Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3105/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik” Daimi Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1931-ci il təvəllüdlü Hüseynov Hidayət Müzəffər oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1960-cı ildə Ermənistanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. X6 Müzəffər oğlu, anası X2 olmuşdur. Atası, XX.XX.1931-cı il təvəllüdü Hüseynov Hidayət Müzəffər oğlunun gözü görmür, qulaqları eşitmir, özünü idarə edə bilmir, hərəkət məhdudiyyəti vardır, heç kimi tanımır. Anası xx.xx.2011-ci il tarixində vəfat etdiyi üçün, atasının xəstəliyi biraz da artmış və özünü idarə etməz vəziyyətə düşmüşdür. Anasının vəfatından sonra X6ə o baxır, onun bütün gündəlik məişət qayğılarını o çəkir. Hazırda atası faktiki olaraq onun himayəsindədir. X6 təqaüdçüdür və dövlətdən pensiya alır. Lakin özünü idarə edə bilmədiyinə, yəni gözü görmədiyinə, qulaqları eşitmədiyinə və yataq xəstəsi olduğuna görə fiziki hərəkət edə bilmir, pensiyası və digər sosial hüquqları ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etmək imkanından məhrumdur. Hazırda X6 Müzəffər oğlunun sosial hüquqlarının həyata keçirilməsi üçün onun himayəçiyə ehtiyacı vardır. Belə ki, o və qohumları onu heç bir yerə, o cümlədən ASAN xidmət mərkəzinə apara bilmirlər. Onun X6 Müzəffər oğlunun üzərində himayəçi təyin edilməsi üçün onun fəaliyyət qabiliyyətsiz hesab edilməsi lazımdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləyə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 17373943 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynov Hidayət Müzəffər oğlu XX.XX.1931-ci il tarixdə Ermənistan, Amasiya rayonunda doğulmuşdur; - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Hidayət Müzəffər oğlunun X3 ilə nikahları 1955-ci il tarixdə bağlanmışdır; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə doğulmuşdur. X6 Müzəffər oğlu, anası X1r; - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə ölmüşdür; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 2522 saylı rəyindən görünür ki, Hüseynov Hidayət Müzəffər oğlunda damar mənşəli demensiya müəyyən edilir. Hüseynov Hidayət Müzəffər oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Hüseynov Hidayət Müzəffər oğlunda müəyyən edilən damar mənşəli demensiya ilə əlaqədar o, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hüseynov Hidayət Müzəffər oğlunda müəyyən edilən damar mənşəli demensiya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3, 317.2, 317.3, 318.2 və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Hüseynov Hidayət Müzəffər oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, XX.XX.1931-ci il təvəllüdlü Hüseynov Hidayət Müzəffər oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1931-ci il təvəllüdlü Hüseynov Hidayət Müzəffər oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3105/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3105/2024
16.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver