barədə dövlət reyestrində hər hansı bir qeydin olması barədə məhkəməyə müvafiq çıxarış təqdim olunmayıb (belə qeyd/çıxarış yalnız bu əmlakların ona qızı Fatimə tərəfindən “bağışlanmasından” sonra olmuşdur). Buna baxmayaraq, cavabdehlərin nümayəndələri/vəkilləri məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədən təkidlə bildirirlər ki, bu əmlaklar əslində/faktiki olaraq Cavabdeh1 məxsusdur, vaxtilə onları bu cavabdeh satın almışdır(?!) Ancaq bu barədə heç bir mötəbər sübut mövcud deyil, məhkəməyə təqdim olunmamışdır, bu əmlakların əslində Cavabdeh1 tərəfindən vaxtilə satın alınması (o cümlədən onun Rusiyada iş adamı olmaqla kiməsədə Azərbaycanda əmlak almaq üçün etibarnamə verməklə) və İddiaçı1 adına rəsmiləşdirilməsinin əsl səbəbini sübut edən hər hansı alqı-satqı müqaviləsi(ləri) etibarnamə və s. təqdim olunmamışdır. Göründüyü kimi, cavabdehlər qeyd olunan hallara yəni, bütün sözügedən və nədənsə İddiaçı1 adına formal olaraq rəsmiləşdirilmiş əmlakların Cavabdeh1 (o cümlədən onun etibar etdiyi şəxslər) tərəfindən satın alınmasını, bu səbəbdən də bu əmlakların faktiki/ əslində sonuncuya məxsus olmasına istinad etsələr də bunu sübut edə bilməmişlər. Halbuki, məlum olduğu kimi, mülki icraat zamanı hər bir tərəf isinad etdiklərini sübut etməlidir. Cavabdehlərin nümayəndələrinin/vəkillərinin vəsatətilə məhkəmədə çıxış etmiş Cavabdeh1 birbaşa tabeliyində olan (hazırda “çörək verdiyi” şahidlər X6 və X3 isə ayrıayrılıqda yalnız aşağıdakıları bildirmişlər: həqiqətən onlar Cavabdeh1 işçiləridirlər və onların Cavabdeh1 məxsus daşınmaz əmlakları barədə yalnız bir neçəsindən – bir neçə qeyri-yaşayış sahələri və bir-iki mənzil barədə məlumatları var, belə ki, qeyri-yaşayış sahələrini Allahverdiyev icarəyə verir, icarə pulunu isə onlar hər ay toplayaraq sonuncuya təhvil verir, digər əmlaklar barədə onların kimə və nə vaxt alqı/satqısından, kimə məxsusluğundan onlarda məlumat yoxdur. Şahid bildirdi ki, Cavabdeh1 sahibkarlıq fəaliyyətilə məşğul olur, o cümlədən avtomobillərin alqı/satqısı ilə də, iş üzrə sözügedən iddiaçının adına olan avtomobillər – “ROLLS ROYS” və “BENTLİ” markalı avtomobillər isə onun – şahidin bildiyinə görə əslində/faktiki olaraq Cavabdeh1 məxsus olublar, bir müddət Allahverdiyevin avtosalonunda olublar, bu avtomaşınlar üzrə Allahverdiyevdə etibarnamə olmuş, sonradan onda da, şahiddə də bu avtomaşınlara aid etibarnamə olmuş və onlar, o, bu etibarnamə ilə Cavabdeh1 göstərişi ilə sonuncunun hazırkı həyat yoldaşının – Cavabdeh2 adına alqı-satqı əqdilə/müqavilə ilə rəsmiləşdirmiş (satıcı Ruhiyyənin adından alıcı Cavabdeh2 “satmış”), bu avtomaşınların birinin 22000 (iyirmi iki min) manata, digərinin isə 27000 (iyirmi yeddi min) manata satılmasından əldə etdiyi pulu isə o, İddiaçı1 vermişdir sonuncunun yaşayış yerində (elə “qapısında”). Bununla belə, şahidin avtomaşınlarla bağlı dedikləri iş üzrə olan digər hallarla uzlaşmadığından və hətta bir çox hallara zidd olduğundan, bu hissədə şahidin göstərdiklərinin obyektivliyinə əsaslı şübhələr var. İlk növbədə, avtomaşınların “satışından” əldə olunmuş pulların 22000 (iyirmi iki min) manatın və 27000 (iyirmi yeddi min) manatın İddiaçı1 onun “qapısında” verilməsi heç bir mötəbər sübutla təsdiq olunmur, əksinə, sonuncu belə halın/pulun ona verilməsini tam təkzib edir. Bundan başqa, məhkəmədədə şahid dəqiq deyə bilmədi ki, verdiyi pullar nədə və hansı əskinaslarda olmuşdur. Şahidin göstərdiyi kimi əgər bu avtomaşınların həqiqi sahibi Cavabdeh1 olmuşsa, nə üçün onların satışından əldə olunan pullar iddiaçıya verilməlidir (!?) Təkzibedilməz haldır ki, adı keçən avtomaşınların – 2007-ci buraxılış ili olan “ROLLS ROYS” markalı (Phantom modeli olan) avtomobilin hazırkı bazar qiyməti nəinki 100000 (yüz min) ABŞ dollarından/170000 AZN-dən az deyil, bundan da çoxdur, digər – 2013-cü buraxılış ili olan “BENTLİ” markalı (Mulsanne modeli olan) avtomobilinin isə hazırkı bazar qiyməti nəinki 50000 (əlli min) ABŞ dollarından/85000 AZN-dən az deyil, bundan da çoxdur. Bu səbəbdən də avtomobilin birinin 27000 (iyirmi yeddi min) AZN-ə, digərinin isə 22000 (iyirmi iki min) AZN-ə satılması barədə şahidin ifadəsi əsaslı şübhələr doğurur. Adı keçən avtomaşınların İddiaçı1 deyil, məhz Cavabdeh1 məxsus olması halı da heç bir mötəbər sübutla təsdiqlənmir, əksinə, sənədlərdən (o cümlədən X15 rəsmi arayışından) göründüyü kimi bu avtomaşınların sahibi İddiaçı1 olmuşdur. Beləliklə, qeyd olunanlar nəzərə alınmaqla şahidlərin ifadələri də işdə olan digər sübutlarla/hallarla məcmu şəklində qiymətləndirilməlidir. Tərəfindən verilmiş vəsatət üzrə məhkəmənin şahid qismində dindirdiyi X10 (İddiaçı1 və Cavabdeh1 övladı) bildirmişdir ki, uzun müddətdir ki, atası Cavabdeh1 onlarla – anası Ruhiyyə, bacısı Fatimə, qardaşı Emillə birgə yaşamır, bununla belə, baxmayaraq ki, atası onlara – dörd nəfərə yaşayış üçün verdiyi aylıq cəmi 500 (beş) yüz manatın nağd verilməsini 2022-ci ilin aprel-may aylarından bəri dayandırıb, atası onun təhsil xərclərini, aylıq kommunal xərclərini qarşılayır/ödəyir. Hazırda atası başqa ailəsilə yaşayır. Təxminən cari ilin aprel ayında o – Ramil evdə olarkən anası narazılıqla ona bildirdi ki, bacısı Fatimə ondan-anasından gizlin olaraq, anasının ona bağışladığı/adına keçirdiyi bütün daşınmaz əmlakları atasının tələbi ilə ona bağışlamışdır. Bacısının ona – Ramilə və anasına dediyinə görə o – Fatimə “atasının sözündən keçə bilmədiyinə” və atasının ona bundan sonra “güzəranlarının daha da yaxşılaşdıracağı” barədə vədinə inanaraq bunu etmişdir, bundan da peşmandır, anası da indiyənədək bundan narazı olaraq deyinir. İddiaçı1 Cavabdeh1 ilə 2001-ci ildən təxminən 21 (iyirmi bir) il ərzində (rəsmi nikaha daxil olmadan) faktiki ailə/ər-arvad münasibətlərində olaraq birgə təsərrüfat aparmaqla yaşamışlar, bundan onların 3 (üç) övladı var: xx.xx.2002-ci il təvəllüdlü qızları İddiaçı2 (hazırkı iddia üzrə digər iddiaçı), oğlanları – xx.xx.2000-ci il təvəllüdlü X10 və 18 (yetkinlik yaşına çatmamış) və tam fəaliyyət qabiliyyəti əldə etməmiş xx.xx.2006-cı il təvəllüdlü X11. Bu şəxslərin doğum haqqında şəhadətnamələrindən də göründüyü kimi, onların valideynləri – ataları-Cavabdeh1, anaları isə-İddiaçı1dır. Onlardan ayrıldığı dövrdən 2022-ci ilin aprel-may aylarına qədər Cavabdeh1 bu dörd nəfərin yaşayışı üçün onlara ayda cəmi 500 (beş yüz) manat nağd pul verirdi, sonradan isə bunun verilməsini 2022-ci ilin aprel-may ayından bəri dayandırmışdır, baxmayaraq ki, onların digər zəruri xərclərini (kommunal, təhsil xərclərini və s.) hazırda da qarşılamaqdadır. Hazırda Cavabdeh1 İddiaçı1 və qeyd olunan övladları ilə yaşamır yeni həyat yoldaşı Cavabdeh2 və sonuncunun himayəsində olan azyaşlı İnci adında qızı ilə birgə yaşayır. Cavabdeh1 ona İddiaçı1 tərəfindən verilmiş etibarnamə ilə sonuncunun mülkiyyətində olmuş digər daşınar əmlakı – 1 ədəd “V-171” markalı gəzinti gəmisini (Hidrosikli) öz yeni yoldaşına/digər Cavabdeh2 nəfinə özgəninkiləşdirmişdir (sonuncunun adına alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmişdir, qiyməti qat-qat bahalı olan bu su nəqliyyatını guya 500 manata (?!) satmışdır. Bununla belə bu “satışdan” əldə edilən pul vəsaitini İddiaçı1 verməsi barədə hər hansı sübut təqdim edilməmişdir (belə təqdirdə bu əməllərdə də etibardan sui-istifadə etməklə başqasının əmlakının/pulunun mənimsənilməsi əlaməti mövcuddur). Məhkəmə baxışı gedişində məlum və müəyyən olunmuşdur ki, iddiaçıların/mülkiyyətçilərin tamamilə məhrum olduqları daşınmaz və daşınar əmlakların hamısı hazırda bu cavabdehlərin – eyni niyyətdə olan Cavabdeh1 və Cavabdeh2 hazırda faktiki sahibliyində və istifadəsindədir. Cavabdehlərin bu mübahisələndirilən əmlaklar üzərində sərəncam vermələrinin qarşısının alınması naminə iddiaçıların “müvəqqəti təminat tədbiri barədə” müvafiq ərizəsinə məhkəmədə baxılmış və Nərimanov Rayon Məhkəməsinin qüvvəyə minmiş və icraya yönəldilmiş xx.xx.2022-ci il tarixli, MTT(005)- 233/2022 saylı iş üzrə olan qərardadı ilə cavabdehlərə bu əmlakların özgəninkiləşdirilməsi qadağan olunmuş, Nərimanov rayon İcra şöbəsinin “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarından isə göründüyü kimi müvafiq icra sənədi üzrə icranın dərhal təmini Cavabdeh1 tələb olunmuşdur. Göründüyü kimi, İddiaçı1 ilə qeyri-rəsmi, bununla belə faktiki nikahdan olmuş 3 (üç) övladın, o cümlədən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti olmayan uşağın – xx.xx.2006-cı il təvəllüdlü Emilin atası/valideyni olaraq, Cavabdeh1 sonuncuların mənafelərinə zidd valideyn/ata hüququndan sui-istifadə etməklə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, eynı zaman “Uşaq hüquqları haqqında” AR Qanununun müddəalarını pozmaqla onları özünün və yeni həyat yoldaşının/digər Cavabdeh2 (və sonuncunun himayəsində olan azyaşlı qızı İncinin) nəfinə bütün daşınar və daşınmaz əmlaklardan məhrum etmiş, bununla da onları – ilk növbədə yetkinlik yaşına çatmamış və İddiaçı1 himayəsində olan Emili və digər, tələbə olan/işləməyən 2 iki övladını lazımi maddi təminat və inkişaf baxımından əlverişsiz şəraitə salmışdır, iş üzrə olan faktiki birmənalı olaraq göstərir ki, Cavabdeh1 mülki qanunveriliyinin müvafiq tələblərini pozmaqla, valideyn kimi öz övladlarını hazırda bütün əmlakdan/onların üzərində ola bilən bütün hüquqlardan məhrum etməklə, gələcəkdə isə miras paylarını müəyyənləşdirməkdə onların hüquqlarını məhdudlaşdırmaqla, eyni zamanda, AR Ailə Məcəlləsinin, “Uşaq hüquqları haqqında” AR Qanununun da müddəalarını kobud şəkildə, bilərəkdən pozmuşdur. Sözsüz ki, Cavabdeh1 “bağışlamalar”, “alqı-satqı” üsulu ilə iddiaçıların və onlarla yaşayan (bununla da əmlaklar üzərində sahiblik, istifadə hüquqları olan) şəxslərin bütün əmlakını özünün və digər Cavabdeh2 (onun azyaşlı qızı İncinin) nəfinə özgəninkiləşdirməsi, onun övladlarının, o cümlədən, 18 yaşı tamam olmamış uşağı Emilin birbaşa hüquq və qanuni mənafelərini pozmuş, onları əlverişsiz şəraitdə/vəziyyətdə qoymuşdur, hətta gələcəkdə də öz qanuni vərəsələrini mirasa (paylara) olan hüquqlardan məhrum edilmələrinin əsasını qoymuşdur. Cavabdehlərin vəkili Vəkil2 iddia ərizəsi/tələbləri üzrə təqdim etdiyi etiraza gəlincə isə bildirir ki, mübahisələndirilən (bağışlanan) daşınmaz əmlaklarla bağlı etirazda qeyd və istinad edilən, bununla belə, işin/iddianın əsasına və predmetinə aid olmayan və işə mahiyyəti üzrə baxılmasına başlananadək müvafiq sübutlarla təsdiq edilməyən hallar yalnız formal mülahizələr xarakteri daşıyır. Eyni zamanda, etirazda qeyd olunan hallar (daşınmaz əmlakların həqiqətən vaxtilə Cavabdeh1 tərəfindən satın alınması və formal olaraq iddiaçının – İddiaçı1 adına rəsmiləşdirilməsi, sonradan isə onların üzərində “bağışlama” və “alqı-satqı” əməliyyatlarının aparılması nəzərə alındıqa/sübut edildikdə, birmənalı olaraq Cavabdeh1 adı keçən daşınmaz əmlaklarla bağlı bütün əqdlər əsl/həqiqi məqsədləri güdməyən/pərdələnmiş uydurma əqdlər kimi qiymətləndirilərək etibarsız hesab edilməlidirlər. Qeyd olunanlara əsasən mənafeləri üst-üstə düşən iddiaçıların – İddiaçı1 və İddiaçı2 cavabdehlərə – Cavabdeh1 və Cavabdeh2 (azyaşlı Vəfa İncinin adından çıxış edən onun anası/qanuni təmsilçisi) qarşı olan – iddia ərizəsinə əlavədəki siyahı üzrə məhkəmədə mübahisələndirilən 21 (iyirmi bir) adda/çeşiddə eyni daşınmaz əmlaklar (qeyri-yaşayış sahələri, mənzillər) barəsində Bakı şəhəri 3 saylı notariat ofisində “daşınmaz əmlakın bağışlanması haqqında” İddiaçı2 ilə atası/Cavabdeh1 arasında olan, eyniliklə sonuncunun öz azyaşlı qızı Vasif İnci ilə (onun adından anası Cavabdeh2 ilə olan bütün müqavilələrin etibarsız hesab edilməsi və bu əmlakların iddiaçıya – İddiaçı2 qaytarılması, bundan başqa, Cavabdeh2 adına rəsmiləşdirilmiş, bununla belə cavabdehlərin faktiki sahibliyinə və istifadəsinə keçmiş iddia ərizəsində adı keçən 2 (iki) – “ROLLS ROYS” markalı və “BENTLEY” markalı avtomaşınların digər iddiaçıya – İddiaçı1 qaytarıİması, bu mümkün olmadıqda isə onların dəyərinin pul ifadəsilə (hazırkı bazar qiymətilə) bu iddiaçının nəfinə cavabdehlərdən tutulması barədə qətnəmə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİİ seriyalı 960556 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2002-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh1, anası İddiaçı1dır. AZ-İV seriyalı 061244 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh1, anası Cavabdeh2dır. İddiaçı1 tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində Cavabdeh1 verdiyi reyestrdə 7E-11269 nömrə ilə qeyd olunmuş etibarnaməyə xitam verilməsini xahiş etmişdir. İddiaçı1 tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində Cavabdeh1 verdiyi reyestrdə 7E-9448 nömrə ilə qeyd olunmuş etibarnaməyə xitam verilməsini xahiş etmişdir. İddiaçı1 tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, vaxtilə Bakı şəhəri 3, 5 və 9 saylı notariat ofislərində Cavabdeh1 verilmiş etibarnamələrin qüvvəsinə xitam verildiyindən, etibarnamələrin qaytarılması xahiş olunmuşdur. İddiaçı2 tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli bağışlamadan imtina barədə bildirişdən görünür ki, İddiaçı2 xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə Bakı şəhəri 3 saylı notariat ofisində bağlanmış daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən 22 adda daşınmaz əmlakın Cavabdeh1 bağışlanmasından imtina etmişdir. İmtinanın səbəbi atasının ona təsiri, tələbi və anasının ona bağışladığı həmin əmlakları ona bağışladığı təqdirdə ailəsinin – ondan maddi asılıqları olanların, ilk növbədə onun, qardaşlarının güzəranını, maddi durumunu kəskin şəkildə yaxşılaşdıracağı barədə verdiyi vədləri sonradan yerinə yetirməməsi, bununla da onun və ailə üzvlərinin barəsində üzərinə götürdüyü bu vədləri və vəzifələri pozması olmuşdur. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən, ümumi sahəsi 312.3 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən, ümumi sahəsi 466.6 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən, ümumi sahəsi 390.2 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən, ümumi sahəsi 490.2 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 55D ünvanında yerləşən, ümumi sahəsi 819.5 kv.m olan qeyri-yaşayış binasını Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Xaçmaz rayonu Çaykənarı kəndində yerləşən, ümumi sahəsi 0.225 ha olan torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Xaçmaz rayonu Çaykənarı kəndində yerləşən, ümumi sahəsi 0.795 ha olan torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Xaçmaz rayonu Çaykənarı kəndində yerləşən, ümumi sahəsi 0.1 ha olan torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən 59 nömrəli mənzili Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən 60 nömrəli mənzili Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən 65 nömrəli mənzili Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 29 nömrəli mənzili Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 31 nömrəli mənzili Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 32 nömrəli mənzili Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən, ümumi sahəsi 43.9 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 239 nömrəli mənzili Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 145 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 221 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 316.4 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 316 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən, ümumi sahəsi 312.3 kv.m olan qeyri-yaşayış sahəsini X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən, ümumi sahəsi 466.6 kv.m olan qeyri-yaşayış sahəsini X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən, ümumi sahəsi 390.2 kv.m olan qeyri-yaşayış sahəsini X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən, ümumi sahəsi 490.2 kv.m olan qeyri-yaşayış sahəsini X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 55D ünvanında yerləşən, ümumi sahəsi 819.5 kv.m olan qeyri-yaşayış binasını X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu Çaykənarı kəndində yerləşən, ümumi sahəsi 0.225 ha olan torpaq sahəsini X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu Çaykənarı kəndində yerləşən, ümumi sahəsi 0.795 ha olan torpaq sahəsini X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu Çaykənarı kəndində yerləşən, ümumi sahəsi 0.1 ha olan torpaq sahəsini X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən 59 nömrəli mənzili X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən 60 nömrəli mənzili X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən 65 nömrəli mənzili X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 29 nömrəli mənzili X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 31 nömrəli mənzili X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 858-ci məhəllə ev 79 ünvanında yerləşən, ümumi sahəsi 43.9 kv.m olan qeyri-yaşayış sahəsini X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 239 nömrəli mənzili X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti ev 57 ünvanında yerləşən, ümumi sahəsi 145 kv.m olan qeyri-yaşayış sahəsini X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 221 kv.m olan qeyri-yaşayış sahəsini X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 316.4 kv.m olan qeyri-yaşayış sahəsini X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 316 kv.m olan qeyri-yaşayış sahəsini X9 bağışlamışdır. xx.xx.2022-ci il tarixli “Gəminin alqı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı1 mülkiyyətində olan gəzinti gəmisini (gəminin adı V-171, gəminin tipi Hidrosikl) 500 (beş yüz) manata Cavabdeh2 satmışdır. Müqaviləni İddiaçı1 əvəzinə ƏN-İ seriyalı 512164 nömrəli xx.xx.2015-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. ƏN-İ seriyalı 512164 nömrəli xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək və sair tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. Etibarnamə 30 il müddətinə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin 016-104611-1222 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 mülkiyyətində olan “Bentley Mulsanne” minik markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili 25.000 (iyirmi beş min) manata Cavabdeh2 satmışdır. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 mülkiyyətində olan “X18” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili 22.000 (iyirmi iki min) manata Cavabdeh2 satmışdır. Alqı-satqı müqavilələrini İddiaçı1 əvəzinə ƏN-İ seriyalı 512164 nömrəli xx.xx.2015-ci il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh1 verdiyi ƏN-Vİİİ seriyalı 347096 və 347097 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamələr əsasında X6 imzalamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin 016-86211-1222 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışından görünür ki, “X18” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı və “Bentley Mulsanne” minik markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahibi Cavabdeh2dır. Məhkəmə İddiaçı1 iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı1 Bakı şəhəri 3 saylı və 9 saylı notariat ofislərində Cavabdeh1 verdiyi etibarnamələr əsasında sonuncunun adından bağladığı əqdlər, o cümlədən 3 saylı notariat ofisində bağladığı xx.xx.2022-ci il tarixli, reyestrdə 3M-336 № ilə qeyd edilmiş “Gəminin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, bu müqavilənin predmeti olmuş “V-171” adlı/markalı gəzinti gəmisinin (Hidrosikl) cavabdehlərdən alınaraq ona qaytarılması, bu mümkün olmadıqda isə onun hazırkı bazar qiyməti/dəyərinin cavabdehlərdən onun xeyrinə tutulması; Cavabdeh1 verdiyi etibarnamələr əsasında sonuncunun onun adından Bakı şəhəri BPİ-nin X13 hər hansı, o cümlədən, “ROLLS ROYS” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı və “BENTLİ” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobillərin başqasının adına özgəninkiləşdirilməsinin (satılması, bağışlanması, dəyişdirilməsi və digər üsulla rəsmiləşdirilməsi) etibarsız hesab edilməsi; yetkinlik yaşına çatmayan – məhdud fəaliyyət qabiliyyətli oğlanları X4, eyniliklə Cavabdeh1 digər varislərinin – qızı İddiaçı2, Vasif Ramilin hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıran, hazırda (maddi durumlarının kəskin pisləşməsilə nəticələnən) və gələcəkdə (vərəsələr arasında miras paylarının ədalətli bölünməsinə birbaşa mənfi təsir göstərən) Cavabdeh1 Bakı şəhəri 3 saylı notariat ofisində 22 (iyirmi iki) adda/çeşiddə daşınmaz əmlakın azyaşlı qızı Vasif İnciyə bağışlanması barədə sonuncunun anası/digər Cavabdeh2 ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bağladığı “daşınmaz əmlakın bağışlanması barədə” müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Bakı şəhəri 3 saylı və 9 saylı notariat ofislərində Cavabdeh1 verdiyi etibarnamələr əsasında sonuncunun adından bağladığı əqdlər, o cümlədən 3 saylı notariat ofisində bağladığı xx.xx.2022-ci il tarixli, reyestrdə 3M-336 № ilə qeyd edilmiş “Gəminin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, bu müqavilənin predmeti olmuş “V-171” adlı/markalı gəzinti gəmisinin (Hidrosikl) cavabdehlərdən alınaraq ona qaytarılması, bu mümkün olmadıqda isə onun hazırkı bazar qiyməti/dəyərinin cavabdehlərdən onun xeyrinə tutulması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı1 xx.xx.2022-ci il tarixli, reyestrdə 3M-336 № ilə qeyd edilmiş “Gəminin alqı-satqı müqaviləsi”nin ləğv/xitam edilmiş etibarnamə əsasında bağlanmasını iddia edərək, həmin əqdin/müqavilənin etibarsız hesab edilməsini, bu əqd üzrə satılmış əmlakın ona natura şəklində qaytarılmasını, bu mümkün olmadıqda onun dəyərinin cavabdehlərdən onun xeyrinə tutulmasını tələb etsə də, həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. İşin məhkəmə iclasında araşdırılan hallarından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 İddiaçı1 verdiyi xx.xx.2015-ci il tarixli etibarnamə əsasında hərəkət edərək, xx.xx.2022-ci il tarixdə “Gəminin alqı-satqı müqaviləsi”ni bağlamış, müqavilə bağlanan zaman etibarnamə qüvvədə olmuşdur. İddiaçı1 19 may və 21 may 20222-ci il tarixli ərizələrlə ünvan 1 müraciət edərək Cavabdeh1 xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində və xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində verdiyi etibarnamələrin ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, həmin ərizələrdə İddiaçı1 xx.xx.2015-ci il tarixli etibarnamənin ləğv edilməsini xahiş etməmişdir. Bundan başqa, İddiaçı1 vaxtilə Bakı şəhəri 3, 5 və 9 saylı notariat ofislərində Cavabdeh1 verilmiş etibarnamələrin qüvvəsinə xitam verilməsi barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, yəni alqı-satqı müqaviləsinin bağlanmasından bir ay keçdikdən sonra xəbərdarlıq göndərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Qanunvericilyin tələbinə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli “Gəminin alqı-satqı müqaviləsi” bağlanan zaman İddiaçı1 tərəfindən Cavabdeh1 verilmiş ƏN-İ seriyalı 512164 nömrəli xx.xx.2015-ci il tarixli etibarnaməyə xitam verilmiş olsa idi belə, sonuncu müqavilə bağlanan anda etibarnaməyə xitam verilməsindən məlumatsız olduğundan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar yaranmayacaqdı. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, İddiaçı1 etibarnamələrə xitam verilməsi barədə Cavabdeh1 xəbərdarlığı müqavilə bağlandıqdan bir ay sonra göndərmişdir. Belə olan halda, Cavabdeh1 etibarnaməyə xitam verildiyini bilməsi mümkün deyildir. Məhkəmə, Cavabdeh1 verdiyi etibarnamələr əsasında sonuncunun onun adından Bakı şəhəri BPİ-nin X13 hər hansı, o cümlədən, “ROLLS ROYS” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı və “BENTLİ” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobillərin başqasının adına özgəninkiləşdirilməsinin (satılması, bağışlanması, dəyişdirilməsi və digər üsulla rəsmiləşdirilməsi) etibarsız hesab edilməsi hissəsində də İddiaçı1 iddiasını əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, “Bentley Mulsanne” minik markalı **-VY-*** dövlət qeydiyyat nişanlı və “X18” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilələri İddiaçı1 əvəzinə ƏN-İ seriyalı 512164 nömrəli xx.xx.2015-ci il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh1 verdiyi ƏN-Vİİİ seriyalı 347096 və 347097 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamələr əsasında X6 imzalamışdır. Həmin müqavilələr bağlanan zaman İddiaçı1 Cavabdeh1 verdiyi ƏN-İ seriyalı 512164 nömrəli xx.xx.2015-ci il tarixli etibarnamə qüvvədə olmuşdur. Bundan başqa, məhkəmə, Cavabdeh1 gəminin və avtomobillərin alqı-satqısından ona heç bir vəsait ödəməməsi, ancaq özünün və yeni ailəsinin mənafeyi naminə mülki əqdlər bağlaması barədə İddiaçı1 dəlillərini əsassız hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. İddiaçı1 istinad etdiyi bu hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halları sübuta yetirməlidir. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur. Onun izahatı sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Məhkəmə, İddiaçı1 iddia tələbinin yetkinlik yaşına çatmayan – məhdud fəaliyyət qabiliyyətli oğlanları X4, eyniliklə Cavabdeh1 digər varislərinin – qızı İddiaçı2, Vasif Ramilin hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıran, hazırda (maddi durumlarının kəskin pisləşməsilə nəticələnən) və gələcəkdə (vərəsələr arasında miras paylarının ədalətli bölünməsinə birbaşa mənfi təsir göstərən) Cavabdeh1 Bakı şəhəri 3 saylı notariat ofisində 22 (iyirmi iki) adda/çeşiddə daşınmaz əmlakın azyaşlı qızı Vasif İnciyə bağışlanması barədə sonuncunun anası/digər Cavabdeh2 ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bağladığı “daşınmaz əmlakın bağışlanması barədə” müqavilələrin etibarsız hesab edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 Bakı şəhəri 3 saylı notariat ofisində 21 (iyirmi bir) adda/çeşiddə daşınmaz əmlakın azyaşlı qızı Vasif İnciyə bağışlanması barədə sonuncunun anası/digər Cavabdeh2 ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bağladığı “daşınmaz əmlakın bağışlanması barədə müqavilələrin etibarsız hesab edilməsi” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırılmalıdır. Beləliklə, mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Bakı şəhəri 3 saylı dövlət notariat ofisində hədiyyə verən Cavabdeh1 ilə hədiyyə alan X7 adından Cavabdeh2 arasında bağlanmış bağışlama müqavilələrinə əsasən hədiyyə verən ona məxsus olan müqavilələrin predmetləri olan daşınmaz əmlakları hədiyyə alana bağışlamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 Bakı şəhəri 3 saylı notariat ofisində 21 (iyirmi bir) adda/çeşiddə daşınmaz əmlakın azyaşlı qızı Vasif İnciyə bağışlanması barədə sonuncunun anası/digər Cavabdeh2 ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bağladığı “daşınmaz əmlakın bağışlanması barədə müqavilələrin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, işin mübahisəsiz hallarına əsasən İddiaçı1 cavabdeh-hədiyyə verən Cavabdeh1 ilə rəsmi nikah münasibətlərində olmamış, bununla da müqavilələr bağlanan zaman İddiaçı1 hər hansı mülkiyyət hüquqları pozulmamışdır. Cavabdeh1 öz əmlakları barəsində sərbəst şəkildə sərəncam verərək onları qızı X9 bağışlamışdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 Bakı şəhəri 3 saylı notariat ofisində 21 (iyirmi bir) adda/çeşiddə daşınmaz əmlakın azyaşlı qızı Vasif İnciyə bağışlanması barədə sonuncunun anası/digər Cavabdeh2 ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bağladığı “daşınmaz əmlakın bağışlanması barədə müqavilələrin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə də bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olduğu təqdirdə isə İddiaçı1 “Cavabdeh1 Bakı şəhəri 3 saylı notariat ofisində 21 (iyirmi bir) adda/çeşiddə daşınmaz əmlakın azyaşlı qızı Vasif İnciyə bağışlanması barədə sonuncunun anası/digər Cavabdeh2 ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bağladığı “daşınmaz əmlakın bağışlanması barədə müqavilələrin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etməsi özlüyündə əsassız və qanunsuzdur. Məhkəmə bu qənaətə gələrkən, İddiaçı1 müvafiq subyektiv hüquqa malik olmamasını, onun subyektiv hüququnun pozulmamasının, cavabdehlərin bu pozuntunu etməmələrini əsas götürmüşdür. Məhkəmə, İddiaçı2 Cavabdeh1 ilə Bakı şəhəri 3 saylı notariat ofisində xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə bağladığı və 22 (iyirmi iki) adda/çeşiddə daşınmaz əmlakın ona bağışlanması barədə “daşınmaz əmlakın bağışlanması” barədə müqavilələrin etibarsız hesab edilməsi barədə iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məhkəmə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından görünür ki, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən “hədiyyə verən” İddiaçı2 və “hədiyyə alan” Cavabdeh1 bağışlanma müqavilələrinin bağlanmasında şəxsən iştirak etmiş, tərəflər müqavilə azaldığı şəraitində (AR MM-nin 390-cı maddəsi) müqavilələri bağlamış, müqavilələrin forma və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuşdur. Müqavilələr bağlandıqdan sonra həmin əmlaklar Cavabdeh1 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən Cavabdeh1 öz əmlakları barəsində sərbəst şəkildə sərəncam verərək 21 adda daşınmaz əmlakı qızı X9 bağışlamış və həmin əmlaklar hazırda sonuncunun mülkiyyətindədir. İddiaçı2 sözügedən daşınmaz əmlakları şərtlə – Cavabdeh1 onun və ailələrinin vəziyyətini, güzəranını daha da yaxşılaşdıracağını vəd etməsi müqabilində bağışladığını bildirsə də, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli bağışlama müqavilələrində hədiyyə verənlə hədiyyə alan arasında hər hansı bir öhdəliyin, şərtlərin yerinə yetirilməsi ilə bağlı razılaşma qeyd olunmamış, İddiaçı2 bu barədə məhkəməyə sübutlar təqdim etməmiş və bu faktlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə bağışlanma müqavilələrini bağlamayacağı təqdirdə vəziyyətlərinin pis olacağı, Cavabdeh1 hədəsindən qorxaraq müqavilələri bağlaması ilə bağlı İddiaçı2 dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericilyin tələblərini nəzərə alıb belə nitəcəyə gəlir ki, İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 (eyni zamanda, məhdud fəaliyyət qabiliyyətli X4 qanuni nümayəndəsi) və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Bakı şəhəri 3 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaklarla bağlı əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları əsassız olduğundan rədd edilməli, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 (eyni zamanda, məhdud fəaliyyət qabiliyyətli X4 qanuni nümayəndəsi) və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Bakı şəhəri 3 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz və daşınar əmlaklarla bağlı əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar