Məhkəmə qərarları › İş №2(005)-3041/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3041/2022

03.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3041/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Koporasiyası” ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Koporasiyası” ASC-yə qarşı “əmək haqqı, ezamiyyə xərci və ödəncin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Koporasiyası” ASC-yə qarşı “əmək haqqı, ezamiyyə xərci və ödəncin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əmək haqqı və ezamiyyət xərcləri üçün 27056 (iyirmi yeddi min əlli altı) manat və ödənişin gecikdirilməsinə görə 54112 (əlli dörd min yüz on iki) manat, cəmi 81168 (səksən bir min yüz altmış səkkiz) manat vəsait tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ezamiyyət xərcləri üçün 13056 manat və əmək haqqının və ezamiyyə xərclərinin gecikdirilməsinə görə 54112 manat, cəmi 67168 manat vəsait tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasında barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil barışıq sazişinin şərtlərinə etiraz etmədiklərini bildirərək, məhkəmədən həmin sazişin təsdiqlənməsini xahiş etdi. Cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Koporasiyası” ASC-nin nümayəndəsi X1 təsdiq olunmasını xahiş edərək, mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir. Bir tərəfdən - İddiaçı vəkili və nümayəndəsi (bundan sonra “İddiaçı” adlanacaq), digər tərəfdən - cavabdeh "xxxx" ASC (VÖEN **********) Baş direktoru Ayhan Keskinkılıc şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq) (hər iki tərəf birlikdə bundan sonra “Tərəflər” adlanacaq), İddiaçının Cavabdehə qarşı "pul tələbi“ iddiası ilə bağlı Tərəflər, öz aralarındakı mübahisənin barışıq yolu ilə həll edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, aşağıdakı məzmunda və şərtlərlə Barışıq Sazişinin (bundan sonra “Saziş” adlandırılacaq) bağlanması barədə razılığa gəldilər:

1. Sazişin predmeti 1.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı pul tələbinə dair məhkəmə mübahisəsi üzrə 2(005)-3041/2022 saylı iş üzrə , ezamiyyə xərcləri üşün ümumilikdə 13056 (on üç min əlli altı) manatın Cavabdehdən alınaraq İddiaçıya ödənilməsi məqsədilə qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2. İddia tələbi üzrə işə hazırda Nərimanov rayon Məhkəməsində baxılmaqdadır.

2. Tərəflərin öhdəlikləri 2.1. Tərəflər razılaşır ki, bu Saziş imzalandığı tarixə Cavabdehin İddiaçıya olan ödənilməmiş borcu 13056 (on üç min əlli altı) təşkil edir. 2.2. Həmçinin Tərəflər belə razılığa gəlir ki, Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir:

1. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən 20 təqvim günü ərzində 6 056 AZN (altı min əlli altı manat);

2. 01 dekabr 2022-ci il tarixədək 7 000 AZN (yeddi min manat); 2.3. Bu Sazişin imzalanması/təsdiq olunması ilə İddiaçı Cavabdehə qarşı iddia tələbinin digər hissələrindən (ezamiyyə xərcləri, müqaviləyə xitam verilməsi, gecikdirilmiş vaxt üçün cərimənin və s dövlət rüsumunun ödənilməsi və s.) imtina edir.

3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. 3.3. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.4. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. Tərəflərin barışıq sazişinin şərtləri AR MPM-nin 191-ci maddəsinin tələblərinə uyğun tərtib edildi, tərəflərin imzası ilə təsdiq olundu və məhkəməyə təqdim edildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 5.4-cü (bundan sonra MPM) maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2016-cı il tarixli Qərarında qeyd edilmişdir: Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Qeyd edilən hüquq normalarından aydın olur ki, mülki iş üzrə tərəflər qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişi bağlamaq hüququ vardır və ədalət mühakiməsi həyata keçirən məhkəmələr bu hüquqların həyata keçirilməsinə yardım etmək vəzifəsinin daşıyıcılarıdır. Mülki iş üzrə tərəflər arasında barışıq sazişi bağlandığı və məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata barışıq sazişində göstərilən məsələlər hissəsində xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Koporasiyası” ASC-yə qarşı “əmək haqqı, ezamiyyə xərci və ödəncin tutulması” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

Barışıq sazişi:

Hazırkı barışıq sazişi ilə Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-3041/2022 saylı mülki iş üzrə Bir tərəfdən - İddiaçı vəkili və nümayəndəsi (bundan sonra “İddiaçı” adlanacaq), digər tərəfdən - cavabdeh "xxxx" ASC (VÖEN **********) Baş direktoru Ayhan Keskinkılıc şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq) (hər iki tərəf birlikdə bundan sonra “Tərəflər” adlanacaq), İddiaçının Cavabdehə qarşı "pul tələbi“ iddiası ilə bağlı Tərəflər, öz aralarındakı mübahisənin barışıq yolu ilə həll edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, aşağıdakı məzmunda və şərtlərlə Barışıq Sazişinin (bundan sonra “Saziş” adlandırılacaq) bağlanması barədə razılığa gəldilər:

3. Sazişin predmeti 3.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı pul tələbinə dair məhkəmə mübahisəsi üzrə 2(005)-3041/2022 saylı iş üzrə , ezamiyyə xərcləri üşün ümumilikdə 13056 (on üç min əlli altı) manatın Cavabdehdən alınaraq İddiaçıya ödənilməsi məqsədilə qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 3.2. İddia tələbi üzrə işə hazırda Nərimanov rayon Məhkəməsində baxılmaqdadır.

4. Tərəflərin öhdəlikləri 4.1. Tərəflər razılaşır ki, bu Saziş imzalandığı tarixə Cavabdehin İddiaçıya olan ödənilməmiş borcu 13056 (on üç min əlli altı) təşkil edir. 4.2. Həmçinin Tərəflər belə razılığa gəlir ki, Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir:

4. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən 20 təqvim günü ərzində 6 056 AZN (altı min əlli altı manat);

5. 01 dekabr 2022-ci il tarixədək 7 000 AZN (yeddi min manat); 5.3. Bu Sazişin imzalanması/təsdiq olunması ilə İddiaçı Cavabdehə qarşı iddia tələbinin digər hissələrindən (ezamiyyə xərcləri, müqaviləyə xitam verilməsi, gecikdirilmiş vaxt üçün cərimənin və s dövlət rüsumunun ödənilməsi və s.) imtina edir.

6. Digər müddəalar 3.5. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.6. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. 3.7. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.8. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır.

İddiaçı cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Koporasiyası” ASC-yə qarşı “əmək haqqı, ezamiyyə xərci və ödəncin tutulması” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar