Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3039/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3nə qarşı (Azərbaycan Respublikası ƏMDK yannda DƏDRX-in Bakı Ərazi İdarəsi 3-cü şəxs kimi cəlb edilməklə) “”Külək” MMC-nin protokollarının və hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı XXX cavabdehlər Cavabdeh1nə, "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3nə qarşı (Azərbaycan Respublikası ƏMDK yannda DƏDRX-in Bakı Ərazi İdarəsi 3-cü şəxs kimi cəlb edilməklə) “”Külək” MMC-nin protokollarının və hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin hərracın yekunları barədə protokolunun, onun əsasında bağlanmış həmin tarixli əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-nin ona və X3 qarşı “kredit borcunun, tələbin kreditin qaytarılmasının təminatı kimi İddiaçı XXXya məxsus ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən evə yönəldilməsi mənzilin hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait hesabına X2 "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi, qalan məbləğin isə iddiaçıya qaytarılması barədə iddia tələbinə dair Sabunçu Rayon Məhkəməsinin qətnaməsi yuxarı instansiya məhkəmələrinin qətnamə və qərarı ilə qismən dəyişdirilərək mahiyyətcə qüvvəsində saxlanılmışdır. Məhkəmələr tərəfindən ünvan 1 ünvanında yerləşən evin ilkin satış qiyməti 350.000 manat müəyyən edilmişdir. Qətnamə icra olunması Cavabdeh3nə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2624/2020-ci il tarixli icra vərəqəsinin və Cavabdeh3 17/68-98917-4 saylı 28.10.2020-ci il tarixli 22.01.2021-ci il sifarişli məktubunun və "xxxx" ASC-nin 1421 saylı 18.03.2021-ci il tarixli məktubu əsasında cavabdeh "xxxx" MMC Hərrac təşkilatı bir neçə dəfə hərrac təyin edərək nəticədə 29 mart 2021-ci il tarixdə ondan xəbərsiz olaraq qanunsuz hərrac keçirərək və hərracın yekunları barədə alqı-satqı müqaviləsi bağlayaraq 223125 (iki yüz iyirmi üç min yüz iyirmi beş) manata tələbkar banka satmışdır. O isə “Covid-19” pandemiyası ilə əlaqədar sərhədlər bağlı elan edildiyindən Azərbaycan Respublikası daxil ola bilməmiş və bununla bağlı Rusiya Federasiyasından Cavabdeh3nə teleqramla yaranmış məhdudiyyəti bildirərək hərracın keçirilməsinin dyanadırılmasını tələb etmişdir. Hərrac təşkilatının bildirişləri ona çatdırılmayıb və bunlardan məlumatsız olmuşdur. Onun Azərbaycan Respublikasına daxil ola bilməməsini bank və sifariş verən İcra şöbəsi bilə-bilə hərrac təşkilatından gizli saxlamış və 29 mart 2021-ci il tarixə hərracın keçirilməsi barədə ona bildiriş, həmçinin ipoteka predmetinin banka təklif edilməsindən məlumatsız qalmışdır. Hərrac təşkilatı qanunsuz olaraq hərrac keçirərək hərracın yekunları barədə protokol tərtib edərək əmlakını tələbkar bankın balansına keçməsinə şərait yaratmışdır. Məhkəmə iclasında İddiaçı XXXnın nümayəndəsi və vəkili Vəkil iddiaçının iddiasının əsaslı olduğunu bildirərək iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlərin və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmənin 31.05.2021-ci il tarixli 2(005)-3039/2021 nömrəli sorğularına cavab olaraq, Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərraca dair bütün sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2624/2020 saylı 22.06.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, X1 159.430,66 ABŞ dolları əsas, 35085,60 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 195.016,26 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan İddiaçı XXXnın mülkiyyəində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən 1 K saylı fərdi yaşayış evinə yönəldilməsi, Həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına cavabdeh F.Hüseynovun banka olan borcunun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən 1K saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 350000 manat məbləğində müəyyən olunması, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən 1K saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində cavabdeh İddiaçı XXXnın həmin evdən çıxarılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh3 98917-4 saylı 28.10.2020-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişinin təsdiq edilmiş surətindən görünür ki, 22 oktyabr 2020-ci il tarixli qərarla icraata başlanılan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2624/2020 saylı 22 iyun 2020-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə tələbin yönəldiyi ipoteka ilə yüklü edilmiş İddiaçı XXXya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən 1 K saylı fərdi yaşayış evinin satılması ilə bağl hərracın keçirilməsi "xxxx" MMC-dən xahiş edilmişdir. İcra vərəqəsinə əsasən fərdi yaşayış evinin ilkin bazar qiyməti 350000 (üç yüz əlli min) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMC tərəfindən Binəqədəi rayon icra və probasiya şöbəsinə, "xxxx" KB ASC-yə, X3 və İddiaçı XXXya ünvanlanmış Hərracın keçirilməsinə dair 01 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 fərdi yaşayış evinin 27.11.2020-ci il tarixdə saat 11:00- 17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş X3 və İddiaçı XXXya göndərilmişdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən "xxxx" MMC-yə ünvanlanan 98917-4 saylı, 23.11.2020-ci il tarixli məktubdan görünür ki, iş üzrə tələbkar "xxxx" KB ASC 18 noyabr 2020-ci il tarixli məktubla müraciət edərək icraatın müvəqqəti olaraq ayandırılmasını xahiş etdiyi üçün hərrac hərəkətərinin dayandırılması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin 29 mart 2021-ci il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 27/05 saylı protokolununun surətindən görünür ki, İddiaçı XXXya mülkiyyətində olan, ipoteka predmeti olan ünvan 3 fərdi yaşayış evinin ilkin satış qiyməti 350000 AZN, ipoteka predmetinin təkrar hərracdakı satış qiyməti 297500 manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25 % aşağı olan satış qiyməti isə 223125 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMC tərəfindən Binəqədəi rayon icra və probasiya şöbəsinə, "xxxx" KB ASC-yə, X3 və İddiaçı XXXya ünvanlanmış Hərracın keçirilməsinə dair 01 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 fərdi yaşayış evinin 24.02.2021-ci il tarixdə saat 11:00- 17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş X3 və İddiaçı XXXya göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMC tərəfindən Binəqədəi rayon icra və probasiya şöbəsinə, "xxxx" KB ASC-yə, X3 və İddiaçı XXXya ünvanlanmış Hərracın keçirilməsinə dair 02 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 fərdi yaşayış evinin 15.03.2021-ci il tarixdə saat 11:00- 17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş X3 və İddiaçı XXXya göndərilmişdir. İş materiallarında olan 183326 və 183331 №-li qaimələrin surətindən görünür ki, Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər İddiaçı Abdul-Salmanovaya və X3 26.01.2021-ci il tarixdə göndərilmiş, İddiaçı Abdul-Salmanovanın qeyd olunan ünvanda yaşamadığı qeyd edilmişdir. İş materiallarında olan 196080 və 16066 №-li qaimələrin surətindən görünür ki, Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər İddiaçı Abdul-Salmanovaya və X3 02.03.2021-ci il tarixdə göndərilmiş, İddiaçı Abdul-Salmanovanın qeyd olunan ünvanda yaşamadığı qeyd edilmişdir. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli 233 (233) tirajlı və 16 mart 2021-ci il tarixli 240 (240) tirajlı “Birja Yenilikləri” qazetlərində qeyd olunan əmlakla bağlı Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMC tərəfindən elanlar yerləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X5 Mərkəzi "xxxx" MMC tərəfindən X3 və İddiaçı Abdul-Salmanovnya ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair Təklifin təsdiqolunmuş surətindən görünür ki, Cavabdeh3 17/68 98917-4 saylı 28.10.2020-ci il tarixli sifarişli məktubuna əsasən, ipoteka ilə yüklü olan ünvan 3 fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 16.03.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə, yəni 223125 (iki yüz iyirmi üç min yüz iyirmi beş) manat olmaqla ipoteka saxlayana təklif olunur. İş materiallarında olan hərracın yekunları barədə 29 mart 2021-ci il tarixli protokolla əmlakların satış qiyməti 25% aşağı qiymətlə əldə edilməsinə razılıq əldə edilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında tərəfin izahatı və təqdim edilən sübutlarla müəyyən edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2624/2020 saylı 22.06.2020-ci il tarixli icra vərəqəsinə və Cavabdeh3 98917-4 saylı 28.10.2020-ci il tarixli məktubuna əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair hərrac keçirilmişdir. Hərracın keçirilməsi ilə əlaqədar bildirişlər İddiaçı XXXnın ünvanına gəlsə də, bildirişləri qəbul edən olmamışdır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçı həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlərin ünvan 4 ünvanına göndərilməsində də hərrac təşkilatı haqlı olmuşdur. İddiaçının qeyd etdiyi ünvandan başqa ünvanının aşkar edilməməsi və məhz bu baxımdan qeyd edilən ünvana göndərilməsi yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. O da qeyd edilməlidir ki, məhkəmənin qənaətinə görə əks halda əmlak mülkiyyətçisinə belə bildirişin şəxsən təqdim edilməsinin məcburiliyi hərracın keçirilməsi ilə bağlı məhkəmə qətnaməsinin icrasını mümkünsüz edərdi. Belə vəziyyət isə Konvensiyanın tələblərilə qeyri-müəyyənlik yaradardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəməaraşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.). Protokolun və müqavilənin etibarsız hesab edilməsi, hərracın hüquqi nəticələrinin ləğv edilməsi barədə iddiaçının xahişinə məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun hüquqi qiymət verilməsini məqbul hesab edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı XXXnın cavabdehlər Cavabdeh1nə, "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3nə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) “”Külək” MMC-nin protokollarının və hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3039/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3039/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver