Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-221/2024 28.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Maraqlı şəxs1 nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi İsayev Mahı̇ r Sabı̇ r oğlunun maraqlı şəxslər Maraqlı şəxs1, X30-Xidmət mərkəzi notariat ofisi və Respublika X25 filialı olmaqla “şəxslərin qohumluq münasibətlərinin və sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi İsayev Mahı̇ r Sabı̇ r oğlu maraqlı şəxslər Maraqlı şəxs1, X30-Xidmət mərkəzi notariat ofisi və Respublika X25 filialı olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri X22 küçəsi dalan 1 ev 4 ünvanında yerləşən paylı mülkiyyətin yarısının mülkiyyətçisi X4 əslində onun atasının anası olmaqla nənəsi olması, Respublika X25 filialının verdiyi doğum şəhadətnamənin əslində onun X11na məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi xx xxxx 1956-cı il tarixdə Şəki şəhərində anadan olmuş və hazırda yuxarıda göstərdiyi ünvanda yaşayır. X11 02 sentyabr 1929-cu il tarixdə Şəki şəhərində anadan olmuş və 20 may 2007-ci il tarixdə vəfat etmişdir. Atasının atası evi olan və Şəki şəhəri X22 küçəsi dalan 1 ev 4 ünvanında yerləşən paylı mülkiyyətin yarısı atasının anası – rəhmətlik nənəsi X4 adınadır. O, mülkiyyətçinin vərəsəsinin vərəsəsi olaraq vərəsəlik şəhadətnaməsi almaq üçün lazım olan sənədləri toplamağa başlamış və nənəsinin ölüm şəhadətnaməsinin surətinin ona verilməsi üçün Şəki rayonu Qeydiyyat şöbəsinə müraciət etmiş, burada ondan atasının doğum şəhadətnaməsini tələb etmişlər. Bu sənəd onda olmadığına görə Respublika X25 Filialına müraciət etməli olmuşdur. Buradakı sənədin ona verilən surətində isə bütün rekvizitlər doğru olsa da atasının anası Züləccə Məcid qızı kimi deyil, Zülhəccə Əbdülhəmid qızı olaraq göstərilmişdir. Bu səbəbli Qeydiyyat şöbəsi nənəsinin ölüm şəhadətnaməsinin surətinin ona verilməsindən imtina etmişdir. X30 – Xidmət mərkəzində yerləşən Notariat ofisi də 06 sentyabr 2022-ci il tarixli məktubu ilə onu vərəsənin vərəsəsi kimi tanımaqdan imtina etmiş və o, məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, o, gözlərini bu dünyaya açandan öz ata nənəsini Züləccə Məcid qızı olaraq tanımış, 1893-cü ildə anadan olmuş, 11 mart 1981ci ildə vəfat etmiş, “Narlı qəbristanlıqda” ailə qəbirlərinin arasında dəfn edilmişdir. Qəbirüstü abidəsində X8 olaraq yazılmışdır. O, uşaq olanda onun 30 manat 80 qəpik pensiyası var idi, hər ayın əvvəlində poçtalyon gəlib onu çağırardı və pulunu verərdi, nənəsi isə həmin pulun 80 qəpiyini poçtalyona, bir manatını da ona verərdi. Odur ki, tam dəqiqliyi ilə bilir ki, onun X11nun anası X5r. 1928-29-cu illərdə o vaxtkı Azərbaycan SSRdə mövcud ərəb əlifbasından latın əlifbasına keçid olmuş, X11nun anadan olduğu 02 sentyabr 1929-cu il tarixdə nisbi savadsızlıq hökm sürmüşdür və onun hazırda üzləşdiyi uyğunsuzluq da həmin ümumi savadsızlığın nəticəsidir. Yəni həm sözügedən sənədi imzalayan orqan, həm də həmin sənədi qəbul edən vətəndaş savadsızlığa yol vermişdir. Həqiqətdə onun X11nun anası X5r. Yuxarıda göstərdiyi halların hamısı məhkəməyə təqdim etdiyi sənədlərlə isbatlanır, çoxsaylı qohum-əqrəba və qonşular da bu halların doğruluğunu təsdiqləyə bilərlər. Respublika X25 filialının verdiyi doğum şəhadətnaməsi də əslində onun X11na məxsusdur. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclaslarında iştirak edən ərizəçi İsayev Mahı̇ r Sabı̇ r oğlu ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 nümayəndəsi X6 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər maraqlı şəxslər X30-Xidmət mərkəzi notariat ofisi və Respublika X25 filialının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - Ərizəçinin X11nun xx.xx.1929-cu il tarixli doğum haqqında şəhadətnaməsindən görünür ki, ad və soyadı İsazadə Sabir kimi, atası Fətal zadə Musa İsə oğlu anası Zulhəccə Əbdulhəmid qızı kimi qeyd edilmişdir. Zulhəccə Əbdulhəmid qızının doğum tarixi 1893-cü il qeyd edilmişdir. - İ-ИЕ № 152591 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə doğulmuşdur. X9r. - xx.xx.2022-ci il tarixli AZ-İİ № 243965 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2007-ci il tarixdə xroniki ürək çatışmazlığından vəfat etmişdir. - Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda qeyd edilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan, xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi etibarnamə üzrə nümayəndəsi X19 notariat ofisinə müraciət edərək təmsil etdiyi Ərizəçi mərhum nənəsi X1 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən təqdim olunan, mərhum X11nun Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X25 Filialından əldə olunmuş doğum haqqında arayışında atasının soyadı İsazadə, ana qrafasında isə anasının ata adı Əbdulhəmid kimi qeyd olunub. Miras qoyan X3 ölüm haqqında akt qeydi ilə mərhum oğlu X18 doğum haqqında arxiv arayışı və ölüm haqqında akt qeydi bir-birini tamamlamadığı üçün qohumluq əlaqəsinin müəyyən ediməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən Ərizəçi ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 ərizəçiyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, X7 ilə qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyil. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, X22 küçəsi, dalan 1, ev 4 ünvanından yerləşən fərdi yaşayış evi X8 və X10 ümumi birgə mülkiyyətindədir. - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirmişdir ki, mərhum Zülhəccə onun bibisidir. Onun atası Adışirin 1980-ci ildə vəfat etmişdir. Həmin vaxt o, əsgərlikdə olmuşdur. Bibisi Zülhəccə isə təxminən 1981-ci il tarixdə vəfat etmişdir. Mərhum Zülhəccə ilə daim ünsiyyətdə olmuşdur. Zülhəccə onun atası dəfn olunan Narlı qəbristanlığında dəfn edilmişdir. Qəbrləri də yanaşıdır. Atasıgil üç uşaq olmuşdur. Zülhəccə, Həbibə və onun atası Adışirin. Zülhəccənin üç övladı olmuşdur. Sabir, Fatma və Muxsa. Hər üçü vəfat etmişdir. Fatmanın bir övladı olmuşdur. O da vəfat etmişdir. Həbibənin 4 övladı olmuşdur. X32 və Şükür. Hamısı vəfat etmişdir. Onun atasının isə dörd uşağı olmuşdur. Üç qardaş və bir bacı. İki qardaşı vəfat etmişdir. Bacısı isə ərdədir. Mahirin bir bacısı olmuşdur. Adı Solmaz idi. O da vəfat etmişdir. - Foto şəkillərdən görünür ki, X16, X24, X7 və X12 yan-yana dəfn edilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə, şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Mülki Məcəllənin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi atasının anası Mustafayeva Züləccə (Zülhəccə) Məcid qızından miras qalmış Şəki şəhəri, X22 küçəsi dalan 1 ev 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməsidir. İş materiallarından müəyyən edilir ki, Mustafayeva Züləccə (Zülhəccə) Məcid qızı Ərizəçi X11nun anasıdır. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X25 Filialından verilən doğum haqqında şəhadətnamə də ərizəçinin atasına məxsusdur. Məhkəmə bu qənaətə gələrkən təqdim olunan sübutların bir-birini tamamlamasını, eyni zamanda məhkəmədə şübhə yaradacaq halların müəyyən edilməməsini, qohumluq faktı müəyyən edildiyi təqdirdə hüquqi nəticəyə səbəb olacağını da nəzərə almışdır. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə qohum olmaq, dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verən zaman ətraflı məlumatlı olması, ərizəçinin qohumları barədə məlumatları dəqiqliklə verməsi müəyyən edildi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, Şəki şəhəri X22 küçəsi dalan 1 ev 4 ünvanında yerləşən paylı mülkiyyətin yarısının mülkiyyətçisi X4 Ərizəçi atasının anası olmaqla nənəsi olması, Respublika X25 filialının verdiyi doğum şəhadətnamənin əslində Ərizəçi X11na məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Şəki şəhəri X22 küçəsi dalan 1 ev 4 ünvanında yerləşən paylı mülkiyyətin yarısının mülkiyyətçisi X4 Ərizəçi atasının anası olmaqla nənəsi olması, Respublika X25 filialının verdiyi doğum şəhadətnamənin əslində Ərizəçi X11na məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №2(075)-221/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-221/2024
28.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver