Məhkəmə qərarları › İş №2(005)-3207/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3207/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3207/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “X3“ Təhsil Kompleksinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “X3“Təhsil Kompleksinin cavabdeh X8rşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X3“Təhsil Kompleksi cavabdeh X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və cavabdeh X10 arasında bağlanmış 743 saylı, 02.07.2019-cu il tarixli təhsilin təşkili müqaviləsinə əsasən 2814 (iki min səkkiz yüz on dörd) manat borcun, 80 (səksən) manat vəkil xərcinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 2924 (iki min doqquz yüz iyirmi dörd) manatın birdəfəlik şəkildə cavabdeh X6 tutularaq iddiaçı İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “X3“ Təhsil Kompleksinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, işə məhkəmədə baxıldığı zaman cavabdeh tərəfindən 13.08.2021-ci il tarixdə 2000 manat məbləğində ödəniş edilmişdir. Buna görə də, hazırki iş üzrə iddia tələbinin həcminin azaldılmasına zərurət yaranmışdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən,iddia tələbinin həcmini azaldaraq, cavabdehdən, 924 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X3“ TƏHSİL KOMPLEKSİ iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (əvvəllər Bakı İstedadlar Təhsil Kompleksi) ilə cavabdeh X10 arasında Josiah Ofalia ilə bağlı 743 saylı, 02 iyul 2019-cu il tarixli Təhsilin təşkili müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır.Həmin Müqavilənin 3.1-ci maddəsinə əsasən cavabdehin oğlu Josiah Ofailə İddiaçı orta təhsil bölməsində təhsil aldığına görə cavabdeh iddiaçıya 2019-2020-ci (sentyabr 2019-iyul 2020) təhsil ilinə görə 16500 (on altı min beş yüz) manat təhsil haqqı ödəməli idi. Məktəblə valideyn arasında olan razılaşmaya əsasən, təhsil haqqına 70 faiz endirim tətbiq olunmaqla, təhsil haqqının qiyməti 4950 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən cəmi 2136 manat ödəniş edilmişdir. Cavabdehin övladı 2019-2020 tədris ili ərzində İddiaçındə tədris alsa da, Müqavilə üzrə iddiaçıya 2814 manat borcu qalmışdır.Cavabdehlə dəfələrlə əlaqə saxlanılsa da, o, İddiaçınə olan borcunu ödəməkdən boyun qaçırmışdır və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "X3” Təhsil Kompleksi ilə şagird Josiah Ofalianın valideyni X10 arasında bağlanmış 02.07.2019-cu il tarixli, 743 saylı Tam orta təhsil xidməti haqqında müqavilədən görünür ki, 2019- 2020-ci tədris ili üçün təhsil haqqı şagird üçün 16500 manat təşkil edir; "X3” Təhsil Kompleksi tərəfindən verilmiş 23.04.2021-ci il tarixli maliyyə arayışına əsasən şagird üçün müqavilə üzrə ödənilməli olan 16500 manat təhsil haqqından valideyn X10 tərəfindən qalıq borcu 2814 manat təşkil edir; "xxxx" ASC-nin hesabdan çıxarışının surətindən görünür ki, X10 tərəfindən 13.08.2021-ci il tarixdə 2000 azn ödəniş edilmişdir; 31.05.2021-ci il tarixli ödəniş qəbzinə əsasən “X3“ TƏHSİL KOMPLEKSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "X3” TƏHSİL KOMPLEKSİ ilə cavabdeh X2 arasında bağlanmış 02.07.2019-cu il tarixli müqaviləyə əsasən 2019-2020-ci tədris ili üçün təhsil haqqı şagird üçün 16500 manat təşkil etmişdir. Cavabdeh müqavilədən vaxtından əvvəl imtina etməmişdir. Məhkəmə baxışı gedişində cavabdeh 2000 manat ödəniş etmiş, iddiaçı daha sonradan iddia ərizəsinə dəqiqləşdirmə verərək qalıq borcun 814 manat qalıq borc, 80 (səksən) manat vəkil xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması tələbini irəli sürmüşdür. Cavabdeh təhsil haqqının qalan hissəsini ödəməkdən imtina etmiş, iddiaçı tərəf məhkəməyə müraciət etməkdən əvvəl cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. Məhkəmə eyni zamanda, iddianın hüquqi xidmətlərə görə 80 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Q eyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, cavabdehdən ağlabatan məbləğdə, yəni 80 manat məbləğində tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X7 02.07.2019-cu il tarixli müqavilə üzrə 814 manat məbləğində pul, 80 manat hüquqi yardım xərci, habelə 30 manat məbləğində dövlət rüsumu "X3” Təhsil Kompleksinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X7 İddiaçı-nin xeyrinə 814 manat məbləğində pul, 80 manat hüquqi yardım xərci, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 924 (doqquz yüz iyirmi dörd) manat məbləğində təhsil haqqı borcu və tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar