Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3154/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 12 saylı binanın həyətində sahəsi 138,93 kv.metrdən ibarət 2 mərtəbəli qeyri-yaşayış sahəsi (18 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi (qaraj) istisna olmaqla) qanunsuz tikili olduğuna görə əvəzi ödənilmədən Cavabdeh vəsaiti hesabına sökülməsi, iddiaçı “Ailə Park" QSC-yə ayrılmış 2,7520 hektar torpaq sahəsi (qanunsuz tikilinin söküləcək hissəsində) Cavabdeh tərəfindən boşaldılması və QSC tərəfindən mühafizə rejimi təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli **********94 saylı, Azərbaycan Resbublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin "Azərinşaatlayihe" Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri. Nərimanov rayonu. Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız (kəskin qəzalı) vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14, 14A, 16,16A, 83A və 85A saylı) binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında “Ailə Park" QSC-yə 2,7520 hektar torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-d il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri. Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə "xxxx" QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı QSC arasında 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 12 saylı binada yaşayan mənzil və qeyn-yaşayış sahələrinin sahiblərinin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və yeni sahələrlə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Binanın təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq bu proses təxirə salınmadan davam edilməkdədir. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə olduğu kimi, 12 saylı binanın həyətndə yerləşən 18 kv.metrden ibarət qeyri-yaşayış sahəsinin (qarajın) sahibi Cavabdeh ilə de danışıqların aparılmasına baxmayaraq cavabdeh QSC qarşısında əsassız tələblər irəli sürdüyündən onunla razılığın əldə olunması mümkün olmamışdır. Qeyd edilən sərəncamla QSC-yə icarə əsasında ayrıılmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsində Cavabdeh tərəfindən 18 kv sahəsindən (qarajdan) əlavə qanunvericiliyin tələbləri pozularaq sahə mərtəbəli qeyri-yaşayış sahəsi inşa edilmişdir. Nəticədə sərəncamdan irəli gələn vəzifə və öhdəliklərin yerinə yetirilməsi QSC tərəfindən (köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış və qeyri-yaşayış sahələrinin inşası) mümkün olmur, tikinti işləri iflic vəziyyətə düşür və QSC maddi ziyana məruz qalır. Belə ki. cavabdeh hüquqdan suiistifadə etməklə əsassız tələblərin irəli sürülməsi nəticəsində yaşayış (mənzillərini) və qeyri-yaşayış sahələhnı ədalətli razılaşma əsasında təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini pozur. Cavabdeh hüquqlarından sui-istifadə edərək digər yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. Sərəncamın icrası ilə əlaqədar tərəfimizdən həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, böyük əksəriyyəti ilə razılıq əldə olunmuş, notarial qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Lakin iş üzrə cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Nəticə etibarı ilə həmin ərazidə köçürülən digər şəxslərin də hüquqları pozulmaqda davam edir. Belə ki. cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladığımız əvəzləşmə müqavilələri üzrə öhdəliklərimizin vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Bundan başqa yaşayış və qeyri-yaşayış sahələrindən köçürülmüş sahə sahiblərinə müvəqqəti yaşayış və qeyri-yaşayış sahələri ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya (kirayə haqqı) ödənilməsi QSC-yə külli miqdarda maddi zərər vurur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamın aşağıdakı bəndlərində göstərilmişdir: Sifarişçiyə tapşırılsın: 2.3. - Sahənin qanunsuz zəbt olunmasının qarşısının alınması və mövcud yaşıllıqların qorunub saxlanılmasını təmin etsin. Yuxarıda qeyd edilən bəndlərin tələbləri yerinə yetirilməsə, bu Sərəncamın ləğv edilməsi məsələsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Torpaq sahələri üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir (torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda). Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyət nəzarət edilməsi Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyətinə tapşırılsın. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-3154/2024 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- 3153/2024 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- 3153/2024 nömrəli mülki iş üzrə tələb Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 12 saylı binanın həyətində qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 18 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (qaraj) Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verlməsi və həmin qeyri-yaşayış sahəsi (qaraj) iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülsün, həmin qeyri-yaşayış sahəsinin əvəzinə tikilmiş binanın mənfi ikinci mərtəbəsində yerləşən hər biri 18 kv.m-dən ibarət (cəmi 36 kv.m) olan 2 qeyriyaşayış sahəsi (qarajlar) iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilməsidir. Hazırki iş üzrə iddia ərizəsinin məzmunundan görünür ki, iddaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 12 saylı binanın həyətində sahəsi 138,93 kv.metrdən ibarət 2 mərtəbəli qeyri-yaşayış sahəsi (18 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi (qaraj) istisna olmaqla) qanunsuz tikili olduğuna görə əvəzi ödənilmədən Cavabdeh vəsaiti hesabına sökülməsi, iddiaçı “Ailə Park" QSC-yə ayrılmış 2,7520 hektar torpaq sahəsi (qanunsuz tikilinin söküləcək hissəsində) Cavabdeh tərəfindən boşaldılması və QSC tərəfindən mühafizə rejimi təmin edilməsi tələb edilir. Göründüyü kimi hər iki mülki iş üzrə cavabdeh eyni şəxsdir. Eyni zamanda hər iki mülki iş üzrə iddianın predmetini təşkil edən qeyri-yaşayış sahəsi də eynidir. Məhkəmə hesab edir ki, hər iki tələbə bir icraatda baxmaq mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1- 169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəldilmişdir. Məhkəmə mülki işlər iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçiirlməsini, həmçinin prosessual qənaət prinsipi baxımından işlərə bir icraatda baxılması mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, vəsatətə əsasən mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Eyni zamanda məhkəmə hesba edir ki, hazırki mülki mübahisə üzrə 2(005)- 3153/2024 saylı mülki iş daha sonra daxil olduğundan və icraata qəbul olunduğundan 2(005)-3154/2024 saylı mülki iş məhkəmənin icraatında olan 2(005)-3153/2024 saylı mülki işə birləşdirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair 2(005)-3154/2024 nömrəli mülki iş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli qeyri-yaşayış sahəsinin boşaldılması, sökülməsi, sökülmüş qeyri-yaşayış sahəsinin yenisi ilə əvəz edilməsi tələbinə dair 2(005)-3153/2024 nömrəli mülki işə birləşdirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir. Mülki Prosessual Məcəllənin 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Mülki Prosessual Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair 2(005)-3154/2024 nömrəli mülki iş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli qeyri-yaşayış sahəsinin boşaldılması, sökülməsi, sökülmüş qeyri-yaşayış sahəsinin yenisi ilə əvəz edilməsi tələbinə dair 2(005)-3153/2024 nömrəli mülki işə birləşdirilsin. Hazırki mülki iş, 2(005)-3153/2024 nömrəli mülki işlə bir icraatda baxacaq hakimə təqdim olunması məqsədilə məhkəmənin dəftərxanasına təhvil verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3154/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3154/2024
24.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver