Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-104/2023 13.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi və Ərizəçi nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə Ərizəçi «qohumluq faktının və hüququ müəyyən edən sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə» dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 01 dekabr 2022-ci il tarixdə ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət edərək 20 iyul 2019-cu ildə Astara rayonunun Ərçivan qəsəbəsində vəfat etmiş X10 ilə onun, yəni Ərizəçi doğma bacı dərəcəsində qohumluq faktının və Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il tarixli 06 saylı qərarı əsasında X5 adına verilmiş 2095 m2 və 69 m2 kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ilə bağlı “Torpaq sahəsinin planı və ölçüsünə dair” sənədlərin X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırılmışdır ki, atası X4 1929-cu ildə anası X8 ilə faktiki nikah münasibətinə daxil olmaqla, 1963-cü ilə kimi ər-arvad olaraq yaşamışlar. Həmin ərarvadlıq münasibətindən o - Ərizəçi xx xxxxxx 1930-cu ildə, X3 isə 27 dekabr 1938-ci ildə anadan olmuşdur. X3 20 iyul 2019-cu ildə vəfat etmişdir. Həmin xüsusatları Astara rayon İHB-nin Ərçivan qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli 2402 saylı arayış və Maraqlı şəxs tərəfindən X6 ölüm tarixi barədə verilən 19 oktyabr 2022-ci il tarixli arayış bir daha təsdiq edir. Yaxın keçmişdə o, nümayəndəsi olan Nümayəndə vasitəsilə Astara rayon Notariat Kontoruna müraciət etməklə bacısı Suğra Məmmədovanın adına olan, yəni Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il tarixli 06 saylı qərarı əsasında, ayrı-ayrılıqda adına verilmiş 2095 m2 və 69 m2 kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ilə əlaqədar adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin notarius bütün zəruri sənədlərlə yanaşı, eyni zamanda onun X10 ilə doğma bacı olduğunu təsdiq edə biləcək doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərini tələb etmişdir. Bununla əlaqədar o, Astara rayon Dövlət Arxivinə müraciət etməklə adlarına olan doğum şəhadətnamələrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin həmin illər üzrə doğum akt qeydlərinin saxlanılmadığı müəyyən edilmişdir. Bundan əlavə qeyd edir ki, bacısı Suğra Məmmədovanın adına verilmiş 2095 m2 və 69 m2 pay torpaq sahələri ilə əlaqədar verilən sənədlərdə sonuncunun soyadı və adı düzgün qeyd olunsa da, ata adı “Xanməd” yazılmaqdansa, “Məmməd” yazılmışdır. Ona görə də hazırda onunla X3nın doğma bacı dərəcəsində qohumluq faktının müəyyən edilməsi və eləcə də Astara rayon Aqrar İslahat Komissiyası tərəfindən X5 adına verilmiş 24 noyabr 2003-cü il tarixli 06 saylı qərarların X3na məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edir. Hər iki faktın müəyyən edilməsinin zəruriliyi X3nın ölümündən sonra vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlıdır. Ona görə də ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Maraqlı şəxs rəisi məhkəmə baxışı iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6-cı maddəsinə əsasən hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirdi ki, ərizəçi ilə qohumluq əlaqələri vardır və həmkəndlidir. X4 1929-cu ildə X8 ilə faktiki nikah münasibətinə daxil olmaqla, 1963-cü ilə kimi ər-arvad olaraq yaşamışlar. Həmin ərarvadlıq münasibətindən Ərizəçi xx xxxxxx 1930-cu ildə, X10 isə 27 dekabr 1938-ci ildə anadan olmuşdur. X2 Cavahir Xanməd qızının bacısıdır. Suğra Məmmədova vəfatına qədər (20 iyul 2019-cu ilədək) Ərizəçi ilə bir evdə yaşamışdır. Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il tarixli 06 saylı qərarı əsasında Suğra Məmmədovanın adına verilmiş 2095 m2 və 69 m2 pay torpaq sahələri ilə bağlı sənədlərdə atasının adı “Xanməd” yazılmaqdansa, səhvən “Məmməd” yazılmışdır. Astara Ərçivan qəsəbəsində X11 adında adam yaşamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X14 digər şahid X15 ilə oxşar məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının (RİHB-nin) Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi (İƏDN) tərəfindən verilən xx.xx.2022-ci il tarixli 2402 saylı arayışdan görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X2 Cavahir Xanməd qızının doğma bacısıdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 20 iyul 2019-cu il tarixdə vəfat etmişdir və ölümü haqqında xx.xx.2019-cu ildə 35 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 490348 və A 490349 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il tarixli 06 saylı qərarı ilə Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən 2095 m2 və 69 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahələri X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 307 saylı arxiv çıxarışından görünür ki, Astara rayon Dövlət Arxivində 1930-cu illərin doğum aktı kitabları saxlanılmadığından Astara rayonunun Ərçivan qəsəbə sakini, 1930-cu ildə doğulmuş Ərizəçi doğum haqqında şəhadətnaməsindən arxiv çıxarışının verilməsi imkan xaricində olmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, X4 ilə X8 1929-cu ildə faktiki nikah münasibətinə daxil olmaqla ailə həyatı qurmuşlar. Faktiki nikahlarından xx xxxxxx 1930-cu ildə Ərizəçi, 27 dekabr 1938-ci ildə isə X10 anadan olmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 490348 və A 490349 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il tarixli 06 saylı qərarı ilə Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən 2095 m2 və 69 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahələri X5 mülkiyyətinə verilmişdir. X10 20 iyul 2019-cu ildə vəfat etmişdir. Ərizəçi ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Astara rayon Notariat Kontoruna müraciət etsə də, vərəsəlik məsələsinin həll edilməsi mümkün olmamışdır. Çünki torpaq sahəsinin planı və ölçüsü sənədlərində X1 və adı düzgün qeyd olunsa da, ata adı “Xanməd” yazılmaqdansa, “Məmməd” yazılmışdır. Astara rayon Dövlət Arxivində 1930-cu illərin doğum aktı kitabları saxlanılmadığından Astara rayonunun Ərçivan qəsəbə sakini, 1930-cu ildə doğulmuş Ərizəçi doğum haqqında şəhadətnaməsindən arxiv çıxarışının verilməsi isə mümkün olmamışdır. Ona görə də Ərizəçi ilə X6 qohumluq əlaqələrinin (bacı olmalarının) məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar qismində şəxslərin qohumluq münasibətlərinin, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını və hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ilə X6 qohumluq əlaqələri (bacı olmaları) ilə bağlı faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmək mümkün olmadığından və ərizədə vərəsəliklə bağlı bu faktın təsdiq olunmasının zəruriliyi əsaslandırıldığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 iyul 2019-cu ildə Astara rayonunun Ərçivan qəsəbəsində vəfat etmiş X10 ilə xx.xx.1930-cu il təvəllüdlü Ərizəçi doğma bacı dərəcəsində qohumluq faktı və Astara rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il tarixli 06 saylı qərarı əsasında X5 adına verilmiş 2095 m2 və 69 m2 kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ilə bağlı “Torpaq sahəsinin planı və ölçüsünə dair” sənədlərin X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-104/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-104/2023
13.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver