Məhkəmə qərarları › İş №2(005)-3137/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3137/2021

10.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3137/2021 10.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X13 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi-X9 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı, işlə təmin olunmagı və birdəfəlik müavinatın verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmək haqqı, işlə təmin olunmagı və birdəfəlik müavinatın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cinar Trans MMCdən işlədiyi müddət ərzində əmək haqqının hesablanaraq ödənilməsi, kompensasiyanın və işlə təmin olunmağı və dövlət tərəfindən ayrılan birdəfəlik müavinətin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10.11.2018-ci il tarixdən hal-hazıra kimi Cavabdeh MMC-də 40 nömrəli xətt maşurutunda sürücü vəzifəsində çalışır. Belə ki, ilk dəfə Cavabdeh MMC-də əmək müqaviləsi hazırlanan zaman ondan yalnız məhkumluq barədə arayış, narkoloji dispanserdən arayış şəxsiyyət və sürücülük vəsiqəsinin surəti tələb olunmuşdur. Ona müqavilənin şərtləri ümumiyyətlə izah olunmamışdır. Rəsmi müqaviləni ümumiyyətlə görməmişdir. Belə ki, Respublikada baş vermiş pandemiyadan sonra məlum olmuşdur ki, cavabdeh tərəfindən ona aylıq əmək haqqı yazılmışdır. Əmək müqaviləsi olduğu üçün ona dövlət tərəfindən birdəfəlik maddi yardım verilməmişdir. Sonradan əmək haqqını cavabdeh tərəfdən dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh pulu ödəməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq aidiyyəti üzrə aidiyyəti orqanlara və DƏM-nə rəsmi müraciət etmişdir. Məsul şəxslər tərəfindən qətiyyətlə ondan tələb olunmuşdur ki, şikayətindən imtina edir. DƏM-tərəfindən verilmiş rəsmi cavabda göstərilir ki, son haqq hesabı cavabdeh tərəfindən ödənilməlidir. Lakin buna baxmayaraq cavabdeh orqan əmək haqqını ödəməkdən imtina edir. Əmək müqaviləsi qüvvədə olmasına baxmayaraq cavabdeh onu işə buraxmır. Nəticədə hüquqlarının qorunması məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnaməm mqəbul edilməsini xahiş etdi. Cavabdehin Cavabdeh MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X13 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X15 məhkəmə iclasında hazırkı mülki iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verib, hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Əmək müqaviləsinə dəyişiklik edlməsi ilə bağlı 16.02.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, Cavabdeh MMC-işəgötürən ilə İddiaçı-işçi arasında iş yeri 40->40 saylı marşrut xəttində sürücü vəzifəsinə işə götürülməsinə dair müddətsiz olaraq 20.02.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Əməyin ödənilməsi forması vaxtamuzd, əmək haqqı məbləği 260 manat göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müfdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin 06.05.2021-ci il tarixli, **********4 №-li məktubdan görünür ki, X7 və diğərlərinin “Çinar Trans" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətlərə X13 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Bununla bağlı aparılan araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdən X10, X6, X3, X11 və X4 əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi və son haqq-hesablarının ödənilmədiyi məlum olmuşdur. Eyni zamanda məktubda müəssisənin maliyyə problemlərinin olduğu və qısa zamanda bu problemlərin aradan qaldırılacağı bildirilmişdir. Sizin və digərlərinin əmək haqqlarının eyni zamanda əmək müqaviləsinə xitam verilmiş işçilərin son haqq-hesablarının ödənilməməsi ilə bağlı “Çinar Trans" MMC-nin vəzifəli şəxsi barəsində tərəfimizdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4, maddəsinə uyğun olaraq 04.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş, sizə və digərlərinə olan borcun ən qısa zamanda ödənilməsi barədə "xxxx" MMC-nin rəhbərliyinə müvafiq məktub ünvanlanmışdır. Razılaşmadıqları təqdirdə məhkəməyə müraciət etmək hüquqları vardır. İnzibati tənbeh vermə haqqında 04 may 2021-ci il tarixli, MN 1064494№-li qərardan görünür ki, CavabdehMMC-nin direktoru X8 AR İXM-nın 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 (bir min) manat inzibati cərimə növü tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 10.11.2018-ci il tarixdən halhazıra kimi Cavabdeh MMC-də 40 nömrəli xətt maşurutunda sürücü vəzifəsində çalışır. İşə götürülərkən ona müqavilənin şərtləri ümumiyyətlə izah olunmamış, müqavilə ona təqdim edilməmişdir. Belə ki, Respublikada baş vermiş pandemiyadan sonra məlum olmuşdur ki, cavabdeh tərəfindən ona aylıq əmək haqqı yazılmışdır. Əmək müqaviləsi olduğu üçün ona dövlət tərəfindən birdəfəlik maddi yardım verilməmişdir. Dəfələrlə cavabdehdən əmək haqqının ödənilməsini tələb etsə də heç bir nəticə verməmişdir. Həmçinin əmək müqaviləsi qüvvədə olmasına baxmayaraq cavabdeh onu işə buraxmır. Nəticədə hüquqlarının qorunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin:

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

3. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.

4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin:

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehndə işləməyə başladığı vaxtdan, yəni 10.11.2018-ci il tarixdən etibarən günəmuzdçu kimi fəaliyyət göstərir, gündəlik qazancının müəyyən faizi ona günlük əmək haqqı kimi ödənilir. İddiaçı özü də izahatında gündəlik qazancın müəyyən hissəsinin dispeçerə verdiyini, qalan hissəsinin isə özünə qaldığını etiraf etmişdir. İddiaçının adına əmək haqqı kartı açılsada həmin karta mədaxil və məxaric olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Həmçinin iddia tələbi Cavabdeh tərəfindən verilmiş iddia müddətinə dair ərizə tətbiq edilməklə də rədd edilməlidir. Belə ki, İddiaçı 10.11.2018-ci il tarixdən etibarən əmək haqqı aylıq deyil, gündəlik ödənilir. Günəmuzd işlədiyi barədə məlumatlı olmuşdur. Lakin buna baxmayaraq məhkəməyə 31.05.2021-ci il tarixdə müraciət etməklə Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş müddətləri pozmuş, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Göründüyü kimi iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş müddətlər pozulmuş, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. İddiaçının digər tələbi “işlə təmin olunmağı və birdəfəlik müavinatın” ödənilməsidir ki, tərəflər arasında hazırda əmək münasibətləri davam edir və iddiaçı işdən azad olunmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı, işlə təmin olunmagı və birdəfəlik müavinatın verilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı “əmək haqqı, işlə təmin olunmagı və birdəfəlik müavinatın verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar