Məhkəmə qərarları › İş №2(005)-3157/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3157/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3157/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, Üçüncü şəxs İbrahimov Firuz Akif oğlunun, onun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh (Cavabdeh) "xxxx" MMC-yə qarşı (İbrahimov Firuz Akif oğlu və Binəqədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “hərracın keçirilməsi və hərracın hüquqi nəticələrinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş 14.09.2020-ci il tarixli hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən qanunsuz keçirilmiş hərrac hesab edilməsi, "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş 14.09.2020-ci il tarixli "Hərrac təşkilatının Hərracın yekunlarına dair" 54 nömrəli protokolu və "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə "müqavilə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İbrahimov Firuz Akif oğlu ona qarşı "fərdi yaşayış evinin inşasına çəkilmiş xərc ilə bağlı pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2(071)206/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1989-2014-cü illər ərzində inşasına sərf etdiyi tikinti və inşaat materiallarının pul ilə cəyəri 26.399 (iyirmi altı min üç yüz doxsan doqquz) manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq İbrahimov Firuz Akif oğluna verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2017-ci il tarixli 2(106)-1208/2017 saylı qətnaməsi ilə Hacıqabul Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2(071)206/2016 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilmiş və iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı İbrahimov Firuz Akif oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli 2(102)8209/2017 saylı qərarı ilə iddiaçı İbrahimov Firuz Akif oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2017-ci il tarixli 2(106) 1208/2017 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2018ci il tarixli 2(106)-817/2018 saylı qətnaməsi ilə Hacıqabul Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2(071)-206/2016 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş və qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalaraq kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli 2(102)-5385/2018 saylı qərari ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 mart 2018-ci il tarixli 2(106)-817/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli 2(106)-392/2019 saylı qətnaməsi ilə Hacıqabul Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2(071)206/2016 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilmiş, qətnamə apellyasiya şikayətinə əsasən ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı İbrahimov Firuz Akif oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(102)-4713/2019 saylı qərarı ilə iddiaçı İbrahimov Firuz Akif oğlu tərəfindən kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli 2(106)-392/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi , ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin inşasına sərf etdiyi tikinti və inşaat materiallarının dəyəri olan 26.399 manatın və 20 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçı İbrahimov Firuz Akif oğluna ödənilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 70 manatının cavabdeh İddiaçı 30 manatının isə İbrahimov Firuz Akif oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin 19.03.2020-ci il tarixli 17/68-112414-30 nömrəli məktubuna əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərraca çıxarılmışdır. 14.09.2020-ci ildə Bakı şəhərində təşkilatçı X6 MMC şəhərində keçirilmiş hərrac zamanı ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən Seriya RX ******* saylı çıxarışla ona məxsus fərdi yaşayış evi 21150 manata İbrahimov Firuz Akif oğluna satılmışdır. Qanunverciliyə əsasən evin mülkiyyətçisi olaraq hərraca dəvət olunmalı idi və hərraca çıxarılmış daşınmaz əmlakın alınması ona təklif olunmalı idi. Lakin hərrac təşkilatçısı bütün bunları etməmiş fərdi yaşayış evimi qiymətindən aşağı məbləğdə iş üzrə iddiaçıya satmışdır və bununla da ona məxsus subyektiv hüquqları kobud qaydada pozulmuşdur. Belə ki, nə iddiaçıya bu barədə bildiriş göndərmiş, nə də iştirakını təmin etmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir. Məhkəmənin təşəbbüsü ilə İbrahimov Firuz Akif oğlu və Binəqədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanladığı ərizədə mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X8 yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, təşkilata Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 19.03.2020-ci il tarixli sifariş məktubu 01.06.2020-ci il tarixdə daxil olmuşdur. Covid-19 epidemiyası ilə bağlı karantin şəraiti ilə əlaqədar olaraq, hərracın keçirilməsi təxirə salınmış, və ilk hərrac 27 avqust 2020-ci il tarixdə keçirilmişdir. Hərracın keçirilmə vaxtı 27 avqust 2020-ci il tarix göstərilməklə, 12 avqust 2020-ci il tarixdə 160 nömrəli bildiriş borclu X1 məktubunda qeyd olunan ünvanına göndərilmiş və şəxsən X7 tərəfindən imzalanaraq qəbul edilmişdir. Hərrac baş tutmadığından 14 sentyabr 2020-ci il tarixində ikinci hərrac keçirilmişdir. İkinci hərracın keçirilmə vaxtı 14 sentyabr 2020-ci il tarix göstərilməklə, 28 avqust 2020-ci il tarixində 10% endirimlə hərracın keçirilməsi ilə bağlı 160-1 nömrəli bildiriş borclunun sifariş məktubunda qeyd olunan ünvanına göndərilmişdir. Həmçinin, “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı müvafiq elanlar yerləşdirilmişdir, Onu da qeyd etmək lazımdır ki, iddiaçının hazırki iddia ilə bağlı məhkəməyə verdiyi iddia ərizəsində qeyd edilmiş ünvan ilə Binəqədi rayon İcra Şöbəsinin sifariş məktubunda borclunun təqdim etdiyi ünvan eynidir. Məhkəmənin diqqətinə “hərracın keçirilməsi barədə bildirişləri almamışıq” bəhanəsini ortadan qaldırılması məqsədilə İpoteka haqqında” qanuna dəyişikliklər edildi. Belə ki, qanunun 36.1-ci maddəsinə əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Bu da onu göstərir ki, qanunvericilik süni şəkildə yaranmış problemleri ortadan qaldırmaq məqsədilə təkmilləşdirilməkdədir. Cavabdeh tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmədən iddia tələbinin əsassız hesab olunaraq, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs İbrahimov Firuz Akif oğlunun, onun vəkili X5 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş 14.09.2020-ci il tarixli hərrac qanunvericiliyin tələbləri позулмамыш, bütün prosessual hərəkətlərя ямял едилмишдир. Иддиачынын яризясиндя эюстярдикляри формал ясаслардыр вя щярраъын ляьви цчцн щеч бир ясас йохдур. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 14.09.2020-ci il tarixli müqavilənin surətinə əsasən İddiaçı məxsus Hacıqabul şəhəri, Nəsimi küçəsində yerləşən 36 saylı fərdi yaşayış evinin Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: Cavabdeh tərəfindən alıcı İbrahimov Firuz Akif oğlu 21150,00 manata satılmışdır; Hərracın yekunları barədə 14.09.2020-ci il tarixli, 54 nömrəli protokolunun surətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.06.2019-cu il tarixli, 2(102)-4713/2019 saylı icra vərəqəsi və Binəqədi rayon icra və probasiya şöbəsinin 19.03.2020-ci il tarixli, 17/68-112414-30 saylı sifariş məktubuna əsasən satış qiyməti 21150.000 manat, alış qiyməti 21150.00 manat və beh məbləği 1057,50 manat olan ipoteka predmetini təşkil edən Hacıqabul şəhəri, Nəsimi küçəsində yerləşən 36 saylı fərdi yaşayış evi 21150.00 manata qalib alıcı İbrahimov Firuz Akif oğlu əldə etmişdir; Cavabdeh-nin 12.08.2020-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.06.2019-cu il tarixli, 2(102)-4713/2019 saylı icra vərəqəsi və Binəqədi rayon icra və probasiya şöbəsinin 19.03.2020-ci il tarixli, 17/68-112414-30 saylı sifariş məktubuna əsasən ünvan 5 ünvanlı 3 otaqlı, 0,06 ha torpaq sahəsində ümumi sahəsi 104,7 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 23.500.000 manat olmaqla 27.08.2020-ci il tarixində, saat 11:00-da ünvan 6 ünvanında açıq hərracı keçiriləcəkdir. Hərracının keçirilməsinə dair “Kaspi” qəzetdə 12.08.2020-ci il tarixində elan dərc edilmişdir. Hərracdakı iştirak üçün beh məbləği 1175 manat təşkil edir; Cavabdeh-nin 28.08.2020-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.06.2019-cu il tarixli, 2(102)-4713/2019 saylı icra vərəqəsi və Binəqədi rayon icra və probasiya şöbəsinin 19.03.2020-ci il tarixli, 17/68-112414-30 saylı sifariş məktubuna əsasən ünvan 5 ünvanlı 3 otaqlı, 0,06 ha torpaq sahəsində ümumi sahəsi 104,7 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 23.500.000 manat olmaqla 14.09.2020-ci il tarixində, saat 11:00-da ünvan 6 ünvanında açıq hərracı keçiriləcəkdir. Hərracının keçirilməsinə dair “Kaspi” qəzetdə 11.09.2020-ci il tarixində elan dərc edilmişdir. Hərracdakı iştirak üçün beh məbləği 1057 manat təşkil edir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 5 nömrəli ümumi sahəsi 104,7 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində 30.12.2014-cü il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-(102)-4713/2019 nömrəli, 20 iyun 2019-cu il tarixli Qərarından görünür ki, Hacıqabul rayon Məhkəməsinin (hakim H.Əzizov) 19.10.2016-cı il tarixli, 2(071)-206/2016 nömrəli qətnaməsi ilə iddiaçı İbrahimov Firuz Akif oğlunun cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinin inşasına çəkilmiş xərc ilə bağlı pul” tələbinə dair iddiası qismən təmin edilərək, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1989-2014-cü illər ərzində inşasına sərf etdiyi tikinti və inşaat materiallarının pul ilə dəyəri 26399 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçı İbrahimov Firuz Akif oğluna verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-(102)-4713/2019 nömrəli, 20 iyun 2019-cu il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29.11.2017-ci il tarixli, 2(102)-8209/2017 nömrəli qərarı ilə iddiaçı İbrahimov Firuz Akif oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.07.2017-ci il tarixli, 2(106)-1208/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli, 2(106)-817/2018 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Hacıqabul rayon Məhkəməsinin 19.10.2016-cı il tarixli, 2(071)-206/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06.09.2018-ci il tarixli, 2(102)-5385/2018 nömrəli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.02.2019-cu il tarixli, 2(106)-392/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Hacıqabul rayon Məhkəməsinin 19.10.2016-cı il tarixli, 2(07l)-206/2016 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçı İbrahimov Firuz Akif oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət büdcəsindəki hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-(102)-4713/2019 nömrəli, 20 iyun 2019-cu il tarixli qərarı ilə iddiaçı İbrahimov Firuz Akif oğlunun kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.02.2019-cu il tarixli 2(106)- 392/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin inşasına sərf etdiyi tikinti və inşaat materiallarının dəyəri olan 26399 manat və 20 manat ödənilmiş dövlət rüsumu cavabdeh İddiaçı alınaraq iddiaçı İbrahimov Firuz Akif oğluna ödənilməsi qət edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 5 (yeni qaydalarla: AZ 2401 Hacıqabul şəhəri, İmadəddin Nəsimi küçəsi, ev 44) nömrəli ümumi sahəsi 104,7 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ kimi İbrahimov Firuz Akif oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində 15.01.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-(102)-4713/2019 nömrəli, 20 iyun 2019-cu il tarixli qərarı ilə iddiaçı İbrahimov Firuz Akif oğlunun kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.02.2019-cu il tarixli 2(106)-392/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin inşasına sərf etdiyi tikinti və inşaat materiallarının dəyəri olan 26399 manat və 20 manat ödənilmiş dövlət rüsumu cavabdeh İddiaçı alınaraq iddiaçı İbrahimov Firuz Akif oğluna ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən hərrac keçirilmiş, bu barədə iddiaçıya bildirişlər göndərilmiş, qəzetdə elanlar yerləşdirilmiş və İddiaçı məxsus Hacıqabul şəhəri, Nəsimi küçəsində yerləşən 36 saylı fərdi yaşayış evini alıcı İbrahimov Firuz Akif oğlu 21150,00 manata almışdır. İddiaçı hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, İddiaçı məxsus Hacıqabul şəhəri, Nəsimi küçəsində yerləşən 36 saylı fərdi yaşayış evi ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi əsassızdır və rədd edilməlidir. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh (Cavabdeh) "xxxx" MMC-yə qarşı (İbrahimov Firuz Akif oğlu və Binəqədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “hərracın keçirilməsi və hərracın hüquqi nəticələrinin etibarsızlığı” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh (Cavabdeh) "xxxx" MMC-yə qarşı (İbrahimov Firuz Akif oğlu və Binəqədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “hərracın keçirilməsi və hərracın hüquqi nəticələrinin etibarsızlığı” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar