Məhkəmə qərarları › İş №2(005)-3123/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3123/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3123/2021 22.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Yavər oğlunun, Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1-yə, Cavabdeh2 MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qusar rayon icra və probasiya şöbəsi, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, X12 və X13 cəlb edilməklə) “qiymətləndirmənin və hərracın etibarsız hesab edilməsi” tələbinə və müstəqil tələb irəli sürən X6 cavabdehlər İddiaçı, X7, Qusar rayon icra və probasiya şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1-yə qarşı (Qusar rayon icra və probasiya şöbəsi, Əmlak Məsələləri dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, X14 və X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, 23.07.2011-ci il tarixdə Qusar rayon dövlət notariat kontorunda bağlanmış AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda 4 sot torpaqda yerləşən 1 otaqlı, ümumi sahəsi 11 kv.m olan fərdi yaşayış evi X20 tərəfindən İddiaçı adına özkəninkiləşdirilmişdir. Bundan sonra İddiaçı tərəfindən Qusar RİHB-nın Aparatına ərizə ilə müraciət edilərək Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanda yerləşən 4 sot torpaqda razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi bildirilmişdir. Qusar RİHB-nın Aparatının 27.08.2011-ci il tarixli icazə məktubuna əsasən İddiaçı tərəfindən 11 kv.m olan fərdi yaşayış evi sökülərək həmin ünvanda təxminən 150 kv.m sahəsi olan yeni fərdi yaşayış evi inşa olunmuş və hazırda da ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Fərdi yaşayış evi və həyətyanı sahəsi 23.07.2011-ci il tarixindən faktiki olaraq İddiaçı və ailə üzvlərinin istifadəsində və sahibliyindədir, eyni zamanda bütün komunal xidmətlər də İddiaçı adına qeydiyyata alınmaqla, onun tərəfindən ödənilməkdədir (sənədjərin surəti əlavə edilir). Lakin son zamanlar aldığı şifahi məlumata əsasən X20 ilə X16 arasında olan mülki mübahisə ile bağlı tələb Qusar şəhəri, Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evinə yönəldilmişdir. Lakin bu barədə İddiaçı əvvəllər məlumatı olmamış və həmin məhkəmə prosesslərində iştirak etməmişdir. Həmçinin bu günə qədər qeyd edilən fərdi yaşayış evi və həyətyanı sahəsində İddiaçı və ailə üzvləri yaşayır, həmin ünvanda yerləşən evə icra məmuru, hər hansı qiymətləndirici və ya digər şəxslər tərəfindən gedilib tələbin yönəldildiyi evə və həyətyanı sahəyə yerində baxış keçirilməmiş, tələbin yönəldildiyi 1 otaqlı, ümumi sahəsi 11 kv.m olan fərdi yaşayış evinin mövcud olubolmaması aydınlaşdırılmamışdır. Yuxarıda qeyd edilmiş məlumatı aldıqdan sonra dəqiqləşdirmək məqsədi ilə tərəfindən Qusar rayon İcra və Probasiya şöbəsinə məktub ünvanlanmış və alınmış 27.04.2021-cii il tarixli, №1526/021 saylı cavabdan məlum olmuşdur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin MƏ-493/01 saylı 06.09.2001-ci il tarixli icra sənədi üzrə borclu X8 3 yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün hər ay qazancının 1/2 hissəsi miqdarda aliment alınıb X10 verilməlidir. Borclunun tələbkara 26000 (iyirmi altı min) manat aliment borcu yaranmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-799/2019 saylı 03.12.2019-cu il tarixli qərardada əsasən X15 məxsus Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur və qeyd olunan qərar icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. "xxxx" MMC-nin QXM/2689 nömrəli, 03.07.2020-ci il tarixli məktubuna əsasən Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evi bazar dəyərinə uyğun olaraq 16000 (on altı min) manat müəyyən edilmişdir. 27 avqust 2020-ci tarixdə "X19" tərəfindən keçirilən hərracda X2 Elman Qəhrəman oğluna məxsus Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evini 16000 (on altı min) manata almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq üçün müddət keçdiyindən, X3 şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evini öz adına rəsmiləşdirilməsi üçün Qusar rayon Məhkəməsinə müraciət etmişdir, (sənədlərin surəti əlavə edilir)Qusar rayon İcra və Probasiya şöbəsinin 27.04.2021-ci il tarixli, №1526/021 saylı cavab məktubuna əlavə edilmiş Cavabdeh1-nin hərrac təkilatının “Hərracın yekunları barədə protokol №51”-dən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli. 8(004)-799/2019 saylı icra vərəqəsi və Qusar rayon İcra və Probasiya şöbəsinin 24.07.2020-ci il tarixli sifariş məktubuna əsasən Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evini 16000 (on altı min) manata X16 tərəfindən alınmışdır. Bildirmək istəyir ki, ünvan 1 ünvanda 4 sot torpaqda yerləşən 1 otaqlı, ümumi sahəsi 11 kv.m olan fərdi yaşayış evi 23.07.2011 -ci il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X20 tərəfindən İddiaçı adına özkəninkiləşdirildiyindən, həmçinin İddiaçı tərəfindən 11 kv.m olan fərdi yaşayış evi sökülərək həmin ünvanda təxminən 150 kv.m sahəsi olan yeni fərdi yaşayış evi inşa olunaraq ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşadığından, həmin fərdi yaşayış evi və həyətyanı sahəsi 23.07.2011 -ci il tarixindən İddiaçı və ailə üzvlərinin istifadəsində və sahibliyində olduğundan, eyni zamanda həmin ünvanda yerləşən tələbin yönəldildiyi evə və həyətyanı sahəyə icra məmuru, hər hansı qiymətləndirici və ya digər şəxslər tərəfindən gedilib yerində baxış keçirilmədiyindən, tələbin yönəldildiyi 1 otaqlı, ümumi sahəsi 11 kv.m olan fərdi yaşayış evinin mövcud olmadığından keçirilmiş hərrac tam qanunsuzdur və etibarsız hesab edilməlidir. Göründüyü kimi indiki halda ünvan 1 ünvanda yerləşən 1 otaqlı, ümumi sahəsi 11 kv.m olan fərdi yaşayış evi tamamilə məhv olduğundan X20 həmin əmlaka mülkiyyət hüququ itirilib. Daha sonra 03.08.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Qiymətləndirmə Xidməti Mərkəzi" MMC-nin QXM/2689 nömrəli, 03.07.2020-ci il tarixli məktubuna əsasən Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evi bazar dəyərinə uyğun olaraq 16000 (on altı min) manat müəyyən edilməsi barədə qiymətləndirməsinin etibarsız hesab edilməsi, “X19" MMC-nin hərrac təşkilatının 27.08.2020-ci il tarixli “Hərracın yekunları barədə protokol № 51" nömrəli hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, mülki iş üzrə "xxxx" MMC cavabdeh qismində məhkəmə prosessinə cəlb edilməli və QXM/2689 nömrəli, 03.07.2020-ci il tarixli məktubuna əsasən Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evi bazar dəyərinə uyğun olaraq 16000 (on altı min) manat müəyyən edilməsi barədə qiymətləndirməsi etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, 23.07.2011-ci il tarixdə Qusar rayon dövlət notariat kontorunda bağlanmış AN- İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda 4 sot torpaqda yerləşən 1 otaqlı, ümumi sahəsi 11 kv.m olan fərdi yaşayış evi X20 tərəfindən İddiaçı adına özkəninkiləşdirilmişdir. Bundan sonra İddiaçı tərəfindən Qusar RİHB-nın Aparatına ərizə ilə müraciət edilərək Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanda yerləşən 4 sot torpaqda razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi bildirilmişdir. Qusar RİHB-nın Aparatının 27.08.2011-ci il tarixli icazə məktubuna əsasən İddiaçı tərəfindən 11 kv.m olan fərdi yaşayış evi sökülərək həmin ünvanda təxminən 150 kv.m sahəsi olan yeni fərdi yaşayış evi inşa olunmuş və hazırda da ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Fərdi yaşayış evi və həyətyanı sahəsi 23.07.2011-ci il tarixindən faktiki olaraq İddiaçı və ailə üzvlərinin istifadəsində və sahibliyindədir, eyni zamanda bütün komunal xidmətlər də İddiaçı adına qeydiyyata alınmaqla, onun tərəfindən ödənilməkdədir.(sənədlərin surəti iş materiallarına əlavə edilib) Qusar rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktuba verilmiş 27.04.2021 -ci il tarixli, №1526/021 saylı cavabda göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin MƏ-493/01 saylı 06.09.2001-ci il tarixli icra sənədi üzrə borclu X8 3 yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün hər ay qazancının 1/2 hissəsi miqdarda aliment alınıb X10 verilməlidir. Borclunun tələbkara 26000 (iyirmi altı min) manat aliment borcu yaranmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-799/2019 saylı 03.12.2019-cu il tarixli qərardada əsasən X15 məxsus Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur və qeyd olunan qərar icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. "xxxx" MMC-nin QXM/2689 nömrəli, 03.07.2020-ci il tarixi məktubuna əsasən Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evi bazar dəyərinə uyğun olaraq 16000 (on altı min) manat müəyyən edilmişdir. 27 avqust 2020-ci tarixdə "X19" tərəfindən keçirilən hərracda Bədəlova llhamə Abdulla qızı X15 məxsus Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evini 16000(on altı min) manata almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq üçün müddət keçdiyindən, X3 şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evini öz adına rəsmiləşdirilməsi üçün Qusar rayon Məhkəməsinə müraciət etmişdir, (sənədlərin surəti iş materiallarına əlavə edilib) Qusar rayon İcra və Probasiya şöbəsinin 27.04.2021-ci il tarixli, №1526/021 saylı cavab məktubuna əlavə edilmiş Cavabdeh1-nin hərrac təkilatının “Hərracın yekunları barədə protokol №51”-dən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli. 8(004)- 799/2019 saylı icra vərəqəsi və Qusar rayon İcra və Probasiya şöbəsinin 24.07.2020-ci il tarixli sifariş məktubuna əsasən Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evini 16000(on altı min) manata X16 tərəfindən alınmışdır. Bildirmək istəyir ki, ünvan 1 ünvanda 4 sot torpaqda yerləşən 1 otaqlı, ümumi sahəsi 11 kv.m olan fərdi yaşayış evi 23.07.2011-ci il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X20 tərəfindən İddiaçı adına özkəninkiləşdirildiyindən, həmçinin İddiaçı tərəfindən 11 kv.m olan fərdi yaşayış evi sökülərək həmin ünvanda təxminən 150 kv.m sahəsi olan yeni fərdi yaşayış evi inşa olunaraq ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşadığından, həmin fərdi yaşayış evi və həyətyanı sahəsi 23.07.2011-ci il tarixindən İddiaçı və ailə üzvlərinin istifadəsində və sahibliyində olduğundan, eyni zamarda həmin ünvanda yerləşən tələbin yönəldildiyi evə və həyətyanı sahəyə icra məmuru, "xxxx" MMC-nin hər hansı qiymətləndiricisi və ya digər şəxslər tərəfindən gedilib yerində baxış keçirilmədiyindən, tələbin yönəldildiyi 1 otaqlı, ümumi sahəsi 11 kv.m olan fərdi yaşayış evinin mövcud olmadığından "xxxx" MMC-nin QXM/2689 nömrəli, 03.07.2020-ci il tarixli məktubuna əsasən qiymətləndirməsi, həmçinin Cavabdeh1 tərəfindən keçirilmiş hərrac tam qanunsuzdur və etibarsız hesab edilməlidir. İndiki halda isə sözügedən əmlak notarial qaydada bağlanmış Daşınmaz əmlakın alqı- atqı müqaviləsinə əsasən 23.07.2011-ci il tarixindən İddiaçı mülkiyyətindədir. Həmin müqavilə bugün də qüvvədədir və tərəflərdən hər hansı biri tərəfindən mübahisələndirilməmişdir. X4 qarşı olan tələbin İddiaçır mülkiyyətində olan əmlaka yönləndirilməsi qanunsuzdur. Hesab edir ki, ünvan 1 ünvanda 4 sot torpaqda yerləşən 1 otaqlı, ümumi sahəsi 11 kv.m olan fərdi yaşayış evi söküldüyündən, sözügedən tikili mövcud olmadığından, evə və həyətyanı sahəyə "xxxx" MMC-nin hər hansı qiymətləndiricisi və ya digər şəxslər tərəfindən gedilib yerində baxış keçirilmədiyindən "xxxx" MMC-nin QXM/2689 nömrəli, 03.07.2020-ci il tarixli məktubuna əsasən qiymətləndirməsi, həmçinin Cavabdeh1-nin hərrac təkilatının 27.08.2020-ci il tarixli "Hərracın yekunları barədə protokol № 51” nömrəli protokolu İddiaçı mülkiyyəti pozduğundan, həmçinin qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmalıdır. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X16 02.08.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə cavabdehlər İddiaçı, X7, Qusar rayon icra və probasiya şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər X20, İddiaçı arasında ünvan 3 ünvanında yerləşən fərdi- yaşayış evinin 23 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddia ərizəsini icraata qəbul edərək, müvafiq prosessual hərəkətlər etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 06.09.2001-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli, 8(004)-799/2019 saylı qərardadına əsasən, borclu X15 məxsus Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən bir otaqlı 233 A saylı fərdi yaşayış evi hərraca çıxarılmış, hərracın yekunları barədə 51 nömrəli protokola əsasən 16000 manat əvəzi tələbkar İlhamə Bədəlovaya satılmışdır. Belə ki, iş materiallarından da görünür ki, 26000 manat aliment borcunun ödənilməsi üzrə borclu X20 borcun qeyd edilən həyət evinə daşınmaz əmlaka yönəlməsini özü ərizəsi ilə xahiş etmişdir. Hərracın nəticələrinə uyğun olaraq, ƏMDK DRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində X6 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün 24.02.2021-ci il tarixli ərizəyə baxılmış, lakin icrasından imtina edilmişdir. İmtinanın əsası kimi 5 saylı Xaçmaz Ərazi İdarəsində mövcud olan məlumatlara əsasən, X20 tərəfindən Qusar rayon Notariat Kontorunun 23.07.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında bu evin digər şəxs İddiaçı satılması barədə məlumatın olması göstərilmişdir. Bildirir ki, bu həyət evinin alqı-satqı müqaviləsindən sonra, alıcı olmuş İddiaçı adma qeydiyyat vəsiqəsi rəsmiləşdirilməmişdir, istər hərracda alqı-satqı prosesində qeyd edilən həyət evinin üzərində Daşınmaz Əmlak Reyestr Xidmətində qeydə alınan hər hansı məhdudiyyət, qadağan olmamışdır. Eyni zamanda borclu X20 adına olan reyestrdən çıxarışı təqdim edərək, könüllü olaraq borcun əvəzində bu evi tələbkara verilməsi üçün Xaçmaz İcra və Probasiya Şöbəsinə təklif etmiş, imzaladığı ərizəsində bu əmlakın başqa şəxsə alqı-satqı etməsi barədə məlumat göstərməmişdir. Hesab edir ki, X20 mülki hüquqlardan sui- istifadə etmişdir. Belə ki, Bədəlova İlhamə ilə aralarında əmlak bölgüsü mübahisəsi olduğunu bildiyi halda, İddiaçı ilə bağladığı 23 iyul 2011-ci tarixli alqı-satqı müqaviləsi ilə həqiqi alqı-satqı barədə görüntü yaratmaqla, evin bölgüdən kənarda saxlanmasına nail olmuşdur. Bu hüquqi əhəmiyyətli fakt Bədəlov Elmanın aliment borcunun tutulmasının evə yönəlməsinə yazılı razılıq verməsi faktı ilə də təsdiqini tapır. Belə alınır ki, Bədəlov Elmanla İddiaçı arasında 23 iyul 2011-ci il tarixdə bağlanmış fərdi yaşayış evinin alqı-satqı müqaviləsi evi əmlak bölgüsündən kənarda saxlamaq və gizlətmək məqsədi daşıyır. Mübahisələndirilən 23 iyul 2011-ci il tarixli bağlanmış müqavilə ilə alqı-satqı edilmiş evin İddiaçı adına qeydiyyat çıxarışı üçün verilməməsi və alqı-satqı müqaviləsi haqqında aliment üzrə borcu olmuş Bədəlov Elmanın yazılı ərizəsində göstərilməməsi və əksinə evin özünəməxsusluğunu, yaşamadığı, alimentin evə yönəldiləsinə dair 15.11.2019-cu il tarixli ərizəsi ilə təsdiq edilir ki, evin həqiqi sahibi Bədəlov Elmandır. Daşınmaz Əmlak Reyestr Xidmətinin elektron qeydiyyatında da mübahisələndirilən evin mülkiyyətçisi Bədəlov Elman yazılmışdır. Məhkəmə və maraqlı dövlət orqanlarının 2020-2021-ci illərdə verdiyi sorğusunda ünvan 5 ünvanlı evin mülkiyyətçisinin X20 olduğu təsdiq edilir. Belə ki, Bədəlov Elmanı əmlakı yayındırmaq üçün yanlış məlumat verməsi və görüntü məqsədləri daşıyan alqı-satqı müqaviləsi bağlanması açıq- aşkar əqdin AR MM ilə müəyyənləşdirilmiş qaydaları pozan, hüquqi nəticə yaratmayan müqavilə sayılır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Yavər oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini, habelə üçüncü şəxsin iddia tələbinin əsassız olduğunu qeyd edərək, onun rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh1-nin ("xxxx" MMC) nümayəndəsi X23 iddia tələbini qəbul etməyərək, yazılı etiraz təqdim edib, iddianın əsassız olduğunu bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “Capitals Auction" MMC-yə qarşı, üçüncü şəxslər Qusar rayon icra və Probasiya Şöbəsi, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaşmaz Ərazi İdarəsi, X9, X10 qarşı, “hərracın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək 27.08.2020-ci il tarixli, Ə-51 nömrəli protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmənin diqqətinə çatdırır ki, Hərrac şirkəti İcra və Probasiya qurumlarının sifariş məktubları və icra vərəqələri əsasında əmlakların hərracını keçirir. Hərrac şirkətlərinin İcra və Probasiya qurumlarının hərəkətlərini araşdırmaq kimi səlahiyyətləri yoxdur. Hərrac prosesi Qusar rayon İcra və Probasiya Şöbəsinin 24 iyul 2020-ci il tarixli sifarişi. MƏ-493/01 saylı 06.09.2001-ci il tarixli icra sənədi əsasında həyata keçirilmişdir. Həmçinin 03.12.2019-cu il tarixli 8(004)-799/2019 saylı Yasamal rayon Məhkəməsinin qərardadından da görünür ki, Bədəlov Elman özü tutulmanın mülkiyyətində olan Qusar səhəri. Ləzgi Nemət küçəsində veriəsən 1 otaqlı 233A saylı fərdi vasavıs evinə yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin təmin edilməsini, İddiaçı iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs X16 yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı, üçüncü şəxslər Qusar rayon İcra və Probasiya Şöbəsi, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, X20, X10 qarşı, “hərracın ctibarsiz hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək 27.08.2020-ci il tarixli 951 nömrəli protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Hərrac prosesi Qusar rayon İcra və Probasiya Şöbəsinin 24 iyul 2020-ci il tarixli sifarişi, MƏ-493/01 saylı, 06.09.2001-ci il tarixli icra sənədi əsasında həyata keçirilmişdir. Həmçinin, 03.12.2019-cu il tarixli, 8(004)-799/2019 saylı Yasamal rayon Məhkəməsinin qərardadından da görünür ki, Bədəlov Elman özü tutulmanın mülkiyyətində olan Qusar şəhəri, Ləzgi Nemət küçəsində yerləşən 1 otaqlı 233A saylı fərdi yaşayış evinə yönəldilməsini xahiş etmişdir. X30 alqı-satqını gizli aparması, eləcə də alqı-satqı aparsa da, onun iradəsini ifadə etmədiyini bildirərək, evin Bədəlova İlhaməyə aliment borcu əvəzinə verməsini qəbul etməsi mübahisələndirilən müqavilənin formal olmasını müəyyən edir. Belə ki, hesab edir ki, aliment məbləğinin evə tutulmasının evə yönəldilməsi tam əsaslı vo qanunu olmuşdur. Qeyd olunan halları nəzərə alaraq, məhkəmədən iddia tələbinin əsassız hesab olunaraq, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Qusar Rayon Notariat Ofisinin X-1046 saylı, 25 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, X20 ilə İddiaçı arasında bağlanmış AN-İ ******* saylı, 23.07.2011-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən, Satıcı AR ƏMDK yanında DƏDRXnin Xaçmaz Ərazi İdarəsi tərəfindən 22.07.2011-ci il tarixində verilmiş 5/1490 nömrəli arayışa əsasən ünvan 6ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini Alıcının mülkiyyətinə verir. Satılan fərdi yaşayış evi AR Qusar Rayon Şöbəsi tərəfindən 12.05.2006-cı il tarixində verilmiş JN-431F KOD 30101004 olan torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən və Qusar rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 09.06.2003-cü il tarixli 826 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən üzərindəki fərdi yaşayış evi Satıcıya məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinin 06 sentyabr 2021-ci il tarixli, 119/2021 saylı məktubundan görünür ki, Sizin 274 nömrəli, 16 aprel 2021-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin MƏ-493/01 saylı 06.09.2001-ci il tarixli icra sənədi üzrə borclu X8 3 yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün hər ay qazancının ½ hissəsi miqdarda aliment alınıb Bədəlova llhamə Abdulla qızına verilməlidir. Borclunun tələbkara 26000(iyirmi altı min) manat aliment borcu yaranmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-799/2019 saylı 03.12.2019-cu il tarixli qərardada əsasən X15 məxsus Qusar şeheri Lozgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur və qeyd olunan qərar icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. Cavabdeh2 MMC-nin QXM/2689 nömrəli,03.07.2020-ci il tarixli məktubuna əsasən Qusar şeheri Lozgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evi bazar dəyərinə uyğun olaraq 16000(on altı min) manat müəyyən edilmişdir. 27 avqust 2020-ci tarixdə “X19" tərəfindən keçirilən hərracda Bədəlova llhamə Abdulla qızı X15 məxsus Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evini 16000(on altı min) manata almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq üçün müddət keçdiyindən, Bədəlova llhamə Abdulla qızı Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evini öz adına rəsmiləşdirilməsi üçün Qusar rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan 03.07.2020-ci il tarixli, QXM/2689 saylı Cavabdeh2 MMC-nin Qusar rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubuna əsasən, ünvan 81-ci il tarixli icra sənədi ilə əlaqədar Qusar rayon icra və probasiya şöbəsinin 08.05.2020-ci il tarixli Qərarı və 1394/2020 saylı 08.05.2020-ci il tarixli müraciətinə əsasən təqdim etdiyiniz sənədlər və qiymətləndirmə obyektinə aid məlumatlarınızı nəzərə alaraq Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evi bazar dəyərinə uyğun qiymətləndirilmiş və 03.07.2020-ci il tarixə bazar dəyəri 16000 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1-nin 51 saylı 27.08.2020-ci il tarixli Hərracın yekunları Barədə Protokolunun surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli 8(004)-799/2019 saylı icra vərəqəsi və Qusar rayon icra və probasiya şöbəsinin 24.07.2020-ci il tarixli sifariş məktubuna əsasən, X15 məxsus Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evinin tam dəyəri 16000 manat olmaqla tələbkar X1. İş materiallarında olan Cavabdeh1 ilə X16 arasında bağlanmış 27.08.2020-ci il tarixli Müqavilənin surətindən görünür ki, Sifarişçi Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evini Alıcının tam mülkiyyətinə (təsdiq olunmuş 51 saylı, 27.08.2020-ci il tarixli hərracın yekun protokoluna əsasən) verməyi, “Alıcı” isə həmin daşınmaz əmlakı alıb dəyərini tam ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan Qusar RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin 27.08.2011-ci il tarixli Qusar şəhəri L.Nemət küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi üzrə işlərin aparılmasına İcazənin surətindən görünür ki, Qusar RİHB Aparatının Memarlıq və Tikinti şöbəsi vətəndaş İddiaçı Qusar rayon Dövlət notariat kontorunun 23 iyul 2011-ci il tarixli AN-İ №0256626 saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən Qusar şəhərinin L.Nemət küçəsində satın aldığı 400 kv m. torpaq sahəsində razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli 8(004)-799/2019 saylı qərardadına əsasən, təqdimat təmin edilərək X15 məxsus Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evininin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 12 iyul 2021-ci il tarixli məhkəmə sorğusuna alınmış cavab məktubundan görünür ki, Sizin ünvan 9 saylı mənzilin kimin mülkiyyətində və .stifadəsində olması barədə məlumatı (ilkin olaraq kimin mülkiyyətində olub, hl-hazırda kimin mülkiyyətində) və bunu təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi iə bağlı 01 iyul 2021-ci il tarixli, 2(005)- 3123/202l nömrəli məktubunuza Daşınmaz Dmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildiririk ki, ünvan 9 ünvanında Ncrləşən mənzil Qusar rayon Tİ və Ml İQ idarəsi tərəfindən verilmiş 09.0G.2003-cü il tarixli. 826 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən X11 adına qeydə alınmışdır. Qeyd edirik ki, yuxarıda qeyd olunan fərdi yaşayış evinə X20 alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün dövlət reyestrindən 22.07.2011-ci il tarixli, 5/1490 nömrəli məhdudiyyət (yüklülük) haqqında arayış almış, lakin həmin əmlakın özgəninkiləşdirilməsi barədə heç bir məlumat qeydə alınmamışdır. Həmin fərdi yaşayış evinə məxsus arxiv sənədlərinin təsdiq olunmuş surətlərini sizə göndəririk. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarından aydın olur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli 8(004)- 799/2019 saylı qərardadı ilə X15 məxsus Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evininin üzərinə həbs qoyulmuşdur. X20 ilə İddiaçı arasında bağlanmış AN-İ ******* saylı, 23.07.2011-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən, Satıcı AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 22.07.2011-ci il tarixində verilmiş 5/1490 nömrəli arayışa əsasən ünvan 6 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini Alıcının mülkiyyətinə vermişdir. Satılan fərdi yaşayış evi AR Qusar Rayon Şöbəsi tərəfindən 12.05.2006-cı il tarixində verilmiş JN-431F KOD 30101004 olan torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən və Qusar rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 09.06.2003-cü il tarixli 826 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən üzərindəki fərdi yaşayış evi Satıcıya məxsusdur. Qusar RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin 27.08.2011-ci il tarixli Qusar şəhəri L.Nemət küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi üzrə işlərin aparılmasına İcazənin surətindən görünür ki, Qusar RİHB Aparatının Memarlıq və Tikinti şöbəsi vətəndaş İddiaçı Qusar rayon Dövlət notariat kontorunun 23 iyul 2011-ci il tarixli AN-İ №0256626 saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən Qusar şəhərinin L.Nemət küçəsində satın aldığı 400 kv m. torpaq sahəsində razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verir. 03.07.2020-ci il tarixli, QXM/2689 saylı Cavabdeh2 MMC-nin Qusar rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubuna əsasən, ünvan 81-ci il tarixli icra sənədi ilə əlaqədar Qusar rayon icra və probasiya şöbəsinin 08.05.2020-ci il tarixli Qərarı və 1394/2020 saylı 08.05.2020-ci il tarixli müraciətinə əsasən təqdim etdiyiniz sənədlər və qiymətləndirmə obyektinə aid məlumatlarınızı nəzərə alaraq Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evi bazar dəyərinə uyğun qiymətləndirilmiş və 03.07.2020-ci il tarixə bazar dəyəri 16000 manat müəyyən edilmişdir. X19” MMC-nin 51 saylı 27.08.2020-ci il tarixli Hərracın yekunları Barədə Protokolunun surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli 8(004)-799/2019 saylı icra vərəqəsi və Qusar rayon icra və probasiya şöbəsinin 24.07.2020-ci il tarixli sifariş məktubuna əsasən, X15 məxsus Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evinin tam dəyəri 16000 manat olmaqla tələbkar X1. Hazırda İddiaçı iddia ilə müraciət edərək, Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaq sahəsini və onun üzərində yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evini üçüncü şəxs X5 notarial qaydada bağlanmış Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən əldə etdiyinə, həmin torpaq üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 11 kv m. olan fərdi yaşayış evinin sökülməsinə və Qusar RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsindən aldığı İcazə əsasında yeni fərdi yaşayış evinin tikilməsinə istinad edərək, qiymətləndirilmə rəyinin və hərracın etibarsız hesab edilməsini xahiş edir, lakin Cavabdeh1-nin ("xxxx" MMC) nümayəndəsi iddia tələbinə etiraz edərək hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi qaydalarına əməl edildiyini, bu səbəbdən də iddianın əsassız olduğunu bildirir, müstəqil tələb irəli sürən üçüncü şəxs X16 cavabdehlər X20 ilə İddiaçı arasında 23 iyul 2011-ci il tarixdə bağlanmış fərdi yaşayış evinin alqı-satqı müqaviləsi evi əmlak bölgüsündən kənarda saxlamaq və gizlətmək məqsədi daşıdığını, borclu X11 alqı-satqını gizli aparması, eləcə də alqı-satqı aparsa da, onun iradəsini ifadə etmədiyini bildirərək, evin Bədəlova İlhaməyə aliment borcu əvəzinə verməsini qəbul etməsi mübahisələndirilən müqavilənin formal olmasını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbində qeyd olunan mübahisələndirilən əmlaka dair qiymətləndirilmə rəyinin və keçirilmiş hərracın etibarsızlığı ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 203.1-ci maddəsinə əsasən, Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə uyğun olaraq hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməli, iddiaçının Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evi bazar dəyərinə uyğun olaraq 16000 (on altı min) manat müəyyən edilməsi barədə 03.07.2020-ci il tarixli qiymətləndirmə rəyi və “X19" MMC-nin hərrac təşkilatının 27.08.2020-ci il tarixli “Hərracın yekunları barədə protokol № 51" nömrəli hərrac etibarsız hesab edilməlidir. Belə ki, mülki işin faktiki hallarından göründüyü kimi Qusar RİHB Aparatının Memarlıq və Tikinti şöbəsi İddiaçı Qusar rayon Dövlət notariat kontorunun 23 iyul 2011-ci il tarixli AN-İ №0256626 saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən Qusar şəhərinin L.Nemət küçəsində satın aldığı 400 kv m. torpaq sahəsində razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə vermişdir. Mübahisəli daşınmaz əmlaka dair İddiaçı ilə üçüncü şəxs X20 arasında AN-İ ******* saylı, 23.07.2011ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi bağlanmışdır. Lakin üçüncü şəxs X20 fərdi yaşayış evinə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün dövlət reyestrindən 22.07.2011-ci il tarixli, 5/1490 nömrəli məhdudiyyət (yüklülük) haqqında arayış almış, lakin həmin əmlakın özgəninkiləşdirilməsi barədə heç bir məlumat qeydə alınmamışdır. Bundan başqa məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs İ.Bədəlova suallara cavab verərkən, izahatında qeyd etmişdir ki, qiymətləndirici ekspertlə həmin ünvanda olmuşlar və qiymət rəyi verilərkən, həyətə daxil olmadan kənardan vizual baxışla rəy tərtib olunmuşdur. Habelə, izahatında mübahisəli torpaq sahəsində yeni tikilmiş fərdi yaşayış evindən məlumatlı olması müəyyən edilmişdir. Bununla belə iş materialları ilə müəyyən olunur ki, mülki iş üzrə üçüncü şəxs X11 mülkiyyətində olmuş 400 kv metr torpaq sahəsində yerləşən fərdi yaşayış evi 11 kv metrdən ibarət olmuşdur. Lakin hazırda müstəqil tələb irəli sürən üçüncü şəxs İ.Bədəlova mübahisəli torpaq sahəsindəki həmin fərdi yaşayış evinin yerində yeni tikilinin olmasını inkar etmir. Məhkəmə qiymətləndirmə rəyinin və hərrac protokolunun etibarsız hesab edilməsi ilə bağlı qənaətə gələrkən iddiaçı tərəfin iddia tələbi ilə bağlı əsaslandırdığı halları, həmçinin cavabdehin və üçüncü şəxsin iddia ilə bağlı etiraz və mülahizələrini nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Yuxarıda göstərilənlərə, o cümlədən AR MM-nin 203.1, 416.1-cı və 416.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2 MMCnin 03.07.2020-ci il tarixli qiymətləndirmə rəyi və «X19” MMC ("xxxx" MMC) tərəfindən Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair keçirilmiş hərrac o cümlədən, Cavabdeh1nin 51 saylı, 27.08.2020-ci il tarixli hərracın yekunları haqqında protokolu etibarsız hesab edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Mülki Məcəllənin əqdin etibarsızlığının hüquqi nəticələrini tənzimləyən 337.5-ci maddəsinin müddəaları tətbiq edilməməlidir. Həmin maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə ki, məhkəmə araşdırması zamanı alqı-satqı müqaviləsi üzrə məbləğin ödənilmədiyi faktı müəyyən olunduğundan (müstəqil tələb irəli sürən üçüncü şəxs X16 tələbkar olduğu üçün) əqdin etibarsızlığının nəticələri hazırkı iş üzrə tətbiq edilməməlidir. Çünki, etibarsızlığın nəticələrinin hazırkı iş üzrə tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5-ci maddəsinə görə, əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6-ci maddəsinə görə, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edildiyindən, həmçinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, mübahisələndirilən alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz. Belə ki, iddiaçı ilə X20 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin etibarsızlığına (əvvəlki vəziyyətə qayıtmasına) səbəb olacaqdır ki, ədalətlilik və qanunvericilik prinsipləri baxımından buna yol verilə bilməz. Bu baxımdan İddiaçı əmlakı X8 əldə edən zaman iddiaçıya münasibətdə E.Bədəlov tərəfindən hər hansı aldadılma və s. hallar mövcud olmamış, bağlanmış müqavilə legitim müqavilə olmuşdur. Müstəqil iddia tələbinin “evi alqı-satqı müqaviləsi üzrə satarkən əmlak bölgüsündən gizlətmək məqsədi” olması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs İ.Bədəlova məhkəmədə həmin əmlakın birgə nikah dövründə əldə edilmədiyini bildirmiş, üstəlik də məhkəmə sorğusuna əldə edilmiş notariusun cavab məktubundakı sənədlərdən müəyyən olunmuşdur ki, mübahisəli alqı-satqı müqaviləsi bağlanarkən, E.Bədəlovun rəsmi nikahda olduğu arvadı X17 tərəfindən mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsinə razılıq verilmişdir. Beləliklə məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 MMC-nin 03.07.2020-ci il tarixli qiymətləndirmə rəyi və «X19” MMC-nin ("xxxx" MMC) 51 saylı, 27.08.2020-ci il tarixli hərracın yekunları haqqında protokolu etibarsız hesab edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər İddiaçı, X7, Qusar rayon icra və probasiya şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumları iddiaçıların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 MMC-nin 03.07.2020-ci il tarixli qiymətləndirmə rəyi və «X19” MMC-nin ("xxxx" MMC) 51 saylı, 27.08.2020-ci il tarixli hərracın yekunları haqqında protokolu etibarsız hesab edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər İddiaçı, X7, Qusar rayon icra və probasiya şöbəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar