Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3087/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı və eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi İddiaçı, Cavabdeh və eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızının, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 “pul” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakdan paylarına uyğun olaraq ona çatası 7 (yeddi) min manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun mərhum bacısı X4 qızlarıdır, bacısı X9 xx xxxxxx 2019-cu ildə uzun sürən onkoloji xəstəlikdən vəfat eldi. Bacısının ölənədək müalicə və müayinələrə pul lazım olduğu üçün cavabdehlərin iştirakı ilə mən 2018-ci ilin sonlarından başlayaraq ilk dəfə 1500, daha sonra 2019-cu ilin noyabr ayının əvvəlinə kimi hissə-hissə olmaqla ümumilikdə 7000 (yeddi min) manat məbləğində borc pul bacısı X5 vermişdir. Sonra bacısı öldü, yas mərasiminə və vərəsəlik məsələlələrinə baş qarışdı. Karantinlə bağlı uzun müddət Bakıya gələ bilmədi. Hazırda bacının vərəsələri olan cavabdehlər ona qaytarılası yeddi min manat pulu qaytarmaq istəmirlər. Belə ki, bacısından cavabdehlərə miras qalan qalan Bakıdakı evə, maşına, Şəmkirdəki torpaqlara sahib çıxsalar da, bacının ona olan borcunu qaytarmırlar. Hesab edir ki, ona 7 min borclu olan mərhum bacısı X4 borcunu onun vərəsələri cavabdehlər qaytarmalıdırlar. Qeyd olanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3500 dollar və 5115 manat borc pulun, dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun, etibarnamə üçün sərf etdiyi 12 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun mərhum bacısı olan X4 qızlarıdır, X9 xx xxxxxx 2019-cu ildə uzun sürən onkoloji xəstəlikdən vəfat etmişdir. Bacısının ölənədək müalicə və müayinələrinə çox pul lazım olduğunu bildirmiş, və bacı qardaşlarından borc istəmək məcburiyyətində qalmışdır. O, bacısına hissə-hissə olmaqla 2018-ci ilin sonlarından 2019-cu ilin oktyabr ayına kimi 5000 dollar və 5115 manat borc pul vermişdir. 5000 dollar borc verdiyi puldan 1500 dolları bacısının yas mərasimindən sonra yığılan puldan qızı Cavabdeh2 geri qaytarılmışdır. Ancaq bugünə kimi 3500 dollar və 5115 manat pulunun geri qaytarılmadığını qeyd etmişdir. O dəfələrlə bacısının qızları olan vərəsələrə müraciət etsə də, pul geri qaytarılmamışdır. Bundan sonra ona bacısının vərəsələri olan qızları artıq əmlaka hər biri 1 /3 pay olaraq mülkiyyət əldə etdikləri, habelə şəhadətnamə də aldıqları məlum olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh və eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddia tələbini tam qəbul edərək iddia tələbinin təmin olunmasını, iddiaçının tələb etdiyi pulun miras əmlaka yönəldilməsini, satılaraq borcun verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızı bildirdi ki, cavabehlər iddia tələbini qəbul edir. İddiaçının tələb etdiyi həcmdə borcun olmasını etiraf edirlər. Buna görə də, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında digər Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddia tələbini qəbul etmir, digər cavabdehlər həmin pulun tutulmasını qəbul etməklə Cavabdeh3 pul tutulmasına nail olmağa çalışırlar. X2 tələbinə münasibətdə qeyd edir ki, bacısının müalicəsi üçün pul versə belə, buna borc formasında deyil, əvəzsiz olaraq etmiş, mərhum X5 qaytarmaq məqsədilə verməmişdir. Ona görə də, digər cavabdehlər iddia tələbini qəbul etsələr də, Cavabdeh3 iddianı qəbul etmir. Bu baxımdan, tərəflər arasında borc münasibətinin olmasını təsdiq edən hər hansı sənəd olmadığından rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum Güləndam onun bacısı olub. Güləndam müalicəyə getdiyi üçün köməklik istədi və bacı qardaş olaraq kömək etdilər. Güləndama müalicə üçün pul veriləndə ozü və Səkinə (bacısı qızı) orda olmuşdur. Cəvahirin də pul verməsini eşitmişdir. Fədail 3 dəfə pul vermişdir. Pulları Şəmkirdə vermişdir və əvvəlcə 2000 manat, sonra 2500 manat, daha sonra 2000 manat vermişdir. Bacısı pulu sağaldıqdan sonra qaytaracağına söz vermişdir. Mərhum bacısı bildirmişdir ki, onun adına qaraj və pay torpağı var, pul lazım olarsa onu satıb qaytarar. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X7 (iş üzrə şahid) həyat yoldaşıdır. İddiaçının pul verməsini görməmişdir. Onu müxtəlif şəxslərdən eşitmişdir. Borc müxtəlif vaxtlarda verilib, 1500, 3000, 2500 manat olmaqla, baldızı bildirmişdir ki, pulu borc olaraq alır. Cəvahirdən də 6500 ABŞ dolları aldığını eşitmişdir. Həmin pulların verilməsini ona arvadı demişdir. Məhkəmə iclasında iştirakı Cavabdeh3 tərəfindən təmin edilmiş şahid X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh3nın qızıdır. Nənəsinin müalicəsi üçün ididaçı İddiaçı pul verməsini eşitməmiş, görməmişdir. X6 nənəsinə müalicə üçün pul versə də, bunu qaytarmaq məqsədilə yox, kömək üçün etmişdir. İş üzrə cavabdeh yəni anası Cavabdeh3 nənəsinə pul kömək edən qohumların adları əks olunmuş qeyd kitabçası var idi. Orda İddiaçı və Mustafayeva Cəvahirin adı yoxdur. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı və üçüncü şəxs X2 iddia tələbləri rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı” ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-356 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür, xx.xx.2019-cu il tarixdə vəfat etmiş, X4 vərəsəsi Cavabdeh2 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə ilə müəyyən olunan əmlak X5 verilmiş **********14-05101-093108 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 110, mənzil 138 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m olan mənzildir; 1 saylı” ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-352 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür, xx.xx.2019-cu il tarixdə vəfat etmiş, X4 vərəsəsi Cavabdeh3 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə ilə müəyyən olunan əmlak X5 verilmiş **********14-05101-093108 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 110, mənzil 138 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m olan mənzildir; 1 saylı” ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-257 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür, xx.xx.2019-cu il tarixdə vəfat etmiş, X4 vərəsəsi Cavabdeh1 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə ilə müəyyən olunan əmlak X5 verilmiş **********14-05101-093108 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 110, mənzil 138 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m olan mənzildir; 1 saylı” ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 057744 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2019-cu il tarixdə “ağciyərin ikincili bədxassəli yenitörəməsi” səbəbi ilə Bakı şəhərində ölmüş, bununla bağlı ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 2222 nömrə ilə qeydiyyat aparılmışdır; xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli ödəniş qəbzinə əsasən X6 tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia edir ki, mərhum bacısı X5 müalicə olunması məqsədiqə 7000 manat məbləğindən pul vermiş, həmin pulu onun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb edir. Cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 iddia tələbini qəbul etsə də, Cavabdeh3 iddia tələbini qəbul etmir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddia edir ki, mərhum bacısı X5 müalicə olunması məqsədiqə 3500 dollar və 5115 manat borc pul Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilmiş, həmin pulu cavabdehlərdən tələb edir, cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 iddia tələbini qəbul etsə də, Cavabdeh3 iddia tələbini qəbul etmir, tərəflər arasında borc münasibəti olmadığını qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İş materiallarından və tərəflərin izahatları və şahid ifadələri ilə müəyyən edilir ki, İddiaçı və üçüncü şəxs X6 ilə cavabdehlər arasında hər hansı borc münasibətləri olmamış, eyni zamanda iddiaçı tərəf və 3-cü şəxs iddia tələblərində göstərdiyi halları sübut edə bilməmiş və həmin pulun hansı hüquqi əsasla cavabdehlərdən tələb etməsini göstərə bilməmişlər. İddiaçı tərəfin istinad etdiyi hallar hər hansı sübut növü ilə öz təsdiqini tapmır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən məbləğ vəsaitin cavabdehə borca verilməsi halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitini cavabdehlərə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür. X18 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incum bit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Qeyd olunan əsaslara görə məhkəmə cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 iddia tələbini qəbul etməyi və həmin pulun onların tutulmasına razı olması ilə bağlı qeyd edir ki, onların bu etirafı iddia tələbinin təmin olunması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun verilməsinə dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır və MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən, cavabdehlərdən Cavabdeh3 iddia tələblərini qəbul etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinin tələbinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş və iddiaçı tərəfindən təmin edilmiş şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, şahid ifadələri ziddiyyətli olmuş, eyni zamanda ifadə vermiş şahidlər birbaşa pulun verilməsini görməmiş, bu halı sadəcə eşitmişlər. Ona görə də, məhkəmə şahid ifadəsini mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 76.2 -ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 104.3-cü maddəsinə əsasən, alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 “pul” tələbinə dair iddia ərizələri rədd edilməlidir. Ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 “pul” tələbinə dair iddiaları rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3087/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3087/2020
14.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver