Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3082/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC (Cavabdeh) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-yə qarşı “hərracın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC (Cavabdeh) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-yə qarşı “hərracın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyətində olan Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzilə dair cavabdeh təşkilat tərəfindən 17 iyul 2017-ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli, 2(044)-2313/2016 saylı qətnaməsi ilə iddiaçı “Unibank" KB ASC-nin iddia tələbi təmin edilərək cavabdeh İddiaçı 25.09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 14.11.2014-cü il tarixli 215m-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən 31415,89 ABŞ dolları əsas, 1165,16 ABŞ dolları faiz, 1,45 ABŞ dolları cərimə, cəmi 33262,50 ABŞ dolları sentin tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, İddiaçı 25.09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 18.12.2014cü il tarixli 14msp GNDJ/14 iyli əlavə kredit xətti müqaviləsinə əsasən 2928.56 manat əsas, 160,43 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 30 manat xidmət haqqının cəmi 3148.99 manat tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi və tutmanın İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına İddiaçı Banka olan borcunun ödənilməsi, Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzili satıldıqda İddiaçı və X4 1 ay ərzində evdən çıxarılmaları qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli, 2(044)-2313/2016 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək cavabdeh İddiaçı 25.09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 14.11.2014-cü il tarixli 215m-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən 26168,03 ABŞ dolları əsas, 53,84 ABŞ dolları faiz, cəmi 27344,64 ABŞ dolları pulun tutularaq icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, İddiaçı 25.09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 18.12.2014-cü il tarixli 14msp GNDJ/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən 1176,61 manat əsas, 69,48 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 30 manat xidmət haqqı - cəmi 1306,09 manat pulun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin, ipoteka predmetinin ilkin satış qiyməti 180000 manat müəyyən edilmiş, tutmanın İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzilinə yönəldilməsi və həmin mənzil açıq hərracdan satılaraq əldə olunmuş vəsait İddiaçı Banka olan borcun ödənilməsinə yönəldilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20.08.2020-ci il tarixli 2(102)-2476/2020 saylı qərarı ilə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-290/2019 nömrəli iş üzrə 11 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzili satıldıqda İddiaçı və X4 1 ay ərzində evdən çıxarılmalarının rədd edilməsi hissədə ləğv edilmiş iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia həmin hisssədə də təmin edilmiş, qətnamənin qalan hissəsi Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsində göstərildiyi qayadada saxlanılmışdır. Qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən təsadüfən öyrənmişdir ki, icra məmuru ipoteka ilə yüklü edilmiş mənzili onun xəbəri olmadan açıq hərraca çıxartmış və 17 iyul 2017-ci il tarixli keçirilmiş hərracla mənzil satılmışdır və mənzil artıq “Unibank" KB Açıq Səhmdar Cəmiyyətinin mülkiyətinə keçmişdir. Hesab edir ki, hərrac qanunvericiliyin bir necə tələblərinin pozulması ilə keçirilmişdir və aşağıdakı səbəblrə görə hərrac etibarsız sayılmalı və onun nəticələri ləğv edilməlidir. Belə ki, əvvəla yuxarıda qeyd etdiyi kimi, həmin hərracın keçirilməsi barədə onun məlumatı olmamışdır. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Bununla da qeyd edir ki, ona hərracın keçirilməsi barədə heç bir bildiriş göndərilməyib və hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc edilməmişdir. Digər bir məsələ ondan ibarətdir ki, o, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli, 2(044)-2313/2016 saylı qətnaməsindən xəbər tutan kimi, apellyasiya şikayəti vermiş və onun verdiyi şikayət əsasında iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə olan halda həmin qətnamə hələ də qanuni qüvvəsini almamışdır. Lakin buna baxmayaraq icra məmuru icra işlərini icraya yönəldilməsinə hərəkətləri davam etdirmişdir. Bundan başqa yuxarıda da qeyd etdiyi kimi Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə onun apelyasiya şikayəti qismən təmin edilərək banka olan borcum 33262,50 ABŞ dollarından 27344.64 ABŞ dollarına endirilmiş, həmçinin ipoteka predmetinin ilkin satış qiyməti 110000 manatdan 180000 manata qaldırılmışdır. Qətnamənin həmin hissəsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir və bu hal hazırda mübahisə predmeti deyildi. Lakin buna baxmayaraq mənzil hərraca çıxarılarkən onun borcu 33262,50 ABŞ dolları kimi qeyd edilmiş, mənzilin ilkin satış qiyməti isə 110000 manat olaraq müəyyən edilmiş və sonradan da həmin mənzil 70000 manata satılmışdır. Bu hal da hərracın etibarsızlığı üçün əsasdır. İddiaçı 22 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə təqdim edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 6 saylı evin 16 saylı mənzilə dair X5 tərəfindən keçirilmiş 17.06.2017-ci il tarixli 2 saylı protokol və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə onun nəticələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" MMC (Cavabdeh) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin və üçüncü şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" MMC (Cavabdeh) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda cavabdeh "xxxx" MMC (Cavabdeh) 23.06.2021-ci il tarixdə iddia tələbinə etiraz və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək etirazında bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı, maraqlı şəxs qismində "xxxx" KB ASC qeyd etməklə, “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzilə dair 17 iyul 2017-ci il tarixli hərracın etibarsız hesab edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbində keçirilən hərrac prosesləri barədə məlumatlı olmadığını və məhkəmə prosesinin davam etdiyini qeyd eləmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, ilkin hərrac barədə 18 aprel 2017-ci il tarixli 04/08 saylı bildiriş və təkrar hərrac barədə 02 iyun 2017-ci il tarixli 04/08-1 saylı bildiriş icra vərəqəsində qeyd olunan, iddiaçının yaşadığı ünvana göndərilmişdir. Həmçinin hərrac prosesləri barədə Kaspi qəzetində də 15-17 aprel 2017-ci il tarixində və 02.06.2017-ci il tarixində müvafiq elanlar dərc edilmişdir. Digər əsasla bağlı bildirilir ki, hərrac prosesi Yasamal rayon icra Şöbəsinin sifarişi və 2(044)-2313/2016 saylı 12 dekabr 2016-cı il tarixli icra vərəqəsi əsasında həyata keçirilmişdir. Bizə hər hansı davam edən məhkəmə prosesi barəsində nə İcra şöbəsi, nə də iddiaçı tərəfindən məlumat verilməmiş, hərrac prosesinin dayandırılması xahiş olunmamışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı qanunvericiliklə nəzərddə tutulmuş iddia müddəti tələbini də pozmuşdur. Qeyd olunan protokol və müqavilə 17.07.2017-ci il tarixdə imzalanmışdır, lakin iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 4 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmiş, proses Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin binasında keçirilməklə 07.06.2021-ci il tarixinə hazırlığa təyin edilmişdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Qeyd olunan halların nəzərə alaraq, məhkəmədən iddia tələbinin əsassız hesab olunaraq, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edirik. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli 2(104)- 290/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli, 2(044)-2313/2016 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 25 09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 14.11.2014cü il tarixli 215m-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən 26168.03 ABŞ dolları əsas, 53.84 ABŞ dolları faiz, cəmi 27344.64 (iyirmi, yeddi min üç yüz qırx dörd) ABŞ dolları 64 (altmış dörd) senti tutularaq icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə ilə "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, İddiaçı 25.09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 18.12.2014-cü il tarixli 14msp GNDJ/14 saylı əlavə kredit xətli müqaviləsinə əsasən 1176.61 manat əsas, 69,48 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 30 manat xidmət haqqı - cəmi 1306 (bir min üç yüz altı) manat 09 (doqquz) qəpik tutularaq "xxxx" KB ASCnin xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 180000 (bir yüz səksən min) manat müəyyən edilməsi və tutmanın İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin X3 Banka olan borcun ödənilməsinə yönəldilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi, 145 (bir vüz qırx beş) manat məbləğində ekspertiza xərci cavabdeh X1 tutularaq Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944 SFİFT-BİKSTREAZ22 Məhkəmə Ekspertizası Məhkəməsi VÖEN**********, hesab AZ34CTRE******************** hesaba keçirilməsi Qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.08.2020-ci il tarixli, 2(102)-2476/2020 saylı qərarı ilə iddiaçı "xxxx" KB ASC-nin kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli 2(104)-290/2019 saylı qətnaməsi qismən, yəni ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzili satıldıqdan İddiaçı və X4 1 ay ərzində evdən çıxarılmalarının rədd edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh-nin 17 iyul 2017-ci il tarixli 02 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 6 saylı evin 17 saylı mənzili üzrə hərrac başa çatmış və ev "xxxx" ASC-yə alıcı qismində təklif olunmuşdur. Cavabdeh-nin Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 17 iyul 2017-ci il tarixli müqaviləsinin surətindən və məzmunundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 6 saylı evin 17 saylı mənzilini 70125 (yetmiş min yüz iyirmi beş) manat dəyərində "xxxx" Açıq Səhmdar Cəmiyyəti almışdır; Cavabdeh-nin 18 aprel 2017-ci il tarixli 04/8 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı açıq auksion formasında hərracın keçirilməsi 15 may 2017-ci il tarixə saat təyin edilmişdir. Bununla bağlı müvafiq elan “Kaspi” qəzetinin qəzetinin 15-17 aprel 2017-ci il tarixli 065 nömrəli buraxılışında elan dərc edilmişdir. Cavabdeh-nin 02 iyun 2017-ci il tarixli 04/8-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı açıq auksion formasında hərracın keçirilməsi 03 iyul 2017-ci il tarixə saat təyin edilmişdir. Bununla bağlı müvafiq elan “Kaspi” qəzetinin qəzetinin 02 iyun 2017-ci il tarixli 097 nömrəli buraxılışında elan dərc edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-2313/2016 saylı icra vərəqəsindən görünür: iddia təmin edilmiş, İddiaçı 25.09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 14.11.2014-cü il tarixli 215m-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən 31415,89 ABŞ dolları əsas, 1165,16 ABŞ dolları faiz, 681,45 ABŞ dollärı cərimə - cəmi 33262 (otuz üç min iki yüz altmış iki) ABŞ dollan 50 (əlli) sent tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddiaçı 25.09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 18.12.2014-cü il tarixli 14msp GNDJ/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən 2928,56 manat əsas, 160,43 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmamıı yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 30 manat xidmət haqqı- cəmi 3148 (üç min qırx səkkiz) manat 99 (doxsan doqquz) qəpik tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi, tutmanın İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına İddiaçı banka olan borcu ödənilməsi, Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzili satıldıqda İddiaçı və X6 1 ay ərzində evdən çıxarılması qət edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli, 2(044)-2313/2016 saylı qətnaməsi ilə iddiaçı “Unibank" KB ASC-nin iddia tələbi təmin edilərək cavabdeh İddiaçı 25.09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 14.11.2014-cü il tarixli 215m-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən 31415,89 ABŞ dolları əsas, 1165,16 ABŞ dolları faiz, 1,45 ABŞ dolları cərimə, cəmi 33262,50 ABŞ dolları sentin tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, İddiaçı 25.09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 18.12.2014cü il tarixli 14msp GNDJ/14 iyli əlavə kredit xətti müqaviləsinə əsasən 2928.56 manat əsas, 160,43 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 30 manat xidmət haqqının cəmi 3148.99 manat tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi və tutmanın İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına İddiaçı Banka olan borcunun ödənilməsi, Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzili satıldıqda İddiaçı və X4 1 ay ərzində evdən çıxarılmaları qət edilmişdir. Daha sonra Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli, 2(044)-2313/2016 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək cavabdeh İddiaçı 25.09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 14.11.2014-cü il tarixli 215m-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən 26168,03 ABŞ dolları əsas, 53,84 ABŞ dolları faiz, cəmi 27344,64 ABŞ dolları pulun tutularaq icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, İddiaçı 25.09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 18.12.2014-cü il tarixli 14msp GNDJ/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən 1176,61 manat əsas, 69,48 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunyn, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 30 manat xidmət haqqı - cəmi 1306,09 manat pulun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 180000 manat müəyyən edilməsi, tutmanın İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzilinə yönəldilməsi və həmin mənzil açıq hərracdan satılaraq əldə olunmuş vəsait İddiaçı Banka olan borcun ödənilməsinə yönəldilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20.08.2020-ci il tarixli 2(102)-2476/2020 saylı qərarı ilə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-290/2019 nömrəli iş üzrə 11 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzili satıldıqda İddiaçı və X4 1 ay ərzində evdən çıxarılmalarının rədd edilməsi hissədə ləğv edilmiş iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Mülki iş materiallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli, 2(044)-2313/2016 saylı qətnaməsi əsasında 12 dekabr 2016-cı il tarixdə icra vərəqi verilmiş və qətnamənin icrasına dair icra hərəkətlərinə başlanılmışdır. Cavabdeh "xxxx" MMC (Cavabdeh) tərəfindən əmlakın açıq hərracdan keçirilməsi üçün tədbirlər görülmüş, hərracın vaxtı və yeri barədə iddiaçıya bildirişlər göndərilsə də, həmin bildirişlər İddiaçı qapı bağlı olduğundan çatdırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beç) faizi məbləğində beh ödəməlidir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi - göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Göründüyü kimi, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 6 saylı evin 17 saylı mənzilinə dair Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla açıq hərrac keçirilmiş və mənzilə dair "xxxx" KB ASC ilə 17 iyul 2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki iş materiallarından göründüyü kimi hərracın keçirilməsinə əsas olmuş məhkəmə qətnaməsi yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Bu halda belə nəticəyə gəlmək olur ki, hərrac qüvvədə olmayan, ləğv edilmiş məhkəmə qətnaməsi əsasında keçirilmişdir. Bu isə qanunvericiliyin tələblərinə birbaşa ziddir. Bundan əlavə məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müfddətinin tətbiq edilməsinə ərizəyə münasibətdə qeyd edir ki, mülki iş materiallarından da göründüyü kimi tərəflər arasında yaranmış mübahisə ilə bağlı uzun müddət məhkəmə çəkişmələri davam etmiş və sonuncu məhkəmə qərarı 20.08.2021-ci il tarixdə qəbul olunmuşdır. İddiaçı qeyd edilən tarixdən etibarən hərracın keçirilməsi barədə məlumatlı olmuşdur. Bu səbəbdən də məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçının hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 6 saylı evin 17 saylı mənzilinə dair Cavabdeh-nin hərracın yekunları barədə 17 iyul 2017-ci il tarixli, 02 saylı protokol və 17 iyul 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməli və onun nəticələri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 6 saylı evin 17 saylı mənzilinə dair Cavabdeh-nin hərracın yekunları barədə 17 iyul 2017-ci il tarixli, 02 saylı protokol və 17 iyul 2017ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsin və onun nəticələri ləğv edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3082/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3082/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver