Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3151/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı X6, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X19 və X7 iştirakları ilə, İddiaçı Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X19 və X20 cəlb edilməklə “mənzilin miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunması və birinci növbəli vərəsələr arasında bərabər paylarda bölünməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh2, Bakı şəhəri 09 saylı Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X19 və X20 cəlb edilməklə “miras əmlak üzrə payların müəyyən olunması və bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 46 ünvanındakı 38 nömrəli mənzilin miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunması və birinci növbəli vərəsələr arasında bərabər paylarda bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 46 ünvanındakı 38 nömrəli mənzil Xətai RİN-nin (keçmiş Şamuyan rayon ZDS İK-nin) xx.xx.1973-ci il tarixli, 4 saylı protokolu əsasında mərhum atası Şirinov Aslan Mədət oğlunun adına verilmiş və orderdə onun da adı daxıl olmaqla 6 nələr ailə üzvünün adı qeyd olunmuşdur. Atası Şirinov Aslan Mədət oğlu xx.xx.2012-ci il tarixdə vəfat etmiş, ondan miras qalmış ünvan 2 ünvanındakı 38 nömrəli əmlaka dair ünvan 3şdır. Həmin 9 saylı Notariat Kontoru tərəfindən Asan Xidmət Mərkəzi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 1 saylı Ərazi İdarəsinə sorğu verilmiş, lakin qeyd olunan mənzilə dair çıxarış təqdim olunmamışdır. Hesab edir ki, həmin mənzil miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunmalı və birinci növbəli vərəsələr arasında paylar müəyyən edilməklə bölünməlidir. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 46 ünvanındakı 38 nömrəli mənzil miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunmalı və birinci növbəli vərəsələr arasında bərabər paylarda bölünməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia tələbinin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X19 və X7 tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçınn vəkili və nümayəndəsi bildirdi ki, mərhum Şirinov Aslan mübahisə predmeti olan mənzili özəlləşdirmədən vəfat etdiyindən sağlığında gözlənilən mülkiyyət hüququndan istifadə etməmiş, icarədar olaraq onun və digərlərinin payı açıq qalmışdır. İcarədar vəfat etdikdən sonra mənzilin şəxslərdən birinin adına sənədləşdirilməsi təklifi ortaya çıxdıqda mübahisə yaranmışdır. Belə olan halda mövcud praktikaya əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi vəat etmiş icarədarın adına çıxarış verməli və notariat Kontoru vərəsələr arasında bölgü aparmalıdır. Bu baş tutmadığına görə mübahisənin həlli məqsədilə iş materiallarında olan sənədlər əsasında payların müəyyən olunması və şəhadətnamələrin verilməsi məsələsinə məhkəmə hüquqi qiymət verməlidir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 təqdim etiyi yazılı etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Etirazda iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tam boş və əsassız bir iddiadır. Belə ki, iddiaçının tələbini əsaslandırmaq üçün istinad etdiyi hüquq normalarının heç birinin hazırki mübahisəyə aidiyəti olmamaqla mülkiyyətlə bağlıdır və hazırki mübahisəyə tətbiq edilə bilməz. İddiadan da göründüyü kimi, mübahisəli mənzil iddiaçının atasına order əsasında verilmiş və bu günə kimi mənzilin hüquqi rejimi dəyişməmiş, həmin mənzildə qeydiyyatda olmaqla yaşayanların həmin mənzil üzərində mülkiyyət hüququ yoxdur, mənzil dövlət mülkiyyətindədir. Ona görə də iddiaçının atasının 2012-ci ildə ölümündən sonra həmin mənzil iddiaçının atasının mülkiyyətində olmadığı üçün miras əmlak kimi qəbul edilib vərəsələr arasında bölünə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X20 və X19 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, hazırki mülki iş üzrə müstəqil tələb irəli sürən şəxs qismində işə qoşulmaq barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə vəsatəti təmin edərək, həmin şəxsləri mübahisə predmeti barədə müstəqil tələb irəli sürən şəxslər qismində cəlb etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X19 və X20 iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, iddiaçının və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia ərizələri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2835/2022 nömrəli qərardan görünür ki, iddiaçılar X2, X10, X8, X1, Cavabdeh2, X11 cavabdehlər X4 və İddiaçı qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair ilk, İddiaçı cavabdehlər X5, X15, X12, X16, X3, Cavabdeh2 və X17 qarşı “mənzilə köçürülmə, maneələrin aradan qaldırılması” tələbinə dair birinci instansiya məhkəməsində ilkin iddianın təmin qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilmiş, cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilk iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh İddiaçı şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8415/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli 2596 nömrəli məktubdan müəyyən olunur ki, xx.xx.2021-cil il tarixdə İddiaçı xx.xx.2012-ci il tarixdə ölmüş Şirinov Aslan Mədət oğlundan qalan miras əmlaka dair yazılı ərizə ilə müraciət etmiş və 237/2021 saylı açılmış vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin aparılması üçün mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilməmişdir. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ 409414 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X21 xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Şirinov Aslan Mədət oğlu, anası X18r. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ 611019 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X22 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Şirinov Aslan Mədət oğlu, anası X18r. Bakı şəhəri Şaumyan rayonunun icra komitəsinin 10 avqust 1973-cü il tarixli iclas protokolunun surətindən görünür ki, ünvan 4 ünvanındakı 38 nömrəli, 5 otaqlı mənzil 7 nəfərlik ailəsi ilə birlikdə yaşaması üçün Şirinov Aslan Mədət oğluna istifadəyə verilmiş və bu barədə order təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı, xx.xx.1987-ci il təvəllüdlü X13, xx.xx.1977-ci il təvəllüdlü X14, xx.xx.1996-cı il təvəllüdlü X24, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2010-cu il təvəllüdlü X25, xx.xx.1966-cı il təvəllüdlü X23, xx.xx.1999-cu il təvəllüdlü X9, xx.xx.2005-ci il təvəllüdlü X26 və xx.xx.1996-cı il təvəllüdlü X27 ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 115 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli, 187 nömrəli arayışdan müəyyən olunur ki, Şirinov Aslan Mədət oğlu ünvan 5 ünvanında vəfat edənədək Cavabdeh2, İddiaçı, X14, X24, X9, X27, X26, X23, X25 ilə birgə pasport qeydiyyatında olmuş və yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının vətəndaş İddiaçı ünvanlanmış məktubdan müəyyən olunur ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 1973-cü ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin sənədlərdə vətəndaş İddiaçı order verilməsi barədə heç bir məlumat yoxdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz olan halları ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 46 ünvanındakı 38 nömrəli mənzil 23 avqust 1973-cü il tarixli, 130476 saylı orderə əsasən iddiaçı və cavabdehin atası Şirinov Aslan Mədət oğluna verilmiş, orderdə Aslan Şirinovdan əlavə daha 6 nəfər ailə üzvünün adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8415/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmış, cavabdehlər X4 və İddiaçı həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilmişdir. Hazırda İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X20 və X19 Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 46 ünvanındakı 38 nömrəli mənzilin miras əmlak toplusuna aid edilməklə ümumi əmlak hesab edilməsi və birinci növbəli vərəsələr arasında bərabər paylarda bölünməsi barədə qətnamə çıxarılması üçün məhkəmədə iddia qaldırmışlar. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 46 ünvanındakı 38 nömrəli mənzil mərhum Şirinov Aslan və ya başqası tərəfindən özəlləşdirilməmiş, hal-hazırda dövlətin mülkiyyətindədir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə hesab edir ki, mübahisəli mənzil daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınmadığından, xüsusi mülkiyyət hüququ əsasında mərhum Şirinov Aslan Mədət oğluna məxsus olmuş əmlak kimi miras kütləsinə aid edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin miras əmlak toplusuna aid edilməsi və birinci növbəli vərəsələr arasında bərabər paylarda bölünməsi” barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1 və 178.2-ci maddələrinə əsasən, mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə görə, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın: 94-cü bəndinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. 107-ci bəndinə əsasən, miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Məhkəmə qeyd edir ki ,hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə iddia tələblərinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə, iddia tələbinin “mənzilin miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunması” hissəsinin təmin edilməməsi, avtomatik olaraq iddianın digər hissəsinin – “birinci növbəli vərəsələr arasında bərabər paylarda bölünməsi” hissəsinin də təmin olunmamasını labüd edir. Çünki iddianın əsas tələbi rədd edildiyindən, iddianın digər hissələrinin də əsaslılığı tam aradan qalxır. Çünki onlar əsas tələbdən doğan törəmə tələblər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır . “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X19 və X20 cəlb edilməklə, miras əmlak üzrə payların müəyyən olunması və bölünməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələbinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, (mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X19 və X20 cəlb edilməklə), "mənzilin miras əmlak toplusuna aid edilməsi nəzərə alınmaqla ümumi əmlak kimi müəyyən olunması və birinci növbəli vərəsələr arasında bərabər payıarda bölünməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3151/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3151/2022
21.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver