Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3148/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, Cavabdeh3 MMC-yə və Xətai rayon İcra şöbəsinə qarşı “protokolun ləğvi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3 MMC və Xətai rayon İcra şöbəsinə qarşı “protokolun ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx"MMC-nin 26 aprel 2022-ci il tarixli 25/01 hərracın yekunları barədə protokolun ləğv edilməsini, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 86 saylı evin 79 nömrəli mənzilin yenidən qiymətləndirilməsi üçün Cavabdeh3MMC idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, Bakı Şəhər Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-27/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək. Cavabdeh2 ASC ilə İddiaçı arasında 23 iyun 2010-cu il tarixli 119-10/İ saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı 33927 (otuz üç min doqquz yüz iyirmi yeddi) manat 16 (on altı) qəpik məbləğində əsas borc, 1409 (min dörd yüz doqquz) manat 32 (otuz iki) qəpik məbləğində faiz borcu, 2818 (iki min səkkiz yüz on səkkiz) manat 64 (altmış dörd) qəpik məbləğində dəbbə pulu, ekspertizanın keçirilməsi üçün ödənilmiş 300 (üç yüz) manat, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat, cəmi 38485 (otuz səkkiz min dörd yüz səksən beş) ,12 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh2 ASC-nin hesabına ödənilməsi, tutma ipoteka ilə yüklü edilmiş və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 86 saylı evin 79 nömrəli mənzilin ilkin satış qiyməti 92000 manat olmaqla həmin mənzillərə yönəldilməsi, bu mənzillər açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti Cavabdeh2 ASC-nə olan borcun qaytarılmasına yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 86 saylı evin 79 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində İddiaçı və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin mənzildən çıxarılmaları qət edilmişdir. Göründüyü kimi iddiaçının hazırda iddia tələbində qeyd etdiyi hallara məhkəmə tərəfindən hüquqi qiymət verilərək məhkəmə qətnaməsi qəbul edilmiş və həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, qaytarılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilmədiyindən, dövlət rüsumunun qaytarılması mümkün deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, Cavabdeh3 MMC-yə və Xətai rayon İcra şöbəsinə qarşı “protokolun ləğvi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3148/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3148/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver