Məhkəmə qərarları › İş №2(005)-3161/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3161/2023

26.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3161/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X24 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi (qanuni təmsilçisi) X7, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili X10, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı, "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “müqavilənin etibarsız hesab edilməsi, avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki iş açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 qarşı “müqavilənin etibarsız hesab edilməsi, avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlandığı qeyd olunan xx.xx.2013-ci il tarixli 24 nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış binasının zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və həmin sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirirlər ki, “Sahil-D Kompani“ MMC tərəfindən inşa olunmuş ünvan 1 ünvanında yerləşən 4 ədəd 24 mərtəbəli yaşayış binası AR Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sənədləşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismarına icazə verilmişdir. Bundan əlavə ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarının mənzil mülkiyyətçiləri (sakinləri) cavabdeh “Sahil-D Kompani" MMC-nin qanunsuz idarəetmə fəaliyyətinə xitam verilməsi məqsədilə 2022-ci ilin yanvar ayında “Xətai-33" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təsis etmiş və AR Ədliyyə Nazirliyinin Qeydiyyat Notariat Baş İdarəsində cəmiyyət 28 yanvar 2022-ci il tarixli, 1122-MM9-0230 qeydiyyat nömrəsi ilə rəsmi olaraq qeyri-kommersiya hüquqi şəxsi kimi qeydiyyata alınmaqla hüquqi şəxs statusu əldə etmiş, ona 1122-MM9-0230 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Mənzil mülkiyyətçilərinin qanunvericiliklə ümumi birgə mülkiyyəti hesab edilən binanın texniki zirzəmisi cavabdeh “Sahil-D Kompani" MMC tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə və mənzil mülkiyyətçiləri ilə razılaşdırmadan qanunsuz olaraq ayrı-ayrı şəxslərə saxta müqavilələr və maliyyə arayışları ilə satılmışdır. Sözügedən saxta müqavilələrdən biri də xx.xx.2013-cü il tarixli “Sahil-D Kompani" MMC ilə Cavabdeh arasında bağlanılan 24 nömrəli müqavilədir. Cavabdeh qeyd olunan müqavilə ilə ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının texniki zirzəmisində yerləşən qeyri yaşayış sahəsini “alaraq" həmin sahədə avtoyuma məntəqəsi yaratmışdır. Həmin avtoyuma məntəqəsinin tərəfindən dəfələrlə təhlükəli olduğu bildirilsə də, Cavabdeh oğu tərəfindən onun bağlanması ilə bağlı hər hansı tədbirlər görülməmişdir. Bildirmək istərdi ki, avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi binanın dayaqlarına kəskin şəkildə ziyan vurur və onun gələcəkdə hansı fəsadlara gətirib çıxaracağı məlum deyil. Sözügedən məsələ ilə bağlı tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və İqtisadiyyat Nazirliklərinə müraciət etmişlər və həmin qurumların cavabları da iddiaçının mövqeyini dəstəkləsə də konkret addımlar atılmamışdır. Həmin Nazirliklər tərəfindən iddiaçıya göndərilən cavab məktubları qoşmaya əlavə ediləcəkdir. Bununla yanaşı Bakı şəhəri Nərimanov rayon Məhkəməsində avtoyuma məntəqəsinin bağlanılması ilə bağlı “Sahil-D Kompani" MMC-yə qarşı tərəfindən iddia qaldırılmışdır. Həmin məhkəmə zaman məlum olmuşdur ki, “Sahil-D Kompani" MMC avtoyuma məntəqəsini Cavabdeh “satmışdır". Normal olaraq xx.xx.2022ci il tarixli Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə “Sahil-D Kompani" MMC-yə qarşı qaldırılan bu iddia rədd edilmiş və məhkəmədən iddiaçıya konkret alıcı Cavabdeh qarşı iddia qaldırmaq məsləhət görülmüşdür. xx.xx.2013-cü il tarixli müqavilədən iddiaçının, xx.xx.2022-ci il tarixli Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən bir neçə gün əvvəl məhkəməyə təqdim olunduğu üçün həmin tarixdə xəbəri olmuşdur. Bildirmək istərdi ki, avtoyuma məntəqəsi ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının texniki zirzəmisində yerləşir ki, bu da mənzil mülkiyyətçilərinin ümumi mülkiyyəti hesab olunur. Göründüyü kimi, avtoyuma məntəqəsinin yerləşdiyi qeyri-yaşayış sahəsi mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətidir və “Sahil-D Kompani“ MMC-nin həmin sahəni satmaq hüququ olmamışdır. Buradan da belə anlaşılır ki, xx.xx.2013-cü il tarixli əqd etibarsız olduğu üçün həmin qeyri yaşayış sahəsi üzrə fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyəti dayandırılmalı, həmin sahə boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Texniki zirzəmi ilə bağlı məsələ Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində də öz əksini tapmışdır. Həmin qətnamədə qeyd edilir: “Göründüyü kimi "xxxx" MMC-nin cavabdeh qismində göstərildiyi iddia üzrə ünvan 1 ünvanında yerləşən 1-ci, 2-ci, 3-cü və 4-cü yaşayış binalarının qeyri-yaşayış sahələrinə sakinlərin hüquqlarının məhkəmə qətnaməsi əsasında tanınmasına zərurət yoxdur. İddiaçı bu hüquqa hər hansı müdaxilə olunmasını və ya cavabdeh "xxxx" MMC tərəfindən hansı maneə yaradılmasını göstərməmiş, qanunda nəzərdə tutulmuş, mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınması tələbini irəli sürmüşdür. İddiaçının bu tələbi isə “Sahil-D Kompani" MMC-yə yönlənmişdir. Belə olan halda, mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınmasında iddiaçının hüquqi marağının nədən ibarət olması aydın deyil." Qətnamədən də aydın olur ki, avtoyuma məntəqəsinin yerləşdiyi sahə texniki zirzəmidi və mənzil mülkiyyətçilərinin ümumi əmlakıdır. Bununla yanaşı bildirmək istərdi ki, texniki zirzəmidə fəaliyyət göstərən avtoyuma məntəqəsi binanın özülünə kəskin zərər vurur ki, bu da orada yaşayan minlərlə insanın həyat və sağlamlığını sual altında qoyur. Son günlərdə dünyada və Azərbaycanda baş verən təbii fəlakətlərə binanın dözməyi üçün həmin avtoyuma məntəqəsinin bağlanılması artıq qaçılmaz hala gəmişdir. 2023-cü ilin fevralın 6-da Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələ nəticəsində 50 mindən artıq insan həyatını itirmiş, on minlərlə insan yaralanmışdır. Dağıntılar altında qalan insanların sayı isə bəlli deyil. Yaxın günlərdə Bakı şəhəri yaxınlığındada 5.5 bal şiddətində zəlzələ baş vermiş və binanın sakinləri küçəyə axışmışdır. Bütün bu sadalanan hallar saxta müqavilə ilə sahibkarlıq fəaliyyəti göstərən şəxsin minlərlə insanın həyat və sağlamlığını necə təhdid etdiyini göstərir və ümid edirlər ki, bu məsələyə məhkəmə hüquqi qiymət verəcəkdir. Məhkəmə hazırlıq iclasında "xxxx" MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (qanuni təmsilçisi) X15 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlilləri üzrə izahat verib, bildirdi ki, mübahisəli zirzəmi sahəsində binanın sakinlərinə məxsus elektrik sayğacları mövcuddur. Naqillərə su damcıları düşərsə, qısa qapanma olması ehtimalı yüksəkdir. Eyni zamanda "xxxx" MMC bilərəkdən aldatma nəticəsində həmin ərazini satmışdır. Dəfələrlə bununla bağlı MMC-yə müraciət etsək də, heç bir nəticə verməmişdir. İddia tələbləri əsaslıdır, bu səbəbdən də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili X17 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olmasına dair yazılı etiraz təqdim edib, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, bildirir ki, məhkəmənin icraatında İddiaçı MMMC-nin tərəfindən «əqdin etibarsız hesab edilməsi, avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və qeyri-yaşayış sahəsinin boşadılması barədə» iddia ərizəsi daxil edilmişdir, həmin iddia ərizə ilə cavabdeh tərəfindən nəzərdən keçirdikdən sonra cavabdehə məlum oldu ki, şikayət konkret olaraq maddi və prosessual qanunvericiliyə uyğun tərtib edilməmişdir və nəzərə alınmamışdır ki, eyni predmet və mahiyyəti üzrə “22” noyabr 2022-ci il tarixli Nərimanov rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş. Həmçinin də hal-hazırda iddiaçı ilə "xxxx" MMC arasında iddiaçının Ədliyyə Nazirliyində qeydiyyatdan qanunsuz keçirilməsinə dair Bakı Apellyasiya Məhkəməsində çəkişmə davam etməkdədir, bu da ona dəlalət edir ki, tərtib edilmiş iddia ərizəsi absurd və cəfəngiyat bir ərizədir, ona görə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 2 ünvanda 4 ədəd, 24 mərtəbəli yaşayış binası tikilmişdir və həmin binaların 1 və 2-ci mərtəbələrində qeyri-yaşayış sahələri, qalan mərtəbələrdə isə mənzillər yerləşir, həmin binaların zirzəmisində qeyri-yaşayış və qaraj sahələri mövcuddur. Göstərilən ünvanda yerləşən binalar, yəni 4 ədəd bina Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmərtəbəli istismarına binalarn icazə verilməsinin sənədləşdirilməsi haqqında” “19” fevral 2019-cu il tarixli, 529 saylı Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi ilə istismara verilmişdir. Binanın zirzəmisi tam şəkildə abadlaşdırılmışdır. 2 və 3 saylı binaların arasında, zirzəmi hissəsində yerləşən 226,0 kv.metr qeyri-yaşayış sahəsi "xxxx" ilə Cavabdeh arasında imzalanmış xx.xx.2013-cü il tarixli müqavilə ilə sonuncuya satılmışdır. Cavabdeh tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsi tam abadlaşdırılmış, su-kanalizasiya, elektrik sistemləri quraşdırılmış və onlara texniki şərtlər alınmışdır, həmin qeyri-yaşayış sahəsində avtoyuma xidməti göstərir. 1,2,3 və 4 saylı binalarda yaşayan bir qrup “işbaz”, həmin binalarda yaşayan sakinlərdən külli miqdarda yığdıqları pulları ört-basdır etmək üçün, saxta sənədlər əsasında 28 yanvar 2022-ci ildə "xxxx" MMMC-ni yaratmış (yaradılmış qanunsuz MMMC ilə əlaqədar Ədliyyə Nazirliyi ilə "xxxx" MMC arasında Bakı Apellyasiya Məhkəməsində çəkişmə davam etməkdədir) və buna baxmayaraq onlar öz fəaliyyətlərini qanunsuz davam edirlər. Belə ki, MMMC-nin üzvləri, başda Söhrab Əliyev və Mirzağa Ağayev olmaqla həmin binalarda qeyri-yaşayış sahələrinin sahiblərindən pul toplamağa başlamışlar. Onlar Cavabdeh da pul tələb edəndə, o,rədd cavabı vermişdir. Bundan sonra İddiaçı MMMC-nin adından Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək yuxarıda qeyd olunan xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsini tələb etmişlər, Nərimanov rayon Məhkəməsi iddia ərizəsini və cavabdehlərin təqdin etdiyi sübutları araşdıraraq 2(005)-3040/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnamə çıxarmış (hakim Aytən xanım Novruzova.) və iddia ərizəsi təmin edilməmişdir, baxmayaraq ki, iddiaçı hazırkı iddia ərizəsində həmin qətnaməni təhrif etməklə saxtakarlıqla qətnamədə olan sitatlardan istifadə etməklə məhkəməni aldatmağa çalışır. Bununla yanaşı onlar saxtakarlıqlarına davam etməklə müxtəlif dövlət qurumlarına şikayət məktubları ilə müraciət etmişlər və yoxlama aparan qurumlar isə hər hansı bir pozuntunun olasını müşahidə etməmişlər (cavab məktubları iddia ərizəsinə əlavə edilmişdir). Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili X6 iddia tələbinin əsassız olduğunu bildirib, müqavilənin qanunvericiliyin tələblərinə uyğun olduğunu, bundan əlavə 2006-cı ildə mənzilə, qeyriyaşayış sahəsinə dair bağlanılan müqavilələrin də mövcud olduğunu, müəssisəsinin 4 təsisçisinin türk, 1 təsisçisi isə əvvəllər həbsdə olduğunu, 2015-ci ildən müəssisənin direktorunun özünün olduğunu və həmin dövrdən təsisçilər arasında mübahisələrin davam etdiyini, 2013-cü ildə "xxxx" MMC mövcud olmadığını və şirkətin mülkiyyətçilər qarşısında heç bir öhdəliyinin olmadığını, zirzəminin əmlak kimi ayrı-ayrı şəxslərə satıldığını, mübahisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin də rəyi olduğunu bildirib, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Ədliyyə Nazirliyi X1 reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, məhəllə 1156, mənzil 23 (yeni qaydalarla : AZ1025, ünvan 3 ünvanında fəaliyyət göstərən “Xətai-33" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 05/1427-14 qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 24 saylı müqaviləyə və eyni tarixli maliyyə arayışına əsasən, "xxxx" MMC-nin direktoru X3 Cavanşir Murad oğluna ünvan 1, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv/m-dən ibarət olan qeyri-yaşayış sahəsini 140 000 manat qarşılığında verməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, çoxmənzilli binaların idarə olunması ilə bağlı ayrı-ayrı vətəndaşlardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə daxil olmuş ərizə və şikayətlərdə, şifahi müraciətlərdə, o cümlədən telefon əlaqəsi zaman, bir sıra binalarda ümumi əmlaka aid edilən, mənzillərin hissəsi olmayan va binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan girişlərin, dəhlizlərin, pilləkən meydançalarının., çardaqların, zirzəmilərin xüsusilə de binaya məxsus həyətyanı, sahələrin müxtəlif şəxslər tərəfindən fərdi istifadə üçün zəbt olunması, o cümlədən sözügedən obyektlərdə tikinti işlərinin həyata keçirilməsi, qeyri-yaşayış sahələrinin binanın ümumi əmlakı hesabına genişlendirilməsi, müxtəlif qurğu və avadanlıqların quraşdırılması hallarının mövcudluğu qeyd olunur. Bu isə nəticədə mənzil mülkiyyətçilərinin qanunvericilikle müəyyən olunmuş hüquqlarının pozulması ilə yanaşı, sahe mülkiyyətçiləri arasında anlaşılmazlıqlara və mübahisələrə gətirib çıxarır, habelə idarəedicilərin fəaliyyətindən narazılıq yaradır. Eyni zamanda ümumi əmlakın özbaşına zəbt olunması və əlavə tikinti-quraşdırma işlərinin aparılması ümumi ərazilərdə, dəhlizlərdə giriş-çıxış imkanlarını məhdudlaşdırmaqla fövqəladə hallarda, o cümlədən yanğın zamanı insan həyatı üçün təhlükəyə səbəb olur. Lakin, binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri (MMMC) bir çox hallarda yuxanda qeyd olunan nöqsanların qarşısını almır, bazan ümumi əmlakın ayrı-ayrı şəxslər tərəfindən zəbt edilməsinə şərait yaradır ki, bu da öz növbəsində pozulmasına və məsuliyyətə səbəb olur. Qeyd olunanlar eləcə də vətəndaş məmnunluğunun təmin olunmasının vacibliyi nəzərə alınaraq, idarəetməsini həyata keçirdiyiniz çoxmənzilli binalarda ümumi paylı mülkiyyət hüququ ilə sahə mülkiyyətçilərinə məxsus olan ümumi əmlakdan istifadə zamanı qanunvericiliyin, xüsusilə də MM-nin tələblərinə ciddi şəkildə əməl olunması, yuxarıda qeyd olunan halların qarşısının alınması və aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi zəruri hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin məktubundan görünür ki, Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X14 Agentliyinin əməkdaşları tərəfindən sözügedən obyektə baxış keçirilmiş, obyektdə maye və təbii qazdan istifadə edilmədiyi müəyyən edilmişdir. Nazirliyin X18 Xidmətinin əməkdaşları tərəfindən '‘Xətal-33” MMMC-yə məxsus 24 mərtəbəli yaşayış binalarının zirzəmi mərtəbələrində vizual baxış keçirilərkən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılma sənədləri təqdim edilmədən avtomobil dayanacağının bir hissəsində təyinatı dəyişdirilərək 2 ədəd avtoyuma məntəqəsi, 3 ədəd avtoxidmət məntəqəsi, 1 ədəd idman zalı ve 1 ədəd anbarın fəaliyyət göstərdiyi, həmçinin obyektlərin istismarının X18 Xidməti ilə razılaşdırılmadığı, elektrik təchizatının “X2 Qaydalarımın tələblərinə uyğun quraşdırılmadığı, yanğın xəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin İddiaçınə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Nazirliyin aidiyyeti qurumları tərəfindən araşdırma işləri aparılmış və aşağıdakılar müəyyən edilmişdir: - Nazirliyin Tikintidə Təhlükəsizliyə X9 mütəxəssislər tərəfindən yerində araşdırma işləri aparılmış, nəticədə binaların zirzəmi hissəsində təyinatına uyğun olmayan 2 ədəd avtoyuma va 1 ədəd maşın söküntüsü ilə məşğul olan obyektin fəaliyyət göstərməsi təsdiq edilmişdir. Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X14 Agentliyinin əməkdaşlar tərəfindən sözügedən obyektə baxış keçirilmiş, obyektdə maye ve təbii qazdan istifadə edilmədiyi müəyyən edilmişdir. Nazirliyin Dövlət Yanğin Nəzarəti Xidmətinin əməkdaşlar tərəfindən "xxxx" MMMC-yə məxsus 24 mərtəbəli yasayiş binalarının zirzəmi mərtəbələrində vizual baxiş keçirilərkən müvafiq icra hakimiyyəti organlar ilə razılaşdırılma sənədləri təqdim edilmədən avtomobil dayanacağının bir hissəsində təyinat dəyişərək 2 ədəd avtoyuma məəntəqəsi, 3 ədəd avtoxidmət məntəqəsi, 1 ədəd idman zalı və 1 ədəd anbarin fəaliyyət göstərdiyi, həmçinin obyektlərin istismarının X18 Xidməti ilə razilaşsdırılmadığı, elektrik təchizatının "X2 Qaydaları"nın tələblərinə uyğun qurasdırılmadığı, yanğın xəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmadığıi müəyyən edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3040/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMMC-nin cavabdeh "xxxx"-yə qarşı "mənzil mülkiyyətçilərin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin bağlanması" tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə iclasında müəyyən edildi ki, “Xətai-33" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 05/1427-14 qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə AR Ədliyyə Nazirliyi X1 reyestrində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin direktoru X13 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 24 saylı müqaviləyə əsasən, "xxxx" MMC ünvan 1, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv/m-dən ibarət olan qeyri-yaşayış sahəsini 140 000 manat qarşılığında verməyi öhdəsinə götürmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3040/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMMC-nin cavabdeh "xxxx"-yə qarşı "mənzil mülkiyyətçilərin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin bağlanması" tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Hazırda məhkəmədə mübahisələndirilən hallar aşağıdakılardır.

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlandığı qeyd olunan xx.xx.2013-ci il tarixli 24 nömrəli müqavilənin etibarsız hesab edilməsi;

2. həmin müqavilə əsasında ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış binasının zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və həmin sahəsinin boşaldılması. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi tərəflər arasında bağlanmış razılaşmanın etibarsızlığı ilə bağlı olduğundan, ümumilikdə əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması zəruridir; belə ki, mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Konstitusiya Məhkəməsi Plenumunun əqdlərin etibarlılığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Göründüyü kimi, əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür. Mülki Məcəllənin etibarsız əqdlər anlayışını müəyyən edən 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Göründüyü kimi, əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür. Mülki Məcəllənin etibarsız əqdlər anlayışını müəyyən edən 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiyası: 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.6-cı maddəsinə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1-vacib əhəmiyyətli yanılma, 2-aldatma, 3-təhdid edilmə (hədələnmə). Aldatma, əqdin tərəflərindən birində qəsdən səhv bir qənaət və təsəvvür əmələ gətirərək, ya da ondakı səhv qənaət və təsəvvürü davam etdirərək onun həmin bu səhv təsəvvürə görə əqd bağlamasına səbəb olmaqdır. Belə olanda müəyyən olunur ki, aldatma əslində əqdin bir tərəfinin qəsdən yanılmasına səbəb olmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə bildirir ki, işin faktiki hallarının məcmusundan göründüyü kimi, mübahisələndirilən zirzəmi sahəsi iddiaçı “Xətai-33" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə məxsusdur. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3040/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, "xxxx" MMCnin cavabdeh qismində göstərildiyi iddia üzrə ünvan 1 ünvanında yerləşən 1-ci , 2-ci, 3-cü və 4-cü yaşayış binalarının qeyri-yaşayış sahələrinə sakinlərin hüquqlarının məhkəmə qətnaməsi əsasında tanınmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsinin tələbi baxımından çoxmənzilli binanın ümumi əmlakı olan sahəyə, yəni zirzəmiyə bütün paylı mülkiyyətçilərin hüquqları mövcuddur, zirzəmi çoxmənzilli binanın ümumi əmlakı olan sahədir. İddiaçı bu hüquqa hər hansı müdaxilə olunmasını və ya cavabdeh “Sahil-D Kompani" MMC tərəfindən hansı maneə yaradılmasını göstərməmiş, qanunda nəzərdə tutulmuş, mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınması tələbini irəli sürmüşdür. İddiaçının bu tələbi isə "xxxx" MMC-yə yönlənmişdir. Belə olan halda, mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınmasında iddiaçının hüquqi marağının nədən ibarət olması aydın deyil. Bu baxımdan, məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 4 ədəd 462 mənzilli 24 mərtəbəli 1-ci , 2-ci, 3-cü və 4-cü yaşayış binalarının texniki zirzəmiləri çoxmənzilli binanın paylı mülkiyyətçilərinin ümumi əmlakı olduğundan, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququnun pozulması müəyyən edilmədiyindən, pozulmamış hüququn bərpası və onun məhkəmə müdafiəsi də mümkün deyildir. Məhkəmə «2-ci və 3-cü binaların texniki zirzəmisində fəaliyyət göstərən “Carbeauty" palirovka və avtoyuma məntəqəsinin bağlanması» hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, texniki zirzəmisində fəaliyyət göstərən “Carbeauty” palirovka və avtoyuma məntəqələrinin bağlanması tələbini irəli sürən iddiaçı həmin tələbini, iş üzrə 3cü şəxslərə qarşı deyil, “Sahil-D Kompani’ MMC-yə qarşı yönəltmişdir. Halbuki həmin qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə müvafiq müqavilələr bağlanmış, iş üzrə 3-cü şəxslər Cavabdeh, X11 və digərləri MMC-yə pay haqqını ödəmişdir. Həmin müqavilələr mövcud olduğu halda. “Carbeauty" palirovka və avtoyuma məntəqəsinin bağlanması barədə iddiaçının tələbi təmin oluna bilməz. Göründüyü kimi, mübahisələndirilən müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən bağlanılmışdır. Belə ki, "xxxx" MMC-nin direktoru X13 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 24 saylı müqavilənin bağlanmasında lazımi subyektlərin iştirakı olmamışdır. Belə olan halda müqavilənin etibarlı olması üçün həmin müqavilənin subyekt tərkibinə dair şərt pozulmuşdur. Bundan başqa məhkəmə onu da vurğulayır ki, xx.xx.2013-cü il tarixli 24 saylı müqavilənin digər tərəfi hazırki iş üzrə üçüncü şəxs "xxxx" MMC olmuşdur. Hazırki mülki iş üzrə prosessual hüquqi baxımından statusu cavabdeh olsa da, üçüncü şəxs kimi mülki işə cəlb edilmiş (məhkəmə tərəfindən iddiaçıya cavabdeh qismində cəlb edilməsi təklif olunmuş, lakin iddiaçı razı olmamışdır), bununla da sonuncu məhkəmə iclaslarında iştirak etmiş, iddia ilə bağlı nümayəndəsi öz mövqeyini bildirmiş, bu baxımdan da üçüncü şəxs cavabdeh kimi cəlb edilməsə də, əslində mülki prosessual hüquq baxımından həmin statusda olmuşdur. Məhz buna görə də məhkəmə hesab edir ki, "xxxx" MMC-nin cavabdeh deyil, üçüncü şəxs kimi cəlb edilməsi hazırki halda hüquqi əhəmiyyət kəsb etmir, yəni mübahisənin məğzini dəyişmir. Bu səbəbdən də məhkəmənin mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli müqavilənin əqdin subyekt tərkibinə dair şərtin pozulması nəticəsində bağlanılmasına yuxarıda sadalanan qanunvericilik normalarına, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarlarındakı mövqeyinə əsaslanaraq hüquqi qiymət verməsi qanunamüvafiqdir. Belə olan halda məhkəmə, işin faktiki halları çərçivəsində araşdırma apararaq və işdə olan sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, mübahisəli zirzəminin satılmasına dair "xxxx" MMC Cavabdehla müqavilə bağlayarkən, səlahiyyətli şəxs olaraq çıxış etməmişdir. Bundan başqa məhkəmə üçüncü şəxsin etirazının dəlili kimi istinad etdiyi “müqavilənin bağlandığı vaxt MMMC-nin olmadığı” barədə məsələyə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə təcrübəsində "xxxx" MMC-də qanuni əsaslarla müqavilə bağlayaraq mənzilin inşasının yekunlaşmasını gözləyən vətəndaşlar sonradan həmin mənzilə arxa tarixə tərtib edilmiş saxta müqavilələrin qurbanına çevrilməsi hallarına əksər hallarda rast gəlindiyi hər kəsə məlumdur, bu baxımdan mülki işlərə baxılması təcrübəsi göstərir ki, "xxxx" MMC-də analoji halların tez-tez təkrarlanması adi hal almışdır. Belə olan halda üçüncü şəxslə Cavabdeh mübahisəli əqd bağlanarkən vicdanlı hərəkət etməsi yəni, müqavilənin məhz 2013-cü il tarixdə bağlanması inandırıcı deyildir. Bundan əlavə düşünülsə ki, hətta həmin müqavilə 2013-cü il tarixdə bağlanmışdır, yenə də üçüncü şəxs "xxxx" MMC-nin belə bir müqavilə bağlama hüququ mövcud olmamışdır. Çünki Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsinin tələbi baxımından çoxmənzilli binanın ümumi əmlakı olan sahəyə, yəni zirzəmiyə bütün paylı mülkiyyətçilərin hüquqları mövcuddur, zirzəmi çoxmənzilli binanın ümumi əmlakı olan sahədir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Beləliklə, məhkəmə yuxarıda sadalanan faktiki halların kontekstində hesab edir ki, iddia tələbi xx.xx.2013-cü il tarixli 24 saylı müqavilənin etibarsız hesab edilməsi hissəsində əsaslıdır, Cavabdeh ilə üçüncü şəxs "xxxx" MMC arasında bağlanmış ünvan 1, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv/m-dən ibarət olan qeyriyaşayış sahəsinin verilməsinə dair müqavilə etibarsız hesab edilməlidir. Eyni zamanda, cavabdehə münasibətdə MM-in 337.5-ci maddəsinin qaydaları tətbiq edilməlidir. Habelə Cavabdeh nümayəndəsi və vəkili X17 tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. Belə ki, cavadehin nümayəndəsi iddiaçının müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyünü göstərməklə hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqinə dair ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin nümayəndəsi müddətin tətbiqi barədə ərizə vermişdir və bu baxımdan məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətin hüquqi mahiyyətindən asılı olmayaraq, bu məsələyə hüquqi qiymət verilməlidir. Maddənin məzmunundan göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Konstitusiya Məhkəməsi Plenumunun həmin maddə ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərar). Göründüyü kimi, hazırki iş üzrə fərdi-müəyyən əşyaya dair bağlanmış əqd əhəmiyyətsiz əqd olmaqla Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlərin təsir dairəsinə düşmür. Həmçinin Mülki Məcəllənin 384.0.4-cü maddəsinə uyğun olaraq mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Eyni zamanda o da qeyd edilməlidir ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq mənzil mülkiyyətçilərinin hüquqlarının tanınmasını xahiş etmiş və həmin məhkəmə prosesində mübahisəli zirzəminin üçüncü şəxsə satıldığını öyrənmişdir. Hazırkı iddia isə xx.xx.2023-cü il tarixdə qaldırılmışdır. Məhkəmə iddia tələbinin “avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və həmin sahəsinin boşaldılması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Göründüyü kimi, hazırda ünvan 1, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv/m-dən ibarət olan qeyri-yaşayış sahəsinə “Xətai-33" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə məxsus olan ümumi əmlak sahəsidir. Həmin sahə hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən avtoyuma məntəqəsi kimi istifadə edilir. İddiaçı avtoyuma məntəqəsinin fəaliyyət göstərməsinin həmin binada yaşayan minlərlə insanın həyat və sağlamlığına təhlükə yaratdığını bildirir, həmin sahədən qanunvericiliyin tələblərinə əsasən MMMC-nin mənafeləri üçün istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ilə üçüncü şəxs "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 24 saylı müqavilə etibarsız hesab edilməli, ünvan 1, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv/m-dən ibarət olan qeyri-yaşayış sahəsində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyəti dayandırılmalı və həmin sahə boşaldılmalı, üçüncü şəxs "xxxx" MMC-dən 140000 (yüz qırx min) manat (MM-n 337.5-ci maddəsinə əsasən) alınaraq Cavabdeh verilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 24 saylı müqavilə etibarsız hesab edilsin, ünvan 1, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv/m-dən ibarət olan qeyri-yaşayış sahəsində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyəti dayandırılsın və həmin sahə boşaldılsın. "xxxx" MMC-dən 140000 (yüz qırx min) manat (MM-n 337.5-ci maddəsinə əsasən) alınaraq Cavabdeh verilsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınsın və İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar