Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3042/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müvafiq sənədlərin təqdim edilməsinin cavabdeh təşkilata həvalə edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müvafiq sənədlərin təqdim edilməsinin cavabdeh təşkilata həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019 və 2020-ci illərdə keçirilmiş ümumi yığıncaqların protokollarının, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019 və 2020-ci illərin reyestrlərinin, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağında iştirak edən və 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019 və 2020-ci illər qeydiyyatdan keçən səhmdarların siyahısı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Emissiya prospektinin, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019-cu illərə dair maliyyə nəticələri haqqında hesabatlarının müəssisənin balansının mənfəət vergisinin bəyannaməsinin, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019 və 2020-ci illərə dair fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin icarəsində olan torpaq sahəsinin özəlləmdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə ödənilən pul vəsaitinin miqdarını göstərən qəbzin, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilmiş torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışının və sahənin texniki pasportunun, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019-cu illər ərzində görülmüş işlər haqqında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hesabatlarının, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin səhmdarlara göndərilən 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019 və 2020-ci illərin iclaslarının keçirilməsinə dair məktubların çatdırılmasına və alınmasına dair qəbzlərin əsli və surətlərinin iddiaçı şəxsə təqdim edilməsinin cavabdeh təşkilata həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmişlər, lakin tərəflər (cavabdeh təşkilatın nümayəndəsi) məhkəmənin iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən-işə onların iştirakı olmadan baxmğı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və iddiaçının məhkəmənin çağırışına gəlməməsini, habelə cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi ilə yanaşı işə onun iştirakı olmadan baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı şəxsə izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müvafiq sənədlərin təqdim edilməsinin cavabdeh təşkilata həvalə edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3042/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3042/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver