Məhkəmə qərarları › İş №2(005)-3093/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3093/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3093/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı cəlb edilməklə) “hərrac protokollarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı cəlb edilməklə) “hərrac protokollarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Külək MMC tərəfindən tərtib edilmiş 30.04.2021-ci il tarixli 38/02 saylı və 20.05.2021-ci il tarixli 42/02 saylı protokollar ləğv edilərək, Bakı şəhəri Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən 2 saylı evin 11 saylı mənzilin qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8808/2019 saylı 11.12.2019-cu il tarixli icra vərəqəsinin və Yasamal Rayon İcra Şöbəsinin 17/72-185431/1-7214 saylı 01.04.2021-ci il tarixli sifariş məktubu ilə mənə, yəni İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən 2 saylı evin 11 saylı mənzilinin hərraca çıxarılması və satılmasının təşkili üçün cavabdeh "xxxx" MMC-yə müraciət olunmuşdur. Cavabdeh tərəfindən 30.04.2021-ci il tarixli 38/02 saylı protokola əsasən hərrac keçirilmiş və mənzilin ilkin satış qiyməti 150000 (yüz əlli min) manat olmaqla hərraca çıxarılmışdır. Lakin hərrac baş tutumamış hesab ediliyindən Bakı şəhəri Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən 2 saylı evin 11 saylı mənzilin ilkin hərracdakı satış qiymətindən 15% aşağı qiymətlə - 127500 (yüz iyirmi yeddi min beş yüz) manat olmaqla təkrar hərracının təşkil olunması nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən 20.05.2021-ci il tarixli 42/02 saylı protokola əsasən təkrar hərrac keçirilmiş və mənzilin ilkin hərracdakı satış qiymətindən 15% aşağı qiymətlə - 127500 (yüz iyirmi yeddi min beş yüz) manat olmaqla təkrar hərraca çıxarılmışdır. Lakin təkrar hərrac baş tutumamaış hesab ediliyindən Bakı şəhəri Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən 2 saylı evin 11 saylı mənzilin təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətlə - 95625 (doxsan beş min altı yüz iyirmi beş) manat olmaqla ipoteka saxlayan "Xalq Bank ASC-yə təklif olunması nəzərdə tutulmuşdur. Hərracı çıxarılmış mənzilin ilkin satış qiymətti illər əvvəl müəyyən edilmişdir. Belə ki, həmin məbləğ mənzilin hazırki satış qiyməti ilə uyğun gəlmir. “İpoteka haqqında" AR Qanununun 39.3.3-cü maddəsinə əsaəsn ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məıkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən, hesab edirəm ki, hərrac keçirilməsi ilə əlaqədar mənzilin ilkin satış qiymətinin müəyyən edilməsinə zərurət vardır. Buna görə də, cavabdeh tərəfindən tərtib edilmiş 30.04.2021-ci il tarixli 38/02 saylı və 20.05.2021-ci il tarixli 42/02 saylı protokollar ləğv edilərək, Bakı şəhəri Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən 2 saylı evin 11 saylı mənzilin qiymətləndirilməsi həyata keçirilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3093/2021 saylı, 19.10.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı cəlb edilməklə) “mənzilin qiymətləndirilməsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının nümayəndəsi və vəkili X8 iddia tələbinin əsassız olduğunu, bu səbəbdən də iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, o cümlədən səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən İddiaçı, Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına, X5, X1, X3, X2 və Bakı şəhəri Yasamal rayon icra şöbəsinə ünvanlanmış 07.04.2021-ci il tarixli, 01 nömrəli, 04.05.2021-ci il tarixli, 02 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8808/2019 nömrəli, 11.12.2019-cu il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi ev 2, mənzil 11 ünvanda yerləşən mənzilə yönəldilməsi, hərracda 150000 manat ilkin, təkrar hərracda 127500 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 30.04.2021-ci il və 20.05.2021-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının № 38/02 nömrəli, 30.04.2021-ci il tarixli və 42/02 nömrəli, 20.05.2021-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi ev 2, mənzil 11 ünvanda yerləşən mənzil Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8808/2019 nömrəli, 11.12.2019-cu il tarixli icra vərəqəsinin, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin 17/72-185431/1-7214 nömrəli, 01.04.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 150000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 127500 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 95625 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi ev 2, mənzil 11 ünvanda yerləşən mənzil ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8808/2019 nömrəli, 11.12.2019-cu il icra vərəqəsinə əsasən, 22.04.2014-cü il tarixli, **********52114/ip-1 №-li İpoteka müqaviləsi və 15.04.2015-ci il tarixli, **********997915/SİM-1 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, general Akim Abbasovküçəsində 2 nömrəli evin 6-cı mərtəbəsində yerləşən 63,32 kv.m yaşayış, 26 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 89,32 kv.m təşkil edən 4 otaqlı, 11 nömrəli mənzilə (1-ci İpoteka predmeti),22.04.2014-cü il tarixli **********52114/ip-2 №-li İpoteka müqaviləsi və 15.04.2015-ci il **********97915/SİM-2 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində 22 nömrəli evin 8-ci mərtəbəsində yerləşən 30,10 kv.m yaşayış, 19,60 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 49,7 kv.m təşkil edən 2 otaqlı, 54 nömrəli mənzilə (2-ci ipoteka predmeti) və 22.04.2014-cü il tarixli, **********52114/ip-3 №-li İpoteka müqaviləsi və 15 aprel 2015-ci il tarixli, **********97915/SİM-3 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində 4B nömrəli evin 5-ci mərtəbəsində yerləşən 47,40 kv.m yaşayış, 21,40 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 68,80 kv.m təşkil edən 3 otaqlı, 8 nömrəli mənzilə tutma yönəldilsin və həmin əmlak obyektlərinin satışında əldə olunan vəsaitlər hesabına borc alan “X14 Təsərrüfatı” MMC-nin, -18.04.2014-cü il tarixli, **********52114 saylı Kredit müqaviləsi üzrə iddiaçı ASC Xalq Bank qarşısındakı 230507,95 manat məbləğində əsa borcu, kreditdən istifadəyə görə hesablanmış 17008,82 manat məbləğində adi faizlər üzrə borc məbləği, 100 manat cərimə, cəmi 247.616,77 manat (iki yüz qırx yeddi min altı yüz on altı manat yetmiş yeddi qəpik); -14.04.2015-ci tarixli, **********97915 saylı kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq Bank” qarşısındakı 33333,32 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 1900,0 manat məbləğində adi faizlər üzrə borc məbləği, 100 manat cərimə, cəmi 35.333.32 manat (otuz beş min üç yüz otuz üç manat otuz iki qəpik) və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 (yüz səksən) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 114 (bir yüz on dörd) manat məbləğində çəkilmiş xərclər 1-ci, 2-ci və 3-cü İpoteka predmetlərinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində 22 nömrəli evin 8-ci mərtəbəsində yerləşən 30,10 kv.m yaşayış, 19,60 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 49,7 kv.m təşkil edən 2 otaqlı, 54 nömrəli mənzilin ilkin satış qiyməti 110 000 (yüz on min) manat, Bakı şəhəri, Yasamal rayonu, general Akim Abbasovküçəsində 2 nömrəli evin 6-cı mərtəbəsində yerləşən 63,32 kv.m yaşayış, 26 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 89,32 kv.m təşkil edən 4 otaqlı, 11 nömrəli mənzilin ilkin satış qiyməti 150 000 (yüz əlli min) manat, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində 4B nömrəli evin 5-ci mərtəbəsində yerləşən 47,40 kv.m yaşayış, 21,40 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 68,80 kv.m təşkil edən 3 otaqlı, 8 nömrəli mənzilin ilkin satış qiyməti 140 000 (yüz qırx min) manat müəyyən edilməsi və açıq hərracda satılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2021-ci ildə yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi ev 2, mənzil 11 ünvanda yerləşən mənzil Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8808/2019 nömrəli, 11.12.2019-cu il tarixli icra vərəqəsinin, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin 17/72-185431/1-7214 nömrəli, 01.04.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 150000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 127500 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 95625 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borclulara əmlakın hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına təklif olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi ev 2, mənzil 11 ünvanda yerləşən mənzil “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi mənzil ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsində qeydiyyatda olduğu ünvanını ünvan 3şdir. Məhkəmə iclasında tədqiq edilmiş poçt göndərişləri ilə bağlı xəbərnamələr də göstərilən ünvana göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, hərracın yekunları barədə 30.04.2021-ci il tarixli 38/02 saylı və 20.05.2021-ci il tarixli 42/02 saylı protokolların ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı cəlb edilməklə) “hərrac protokollarının ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı cəlb edilməklə) “hərrac protokollarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar