Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2995/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı, üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi və “xxxx” ASC cəlb edilməklə hərracın nəticələri barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı, üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə hərracın nəticələri barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6702/2017-saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 xx.xx.2014-cü il tarixli,02/0035/OBK saylı kredit razılaşması üzrə 9 527.4 manat məbləğində kredit borcu, 4297.89 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 13 825.29 manat məbəğində kredit borcunun, 31 manat məbləğində dövlət rüsumunun və 31 manat ipoteka bildirişinin DƏDRX-də qeydiyyatı ilə baxğlı xidmət haqqının, ümumilikdə cəmi 13 886 (on üç min səkkiz yüz səksən altı) manat 29 (iyirmi doqquz) qəpik pul vəsaitinin tutulub iddiaçı «NBCBank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və qeyd edilən börc tələbinin ipoteka predmeti olan İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 15 saylı evin 33 nömrəli mənzilinə yönəldilmişdir. İpoteka predmeti olan İddiaçı məxsu olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 15 saylı evin 33 nömrəli mənzilinə 34 000 (otuz dörd min) manat ilkin satış qiyməti qoyulmuşdur. Həmin qətnamə əsasında əmlakın yerləşdiyi və borcluların qeydiyyatda olduğu ünvan üzrə icra vərəqəsi verilmiş və icrasının təmin edilməsindən ötürü Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin İcra məmuru Azər Heydərov tərəfindən xx.xx.2019-cu il tarixində 16360-44258/2019-2-1 saylı məktubla İpoteka predimeti olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 15 saylı evin 33 nömrəli mənzili Açıq hərrac vasitəsi ilə realizə edilərək tələbkar «NBCBank» Açıq Səhmdar Cəmiyyətinin kredit borcunun qaytarılması üçün “xxxx” MMC-yə sifariş vermişdir.Yaranmış işsizilik, maddi sıxıntılar və borclunun ani səhəti ilə əlaqədar olaraq yaranmış vəziyyət səbəbi ilə qeyd edilən borc öhdəliyinin icrasında məhkəməyə qədər və məhkəmə prosessləri zamanı çətinliklər yaranmış və bu haqda “xxxx” ASC-yə təsdiqedici sənədlərlə birlikdə dərhal məlumat verilsə də, hec bir ortaq razılığa gəliniməsinə dair cəhdlər Bank tərəfindən qarşılanmamışdır. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin İcra məmuru Azər Heydərov tərəfindən xx.xx.2019-cu il tarixində 16360-44258/2019-2-1 saylı məktubla İpoteka predimeti olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 15 saylı evin 33 nömrəli mənzili açıq hərrac vasitsəi ilə realizə edilərək tələbkar «NBCBank» Açıq Səhmdar Cəmiyyətinin kredit borcunun qaytarılması üçün “xxxx” MMC-yə sifariş vermişdir Verilmiş sifariş əsasında ixtisaslaşdırılmış hərrac təşkilatı olan “xxxx” MMC, sifarişi “İpoteka haqqında” Azərbaycan Respubliksının qanunun və digər qanunvercilik aktlarının tələblərinin kobud pozulması ilə icra etmişdir. Bunlarla yanşı ipotekaqoyan olaraq konstitusion hüquqlarından məhrum edilmişdir. Belə ki, Nəsimi rayon İcra və Probasiya Şcbəsi hərraca sifariş göndərərkən məktubunda Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-6702/2017 saylı qətnaməsi üzrə verilmiş icra sənədini deyil, ona məlum olmayan, tam başqa icra sənədi olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6702/2017 saylı, xx.xx.2019-cu il tarixli icra qeydi üzrə hərracın keçirilməli olmasını əsas gətirmişdir. İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsiinə əsasən elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir. Hərrac sifarişinin alındığı gündən isə 30 təqvim günündən gec olmayaraq keçirilir. İlk hərrac 28.10.201-icu ildə olmuş, amma elanı xx.xx.2019-cu il tarixində verilmiş və göndərilmişdir, yəni ki, 31 gün qalmış verilmiş və göndərilmişdir ki, qeyd edilən Qanunun 42-ci maddəsinin tələbi kobud pozulmuşdur. Hərrac sifarişi Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli 16360- 44258/2019-2-1 saylı məktubla göndərilmiş, “xxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixində 846-nömrə ilə qəbul edilmiş və ilk hərrac isə 28.10..2019-cu il tarixində olmuşdur, yəni ki, 33 gün sonra təyin edilmişdir ki, qeyd edilən Qanunun 42-ci maddəsinin tələbi kobud pozulmuşdur. “İpoteka haqqında” AR-nin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 (üç) təqvim günü gec olmayaraq dərc etdirilir. Buna baxmayaraq hec bir hərracın baş tutmaması barədə elan belə verilməmişdir ki ki, qeyd edilən Qanunun 43.2-ci maddəsinin tələbi kobud pozulmuşdur. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. İkinci hərrac xx.xx.2019-cu ildə, yəni 14 gün sonra keçirilmişdir. Həmçinin qəbul haqqında FMexpresin 090835 saylı və digr qaimələrin çatdırılması və qəbul edilməsi barədə imza/tarix /qəbul edən barədə identifik məlumatlar olmayıb. Həmçinin 80/01 saylı, xx.xx.2019-saylıyekun protokolu və xx.xx.2019-cu il tarxil ialqı-satqı müqviləsində də sifariş üün əssas olmuş icra sənədi bu işlə əlaqəsi olmayan, məlum olmayan icra sənədi əsas göstərilib. xxxx MMC tərəfindən xx.xx.2019-cu il tarixli a/3323 saylı məktubla birinci hərracı 28.0.2019-ci il tarixə saat 1 l:00-a təyin edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin bildirişlərdə tələbin .... xx.xx.2019-cu il tarixli icra qeydi üzrə Bakı şəhəri Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 15 saylı evin 33 nömrəli mənzilə yönəldiyi və hərracda satılmalı olduğu qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli a/213 saylı məktubla ikinci hərrac xx.xx.2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. Əgər birinci hərrac baş tutmamışdırsa, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat Hərrac Mərkəzi tərəfindən dərc etdirilməli olduğu halda dərc etdirilməmişdir. Qeyd edilir ki, ona və ünvanına hec bir hərrac keçirilməsi ilə bağlı bildirişlər hansı sənəd daxil olmamışdır. Nəsimi rayonu üzrə İcra və probasiya şöbəsindən edilmiş müraciətlə ondan xəbərsiz ona məxsus əmlakın artıq satıldığını bilmişdir. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göstərilənlərə və qanunvericilik normalarına əsasən Bakı şəhəri Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 15 saylı evin 33 nömrəli mənzilinə dair “xxxx” MMC tərəfindən keçirilmiş hərracların nəticələri qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozması ilə keçirildiyindən, hərracların hazırlanması, müddətləri və keçirilmə qaydası pozulduğundan, ipotekasaxlayana məlumat verilmədən keçirildiyindən, birinci hərrac və təkrar hərracların baş tutmaması barədə elanlar verilmədiyindən, 80/01 saylı, xx.xx.2019-cu il tarixli hərracın nəticələri barədə protokolun, xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız cdlan edilməli və onun əsasında DƏDRX-tərəfindən verilmiş Çıxarışı ləğv edilməlidir. Qeyd edir ki, “xxxx” MMCnin hüquqi ünvani: AZİ 106, ünvan 1 "a"-da yerləşir. Qeyd edilənləri nəzərə alaraq, “xxxx” MMC tərəfindən keçirilmiş Bakı şəhəri Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 15 saylı evin 33 nömrəli mənzilinə dair 80/01 saylı, xx.xx.2019-cu il tarixli hərracın nəticələri barədə protokolun, xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında DƏDRX-tərəfindən verilmiş Çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli məhkəmə iclasında “xxxx” ASC mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin, 33 saylı mənzili ilkin satış qiyməti 34000 manat məbləğində, təkrar satış qiyməti isə 28900 manat, 25% aşağı olan satış qiyməti 21675 məbləğində müəyyən edilərək “xxxx” MMC tərəfindən hərraca çıxarılmışdır. İş materiallarında olan hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə müqavilədən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin, 33 saylı mənzilin satın alınması barədə “xxxx” MMC ilə “xxxx” ASC arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. İş materiallarında olan hərracın keçirilməsi barədə xx.xx.2019-cu il tarixli, 02 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə xx.xx.2019-cu tarixli, 01/02 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarında olan hərracın keçirilməsi barədə xx.xx.2019-cu il tarixli, 01 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş “Birja Yenilikləri” qəzetinin 11-xx xxxxxxx 2019, 27 sentyabr-xx xxxxxxx 2019 və 15-xx xxxxxx 2019-cu il tarixli buraxılışlarında Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin, 33 saylı mənzilinin “xxxx” MMC tərəfindən hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, “xxxx” MMC tərəfindən İddiaçı açıq hərracın keçirilməsinə dair bildirişlər göndərilmiş və onlara hərracın keçirilmə vaxtı və yeri barədə məlumat verilmişdir. Eyni zamanda ipoteka predmetlərinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bundan əlavə, qiymətləndirici hərracın keçirildiyi tarixə daşınmaz əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı, üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi və “xxxx” ASC cəlb edilməklə hərracın nəticələri barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı, üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi və “xxxx” ASC cəlb edilməklə hərracın nəticələri barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı, üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi və “xxxx” ASC cəlb edilməklə hərracın nəticələri barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2995/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2995/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver