Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3052/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Respublika Xammal və Əmtəə birjasının Cavabdeh2 və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın yekunları barədə protokolun və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Respublika Xammal və Əmtəə birjasının Cavabdeh2 və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın yekunları barədə protokolun və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Külək” MMC-nin ünvan 1 ünvanında yerləşən 58 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 54/01-2 nömrəli, 10 dekabr 2020-ci il yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 58 saylı mənzil iddiaçının mülkiyyətində olmuşdur. Lakin həmin mənzil qanunvericiliyin tələbləri pozulmaqla iddiaçının mülkiyyətindən çıxarılmışdır. Belə ki, İddiaçı ilə "xxxx" BOKT MMC arasında 08 dekabr 2014-cü il tarixli, SUMG1-10852-6283 saylı kredit müqaviləsi bağlanmış 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kreditin əsas təminatı kimi iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən 58 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2809/2018 saylı qətnaməsi ilə, "xxxx" KB ASC ilə İddiaçı ilə "xxxx" BOKT MMC arasında bağlanmış SUMG1-10852-6283 saylı kredit müqaviləsi ləğv edilmiş, İddiaçı və X1 "xxxx" BOKT MMC-nin xeyrinə birgə qaydada 25181,92 ABŞ dolları məbləğində əsas, 7690,94 ABŞ dolları faiz borcu və 536,77 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 33409,33 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 60 manat, notariat xərclərini təşkil edən 26 manat məbləğində pulun "xxxx" BOKT MMC”-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 58 saylı mənzilə yönəldilməsi, əmlakların açıq hərracda satılması, hərracdan əldə edilən pul vəsaiti İddiaçı borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 58 saylı mənzilin ilkin satış qiyməti 69000 manat müəyyən edilmişdir. İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 58 saylı mənzil Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və Külək” MMC-nin 54/01-2 nömrəli, 10 dekabr 2020-ci il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 69000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında” AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda - 15% və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 43987,5 manat müəyyən edilmiş və həmin mənzil hərracın yekunları üzrə alqı- satqı müqaviləsi bağlanaraq cavabdeh "xxxx" KB ASC tərəfindən alınmışdır. İddiaçı hesab edir ki, ünvan 1 ünvanında yerləşən 58 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 54/01-2 nömrəli, 10 dekabr 2020-ci il nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakı alqı-satqısı barədə müqavilə mülki qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız və əsassızdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları tədqiq edərək, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhəri Apellyasiya Məhkəməsinin 2(060)- 2510/2018 saylı, 12.03.2018-ci il tarixli icra vərəqəsinin məzmunundan görünür ki, Unibank” KB ASC ilə İddiaçı ilə "xxxx" BOKT MMC arasında bağlanmış SUMG1-10852- 6283 saylı kredit müqaviləsi ləğv edilmiş, İddiaçı və X1 "xxxx" BOKT MMC-nin xeyrinə birgə qaydada 25181,92 ABŞ dolları məbləğində əsas, 7690,94 ABŞ dolları faiz borcu və 536,77 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 33409,33 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 60 manat, notariat xərclərini təşkil edən 26 manat məbləğində pulun "xxxx" BOKT MMC”-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 58 saylı mənzilə yönəldilməsi, əmlakların açıq hərracda satılması, hərracdan əldə edilən pul vəsaiti İddiaçı borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan “hərracın yekunları barədə” 54/01-2 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 58 saylı mənzil, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi ilə ipoteka saxlayan və əldə etmək hüququna malik olan "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla, ilkin hərrac qiyməti 69000 manat, təkrar hərracda ilkin satış qiyməti 68000 manat, təkrar hərracda ilkin satış qiyməti 58650 manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı qiymətlə 43987,5 manat qiymətlə tələbkar əldə edərək cavabdehlərlə qarşılıqlı mübahisənin həlli üçün məsuliyyət daşıyır. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 58 saylı mənzilin ilkin satış qiyməti 69000 manat təyin olunmuşdur. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair 12 noyabr 2020-ci il tarixli 02 nömrəli və bildirişdən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 58 saylı mənzilin ilkin satış qiyməti 69000 manat pul məbləğinin 15%-i məbləğində - 58650 manat təyin olunmuşdur. İş materiallarında olan tərəflərə göndərilmiş ipoteka predmetinin əldə olunmasına dair təklifdən müəyyən olunur ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 41/16 saylı 02.10.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü ünvan 1 ünvanında yerləşən 58 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 01.12.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 43987.50 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reytrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 58 saylı mənzili xüsusi mülkiyyəti hüququ ilə tam payda TBC Kredit BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti məxsus olması barədə 26.04.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, iddiaçı İddiaçı hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmiş, həmçinin hərracın keçirilmə vaxtı və yeri barədə “Birja Yenilikləri” qəzetinin ayrı-ayrı buraxılışlarında elanlar yerləşdirilmişdir. Qiymətləndirici hərracın keçirildiyi tarixə daşınmaz əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların satışı zamanı qanun pozuntularına yol verilməsini sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Respublika Xammal və Əmtəə birjasının Cavabdeh2 və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın yekunları barədə protokolun və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Respublika Xammal və Əmtəə birjasının Cavabdeh2 və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın yekunları barədə protokolun və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3052/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3052/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver