Məhkəmə qərarları › İş №2(005)-3145/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3145/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3145/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC və Binəqədi rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “hərracın yekunları barədə protokolların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC və Binəqədi rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “hərracın yekunları barədə protokolların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən 09 aprel 2021-ci il tarixdə keçirilmiş hərracın yekun nəticələri barədə tərtib olunmuş 29/11 və 29/12 saylı protokolların və nəticələrinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Hərracın yekun nəticələri barədə 29/11 və 29/12 saylı protokollarla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1680,7 kv.m və 1038,6 kv.m olan iki qeyri-yaşayış binaları tələbkar "xxxx" ASC tərəfindən müvafiq olaraq 964301,62 manata və 595896,75 manata əldə edilmişdir. Mübahisələndirilən protokollardan da görünür ki, 09 aprel 2021-ci il tarixə kimi iki dəfə hərrac keçirilmiş ipoteka predmeti olan əmlakların qiymətləri müvafiq olaraq 1680,7 kv.m olan qeyri-yaşayış sahəsinin qiyməti ilkin olaraq ******* manat qiymətəndirilmiş, daha sonra təkrar hərracda qiyməti 1285735,5 manata endirilmiş və nəhayət qiymət 964301,62 manata endirildikdən sonra tələbkar tərəfindən ilkin satış qiymətindən 548329 manat ucuzuna, faiz etibarı ilə götürsək, ilkin satış qiymətindən təqribən 40 faiz ucuzuna əldə etmişdir. 1038,6 kv.m olan qeyri-yaşayış sahəsinin qiyməti ilkin olaraq 934740 manata qiymətləndirilmiş, daha sonra təkrar hərracda qiyməti 794529 manata endirilmiş və nəhayət qiymət 595896,75 manata endirildikdən sonra tələbkar tərəfindən ilkin satış qiymətindən 338844 manat ucuz, faiz etibarı ilə isə təqribən 40 faiz ucuz əldə etmişdir. Əmlakları icra vərəqənin verilməsinə əsas olmuş qətnamələrlə müəyyən edilmişdir və baxmayaraq ki həmin qiymətlər ona məxsus əmlakların real qiymətini əks etdirirmi, lakin qətnamə qüvvəyə mindiyindən qiymətləri mübahisələndirə bilməmişlər. Buna baxmayaraq əmlaklarının dəyəri bazar qiymətindən aşağı dəyərləndirilməsi ilə yanaşı müəyyən olunmuş bu məbləğlərdən də 40faiz ucuz tələbkar tərəfindən qəbul olunması ilə nəticələnmişdir.Bu onun mülkiyyət hüquqlarının kobud pozulmasıdır. Hərracın keçirilməsi barədə ona bildiriş gəlməmişdirvə o bu səbəbdən də hərracda iştirak edə bilməmişdir. Bunun da nəticəsi kimi əmlakları öz dəyərindən çox aşağıqiymətə satılmışdır. Hərrac mərkəzi qanunla üzərinə düşən vəzifələri yerinə yetirməmiş, ipoteka qoyana təyin edilmiş hərracların vaxtı və yeri barədə xəbərnaməli bildirişlər göndərməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddiasının əsaslı olduğunu bildirərək iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Xammal və X3 Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərraca dair bütün sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli 2(103)-12378/2019 nömrəli qətnaməsindən görünür ki, 701640 ABŞ dolları əsas, 56754,88 ABŞ dolları faiz borcu cəmi 758394,88 ABŞ dolları borcun “X1” MMC-dən tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1680,7 kv.m və 1038,6 kv.m olan iki qeyri-yaşayış binaların yönəilmısi, həmin əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankən kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ilkin satış qiymətinin müvafiq olaraq ******* manat və 934740 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3067/2020 saylı 03.09.2020-ci il tarixli qərarına əsasən, cavabdeh “X2” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli 2(103)-12378/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı, Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" ASC-yə ünvanlanmış 09 fevral 2021-ci il tarixli № 01/687 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12378/2019 saylı 28 noyabr 2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1680,7 kv.m və 1038,6 kv.m olan iki qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və müvafiq olaraq ******* manat və 934740 manat ilkin satış qiymətinə hərracda satılması, həmçinin hərracın 05 mart 2021-ci il saat 11:00-17:00-dək (növbəlilik əsasında) keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı, Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə və "xxxx" ASC-yə ünvanlanmış 10 mart 2021-ci il tarixli № 01/1458 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12378/2019 saylı 28 noyabr 2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1680,7 kv.m və 1038,6 kv.m olan iki qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və müvafiq olaraq 1285735,50 manat və 794529 manat ilkin satış qiymətinə hərracda satılması, həmçinin hərracın 29 mart 2021-ci il saat 11:00-17:00-dək (növbəlilik əsasında) keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan ƏİV seriyalı 184188 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüyünün surətindən görünür ki, bildiriş "xxxx" MMC tərəfindən 09.02.2021-ci il tarixdə İddiaçı göndərilmiş və 15.02.2021-ci il tarixdə ev sökülüb qeydi aparılmaqla qaytarılmışdır. İş materiallarında olan ƏİV seriyalı 196395 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüyünün surətindən görünür ki, bildiriş "xxxx" MMC tərəfindən İddiaçı göndərilmiş və 13 mart 2021-ci il tarixdə ev sökülüb qeydi aparılmaqla qaytarılmışdır. İş materiallarında olan ƏİV seriyalı 196978 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüyünün surətindən görünür ki, bildiriş "xxxx" MMC tərəfindən 30.03.2021-ci il tarixdə İddiaçı göndərilmiş və 06 aprel 2021-ci il tarixdə ev sökülüb qeydi aparılmaqla qaytarılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə, Binəqədi rayon İcra və Probasiya Şöbəsinə, “X2” MMC və İddiaçı ünvanlanmış 30 mart 2021-ci il tarixli 01/1792 nömrəli məktubun təsdiq olunmuş surətindən görünür ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 17/68-160200-16 saylı 04 mart 2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1680,7 kv.m və 1038,6 kv.m olan iki qeyri-yaşayış binalaının təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 30 mart 2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 964301,62 manat və 595896,75 manat olmaqla ipoteka saxlayana təklif olunur. İş materiallarında olan 29 may 2021-ci il tarixli qəbzdən görünür ki, iddia məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 09 fevral 2021-ci il tarixli 235 nömrəli və 10 mart 2021-ci il tarixli 239 nömrəli “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1680,7 kv.m və 1038,6 kv.m olan iki qeyri-yaşayış binaları ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının № 29/11 nömrəli 09 aprel 2021-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1680,7 kv.m olan qeyri-yaşayış binası Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 12378/2019-004 saylı 28 noyabr 2019-cu il tarixli icra vərəqəsinə, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 17/68-160200-16 saylı 04.03.2021-ci il tarixli sifariş məktubunun və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti ******* manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 1285735,5 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 964301,62 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. İş materiallarında olan Hərrac Təşkilatının № 29/12 nömrəli 09 aprel 2021-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1038,6 kv.m olan qeyri-yaşayış binası Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 12378/2019-004 saylı 28 noyabr 2019-cu il tarixli icra vərəqəsinə, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 17/68-160200-16 saylı 04.03.2021-ci il tarixli sifariş məktubunun və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 934740 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 794529 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 595896,75 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İş materiallarından müəyyən edilir ki, "xxxx" MMC İddiaçı, ünvanlanmış 09 fevral 2021-ci il tarixli № 01/687 nömrəli bildirişlə Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 12378/2019 saylı 28 noyabr 2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1680,7 kv.m və 1038,6 kv.m olan iki qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və müvafiq olaraq ******* manat və 934740 manat ilkin satış qiymətinə hərracda satılması, həmçinin hərracın 05 mart 2021-ci il saat 11:00-17:00-dək (növbəlilik əsasında) keçiriləcəyi bildirilmişdir. Daha sonra "xxxx" MMC İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12378/2019 saylı 28 noyabr 2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1680,7 kv.m və 1038,6 kv.m olan iki qeyriyaşayış binasına tutmanın yönəldilməsi və müvafiq olaraq 1285735,50 manat və 794529 manat ilkin satış qiymətinə hərracda satılması, həmçinin hərracın 29 mart 2021-ci il saat 11:00-17:00-dək (növbəlilik əsasında) keçiriləcəyi bildirilmişdir. Bildirişlər onun qeydiyyatda oldğu və hazırki iddia ərizəsində də qeyd etdiyi ünvan 3 ünvanına göndərilmiş və ev sökülüb qeydi ilə geri qaytarılmışdır. Bundan əlavə 09 fevral 2021-ci il tarixli 235 nömrəli və 10 mart 2021-ci il tarixli 239 nömrəli “Birja Yenilikləri” qəzetlərində müvafiq daşınmaz əmlakla bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmiş və Hərrac Təşkilatının № 29/11 və 29/12 nömrəli 09 aprel 2021-ci il tarixli hərracın yekunları barədə protokollarına əsasən ipoteka predmetləri 25% aşağı olan qiyməti ilə tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, elan vermiş, beləliklə iddiaçının əmlakın hərraca çıxarılmasından tam olaraq xəbəri olmuş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Beləliklə, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əmlakın hərraca çıxarılmasından tam olaraq xəbərdar olduğundan, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirildiyindən və ipoteka predmeti qanuni olaraq tələbkara təklif edildiyindən hərrac təşkilatının № 29/11 və 29/12 nömrəli 09 aprel 2021-ci il tarixli hərracın yekunları barədə protokollarının etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. İddiaçının həmin bildirişləri almamasına dair məhkəmədə mübahisələndirməsinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslanıdırır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçı həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlərin iddiaçının yaşayış ünvanı olan ünvan 4rrac Mərkəzi haqlı olmuşdur. Belə ki, iddiaçının faktiki vermiş olduğu qeydiyyyat və yaşayış ünvanı iddia ərizəsindən də görünür ki, ünvan 5 ünvanı bir daha öz ünvanı kimi hazırki iddia ərizəsində də qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi, həmçinin onun nümayəndəsinin və vəkilinin məhkəmə prosesində səsləndirdiyi əsaslar hərracın keçirilməsi haqqında protokolun və bundan irəli gələn hüquqi nəticələrin etibarsız sayılması üçün əsas deyildir. Hərracın keçirilməsi ilə bağlı göndərilmiş bildirişlərin İddiaçı şəxsən özü tərəfindən qəbul edilərək bu barədə müvafiq imzanın poçt qəbzlərinə qoyulmaması özlüyündə hərracın keçirilməsinə və bundan irəli gələn hüquqi prosedurların həyata keçirilməsinə maneə deyildir. Çünki, qanunvericilik hərracı keçirən təşkilatın üzərinə hərracın keçirilməsi barədə bildirişləri borclunun vvə ya daşınmaz əmlak sahibinin şəxsən özünə çatdırılması kimi bir vəzifə qoymayıb, bildirişlərin həmin şəxsin və ya şəxslərin yaşadığı və ya qeydiyyatda olduğu ünvana göndərilməsi qanunvericliyin sadalanan əsasları baxımından məlumatlandırmanın yerinə yetirilməsi kimi qiymətləndirilir. Məhkəmənin mövqeyinə görə əks halda əmlak mülkiyyətçisinə belə bildirişin şəxsən təqdim edilməsinin məcburiliyi hərracın keçirilməsi ilə bağlı məhkəmə qətnaməsinin icrasını mümkünsüz edərdi. Belə vəziyyət isə Konvensiyanın tələblərilə qeyri-müəyyənlik yaradardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəməaraşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanınaməhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.). Əlavə olaraq iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında imzanın iddiaçının olmamasını mübahisələndirməsi və əlavə araşdırma aparılmasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılması və nəticəyə gəlməyə imkan verməsi ilə əlavə sübutların araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC və Binəqədi rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “hərracın yekunları barədə protokolların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar