Məhkəmə qərarları › İş №2(005)-3057/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3057/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3057/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı “X8 Orta Məktəb”xxxxnin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı “X8 Orta Məktəb”xxxxnin Cavabdeh qarşı “ödənilməmiş təhsil haqqı tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X8 Orta Məktəb”xxxxnin Cavabdeh qarşı “ödənilməmiş təhsil haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2520 (iki min beş yüz iyirmi) manat məbləğində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirlməsinə görə hesablanmış 1557( bir min beş yüz əlli yeddi) manat məbləğində cərimənin, ümumilikdə 4077 (dörd min yetmiş yeddi) manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında cavabdehin övladı X1 təhsil alması məqsədi ilə 2019-2020-cİ tədris ili üçün xx.xx.2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqavilə əsasında cavabdeh müqavilənin 2.2-ci maddəsi ilə müəyyən edilmiş illik 4920 (dörd min doqquz yüz iyirmi) manat məbləğindəki təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər İcra edilməmişdir. Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədən kənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışsalarda, lakin bu heç bir nəticə verməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı şəkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndərilərək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün imkan yaradılmışdır. Lakin, cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir görülməmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə ikinci dəfə bildiriş göndərilərək təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqaviləyə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış cərimə məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh 2019-2020-ci tədris ilinə görə müqavilə ilə müəyyən edilmiş 4920 (dörd min doqquz yüz iyirmi) manat məbləğindəki vəsaiti tam şəkildə müqavilənin digər tərəfi olan və cavabdehin övladına tam orta təhsil xidməti göstərən iddiaçı Məktəbə ödəməli olduğu halda həmin vəsaiti bu günədək ödəməmişdir. Bu günki gündə cavabdehin iddiaçı Məktəb qarşısında ödənilməmiş 2520 (iki min beş yüz iyirmi) manat məbləğində təhsil haqqı borcu vardır. Tərəflər arasında imzalanmış Tam orta təhsil xidməti haqqında Müqavilənin 2.2.3-cü maddəsinə əsasən "Şagird təhsil haqqı 2019-2020-ci dərs ilinin hər ayının sonunda mütləq ödəməlidir, bu tarixə qədər şagird təhsil haqqı ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0.3% həcmində dəbbə pulu (peniya) ödəyir. Cavabdeh tərəfindən təhsil haqqı ödənişi ilə bağlı öhdəlik icra edilmədiyindən iddiaçı Məktəb tərəflər arasında imzalanmış Müqavilənin 2.2.3cü maddəsini rəhbər tutaraq xx.xx.2020-ci il tarixinədək cavabdehə ümumilikdə 1557 (bir min beş yüz əlli yeddi) manat məbləğində cərimə hesablamışdır. Beləliklə də, cavabdehin iddiaçı qarşısında bu günki gündə ödənilməmiş 2520 (iki min beş yüz iyirmi) manat məbləğində təhsil haqqı borcu və təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 1557 (bir min beş yüz əlli yeddi) manat məbləğində cərimə, ümumilikdə 4077 (dörd min yetmiş yeddi) manat məbləğində borcu vardır. Cavabdeh X2 nümayəndəsi və vəkili X6 iddia tələbinə dair yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehə qarşı "pul tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək cavadehin Övladı X1 təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün xx.xx.2019-cu il tarixdə bağlanmış tam orta təhsil haqqında müqavilə üzrə guya cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini iddia etmişdir.Müqavilənin 2.2-ci maddəsinə əsasən xidmətin müqabilində 2019-2020-ci tədris ili üçün ödənilməli olan məbləğin ümumi miqdarı 4920 manat müəyyənləşdirilmişdir. İddiaçı tərəfin iddiası odur ki, cavabdeh məktəb qarşısında olan 2520 manat məbləğində təhsil haqqını ödəməmiş, nəticədə gecikdiriİmiş günlərdə daxil olmaqla əlavə olaraq 1557 manat cərimə hesablanmaqla ümumilikdə 4077 manat məktəbə ödənilməlidir. Tərəfər arasındakı müqavilənin predmeti 1.1-ci maddəyə əsasən "təhsil xidmətinin" göstərilməsidir. Müqavilənin 2-ci maddəsində isə tərəflərin hüquq və vəzifələri tənzimlənmişdir. Dünyanı bürümüş COVİD 19 pandemiyasi ilə əlaqədar Nazirlər Kabinetinin qərarı əsasında ölkə ərazisində əhalinin sağlamlığının qorunması məqsədilə tədris müəssisələrində tədrisin dayandırılması tələb olunmuşdur. Yəni mart ayından etibarən artıq məktəb müqavilədə göstərilən öhdəliyin icrası qeyd olunan səbəbən mümükünsüz olmuşdur, təbii olaraq, xidmətin verilməsindəki problem anlayışİa qarşılansa da qarşı tərəf xidmət göstərmədiyi ayların pulunu da tələb etməkdədir. 1 illik tədris müddətinin 34 həftə olması, mart ayının 3-dən isə dərslərin keçirilməməsi sübut edir ki, özəl məktəblər bu dərs ilində sadəcə 21 həftə tədris etdi. Qalan 13 həftə tədris edilmədi. Maliyyələşmənin iki mexanizmi var. Özəl tədris müəssisələri təhsil alanlardan daxil olan vəsaitlər hesabına fəaliyyət göstərirlər. Bu aspektdən yanaşılsa, əgər özəl təhsil müəssisələri həqiqətən bütün əməkdaşlarının əmək haqlarını tam şəkildə ödəyirlərsə, valideynlərdən təhsil haqlarını tələb etməyə məcburdurlar. Amma təhsil haqqı təkcə keçilən dərslərə hesablanmayıb. Burda maliyyəyə təsir edən digər amillər də var yemək və servis xərcləri. Təəssüflər olsun ki, hazırda özəl təhsil müəssisələri valideynlərdən yemək və nəqliyyat xərclərini də tələb edir. Bu tamamilə əsassızdır.Məktəb guya onlayn təhsil verməsi səbəbilə 100% təhsil haqqı tələb edir. Əksər təhsil müəssisələri kimi cavabdeh də bildirir ki, təhsili onlayn qaydada həyata keçirilir. Amma onlayn təhsil haqqı ilə ənənəvi formatda olan təhsil haqları eyni deyil. Onlayn tədris prosesində təkcə təhsil verən deyil, təhsil alan da xərc çəkir. İnternetin, işığın aylıq haqqını ödəyir, əgər bir ailədə 2-3 uşaq təhsil alırsa, valideyn onların hər birinə ayrıca kompüter, planşet, telefon almaq məcburiyyətində qalır. Yəni, həm təhsil haqqı, həm də digər resursların haqqını ödəməli olur. Digər tərəfdən, heç də hər kəs sadalanan, imkanlara malik deyil. Yəni hər kəsin telefon, planşet, kompüter almaq imkanı yoxdur. Belə olduğu halda, təbii ki, təhsil müəssisəsi tərəfindən keyfiyyətli xidmətdən söhbət belə gedə bilməz. BMT və UNİSEF özlərinin rəsmi hesabatlarında qeyd edirlər ki, pandemiya dönəmində onlayn qaydada tədris edilən mövzular şagird və tələbələr tərəfindən tam şəkildə mənimsənilmir, daha doğrusu, mənimsəmə faizi və keyfiyyəti sıfıra bərabərdir. Bundan əlavə, özəl təhsil müəssisələri onlayn xidmət göstərdiklərini qeyd etsə də, bunu təsdiq edən sənəd yoxdur, onların yalnız ənənəvi təhsil vermək öhdəliyi var. Odur ki, mövcud vəziyyətdə özəl təhsil müəssisələri öhdələrinə düşən vəzifələri yerinə yetirmədiklərinə görə, təhsil haqqı tələb etməməlidirlər, buna heç hüquqları da çatmır. Məktəbin mühasibatlığı şəffafdırsa, demək məktəb dövlətin pandemiya dövrü sahibkarlara verdiyi dəstəkdən faydalanıb. Mart aprel aylarında dövlət öz büdcəsindən pandemiyadan zərər çəkmiş təhsil müəssisələrinə həm ödədikləri vergiləri, həm də müəssisə əməkdaşlarının əmək haqlarını tam şəkildə ödəyib. Təbii ki, bu pandemiya dönəmində özəl təhsil müəssisələri üzərlərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməyib. Bu üzdən 100% təhsil haqqı tələb edilməsi yolverilməzdir. Hər bir təhsil alan məktəbə daxil olduqdan sonra onunla xidməti müqavilə imzalayırlar. Sözü gedən müqavilə ənənəvi və normal qaydada, sinif otaqları və auditoriyalarda keçilən dərslərə, ümumi qaydada göstərilən xidmətlərə aiddir. Buna görə də təhsil müəssisəsi müqavilədə göstərilən şərtlərə əməl etmədiyi halda, təhsil alandan haqq tələb etmək hüququ ola bilməz. Hətta bütün bunlar azmış kimi iddaçı cavabdehin ödənilməyən təhsil haqqı borcuna çətin və ağır şəraiti belə nəzərə almadan müqavilənin 2.2.3-cü maddəsini rəhbər tutaraq 0.3% cərimə də hesablamışdır. Müqavilə mətni təktərəfli olaraq və heç bir dəyişikliyə icazə verilmədən özəl təhsil müəssisəsi tərəflindən tamamilə onların maraqlarına xidmət edəcək şəkildə hazırlanmışdır. Belə müqavilələr isə standart şərtli müqavilə olaraq, şərtləritutulur. Belə olan halda isə Mülki qanunvericiliyin təməl prinsiplərindən olan tərəflərin müqavilə azadlığı və iradə sərbəstliyi prinsipi pozulmuş olur. Eyni zamanda heç bir xidmət göstərmədiyi hallara görə təhsil müəssisəsi əssasız olaraq varlanır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X3, onun nümayəndəsi və vəkili X6 iddia tələbinə təqdim etdiyi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməldir. İş materiallarına əlavə edilmiş “X8 orta məktəb” MMC ilə məktəbin şagirdi X1 valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 158 saylı “Tam orta təhsil xidməti haqqında” müqavilədən görünür ki, 2019-2020-ci tədris ili üçün təhsil haqqı 5000 manat təşkil edir. Lakin müqavilənin şərtlərindən də göründüyü kimi tərəflər təhsil haqqı ödənişini 5900 manat deyil, 4920 manat məbləğində ödənilməsinə razılaşaraq bunu öz şəxsi imzaları ilə təsdiq etmişlər. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən 2019-2020-ci tədris ili üçün “Məktəb” tərəfindən müəyyən edilən və məktəbin təqdim etdiyi nəqliyyat vasitəsi xidmətindən istifadə etməsindən asılı olaraq nəqliyyat vasitəsindən istifadə etmədikdə 5000 manat nəqliyyat vasitəsindən istifadə etdikdə 5900 manat məbləğində təhsil haqqını və vergi ödənişlərini həmin tədris ili ərzində nəğd, köçürmə yolu ilə, bir dəfəyə, hissə-hissə və ya hər ay mütləq ödəməlidir. Müqavilənin 2.1.12-ci bəndinə əsasən qarşısıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi nəticəli hallara görə “Məktəb” məsuliyyət daşımır. Müqavilənin 2.2.3-cü bəndinə görə ödənilməyən təhsil haqqı borcuna görə 0.3% cərimə də hesablanmasını tərəflər razılaşmışlar. İş materiallarına əlavə edilmiş “X8 orta məktəb” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən hər bir şagird üçün müqavilə üzrə ödənilməli olan 5000 manat təhsil haqqından valideyn Cavabdeh tərəfindən 2400 manat təhsil haqqı ödənilmişdir, qalıq borcu 2520 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qalıq borc məbləğinə hesablanmış cərimə 1557 manat, ümumi borc 4077 manat təşkil edir. İş materiallarına əlavə edilmiş X8 orta Məktəbinin xx.xx.2020-ci il tarixli 20 nömrəli əmrinə əsasən ölkə ərazisində koronovirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün təhsil müəssələrində tədris və təlim-tərbiyə prosesi dayandırlıdığından və dərslər onlayın qaydada həyata keçirildiyindən, cari ilin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideyinlərin maddi vəziyyəti nəzərə alınaraq aşağıdakı məbləğdə güzəşt tətbiq edilərək 1-2-ci siniflərdə təhsil alan şagirdlərə görə (nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda) - 550 manat müəyyən edilmişdir. Həmin əmrin İİİ hissəsində bu güzəştlərin xx xxxx 2020-ci il tarixədək təhsil haqqı ödənilməyəcəyi təqdirdə öz qüvvəsini itirməsi qeyd edilmişdir. İş materaillarında olan bildirişdən görünür ki, cavabdehə 2520 (iki min beş yüz iyirmi) manat məbləğində borcu və təhsil haqqı borcunun gecikdirlməsinə görə hesablanmış 1557 (bir min beş yüz əlli yeddi) manat məbləğində cəriməni, ümumilikdə 4077 (dörd min yetmiş yeddi) manat məbləğində olan vəsaiti 3 gün müddətində məktəbin bank hesabına ödənilməsi tələb olunmuş əks təqdirdə iddiaçı tərəfindən borcun, ona hesablanmış cərimə məbləğinin və onun alınması üçün çəkilən bütün xərclərin (hüquqi yardım xərcləri, məhkəmə xərcləri və s.) tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə aidiyyəti məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında cavabdehin övladı X1 təhsil alması məqsədi ilə 2019-2020-cİ tədris ili üçün xx.xx.2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə X1 valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 158 saylı “Tam orta təhsil xidməti haqqında” müqavilə ilə 2019- 2020-ci tədris ili üçün şagirdlərin məktəbin təqdim etdiyi nəqliyyat vasitəsindən etməsindən asılı olaraq; nəqliyyat vasitəsindən istifadə etmədikdə təhsil haqqı 5000 manat, nəqliyyat vasitəsindən istifadə etdikdə isə 5900 manat olması ilə bağlı razılığa gələrək müqavilə bağlamışlar. Respublikada baş verən koronavirus pandemiya ilə əlaqədar dərslərin əyani şəkildə keçirilməsi unversitet tərəfindən dayandırılmış və dərslər onlayn yolu ilə keçirilməyə davam etdirilmişdir. Bu səbəbdən iddiaçı tərəfindən X8 orta Məktəbinin xx.xx.2020-ci il tarixli 20 nömrəli əmrinə əsasən ölkə ərazisində koronovirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün təhsil müəssələrində tədris və təlim-tərbiyə prosesi dayandırlıdığından və dərslər onlayın qaydada həyata keçirildiyindən, cari ilin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideyinlərin maddi vəziyyəti nəzərə alınaraq güzəşt tətbiq edilmiş və 1-2-ci siniflərdə təhsil alan şagirdlərə görə (nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda) - 550 manat müəyyən edilmişdir. Həmin əmrin İİİ hissəsində bu güzəştlərin xx xxxx 2020-ci il tarixədək təhsil haqqı ödənilməyəcəyi təqdirdə öz qüvvəsini itirməsi qeyd edilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin şərtlərində güzəşt edilərək tərəflər təhsil haqqı ödənişini 5900 manat deyil, 4920 manat məbləğində ödənilməsinə razılaşaraq bunu öz şəxsi imzaları ilə təsdiq etmişlər. Bununla belə məhkəmə iclasında cavabdeh tərəf müqavilə üzrə təhsil haqqının 2520 manatını koronavirus pandemiyası (Covid 19) ilə əlaqələndirərək dərslərin müqavilədə nəzərdə tutulan qaydada davam etdirilməməsi səbəbindən ödəmədiyini bildirmişdir.Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədən kənar pretenziya qaydasında həll etməyə çalışsalar da bu heç bir nəticə verməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtdir. Müqavilənin bağlanmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsdir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqısatqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəni nəzərə alır. Həmin Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.1.12-ci bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır. Müqavilənin bu bəndindən göründüyü kimi tərəflər yalnız fors major hallarda müqavilə öhdəliklərinin yerinə yetirilməməsi barədə razılıq əldə etmişlər. Qeyd edilən Məcəllənin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Məhkəmənin qənaətinə görə yalnız fors major hallar olduğu halda müqavilə üzrə məsuliyyət istisna edilir. Digər qalan hallarda müqavilə şərtlərinin yerinə yetirilməməsi mülki məsuliyyəti istisna etmir. Belə mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2018-ci il tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.” Məhkəmə hesab edir ki, mövcud halın baş verməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir, lakin onun icrası imkanını aradan qaldırmır. Qeyd edilməlidir ki, mövcud pandemiya ilə əlaəqədar şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində mübahisəli müqavilənin ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisə olmaması şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi faktını istisna etmir. Bu səbəbdən mübahisəyə verilmiş iddia tələbləri həddində baxılmaqla mübahisənin həll edilməsi məqbul hesab edilməlidir. Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imitnaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 430.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlrənin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Qanunverciliyin yuxarıda göstərilən tələblərinin hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən fors major halı əsas tutaraq müqavilənin icrasında birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır, təmin olunmalıdır və cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 2520 manat borc məbləği tutulmalıdır. Məhkəmə iddia tələbinin borcun ödənilməsinin gecikdirlməsinə görə 1557 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanılmış müqavilənin 2.2.3-cü bəndindən göründüyü kimi təhsil haqqı ödənilmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,3% həcimdə dəbbə pulu ödəyir. Sadalanan qanunvericliyin əsaslarından göründüyü kimi müqavilə üzrə ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin və müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. İşin hallarından da müəyyən edilir ki, cavabdeh tərəf bunu qəsdən etməmişdir. Əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının müqavilənin 2.2.3-cü bəndinə istinad edərək cavabdehdən cərimə tələb etməsi əsaslı və qanuni hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında müqavilənin icrası ilə bağlı yaranmış mübahisə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən iddia tələbi 1557 manat cərimənin tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 2520,78 manat təhsil haqqının tutulması hissəsində əsaslı hesab edildiyi üçün təmin edilmiş tələbə nisbətdə cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumundan 20 manatı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2520,78 (iki min beş yüz iyirmi manat) əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “X8 Orta Məktəb”xxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar