Məhkəmə qərarları › İş №2(005)-30/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-30/2024

17.10.2024 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-30/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh; Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı (açar sözlər: kirayə haqqı; müqaviləyə dəyişiklik edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının (birləşdirilmiş iş üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh, Cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçı) nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “müqaviləyə dəyişiklik edilməsi”, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “müqaviləyə dəyişiklik edilməsi və kirayə haqqı” tələblərinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilənin 1.1-ci bəndində “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsinin 2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi ilə əvəz edilməsi, cavabdehə xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilə əsasında 2 ədəd 4 otaqlı, hər biri 180,9 kvm sahəsi olan mənzillərin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nərimanov rayonunda qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün köçürülən sakinlərə lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bununla bağlı hüquqların (ərazinin və tikintiyə icazənin) “Lider N" MTK-ya verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 970 saylı və xx.xx.2017-ci il tarixli 357 saylı Sərəncamları mövcuddur. Layihə çərçivəsində cavabdeh Esmira Abdullayevlə xx.xx.2021-ci il tarixli 7 nömrəli Müqavilə imzalanmış, ona məxsus ünvan 1 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 295 kvm olan mənzilinin əvəzində ona 25% əlavə edilməklə 2 ədəd tam təmirli 4 otaqlı, hər biri 180,9 kvm sahəsi olan mənzillər verilmişdir. Lakin Müqavilədə texniki səhv olmuş, Müqavilənin 1.1-ci bəndində mənzillərin sayı 2 əvəzinə 3 göstərilmişdir. Müqavilədəki səhvin düzəldilməsi üçün qarşı cavabdehə pretenziya bildirişi göndərilmişdir, lakin Müqaviləyə dəyişiklik edilməsindən boyun qaçırmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh "xxxx" MTK-nə qarşı “müqavilədə dəyişiklər edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2021-ci il tarixli 7 saylı müqavilənin 1.1-ci bəndində “ünvan 2 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 295 kv.m” sözlərinin əvəzinə “ünvan 2 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 465 kv.m” sözləri ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilən iddia tələbi əsasında mülki iş xx.xx.2022-ci il tarixdə 2(011)- 3372/2022 sayda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Birləşdirilmiş iş üş üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Mənzil-Tikinti Kooperativinə müraciət edərək aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 7 saylı müqaviləsnin 1.1-ci bəndinə dəyişikliklər edilməsini xahiş etmişdir. Lakin xahişi nəzərə alınmamış və cavabdeh tərəfindən bu müqavilədə qarşılıqlı razılaşma ilə düzəlişin edilməsi mümkün olmamışdır. ünvan 2 xüsusi mülkiyyətindədir. "xxxx" Mənzil- Tikinti Kooperativi onun və digər qonşuların yaşadığı bu ərazidə hündürmərtəbəli ev tikmək üçün xeyli müddət danışıqlar aparmışdır. Onunla aparılan danışıqlar zamanı da fərdi yaşayış evinin yerləşdiyi 465 kv.m torpaq sahəsinin əvəzinə "xxxx" Mənzil-Tikinti Kooperativindən 3 ədəd 4 otaqlı, hər birinin sahəsi 180.9 kv.m olan mənzillərin verilməsi ilə razılığa gəlmişdir. Həmçinin bu 3 ədəd 4 otaqlı mənzildən əlavə, qardaşı X4 da ümumi sahəsi 50 kv.m olan 1 otaqlı mənzilin verilməsinə dair razılığa gəlmişlər. Bundan sonra xx.xx.2021-ci il tarixli 7 saylı müqavilə və qardaşı X5 ilə də xx.xx.2021-ci il tarixli müqavilə bağlandı. Qeyd etdiyi kimi "xxxx" Mənzil-Tikinti Kooperativi ilə 3 ədəd 4 otaqlı mənzilin verilməsinə razılığa gəldikləri üçün və aralarında bağlanmış müqavilədə 3 ədəd 4 otaqlı, hər biri 180.9 kv. m mənzilin verildiyi göstərildiyi üçün müqavilənin digər bəndlərinə fikir verməmişdir. Lakin bu günlərdə "xxxx" Mənzil-Tikinti Kooperativi ona qarşı aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə dəyişiklik edilməsi ilə əlaqədar məhkəməyə iddia ərizəsi verdikdən sonra həmin müqavilədə mülkiyyətində olan mənzilin faktiki sahəsinin 295 kv.m olduğunu görmüşdür. Yuxarıda qeyd etdiyi kimi, mülkiyyətində olmuş fərdi yaşayış evinin faktiki sahəsi 465 kv.m olduğu halda, əsassız olaraq 295 kv.m göstərilmişdir. Müqavilədə göstərildiyi kimi "xxxx" Mənzil-Tikinti Kooperativi 465 kv.m sahənin üzərinə əlavə 25%, yəni 116 kv.m gəlməklə, ümumilikdə onlara 581 kv.m mənzil verməli idi. Onunla və qardaşı ilə bağlanmış müqavilədən də görünür ki, ona hər birinin sahəsi 180.9 kv.m olmaqla 3 ədəd mənzilin və qardaşına sahəsi 50 kv.m olmaqla 1 otaqlı mənzilin verilməsi yuxarıda göstərdiyi sahələrin ölçüləri ilə üst-üstə düşür. Yəni faktiki istifadələrində olan ərazi 465 kv.m və bunun üzərinə həmin sahənin 25%-i gəlməklə, ümumilikdə 481 kv.m edir. Ona verilmiş 3 otaqlı, hər birinin sahəsi 180.9 kv.m olan və qardaşına verilmiş 1 otaqlı, sahəsi 50 kv.m olan mənzilin sahələri də ümumilikdə 590 kv.m edir. Sadəcə cavabdehin 1 otaqlı mənzillərinin minimum sahəsi 50 kv.m olduğu üçün o, məcbur olub qardaşına 50 kv.m olan 1 otaqlı mənzil vermişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3372/2022 saylı qərardadına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh "xxxx" MTK–nə qarşı “müqavilədə dəyişiklər edilməsi” barədə iddiası əsasında 2(011)-3372/2022 saylı mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilədə dəyişiklər edilməsi” barədə iddiası əsasında 2(005)-1015/2022 saylı mülki iş birləşdirilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1015/2022 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3372/2022 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2021-ci il tarixli 7 saylı müqavilənin 1.1-ci bəndində “ünvan 2 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 295 kv.m” sözlərinin əvəzinə “ünvan 2 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 465 kv.m” sözləri ilə əvəz edilməsi və "xxxx" MTK-dan müqavilə öhdəliyi üzrə kirayə haqqı kimi 8400 manat məbləğində pulun tutularaq ödənilməsini xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək, iddiaçı Cavabdeh ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 7 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin qismən, 1.1-ci bəndində “295 kv.m” sözünün “465 kv.m” sözləri ilə əvəz edilməklə dəyişdirilməsi, binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 700 manat kirayə haqqına görə yaranmış 23 100 (iyirmi üç min yüz) manat kirayə borcunun cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının (birləşdirilmiş iş üzrə cavabdehin) nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi, qarşı tərəfin birləşdirilmiş iş üzrə iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) nümayəndəsi və vəkili birləşdirilmiş iş üzrə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, həmin iddia tələbinin təmin edilməsi, MTK-nın iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) birləşdirilmiş iş üzrə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, həmin iddia tələbinin təmin edilməsi, MTK-nın iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş MH seriyalı 095363 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh məxsusdur. Bu barədə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. - 29 oktyabr 2021-ci il tarixli 7 №-li müqavilədən görünür ki, "xxxx" MTK və Cavabdeh arasında “Lider-N’ MTK ünvan 3 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi” yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi"-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 5 otaqlı, faktiki 295,0 m2 mənzilin dövlət reyestirindən çıxarışda göstərilmiş ümumi sahəsində 25 % əlavə etməklə 3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 m2, mənzillərin “Mülkiyyətçinin mülkiyyətinə verilməsi, "Mülkiyyətçi"-nin isə söküləcək mənzilin “Lider-N" MTK-nın istifadə və sahibliyinə verməsi barədə müqavilə bağlanmışdır. - 29 oktyabr 2021-ci il tarixli 7/1 №-li müqavilədən görünür ki, "xxxx" MTK və X6 arasında “Lider-N’ MTK ünvan 3 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi” yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi"-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, faktiki 49,5 m2 mənzilin ümumi sahəsində 1 ədəd 50.0 kv.m mənzillərin “Mülkiyyətçinin mülkiyyətinə verilməsi, "Mülkiyyətçi"-nin isə söküləcək mənzilin “Lider-N" MTK-nın istifadə və sahibliyinə verməsi barədə müqavilə bağlanmışdır. - "xxxx" MTK və X6 arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli YME 001/4 №-li müqavilədən görünür ki, X6 ünvan 4 ünvanında yerləşən yaşayış evinin tikintisinin sərmayələşdirilməsində iştirak edir, icraçı isə yaşayış evi istifadəyə verildikdən sonra 24 saylı mənzilin təmirsiz ümumi sahəsi 50,0 kv.m, 1 otaqlı 5-ci mərtəbə sakinə verilməsini öhdəsinə götürür. - Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 1/1191 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı i tarixli 326 saylı sərəncamı ilə rayonun Ə.Dəmirçizadə, Təbriz, C.Zeynalov və F.Əsədov küçələrinin kəsişməsində "xxxx" MTK-ya Pilot layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir. Qarşılıqlı razılaşma əsasında söküntüyə məruz qalmış F.Əsədov ünvanında (işlənilmiş baş planda E blokunun ərazisinə düşən yaşayış sahələrinin sahiblərinə aid olmaqla göstərilmiş) mənzillərin sahiblərinə əlavə olaraq 20 %-dən az olmayaraq 1231,1 kv.m təmirli mənzil sahəsi verilməsi barədə "xxxx" MTK tərəfindən öhdəlik götürülmüşdür. Sökülmüş mənzillərin sahiblərinə veriləcək yeni sahələrin dövlətə ayrılan sahə kimi qəbul edilərək, həmin sahələr görə vergidən azad olunması məsələsinə münasibət bildirilməklə müsbət həllinə köməklik göstərilməsi xahiş olunmuşdur. - "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış 07 yanvar 2022-ci il tarixli məktubun surətindən görünür ki, 295.0 kv.m mənzilin (həyətyani sahəsi ilə birlikdə) sökülməsi və əvəzində yeni və təmirli mənzilin verilməsi ilə bağlı 29 oktyabr 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Qeyd edir ki, müqavilənin 1.1-ci bəndində 5 otaqlı, faktiki 295.0 kv.m mənzilin ümumi sahəsindən 25% əlavə edilməklə 3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 kv.m verilməsi qeyd edilmişdir. Hazırda göründüyü kimi müqavilənin həmin bəndində 2 ədəd 4 otaqlı 180.9 kv.m qeyd edilməsi əvəzinə 3 ədəd qeyd edilmişdir. Tərəflər olaraq iki tərəfədə məlumdur ki, 295kv.m + 25% = 369 kv.m. Lakin mexaniki səhv ucbatından müqavilənin əslini təqdim edərək göstərilən müqavilənin 1.1-ci bəndində 2 ədəd 4 otaqlı mənzil düzəlişinin edilməsinə və ya müqaviləyə əlavə qeydlərin aparılması üçün İddiaçı MTK-nın ofisinə gəlməyi xahiş olunmuş, 3 gün müddətində rəsmi məlumat verməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Cavabdeh tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, müvaqiləyə dəyişiklik edilməsi təklif edilmiş, 3 gün müddətində rəsmi qaydada məlumat verilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 36 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 042398 saylı arayışdan görünür ki, X6 F.Əsədov küçəsi 15 №-li evin 2a nömrəli mənzilində 1993-cü ildən Füzuli rayon məcburi köçkün kimi məskunlaşmışdır. - 36 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 044535 saylı arayışdan görünür ki, F.Əsədov küçəsi 15 №-li evin ümumi tikilisi sahəsi 247,9 kv.m, açıq həyət 100 kv.m-dir, örtülü həyət 44 kv.m və zirzəmi isə 13 kv.m-dir. - 36 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 044550 saylı arayışdan görünür ki, F.Əsədov küçəsi 15 №-li evin ümumi sahəsi tikilisi 192,2 kv.m, açıq həyət isə 96 kv.m-dir. - 36 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 044551 saylı arayışdan görünür ki, F.Əsədov küçəsi 15 №-li evin ümumi sahəsi tikilisi 192,2 kv.m, açıq həyət isə 96 kv.m-dir. - 36 saylı MKİS tərəfindən verilmiş 044588 saylı arayışdan görünür ki, F.Əsədov küçəsi 15 №-li evin faktiki ümumi sahəsi tikili 192,2 kv.m, açıq həyət isə 96 kv.m-dir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli 10/1328 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsində yerləşən 15 saylı evin, 2 nömrəli mənzili və həyətyanı sahəsi üzrə aparılır. Tədqiqatın aparılması üçün sözügedən mənzilin və həmin mənzilin yerləşdiyi həyətyanı sahəyə baxış keçirilmişdir. Mülki iş materiallarından görünür ki, “Lider-N" MTK ilə cavabdeh X2 arasında xx.xx.2021-ci il tarixdə 7№-li Müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı MTK ünvan 6 ünvanda yerləşən yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi'yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi"-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 5 otaqlı, faktiki 295,0 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsində 25% əlavə etməklə 3 ədəd tam təmirli 4 otaqlı hər bri 180,9 kv.m mənzillərin "Mülkiyyətçi”-nin mülkiyyətinə verilməsini, “Mülkiyyətçi”-nin isə söküləcək mənzilin İddiaçı Mtk-nın istifadə və sahibliyinə verməsini öhdələrinə götürmüşlər. Baxış zamanı, tədqiq olunan mənzilin və həyətyanı sahənin söküldüyü, yerində hündürmərtəbəli, çoxmənzilli yaşayış binasırın inşa edildiyi müəyyən edilmişdir. Qərardadla qoyulmuş sualda, X1 istifadəsində olmuş ünvan 2 və həyətyanı sahəsinin ölçülərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi tələb olunmuşdur. Bununla əlaqədar qeyd olunur ki, təqdim edilmiş və X1 istifadəsində olmuş ünvan 2 və həyətyanı sahəsinin söküldüyü yerində hündürmərtəbli yaşayış binasının inşa edildiyi müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən X1 istifadəsində olmuş Bakı şəhəri Nərimanov rayonu, F.Əsədov küçəsi, ev 15, mənzil 2 və həyətyanı sahəsinin söküldüyünü, yerində hündürmərtəbəli yaşayış binasının inşa edildiyini nəzərə alaraq, qərardadla qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli 10/2578 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH Seriyalı, 095363 №-li Qeydiyyat Vəsiqəsinə və tərtib edilmiş Texniki Pasport sənədlərinə əsasən, X1 istifadəsində olmuş ünvan 2-nin ümumi sahəsi 88,0 kv.m., Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 36 saylı MKİS-i tərəfindən hazırlanmış eskiz layihəyə əsasən isə sözügedən mənzil ümumi sahəsi 96,0 kv.m olan həyətyanı sahədən, ümumi sahəsi 49,2 və 143,0 kv.m olan iki ədəd tikilidən ibarət olmuşdur -29 fevral 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, 36 saylı MKİS-də işləyir, mühəndisdir. Cavabdeh ona dəfələrlə zəng vuraraq xx.xx.2024-cü il tarixdə məhkəmə prosesi olduğunu tələsdiyini bildirmişdir. Məktub daxil olduqdan sonra zəng vurub onu çağırmışdır. Həmin vaxt vəziyyət gərgin idi. Həmin gün bildirmişdir ki, cavabı göndərəcədir. Lakin xanım israrla bu gün cavab verilməsini tələb etmişdir. Cavabdeh və özü həmin vaxt gərgin olmuşdur. Xanım öz sxemini çıxarmış, ona uyğun yazmışdır. Lakin bu öz səhvi olmuşdur. Çünki tələsmişdir, lakin məqsədi ona köməklik etməyi olmuşdur. Bildirmişdir ki, cavabdehin sahəsi 300 kv.m sahədən ibarətdir. Qaralama cızmış, möhür vurmuş, tələsmişdir. Necə baş verdiyini heç özü də bilməmişdir. Onun səhəri gün səhv etdiyini anlamışdır. Məsuliyyəti daşımağa hazırdır. Cavabdehə zəng vuraraq bildirmişdir ki, uzun müddətdir – 2008-ci ildən burada işləyir, səhv etmişdir. Ondan sənədi qaytarmasını xahiş etmişdir. Cavabdeh isə həmin sənədin dərhal məhkəməyə verdiyini bildirmiş, lakin buna inanmadığımı və dəyişmək üçün qaytarmağını xahiş etmişdir. Ona bildirmişdir ki, 300 kv.m sahəsinin olmasına baxmayaraq onu aldadaraq 400 kv.m sahədən ibarət olmasını yazdırtmışdır. Cizgi faktikidir, onun rəsmi əsası yoxdur. Cavabdehin rəsmi çıxarışı var və 88 kv.m təşkil edir. Özü ölçmüşdür və 2015-ci ilin siyahılarında qeyd olunub. Arayışlardan ikinci olan düzgündür. İkinci arayış ölçdükləri faktiki siyahı əsasında verilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi, tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, İddiaçı MTKnın iddia tələbi təmin edilməməli, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəfin, tərəflərin nümayəndə və vəkillərinin izahatları, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.1997-ci il tarixdən Cavabdeh məxsusdur. Tərəflər arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli 7 №-li müqaviləyə əsasən, “Lider-N’ MTK ünvan 3 ünvanda yerləşən Cavabdeh məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, Cavabdeh mülkiyyətində olan 5 otaqlı, faktiki 295,0 m2 mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsində 25% əlavə etməklə “3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 m2” mənzillərin onun mülkiyyətinə verilməsi, Cavabdeh isə söküləcək mənzilin “Lider-N" MTK-nın istifadə və sahibliyinə verməsi barədə müqavilə bağlanmışdır. Hazırda ünvan 3 ünvanda yerləşən mənzil və həyətyanı sahəsi sökülmüş, onun yerində hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. “Lider-N" MTK müqavilədə olan “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsinin “2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi ilə əvəz edilməsi, cavabdehə xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilə əsasında 2 ədəd 4 otaqlı, hər biri 180,9 kvm sahəsi olan mənzillərin verilməsi barədə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Həmçinin Birləşdirilmiş iş üş üzrə iddiaçı Cavabdeh “Lider-N" MTK-ya qarşı iddia ilə məhkəməyə müraciət edərək, mübahisəli müqavilənin qismən, 1.1-ci bəndində “295 kv.m” sözünün “465 kv.m” sözləri ilə əvəz edilməklə dəyişdirilməsini və kirayə haqqına görə yaranmış kirayə borcunun cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; - 6.1-ci maddəsinə əsasən, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri mülki qanunvericiliyin prinsipləri kimi göstərilmişdir. - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi, müqavilədə nəzərdə tutulan, tərəflər arasında əvvəlcədən qarşılıqlı razılaşdırılmış hüquq və öhdəliklərin predmetinə, həcminə və ya şərtlərinə sonradan yaranmış hallarla (tərəflərdən birinin müqavilə şərtlərini pozması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və s.) əlaqədar olaraq dəyişiklik edilməsi ilə əlaqəlidir. Hazırki iş üzrə tərəflərin hər ikisi müqaviləyə onun bağlandığı andan düzgün olmaması - bağlamağı arzuladığı müqavilənin məzmununun səhv olması (otaq sayının texniki olaraq səhv yazılması, mənzilin ümumi sahəsinin yanlış göstərilməsi) əsası ilə dəyişiklik edilməsini xahiş edir. Başqa sözlə, tərəflərin heç biri qeyd olunan müqaviləni onun ilkin məzmunu – şərtləri ilə qəbul etmir, onu bu şərtlərlə bağlamaq istəmədiklərini bildirir və dəyişdirilməsini xahiş edir. Bu isə müqavilənin dəyişdirilməsi əsaslarına uyğun deyildir. Qeyd olunan hallar müqavilə bağlandıqdan sonra yaranmamışdır. İddiaçı MTK-nın iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilənin 1.1-ci bəndində “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsinin 2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi səhvən qeyd olunmuş, yəni müqavilənin məzmunu barədə əhəmiyyətli yanılmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 347.2 Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.2 şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; Göründüyü kimi İddiaçı MTK-nin iddia tələbinin əsasını vacib əhəmiyyətli yanılma təşkil etdiyindən həmin hal müqavilənin dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, tərəflər arasında 29 oktyabr 2021-ci il tarixli 7 №-li müqavilə imzalanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Müqaviləyə əsasən, İddiaçı MTK tərəfindən “iddiaçının mülkiyyətində olan 295 kv.m mənzilin əvəzinə 3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 m2” mənzillərin Cavabdeh mülkiyyətinə verilməsi razılaşdırılmışdır. Hazırda tərəflərin hər ikisi məhkəməyə müraciət edərək qeyd olunan müqavilədən irəli gələn öhdəlikləri mübahisələndirir və müqaviləyə dəyişiklik edilməsini xahiş edir: - İddiaçı “Lider-N" MTK-nın tələbi müqavilənin 1.1-ci bəndində olan “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsinin 2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi ilə əvəz edilməsi; - Birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh tələbi isə müqaviləyə dəyişiklik edilməklə 1.1-ci bəndində olan “295 kv.m” sözünün “465 kv.m” sözləri ilə əvəz edilməsidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə - müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları başlıqlı 421-ci maddəyə əsasən, müqavilənin dəyişdirilməsi üçün əsaslar konkret olaraq göstərilmişdir. İlkin olaraq müqavilənin dəyişdirilməsi əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1). Bu maddə müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Hazırki iş üzrə tərəflər arasında müqaviləyə tələblərdə qeyd edilən formada dəyişiklik edilməsinə dair razılıq əldə olunmamışdır. Belə ki, tərəflərin hər ikisi “Lider-N" MTK 07 yanvar 2022-ci il tarixli məktubu (mülki iş v. 8), Cavabdeh isə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə (mülki iş v. 118) qarşı tərəfə müraciət edərək müqaviləyə müvafiq dəyişiklik edilməsini xahiş etmişdir. Bununla belə bu mümkün olmamış, tərəflər məhkəməyə müraciət etmişdirlər. Tərəflər arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsinin digər əsası isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qeyd edir ki, bu maddədə nəzərdə tutulan müqavilə tərəflərindən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması dedikdə digər tərəfə vurulan elə bir zərər başa düşülür ki, bu zərər nəticəsində həmin tərəf müqavilə bağlanarkən güman və ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, bu pozuntu digər tərəfə müqavilənin məqsədinə nail olunmasına imkan vermir. Mühüm pozuntunun vurduğu zərər (ziyan) özündə həm çəkilən əlavə xərcləri, həm də nəzərdə tutulan mümkün gəlirlərin əldə edilməməsini, habelə müvafiq tərəfin mənafeyinə mühüm dərəcədə toxunan digər nəticələri birləşdirir. Hazırki iş üzrə mübahisələndirilən 29 oktyabr 2021-ci il tarixli müqavilənin əslindən (mülki iş v. 9) görünür ki, müqavilənin birinci tərəfi İddiaçı MTK (onun adından sədr X8) və müqavilənin digər tərəfi mülkiyyətçi - Cavabdeh müqaviləni şəxsən imzalamışdır. Tərəflər onun şərtləri ilə tanış olmuş, müqavilənin şərtlərinə heç bir etirazları olmamışdır. “Lider-N" MTK müqavilə bağlanarkən mülkiyyətçiyə 3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 kv.m olan mənzil verməyi öhdəsinə götürmüş, yəni müqavilə bağlanarkən müqavilə şərtlərindən xəbərdar olmaqla götürdüyü öhdəlikdən, daşıyacağı risklərdən əvvəlcədən məlumatlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri mülki qanunvericiliyin prinsipləri kimi göstərilmişdir. Digər tərəfdən birləşdirilmiş iş üş üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin faktiki sahəsinin “465 kv.m” olduğu halda, qarşı tərəflə arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli müqavilədə fərdi yaşayış evinin sahəsinin əsassız olaraq “295 kv.m” kimi qeyd edildiyini, müqavilə bağlanan zaman müqavilənin bu bəndinə fikir vermədiyini, bu halı sonradan gördüyünü bildirərək, müqavilənin 1.1-ci bəndində olan “295 kv.m” sözünün “465 kv.m” sözləri ilə əvəz edilməsini xahiş edir. Məhkəmə birləşdirilmiş iş üzrə iddia tələbinin birinci hissəsinə münasibətdə, yuxarıda qeyd olunanlara uyğun olaraq bir daha qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında qarşılıqlı razılıq əsasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, Cavabdeh, söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 5 otaqlı, faktiki 295,0 m2 mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə 3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 m2, mənzillərin mülkiyyətinə verilməsi şərti ilə razılaşmış, müqaviləni oxuduğunu və razı olduğunu yazılı qeyd etməklə şəxsən imzalamışdır (mülki iş v. 112-114). Həmçinin məhkəmə araşdırması zamanı qeyd olunan halın araşdırılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 avqust 2024-cü il tarixli 10/2578 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH Seriyalı, 095363 №-li Qeydiyyat Vəsiqəsinə və tərtib edilmiş Texniki Pasport sənədlərinə əsasən, X1 istifadəsində olmuş ünvan 2-nin ümumi sahəsi 88,0 kv.m., Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 36 saylı MKİS tərəfindən hazırlanmış eskiz layihəyə əsasən isə sözügedən mənzil ümumi sahəsi 96,0 kv.m olan həyətyanı sahədən, ümumi sahəsi 49,2 və 143,0 kv.m olan iki ədəd tikilidən ibarət olmuşdur. Məhkəmə hesab edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi, ekspert rəyinə əsasən, X1 istifadəsində olmuş ünvan 2-nin ümumi sahəsinin 96,0 kv.m olan həyətyanı sahədən, ümumi sahəsi 49,2 və 143,0 kv.m olan iki ədəd tikilidən, yəni ümumilikdə 288.2 (96,0+49,2+143,0) kv.m-dən ibarət olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, tərəflərin hər biri sözügedən müqavilənin şərtləri ilə razılaşaraq, onu könüllü və iradə ifadələrinə uyğun bağlayıblar. Birləşdirilmiş iş üş üzrə iddiaçı Cavabdeh “Lider-N" MTK ilə arasında bağlanmış müqavilədə yanlışlıq olduğunu, evinin sahəsinin müqavilədə səhv yazıldığını bildirsə də, bunu təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Müqavilənin dəyişdirilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmiş, iddia tələblərinin əsası kimi istinad edilən hal işin müəyyən edilmiş halları ilə təkzib edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə qanuni əsaslarla bağlanmışdır və onun dəyişdirilməsi üçün hüquqi əsaslar yoxdur. Bu səbəbdən “Lider-N" MTK-nın Cavabdeh qarşı “müqavilənin 1.1-ci bəndində “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsinin 2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi ilə əvəz edilməsi” tələbi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh isə cavabdeh İddiaçınə qarşı tələbi “7 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin qismən, 1.1-ci bəndində “295 kv.m” sözünün “465 kv.m” sözləri ilə əvəz edilməklə dəyişdirilməsi” hissədə əsaslı olmadığından məhkəmə tərəfindən təmin edilə bilməz. Birləşdirilmiş mülki iş üzrə iddiaçının digər tələbi isə binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 700 manat kirayə haqqına görə yaranmış 23 100 (iyirmi üç min yüz) manat kirayə borcunun ödənilməsidir. Məhkəmə birləşdirilmiş mülki iş üzrə tələbin ikinci hissəsinə münasibətdə isə hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli müqavilənin 2.1.2-ci bəndinə əsasən, mülkiyyətçinin - Cavabdeh yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 700 manat kirayə haqqı almaq hüququnun olması razılaşdırılmışdır. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən, qeyd olunan ödənişin rübdə 1 dəfə Cavabdeh ödənilməsi “Lider-N" MTK-nın vəzifəsi kimi razılaşdırılmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. İş materialları, məhkəmə iclasında iştirak edən birləşdirilmiş iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin izahatı, habelə xx.xx.2024-cü il tarixli ərizə ilə müəyyən olunmuşdur ki, “Lider-N" MTK tərəfindən xx.xx.2022-ci il tarixdən başlayaraq hazırki tarixədək (xx.xx.2024-cü il), ümumilikdə 33 ay üzrə kirayə haqqı ödənilməmişdir. Göründüyü kimi, “Lider-N" MTK xx.xx.2022-ci il tarixdən etibarən aylıq 700 manat kirayə haqqını Cavabdeh ödəməmiş, aralarında bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. MPM-in 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Birləşdirilmiş iddia üzrə cavabdehin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında yazılı ərizə təqdim edərək, Cavabdeh 23100 manat məbləğində kirayə haqlarının bu günə qədər hesablanmış kimi qəbul etdiklərini, 33 aylıq kirayə haqqını məhkəmə qətnamə ilə ödəyəcəklərini bildirmişdir. Məhkəmə hesab edir ki, “Lider-N" MTK tərəflər arasında bağlanmış müqavilə üzrə kirayə haqqı ödənilməsinə dair öhdəliklərini yerinə yetirmədiyindən, Cavabdeh bu barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda birləşdirilmiş iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, birləşdirilmiş iş üzrə cavabdeh "xxxx" MTK-dan xx.xx.2022-ci il tarixdən hazırki tarixədək 33 ay üzrə ödənilməmiş kirayə haqqı kimi cəmi 23100 (33 ay x 700 manat) manat məbləğində pul tutularaq birləşdirilmiş iş üş üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, İddiaçı MTK-nın iddia tələbi təmin edilmədiyindən, MPM-in 124.2-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu İddiaçı MTK-nın özünə aid edilməli, həmçinin birləşdirilmiş iddia tələbi üzrə iddiaçı Cavabdeh dövlət rüsumu ilə bağlı tələbi olmadığından, onun tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Eyni zamanda mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri tərəflərə aid edilməli, iş üzrə İddiaçı MTK-dan 50 (əlli) manat, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı “cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilənin 1.1-ci bəndində “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsinin 2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi ilə əvəz edilməsi, cavabdehə xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilə əsasında 2 ədəd 4 otaqlı, hər biri 180,9 kv.m sahəsi olan mənzillərin verilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu İddiaçı MTK-nın özünə aid edilməli, birləşdirilmiş iş üzrə iddia tələbi qismən təmin edilməli, birləşdirilmiş iş üzrə cavabdeh "xxxx" MTK-dan kirayə haqqı kimi 23100 (iyirmi üç min yüz) manat məbləğində pul tutularaq birləşdirilmiş iş üş üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilməli, birləşdirilmiş iş üzrə iddia tələbi qalan hissədə təmin edilməməli, eyni zamanda iş üzrə İddiaçı MTK-dan 50 (əlli) manat, Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı “cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilənin 1.1-ci bəndində “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsinin 2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi ilə əvəz edilməsi, cavabdehə xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilə əsasında 2 ədəd 4 otaqlı, hər biri 180,9 kv.m sahəsi olan mənzillərin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı MTK-nın özünə aid edilsin. Birləşdirilmiş iş üzrə iddia tələbi qismən təmin edilsin. Birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı MTK-dan kirayə haqqı kimi 23100 (iyirmi üç min yüz) manat məbləğində pul tutularaq birləşdirilmiş iş üş üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Birləşdirilmiş iş üzrə iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə İddiaçı MTK-dan 50 (əlli) manat, Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar