Məhkəmə qərarları › İş №2(005)-298/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-298/2022

10.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-298/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 126-ci km-də, kəmərdən 6 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Nərimanov rayonu PYUA 38-10 ev-85A ünvanında (koordinat: 39 T 0406360; 4476193) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikililəri cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 126-cı km-də, kəmərdən 6 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Nərimanov rayonu PYUA 38-10 ev-85A ünvanında (koordinat: 39 T 0406360, 4476193) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikililəri aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə 13-14 saylı postların əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 126-cı km-də, kəmərdən 6 metr aralı məsafədə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 6 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən köhnədən inşa edilmiş və içərisində yaşayış olan evin mövcud hasarının qəzalı (10 metr uzunluğunda və 2 metr hündürlüyündə) vəziyyətə düşməsi səbəbindən ev sahibi tərəfindən sökülərək yenidən bərpa edilməsi aşkar olunmuşdur. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu Cavabdeh izah edilmiş və əlavə işlərin aparılmamasına dair şifahi şəkildə xəbərdar edilərək ərazi nəzarətə götürülmüşdür. 09 avqust 2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə 39 T 0406360; ******* saylı koordinat üzrə əraziyə baxış keçirilmiş və İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 126-ci km-də, kəmərdən 6 metr aralı məsafədə köhnədən inşa edilmiş və içərisində yaşayış olan evin həyətyanı sahəsində, 10 metr uzunluğunda və 2.4 metr hündürlüyündə tikinti işlərinin aparıldığı aşkar olunmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə əraziyə baxış keçirilən zaman aparılan tikinti işinin, hasarın hündürlüyünün 2 metr olduğu müəyyən olunmuşdur. Hazırda isə üzərinə 40 sm hündürlüyündə əlavə işlərin görüldüyü aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 10/374 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdeh tərəfindən inşa olunmuş mübahisəli tikililərin (fərdi yaşayış evi və hasar) Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 126-cı km-də, kəmərdən 6 metr aralı məsafədə yerləşdiyi, bununla da tikililərin inşa olunması nəticəsində Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının Magistral neft boru kəmərlərinin mühafizə zonaları və istismarı bölməsinin (Vİ bölmə) 6.3. bəndinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalar”ının 3-cü və 4-cü maddəsinin tələblərinin pozulduğu müəyyən olundu. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 126-cı km-də, kəmərdən 6 metr aralı məsafədə yerləşdiyinə görə, cavabdeh tərəfindən inşa olunmuş tikililərin (fərdi yaşayış evi və hasar) Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına əsasən yuxarıda sadalanan maddələrdə göstərilən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərinin həyata keçirilməsi dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir. Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 9.26-cı bəndinə əsasən, sənaye müəssisələrinin və anbarların təchizatı üçün tez alışan və yanar-maye, həmçinin maye qaz nəql edən boru kəmərlərinin məskunlaşma ərazilərindən çəkilməsinə yol verilmir. Magistral boru kəmərləri qüvvədə olan normativ sənədə (SNiP 2.05.06) müvafiq olaraq, məskənlərin ərazi sərhədlərindən kənarda çəkilməlidir. Məskənin ərazisindən neft məhsulları kəmərləri çəkilərkən, qüvvədə olan normativ sənədin (SNiP 2. 05.3) tələbləri nəzərə alınmalıdır. Yanğın əleyhinə tələblərin (Əlavə 1) 3-cü bəndinə əsasən, yaşayış və ictimai binalardan neft və neft məhsulları saxlanılan İ qrup anbarlaradək məsafə qüvvədə olan normativ sənədin (SNiP İİ-106-79) tələblərinə, ictimai və yaşayış binalarına xidmət göstərən qazanxanaların, dizel elektrik stansiyaları və digər enerji obyektlərinin tərkibində nəzərdə tutulan maye yanacaq saxlanan İİ qrup anbarlarına qədər isə məsafə cədvəl 2-də göstərilənlərdən az olmayaraq qəbul edilməlidir. 2951 Nömrəli “03” yanvar 2003-cü il tarixli “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.7-ci bəndinə əsaən, boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, Bakı şəhəri, Nərimanov rayonu, PYUA/38- 10 ev-85A ünvanında Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 126-cı kmdə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 6 metr aralı məsafədə Cavabdeh tərəfindən qanunsuz tikili inşa olunmuşdur. 14 iyun 2021-ci il tarixdə əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh məxsus tikili Nərimanov rayonu, PYUA/38 ünvanında Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 126-cı km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 6 metr aralı məsafədə inşa edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 10/4929 saylı ekspert rəyindən də görünür ki, Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 126-cı km-də, kəmərdən 6 metr aralı məsafədə yerləşdiyinə görə, cavabdeh tərəfindən inşa olunmuş tikililərin (fərdi yaşayış evi və hasar) Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı istismarında olan Nərimanov rayonu, PYUA/38 ünvanında Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 126cı km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 6 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Nərimanov rayonu PYUA 38-10 ev-85A ünvanında (koordinat: 39 T 0406360; 4476193) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikililəri cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehdən 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 126-ci km-də, kəmərdən 6 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Nərimanov rayonu PYUA 38-10 ev-85A ünvanında (koordinat: 39 T 0406360; 4476193) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikililəri cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Cavabdeh 10 manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar