Məhkəmə qərarları › İş №2(005)-3136/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3136/2020

02.11.2020 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3136/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatının nümayəndəsi və vəkili Vəkil, Ərizəçi “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatının nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatının maraqlı şəxslər Abşeron rayonu Mehdiabad Bələdiyyəsinə və Maraqlı şəxs2 qarşı “daşınar əşyanın sahibsiz hesab edilməsi və sahiblik edənin mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatı maraqlı şəxslər Abşeron rayonu Mehdiabad Bələdiyyəsinə və Maraqlı şəxs2 qarşı “daşınar əşyanın sahibsiz hesab edilməsi və sahiblik edənin mülkiyyətinə verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Mehdiabad qəsəbəsində “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatına məxsus kənd təsərüfatı torpaq sahəsində (“SALT” otelin arxasında) ağır çəkili beton istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların sahibsiz elan edilməsi və daşınar əşyalar üzərində “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatının mülkiyyət hüquqlarının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatı “Ceyhun” Kredit İttifaqına və X6 qarşı Beyləqan Rayon Məhkəməsində “borcun qaytarılması və ipoteka hesabına borcun ödənilməsi” tələbinə dair iddia qaldırmış və məhkəmə qətnaməsi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,2435 ha kənd təsərrüfatlı torpaq sahəsinin satılaraq mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir. Həmin torpaq sahəsi 2019-cu ilin oktyabr ayında “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatının mülkiyyətinə keçmişdir. Daşınmaz əmlak üzərində iddiaçı şəxsin mülkiyyət hüququ yarandıqdan sonra həmin torpaq sahəsində ağır çəkili beton zavodunda sement istehsalı üçün nəzərdə tutulan avadanlıqlar qalmışdır. Torpağın əvvəlki mülkiyyətçisinə və Mehdiabad Bələdiyyəsinə bu ağır avadanlıqların kimə məxsus olması və sahibinin kim olmasını öyrənməyə çalışsalar da, bunun bir nəticəsi olmamışdır. Hazırda, Abşeron rayonu Mehdiabad qəsəbəsində “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatına məxsus olan torpaq sahəsində beton istehsalı üçün nəzərdə tutulmuş zavodda avadanlıqların sahibinin kimin olması müəyyən edilmədiyindən, nə həmin avadanlıqları götürə, nə də torpaq sahəsini istifadə edə bilmirlər. İddiaçı şəxsin məhkəməyə müraciət etməyinin səbəbi həmin avadanlıqların sahibsiz elan edilməsi və onlar üzərində “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatının mülkiyyət hüquqlarının tanınmasını təsdiq etdikdən sonra həmin avadanlıqların üzərində mülkiyyət hüququna sahib olaraq, həmin avadanlıqların torpaq sahəsinindən götürmək və torpaq sahəsini istifadəyə yaralı bir vəziyyətə gətirməkdir. Hesab edir ki, həmin avadanlıqlar onların mülkiyyətçisinə lazım deyil və onlar onun üzərində mülkiyyət hüququnun yaranması həmin torpaq sahəsi üzərində maneəsiz həyata keçirməyə də imkan yaradacaqdır. Məhkəmə iclasında ərizəçi “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatının nümayəndəsi və vəkili Vəkil və ərizəçi şəxsin nümayəndəsi X11 hər biri ayrılıqda ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Abşeron rayonu Mehdiabad Bələdiyyəsinə və Maraqlı şəxs2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi və digər maraqlı şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslər Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin nümayəndəsi və Maraqlı şəxs2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, müvafiq ərizənin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Beyləqan Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(020)-203/2015 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddiaçı “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatının cavabdehlər “X21” Məhdud Məsuliyyətli Cəmiyyətinə, X14, X8 və Maraqlı şəxs2 qarşı “ipoteka hesabına borcun qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdeh “X21” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx xxxxxx 2012-ci il tarixli 5 nömrəli kredit müqaviləsinin xx xxxxxxx 2012-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən verilmiş 41.000 (qırx bir min) manat məbləğində kredit üzrə 2,260,27 (iki min iki yüz altmış manat iyirmi yeddi qəpik) manat məbləğində əsas və 30,89 (otuz manat səksən doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2,291,16 (iki min iki yüz doxsan bir manat on altı qəpik) manat; xx xxx 2013cü il tarixli 6 nömrəli kredit müqaviləsinin xx xxxx 2013-cü il tarixli 1 nömrəli əlavəsinə əsasən verilmiş 40.600 (qırx min altı yüz) manat məbləğində kredit üzrə 40.600 (qırx min altı yüz) manat məbləğində əsas, 2.375,12 (iki min üç yüz yetmiş manat on iki qəpik) manat məbləğində faiz və 1.001,46 (bir min bir manat qırx altı qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 43.976,58 (qırx üç min doqquz yüz yetmiş altı manat əlli səkkiz qəpik) manat; xx xxx 2013-cü il tarixli 6 nömrəli kredit müqaviləsinin xx xxxxxx 2013-cü il tarixli 2 nömrəli əlavəsinə əsasən verilmiş 45.000 (qırx beş min) manat məbləğində kredit üzrə 26.129,53 (iyirmi altı min bir yüz iyirmi doqquz manat əlli üç qəpik) manat məbləğində əsas və 87,10 (səksən yeddi manat on qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 26.216,63 (iyirmi altı min iki yüz on altı manat altmış üç qəpik) manat olmaqla, ümumilikdə 72,484,37 (yetmiş iki min dörd yüz səksən dörd manat otuz yeddi qəpik) manat məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatının xeyrinə ödənilməsi, tutmanın X14, X9 və Maraqlı şəxs2 məxsus əmlaklara yönəldilməklə, ipoteka əmlaklarının açıq hərrac yolu ilə satılması və əldə olunan vəsait hesabına “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X1 borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, xx xxxxxx 2012-ci il tarixli 5/2 nömrəli ipoteka müqaviləsinə əsasən X13 mülkiyyətində olan Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən bir mərtəbəli, üç otaqlı 60,86 kv.metr yaşayış, 32,9 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, xx xxx 2013-cü il tarixli 6/1 nömrəli ipoteka müqaviləsinə əsasən X7 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18-də yerləşən 1 otaqlı 23 kv.metr yaşayış, 7 kv.metr köməkçi sahədən ibarət 8 nömrəli mənzilə, Abşeron rayonu. Mehdiabad qəsəbəsi,Səməd Vurğun küçəsi, ev 3/2-də yaşayan X12 tərəfindən onunla bağlanmış xx xxx 2013-cü il tarixli 6/2 nömrəli ipoteka müqaviləsinə əsasən öz adından və Abşeron rayonu 1 nömrəli notariat kontorunun notariusu X10 verdiyi AR-1 206718 nömrəli etibarnamə əsasında X2 adından Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,2435 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutma yönəldikdən və həmin əmlaklar satıldıqdan sonra mənzillərdə yaşayanların 1 (bir) ay müddətində mənzildən çıxarılmaları və torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırılması müəyyən edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2011 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatının adına xüsusi mülkiyyət hüququ üzrə xx xxxxxxx 2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır; Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 96 nömrəli məktubunun məzmunundan görünür ki, “SALT” otelinin arxasında 0,2011 ha torpaq sahəsinin üzərində qoyulmuş ağırçəkili beton istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların hansı fiziki və hüquqi şəxsə məxsus olması barədə heç bir məlumat əldə edilməmişdir; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq tələblə məhkəməyə müraciət etmək üçün “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatı tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2011 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatının adına xüsusi mülkiyyət hüququ üzrə xx xxxxxxx 2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 96 nömrəli məktubu ilə “SALT” otelinin arxasında 0,2011 ha torpaq sahəsinin üzərində qoyulmuş ağırçəkili beton istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların hansı fiziki və hüquqi şəxsə məxsus olması barədə heç bir məlumat əldə edilməmişdir. Bu baxımdan, ərizəçi X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatı maraqlı şəxslər Abşeron rayonu Mehdiabad Bələdiyyəsinə və Maraqlı şəxs2 qarşı “daşınar əşyanın sahibsiz hesab edilməsi və sahiblik edənin mülkiyyətinə verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Mehdiabad qəsəbəsində “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatına məxsus kənd təsərüfatı torpaq sahəsində (“SALT” otelin arxasında) ağır çəkili beton istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların sahibsiz elan edilməsi və daşınar əşyalar üzərində “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatının mülkiyyət hüquqlarının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müvafiq tələblə məhkəməyə müraciət etmək üçün “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatı tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 185.1-ci maddəsinə əsasən mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər; 185.2-ci madəsinə əsasən mülkiyyətində, sahibliyində və ya istifadəsində torpaq sahəsi, sututar və ya başqa obyekt olan şəxs, əgər orada dəyəri əlli beş manatdan aşkar aşağı olan atılmış əmlak və ya atılmış metal qırıntıları, zay məhsul, faydalı qazıntıların çıxarılması zamanı əmələ gələn təpəciklər, istehsal tullantıları və başqa tullantılar varsa, həmin əmlakdan istifadəyə başlamaqla və ya əmlakı mülkiyyətə yönəltdiyini göstərən digər hərəkətlər etməklə, onu öz mülkiyyətinə yönəltmək hüququna malikdir; 185.3-cü maddəsinə əsasən atılmış başqa əmlak ona sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsizhesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır; 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında məsələlərə xüsusi icraat işləri qaydasında baxılır; 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir; 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi şəxsin irəli sürdüyü müvafiq tələbi şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, ərizəçinin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Tələbin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan tələbin əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatının hazırkı tələbi əsassızdır, ərizəçi tələbini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizəçi “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatının maraqlı şəxslər Abşeron rayonu Mehdiabad Bələdiyyəsinə və Maraqlı şəxs2 qarşı “daşınar əşyanın sahibsiz hesab edilməsi və sahiblik edənin mülkiyyətinə verilməsi” tələbinə dair ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ərizəçi tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizə rədd edildiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti X24 Təşkilatının maraqlı şəxslər Abşeron rayonu Mehdiabad Bələdiyyəsinə və Maraqlı şəxs2 qarşı “daşınar əşyanın sahibsiz hesab edilməsi və sahiblik edənin mülkiyyətinə verilməsi” tələbinə dair ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar