Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3014/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi, Bakı Şəhər Maraqlı şəxsin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi (Bakı Şəhər Maraqlı şəxsin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 23.03.1985-ci ildə Bakı şəhərində anadan olmuş X5 və 12.02.1987-ci ildə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi iddia tələbinin həcminin azaldılması barədə yazılı ərizə təqdim edərək, 03.1985-ci ildə Bakı şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 23.03.1985-ci ildə Bakı şəhərində anadan olmuş X10 və 12.02.1987-ci il təvəllüdlü X11 onun doğma övladlarıdır. X4 uşaqlıqdan 1-ci qrup, qızı 23.03.1985-ci il təvəllüdlü X10 ikinci qrup əlil olmaqla ruhi əsəb xəstəliyinə düçar olmuş orta dərəcə kəmağıllıq davranış pozuntuları və nitq pozuntuları ilə müstəqil olaraq özünü idarə edə bilmir. Onların daimi köməyə ehtiyacı vardır. Övladları psixi qüsuru səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilməməsi nəticəsində bir sıra hüquqlarından məhrum olmuşlar. Belə ki, övladları xəstəliyi ilə əlaqədar bir sıra xüsusi imtiyazları vardır ki, bu imtiyazlardan istifadə edərək öz həyatını normal səviyyədə yaşamalı olmasını belə dərk etmir. Bu üzdən ərizəçi onun bir sıra şəxsi işlərini görməyə məcbur olur, onun öz hərəkətlərini dərk etməməsinə baxmayaraq, fəaliyyət qabiliyyətli olması onun bəzi hüquqlarını həyata keçirilməsində ərizəçiyə maneçilik törədir. Ona görə də ərizəçi 23.03.1985-ci ildə Bakı şəhərində anadan olmuş X5 və 12.02.1987-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Övladları 23.03.1985-ci ildə Bakı şəhərində anadan olmuş X10 və 12.02.1987-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi ərizəçiyə onların üzərində qəyyum təyin edilməsi üçün lazımdır ki, bununla o qardaşının bir sıra hüquqlarının həyata keçirilməsində ona kömək edə bilsin. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X12 ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AR Əmək və Əhalinin SMN yanında DSMF-nin Nərimanov şöbəsi tərəfindən 30.04.2012-ci il tarixdə verilmiş 056408 nömrəli vəsiqənin sürətinə əsasən X10 İİ (ikinci) dərəcəli müddətsiz əlil kimi qeydiyyata alınmışdır. AR Əmək və Əhalinin SMN yanında DSMF-nin Nərimanov şöbəsi tərəfindən 30.04.2012-ci il tarixdə verilmiş 056409 nömrəli vəsiqənin sürətinə əsasən X11 İ (birinci) dərəcəli müddətsiz əlil kimi qeydiyyata alınmışdır. Quqark rayonu tərəfindən 29.03.1985-ci il tarixdə verilmiş İV-СЛ seriyalı, 488963 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən 23.03.1985-ci il tarixdə Quqark rayonunda doğulmuş X5 atası – Ərizəçi, anası isə – Qasımova Sədəfdir; Quqark rayonu tərəfindən 13.02.1987-ci il tarixdə verilmiş V-СЛ seriyalı, 324819 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən 12.02.1987-ci il tarixdə Quqark rayonunda doğulmuş X6 atası – Ərizəçi, anası isə – Qasımova Sədəfdir; 20.05.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün ərizəçi tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 2063 saylı, 08.07.2021-ci il tarixli rəyinə əsasən X7 İmbesillik dərəcəsində oliqofreniya müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə irsiyyətinin psixi xəstəliklərlə ağırlaşması, qardaşının əqli gerilikdən əziyyət çəkməsi, yoxlanılan şəxsin körpəlikdə sepsis keçirməsi, erkən uşaqlıq dövründən başlayaraq yaşıdlarına nəzərən psixi inkişafda geri qalması, gec danışmağa və gəzməyə başlaması, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, əqli gerilik və davranış pozuntusu biruzə verdiyi üçün Bakı şəhər X2 stasionar müalicədə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə psixiatr tərəfindən təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, xəstəliyi ilə əlaqədar hərdən narahatçılığı, ara-sıra fizioloji ifrazatları ilə natəmizliyi, psixi vəziyyəti ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, İİ qrup əlil olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin qeyriaydın və söz ehtiyatının kasad olması, yaddaşının və intellektinin inkişafdan xeyli geri qalması, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 23.03.1985-ci il təvəllüdlü X5 atasıdır. Ərizəçi qızı X10 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X5 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə hazırlıq iclasında onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 məhkəmə psixiatrik ekspertizasının 2063 saylı, 08.07.2021-ci tarixli rəyinə əsasən X7 İmbesillik dərəcəsində oliqofreniya müəyyən edilir. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 23.03.1985-ci il Ermənistan, Quqark rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317- 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 23.03.1985-ci il Ermənistan, Quqark rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3014/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3014/2021
11.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver