Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3090/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Abşeron rayon İcra və Probasiya Şöbəsi, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi və Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın yekunlarına dair protokolunun etibarsızlığı və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Külək" MMC tərəfindən tərtib edilmiş ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin "Bank of Baku” ASC-yə satılması üzrə 42/1-2 saylı 11 sentyabr 2019-cu il tarixli hərracın yekunlarına dair protokol, alqı-satqı müqaviləsi və onun doğurduğu nəticələrin etibarsız hesab edilməsi, o cümlədən həmin mənzilə dair “Bank of Baku" ASC-nin adına verilmiş DƏDRX-dən çıxarışın ləğv edilməsi, əmlakın İddiaçı mülkiyyətinə qaytarılması, ipoteka qoyan İddiaçı mülkiyyətində olan ipoteka predmeti ünvan 1 ünvanında yerləşən mənzilin Maraqlı şəxs ASC qarşısında ipoteka yüklülüyünə xitam verilməsi və bu barədə DƏDRX-də müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 233/12 saylı 09.01.2012-ci il tarixli icra sənədinə əsasən Maraqlı şəxs ASC ilə X9 arasında bağlanmış 21 avqust 2008-ci il tarixli AK220/2008 saylı kredit müqaviləsi üzrə tutma İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsait hesabına kreditin ödənilməsi qət edilmişdir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar Yasamal rayon icra və probasiya şöbəsinin müvafiq sifariş məktubu əsasında əmlakın açıq hərracdan satılmasından ötrü Respublika Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-yə sifariş verilmiş, əmlak açıq hərracdan satışa çıxarılmış, keçirilmiş hərraclar baş tutmamış və əmlak ipoteka saxlayan tələbkar Maraqlı şəxs ASC tərəfindən 27 iyun 2014-cü il tarixli 55/02 saylı hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Tələbkar “Bank of Baku" ASC həmin protokol və alqı-satqı müqaviləsi əsasında əmlaka dair mülkiyyət hüquqları üzrə DƏDRX-dən Çıxarış əldə etmişdir. Bununla da, Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru R.Əhmədovun 12.03.2015-ci il tarixli qərarı ilə icra sənədi məhkəməyə geri qaytarılmışdır. Daha sonra İddiaçı əmlakın Maraqlı şəxs ASC tərəfindən əldə edilməsinə dair 27 iyun 2014-cü il tarixli 55/02 saylı hərracın yekunlarına dair protokolu, alqı-satqı müqaviləsini və DƏDRX-dən Çıxarışı mülki mühakimə icraatı qaydasında mübahisələndirmiş və ünvan 3ətnaməsinə əsasən iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzilin satılması ilə bağlı hərracın yekunları barədə 27 iyun 2014-cü il tarixli 55/02 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC ilə “Bank of Baku" ASC arasında bağlanmış 27 iyun 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində “Bank of Baku" ASC-nin həmin mənzilə mülkiyyət hüququ barədə qeydiyyat və onun əsasında verilmiş “çıxarış"-ın ləğv edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən olunmaqla Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilin satılması ilə bağlı yenidən hərracın keçirilməsi qət edilmişdir. Yasamal rayon Məhkəməsinə ünvanladığımız ünvan 3ətnaməsinin icra vəziyyəti barədə müraciətə həmin məhkəmə tərəfindən verilmiş 2(004)-294/2016 saylı, 22 aprel 2021-ci il tarixli cavab məktubundan göründüyü kimi həmin qətnamə icra olunmasından ötrü 27.02.2017-ci il tarixdə Yasamal rayon icra və probasiya şöbəsinə göndərilmiş və 29.03.2017-ci il tarixdə icra məmuru İ.İsmayılov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin bununla belə qətnamənin icra vəziyyəti, icra edilmədən məhkəmə qaytarılması, yaxud icra olunduqdan sonra geri qaytarılması barədə məhkəmədə hər hansı məlumat aşkar edilməmişdir. “İcra haqqında" Qanunun 20-ci və 23-cü maddələrindən göründüyü kimi icra sənədi icra olunduğu yaxud icra olunmadan məhkəmə qaytarıldığı halda bu barədə qəbul edilmiş müvafiq qərar icra sənədini vermiş məhkəməyə göndərilir. Məhkəmədə bu barədə hər hansı bır məlumatın, icra işi materiallarının və ya qərarın mövcud olmaması həmin icra sənədi üzrə icraatın başa çatmadığını, ünvan 1 ünvanında yerləşən mənzilin satılması ilə bağlı hərracın yekunları barədə 27 iyun 2014-cü il tarixli 55/02 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə "xxxx" MMC ilə Maraqlı şəxs ASC arasında bağlanmış 27 iyun 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilmədiyini, daşınmaz əmlakın dövlət reyestrində Maraqlı şəxs ASC-nin həmin mənzilə mülkiyyət hüququ barədə qeydiyyat və onun əsasında verilmiş "çıxarış”-ın ləğv edilmədiyini göstərir. Lakin buna baxmayaraq, Abşeron rayon icra və probasiya şöbəsi keçirilmiş əvvəlki hərracın nəticələrinin, o cümlədən DƏDRX-dən verilmiş Çıxarışın ləğv edilib-edilmədiyini, başqa sözlə ünvan 3ətnaməsinin icra edilib-edilmədiyini müəyyən etmədən sözügedən əmlak Maraqlı şəxs ASC-nin mülkiyyətində olduğu halda onu naməlum şəraitdə qiymətləndirmiş və yenidən hərraca çıxarmış, “Külək" MMC tərəfindən tərtib edilmiş 42/1-2 saylı 11 sentyabr 2019-cu il tarixli hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsi əsasında “Bank of Baku" ASC-yə yenidən satılmış və sonuncu tərəfindən bu barədə mülkiyyət hüquqlarına dair DƏDRX-dən Çıxarış alınmışdır. Bu barədə onlar “'Bank of Baku" ASCnin İddiaçı və qeyrilərinə ünvanladığı 11.01.2021-ci il tarixli HD-05/21 saylı məktubu əsasında xəbər tutmuşdur. Aşağıdakılara əsasən İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin icra sənədi üzrə tələbkar Maraqlı şəxs ASC-yə satılmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş 42/1-2 saylı 11 sentyabr 2019-cu il tarixli hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, o cümlədən DƏDRX-dən verilmiş müvafiq çıxarış ləğv olunmalıdır. Əmlakın ilkin hərracının keçirildiyi və keçirilmiş hərracın nəticələrinin Yasamal rayon məhkəməsinin istinad olunan qətnaməsi əsasında ləğv edildiyi müəssisə - "xxxx" MMC və nəticələri mübahisələndirilən hərracın keçirlildiyi ixtisaslaşdırılmış hərrac təşkilatı "xxxx" MMC bir əmtəə birjasının - Respublika Xammal və Əmtəə Birjasının nəzdində fəaliyyət göstərən iki müəssisədir. Onların hər ikisi eyni ünvanda yerləşir və eyni Birjanın tərkibindədir. Odur ki, əvvəlki ləğv edilmiş hərracı Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-də keçirilmiş əmlakın yenidən həmin əmtəə birjasının digər hərrac təşkilatına açıq hərracdan satışına dair sifariş verilməsi tamamilə qanunsuz və əsassızdır. Təbii ki, belə olan halda "xxxx" MMC-nin obyektiv, qərəzsiz və ədalətli hərrac keçirməsi həm nəzəri, həm də praktiki cəhətdən mümkün deyildir. Hərracın yekunlarına dair protokolda əmlakın İddiaçı məxsus olması göstərilmişdir. Başqa sözlə qeyd olunan əmlak İddiaçı əmlakı kimi açıq hərracdan satışa çıxarılsa da, ünvan 3ətnaməsi icra olunmadığından həmin əmlak DƏDRX-də Maraqlı şəxs ASC-nin əmlakı kimi dövlət qeydiyyatında olmuşdur. Həmçinin, “İpoteka haqqında" Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Lakin buna baxmayaraq "Külək” MMC təkrar hərrac baş tutmadıqdan təxminən 3 aydan artıq müddət keçdikdən sonra əmlakı əvvəlki tarixə hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsi tərtib etməklə Maraqlı şəxs ASC-yə satmışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi X6 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddia tamamilə əsassızdır, buna görə də nəzərə alınmamalı və təmin edilməyərək rədd edilməlidir: Yasamal Rayon Məhkəməsinin 09.01.2012-ci il tarixli, 2(004)- 233/2012 nömrəli qətnaməsi ilə "xxxx" ASC ilə X9 arasında bağlanmış 21.08.2008-ci il tarixli, AK220/2008 saylı kredit müqaviləsi üzrə 75,653.10 manat borcun ipoteka qoyan İddiaçı qızma məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən İB nömrəli evin 22A saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsait hesabına kreditin ödənilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən əmlakın açıq hərracdan satılması üçün Respublika Əmtəə Birjası "xxxx" MMC-yə sifariş verilmiş, əmlak açıq hərracdan satışa çıxarılmış, keçirilmiş hərraclar baş tutmamış və əmlak ipoteka saxlayan tələbkar "xxxx" ASC tərəfindən 27 iyun 2014-cü il tarixli, 55/02 saylı hərracın yekunlarına dair protokol əsasında əldə edilmişdir. Tələbkar "xxxx" ASC həmin protokol və alğı-satqı müqaviləsi əsasında əmlaka dair mülkiyyət hüquqları üzrə DƏDRX-dən RX0498300 nömrəli, 11.10.2014-cu il tarixli çıxarış əldə etmişdir. Bundan sonra İddiaçı hərracın yekunlarına dair qeyd olunan protokolu və DƏDRX-dən Çıxarışı mülki mühakimə icraaü qaydasında mübahisələndirmiş və Yasamal rayon Məhkəməsinin 25.11.2016-cı il tarixli, 2(004)-294/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, mübahisəli mənzilin satılması ilə bağlı 27 iyun 2014-cü il tarixli, 55/02 saylı protokol etibarsız hesab edilmiş, "xxxx" ASC-nin həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış ləğv edilmiş və ipoteka predmetinin ilkin satış qiyməti müəyyən olunmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən İB nömrəli evin 22A saylı mənzilin satılması ilə bağlı yenidən hərracın keçirilməsi qət edilmişdir. Yasamal rayon Məhkəməsinin 25.11.2016-cı il tarixli, 2(004)-294/2016 saylı qətnaməsi icra olunması üçün Abşeron İcra və Probasiya şöbəsinə yönəldilmişdir. İcra qurumu tərəfindən ilk öncə 01.11.2017-ci il tarixli, 17/75-22176-3a nömrəli məktub ilə həmin qətnamə icra olunması üçün DƏDRX-nin 4 saylı ərazi idarəsinə göndərilmiş, DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən qətnamə icra olunduqdan sonra (DƏDRX-nin 4 saylı ərazi idarəsinin 04.12.2017-ci il tarixli, **********31 nömrəli məktubu qoşmaya əlavə olunur), yeni hərracın keçirilməsi üçün Abşeron Rayon İcra və Probasiya şöbəsinin 22.05.2019-cu il tarixli, 17/75-58 7H nömrəli sifariş məktubu əsasında "xxxx" MMC-yə sifariş olunmuşdur. "xxxx" MMC tərəfindən, birinci hərrac 05.08.2019-cu il tarixinə təyin olunmuş (05.07.2019 və 19.07.2019-cu il tarixlərində müvafiq bildirişlər göndərilmiş), ikinci hərrac 19.08.2019-cu il tarixinə təyin olunmuş (09.08.2019-cu il tarixində müvafiq bildiriş göndərilmiş), keçirilən hərraclar baş tutmamış elan edildiyindən, hərrac təşkilatı tərəfindən 23.08.2019-cu il tarixində ipoteka predmeti Banka təklif olunmuşdur (həmin təklif məktubunun surəti İddiaçı qızma göndərilmişdir). "xxxx" ASC tərəfindən hərrac təşkilatının təklif məktubuna 28.08.2019-cu il tarixində, həmin əmlakın borc müqabilində alınmasına dair razılıq məktubu göndərilmiş və hərrac təşkilatı ilə Bank arasında 11.09.2019-cu il tarixli, 42/1-2 nömrəli ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməsinə dair hərrac protokolu imzalanmışdır. Həmin protokol əsasənda Bank tərəfindən 22.12.2020-ci il tarixində mülkiyyət hüququnu təsdiq edən çıxarışı almışdır. İddiaçı ərizəsində bütün bu proseslərdən "xxxx" ASC-nin ona göndərdiyi, 11.01.2021-ci il tarixli, HD-05/21 saylı məktubundan sonra məlumatlı olduğunu qeyd edərək, həqiqəti əks etdirməyən məlumatları məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, İddiaçı hərracla bağlı bütün proseslərdən məlumatı olmuşdur, belə ki, hərrac bildirişləri və həmin bildirişlərin çatdırılmasına dair qəbzlər bunu sübut edir. Həmçinin sənədlərdən aydın olur ki, hərrac prosesləri qanunauyğun şəkildə aparılmış, ipoteka saxlayan "İpoteka haqqında" Qanununun 43-cü maddəsinə əsasən, 30 gün ərzində ipoteka predmetini əldə etmişdir. Bundan başqa, 2014 və 2019cu il tarixlərində keçirilmiş hərracların dövlət qeydiyyatından keçmiş fərqli hərrac təşkilatları tərəfindən keçirilməsi təqdim olunmuş sənədlərdə öz əksini tapmışdır. Bir sözlə, göstərilənlərə müvafiq olaraq, iddiaçının sözügedən iddiası tamamilə əsassızdır. İddiaçının məqsədi Bankın mülkiyyətində olan əmlakı qanunsuz olaraq zəbt etmək, mülkiyyətçinin öz əmlakından sərbəst istifadəsinə müxtəlif üsullarla süni şəkildə maneələr yaratmaqdan ibarətdir. Beləliklə, qeyd edilənlər onu göstərir ki, iddia ərizəsində "xxxx" ASC-yə qarşı göstərilən tələblərin heç bir hüquqi əsası yoxdur və iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yasamal Rayon Məhkəməsinin 2(004)-233/12 saylı 09.01.2012-ci il tarixli icra sənədinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlar X7, İddiaçı və X5 qarşı “ipotekaya qoyulmuş mənzilə tutma yönəldilməsi və kredit borcunun tutulması haqqında” iddiası qismən təmin edilmiş, cavabdehlər X4, İddiaçı və X3 müştərək qaydada kredit üzrə 73 431.19 (yetmiş üç min dörd yüz otuz bir manat, on doqquz qəpik) manat əsas borc, 1218.51 (min iki yüz on səkkiz manat əlli bir qəpik) manat faiz borcu və 1003.4 (min üç manat, dörd qəpik) manat dəbbə pulu olmaqla, cəmi 75653.1 (yetmiş beş min altı yüz əlli üç manat, bir qəpik) manat iddiaçının xeyrinə tutulması, iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 65 saylı fərdi yaşayış evinə və Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilə yönəldilməsi və həmin mənzil və fərdi yaşayış evi açıq hərracda satılması, mənzilin və fərdi yaşayış evinin satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməsi, mənzilin və fərdi yaşayış evinin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsi müvafiq olaraq cavabdehlər İddiaçı və X5 verilməsi, iddia qismən təmin edildiyindən, iddiaçı “Bank of Baku" ASC tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 89%-i, yəni 18 (on səkkiz) manatı cavabdehlərdən müştərək qaydada tutulması, qalan 11%-i, yəni 2 (iki) manatı iddiaçıya aid edilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-294/16 saylı 25.11.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilin satılması ilə bağlı hərac, hərracın yekunları barədə 27 iyun 2014-cü il tarixli 55/02 saylı protokol və hərracın yekunlar üzrə əmlakın alqı-satqısı barədə "xxxx" MMC ilə Maraqlı şəxs ASC arasında bağlanılmış 27 iyun 2014-cü il tarixli müqavilə etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində Maraqlı şəxs ASC-nin Abşeron rayonu Xırdalan şəhəri, 2-ci məhəllə ev 1B, 22 saylı mənzilə mülkiyyət hüququ barədə qeydiyyat və onun əsasında verilmiş “çıxarış” ləğv edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən olunmaqla Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilin satılması ilə bağlı yenidən açıq hərrac keçirilməsi qət edilmişdir; İşin materiallarından aydın olur ki, həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Yasamal Rayon İcra şöbəsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-294/16 saylı 22.04.2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubun surətində “sizin, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə daxil olmuş 20.04.2021-ci iİ tarixli S-3060 saylı qətnamənin icra olunması barədə ərizənizə cavab olaraq bildiririk ki, Bak Şəhəri Yaşamal Rayon Məhkəməsinin 25.11.2016-cı il tarixli 2(004)-294/2016 saylı qətnaməsi icra olunması üçün 27.02.2017-ci il tarixdə Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş və 29.03.2017-ci il tarixində icra məmuru İsmayıl İsmayılov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmçinin bildiririk ki, müvafiq iş materallarında 25.11.2016-cı il tarixli, 2(004)- 294/2016 saylı qətnamənin icra edilmədən geri qaytarılması eləcə də, icra olunduqdan sonra geri qaytarılması barədə məlumat aşkar edilmədiyindən və tərəfinizdən qətnamənin təkrar icra edilməsinə əsas olacaq hər-hansı sübut əlavə edilmədiyindən qətnamənin təkrar icraya göndərilməsi mümkün deyildir” qeyd olunmuşdur; Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 05.07.2019-cu tarixli, 01/2328 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilin ilkin satış qiyməti 55.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2750 manat olmaqla hərraca çıxarılması və hərracın 05 avqust 2019-cu il tarixdə saat 11:00-da ünvan 5 ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinə, Maraqlı şəxs ASC-yə və İddiaçı məlumat verilmişdir; Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 19.07.2019-cu tarixli, 01/2530 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilin ilkin satış qiyməti 55.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2750 manat olmaqla hərraca çıxarılması və hərracın 05 avqust 2019-cu il tarixdə saat 11:00-da ünvan 5 ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinə, Maraqlı şəxs ASC-yə və İddiaçı məlumat verilmişdir; Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 09.08.2019-cu tarixli, 01/2300 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilin ilkin satış qiyməti 55.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2337,5 manat olmaqla hərraca çıxarılması və hərracın 19 avqust 2019-cu il tarixdə saat 11:00-da ünvan 5 ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinə, Maraqlı şəxs ASC-yə və İddiaçı məlumat verilmişdir; Hərracın yekunları barədə 11.09.2019-cu il tarixli, 42/1-2 nömrəli protokolunun surətinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-294/16 saylı 25.11.2016-cı il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-58-7H saylı, 22.05.2019-cu il tarixli sifariş məktubunun və Maraqlı şəxs ASC-nin 10939 saylı, 28.08.2019-cu il tarixli məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 55.000 (əlli beş min) manat və təkrar hərracdakı satış qiyməti 46750 manat olan X8 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1B saylı evin 22A saylı mənzili 35062,50 manata ipoteka saxlayan Maraqlı şəxs ASC-nin nümayəndəsi X10 əldə etmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22A saylı mənzil xüsusi mülkiyyət hüququ kimi Maraqlı şəxs ASC-nin “Mərkəzi” filialının adına daşınmaz əmlakın dövlət reyestrində 22.12.2020-ci il tarixdə qeydiyyata alınmışdır; 25.05.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, açıq hərracın yekunları barədə 11.09.2019-cu il tarixli, 42/1-2 nömrəli protokolunun surətinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-294/16 saylı 25.11.2016-cı il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-58-7H saylı, 22.05.2019-cu il tarixli sifariş məktubunun və Maraqlı şəxs ASC-nin 10939 saylı, 28.08.2019-cu il tarixli məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 55.000 (əlli beş min) manat və təkrar hərracdakı satış qiyməti 46750 manat olan X8 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1B saylı evin 22A saylı mənzili 35062,50 manata ipoteka saxlayan Maraqlı şəxs ASC-nin nümayəndəsi X10 əldə etmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, onun faktiki olduğu yerinə bildiriş göndərilmədiyini, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsi, habelə qiymətləndirilməsinin obyektiv olmadığını, yenidən qiymətləndirilməli olmasını tələb edir Cavabdeh tərəf hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh tərəfindən borclunun ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və hərrracın keçirilməsi və keçirilmiş hərracların baş tutmaması barədə elanlar dərc edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, göründüyü kimi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildirişlər göndərilmiş, eyni zamanda, qanunvericiliyi tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilmişdir. Məhkəmə onu da vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı üzrə göndərilməsi, habelə qəzetlərin ona göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki olduğu ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun ozünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Şərh olunanlarla yanaşı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İşin hallarından mübahisəsiz şəkildə aydın olur ki, iddiaçı mübahisələndirdiyi əqdlərin bağlamasından və onun mahiyyətindən məhz müqavilə bağlanan tarixdə yəni, 2019-cu il xəbərdar olmuşdur; belə olan halda iddiaçının müvafiq müddəti ötürdükdən sonra məhkəməyə müraciət etdiyi qəbul edilməlidir. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Şərh olunanlara əsasən məhkəmənin qənaəti bundan ibarətdir ki, mübahisələndirilən hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi hərracda əmlakı əldə edən şəxsin əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər Hazırkı iddia üzrə iddiaçı tərəf Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilmiş müddəti ötürmüşdür. Buna görə də, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Abşeron rayon İcra və Probasiya Şöbəsi, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi və Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın yekunlarına dair protokolunun etibarsızlığı və ipotekaya xitam verilməsi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Abşeron rayon İcra və Probasiya Şöbəsi, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi və Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın yekunlarına dair protokolunun etibarsızlığı və ipotekaya xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3090/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3090/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver