Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3210/2022 18.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı Cavabdeh qarşı “atadan miras qalmış paydan icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “atadan miras qalmış paydan icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti 99 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəsindən 2021-ci ilin sentyabr ayından qətnamə qəbul edilən tarixədək ona çatacaq icarə haqqı payının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə əsasən Cavabdeh ünvan 2 ünvanda qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 39.1 və 39.2-ci maddələrinə əsaslanaraq əmlakın yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət etmişdir. Lakin iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı cavabdehdən atalarından miras qalmış əmlakın icarəyə verilməsindən əldə olunan gəlirdən pay tələb edir. İstinad olunan maddələrdə isə müvafiq məzmunlu iddianın müstəsna aidiyyət normalarına uyğun olaraq verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki-Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş prosessual normaların tələblərinə uyğun olaraq, müstəsna aidiyyət qaydalarını müəyyən edən maddənin tətbiq edilməsi üçün əsas olmadığından ərizə geri qaytarılmalı və iddiaçı hazırkı iddia tələbi ilə cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı atadan miras qalmış paydan icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya ərazi aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3210/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3210/2022
18.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver