Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3214/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, Ərizəçi “hüquq müəyyən edici sənədin şəxsə məxsus olması və qohumluq faktı” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətini yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi və Maraqlı şəxs1 maraqlı şəxs qismində qeyd etməklə “hüquq müəyyən edici sənədin şəxsə məxsus olması və qohumluq faktı” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Arxivində göstərilən X2 onun həyat yoldaşı X7 olması faktının, həmçinin onun sənəddə göstərilən səhvən yazılan X1 şəxsin, həyat yoldaşı X7 ilə eyni şəxs olması faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 16.06.2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, ərizəçi X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən bağ sahəsi barədə məlumat və sənəd surətlərinin verilməsi ilə bağlı müraciət etmiş, Bakı Şəhər İcra Hakimiyyətinin 22.12.1989cu il tarixli 14/519 nömrəli qərarı ilə 134 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında Sabunçu rayonu, Ləhiş bağlar massivində torpaq (bağ) sahəsi ayrılmasına dair X3 adı göstərilmişdir. Bildirilir ki, arxiv qovluğunda mövcud olan siyahıda soyadda düzəliş edilmiş, lakin düzəliş səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir, sorğuda bəhs edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd (order) təqdim edilmədiyindən bağ sahəsi barədə məlumat verilməsi mümkün olmamışdır. Hazırki halda ərizəçinin ərizəsinin məzmunundan aydın olur ki, onun tələbi Bakı şəhəri X5 22.12.1989-cu il tarixli qərarında qeyd edilmiş X6 ilə X3 eyni şəxs olmasına dair hüquqi faktın müəyyən edilməsindən ibarətdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Göründüyü kimi belə olan halda, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə fakt müəyyən edilərsə, o hər hansı hüquqi nəticə doğurmayacaq, üstəlik də ərizəçinin tələbinin digər hissəsinin yəni, “Azərbaycan Respublikası Dövlət Arxivində göstərilən X2 onun həyat yoldaşı (əri) olması” faktının müəyyən edilməsi ərizənin təmin edilməsinin gələcək uğurluluq ehtimalını da mümkünsüz edir. Digər tərəfdən əgər ərizəçi tərəfindən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı lazımi tələblə müraciət edilərsə, ərizəçinin bu hissədəki tələbinə zərurət belə qalmayacaq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarını və mülki prosessual qanunvericiliyinin tələblərini əsas götürərək, hesab edirəm ki, Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətini yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Maraqlı şəxs1 maraqlı şəxs qismində qeyd etməklə “hüquq müəyyən edici sənədin şəxsə məxsus olması və qohumluq faktı” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, ərizəçiyə izah olunmalıdır ki, o, “Bakı şəhəri X5 22.12.1989-cu il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinə dair müvafiq sənədlərin X4 məxsus olması faktının müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətini yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi və Maraqlı şəxs1 maraqlı şəxs qismində qeyd etməklə “hüquq müəyyən edici sənədin şəxsə məxsus olması və qohumluq faktı” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3214/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3214/2021
08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver