Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3236/2024 13.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi 25 saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb olunmaqla "qohumluq faktının müəyyən olunması" tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi 25 saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb olunmaqla ərizə ilə məhkəməyə müraciət edərək X10 Ərizəçi ulu babası olması və ünvan 1ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun X12 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında bildirdi ki, Ərizəçi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla yaşayır və həmin əmlak onun tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X12 məxsusdur. Bununla bağlı Azərbaycan Sovet Sosialist Respublikası Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X12 şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1 nömrəli pasport verilmişdir. X22 xx.xx.1971-ci il tarixdə vəfat etmişdir. Lakin, X10 şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1 nömrəli pasportunda adı “Bala”, atasının adı “Əlisbek”, ölüm haqqında şəhadətnaməsində atasının adı “Əlsobet” kimi qeyd olunub. X2 Bəli Əlisbət oğlunun oğludur. X11 təvəllüd şəhadətnaməsində adı “Əli bala” , ata adı “Bəli” kimi qeyd olunub. X23 xx.xx.2021-ci ildə vəfat etmişdir. Qafarova (Qəniyeva) Səidə Əlibala qızı X11 qızıdır. X1 Əli Sövdüm oğlu ilə nikaha daxil olaraq “Qəniyeva” soyadını qəbul etmişdir. X26 xx.xx.2020-ci ildə, X14 xx.xx.2021-ci ildə vəfat etmişdir. Ərizəçi X6 övladıdır. Miras əmlakı Ərizəçi qəbul etmişdir.Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Şahid qismində dindirilən X15 məhkəmə iclasında bildirmişdir ki, Məhin onun bacısı, Səidənin qızıdır.Məhinin atası X25, anası X7r.Səidənin və onun ulu babası X16r.Bəli 1971ci il tarixdə vəfat etmişdir.Həmin evdə bacısı Səidə, Aidə və o cümlədən Məhin birgə yaşamışlar. Şahid qismində dindirilən X3 məhkəmə iclasında bildirmişdir ki, Məhinin anası Səidənin bibisi qızıdır.Saidənin atası Əlibala, babası Bəli olmuşdur.Bəli Məhinin ulu babası olmuşdur. Mübahisəli evdə Əlibala, ailsəi və o cümlədən Məhin birgə yaşamışlar. Maraqlı şəxs qismində cəlb olunmuş 25 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş İ-ЖE seriyalı, 418543 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1972-ci il tarixdə doğulmuşdur.X4, anası X20r. İş materiallarına əlavə olunmuş Vİ-ЖГ seriyalı, 368263 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X13 arasında xx.xx.1992-ci il tarixdə rəsmi nikah bağlanmışdır. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 221635 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 108764 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 188062 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir İş materiallarına əlavə olunmuş AZE seriyalı, 03473993 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 xx.xx.1940-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur.xx.xx.2005-ci il tarixdə şəxsiyyət vəsiqəsini Əzizbəyov RPİ-dən ( indiki Xəzər RPİ) almışdır. İş materiallarına əlavə olunmuş AZE seriyalı, 09435598 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X26 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.xx.xx.2012-ci il tarixdə şəxsiyyət vəsiqəsini Xəzər RPİ-dən almışdır. İş materiallarına əlavə olunmuş AZE seriyalı, 06464717 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.xx.xx.2008-ci il tarixdə şəxsiyyət vəsiqəsini Əzizbəyov RPİ-dən ( indiki Xəzər RPİ) almışdır. İş materiallarına əlavə olunmuş SSR X39 Komissarlığının ******* nömrəli Təvəllüd şəhadətnaməsinin surətindən görünür ki, X23 xx.xx.1940-cı il tarixdə anadan olmuşdur. X5, anası X8r. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1971-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş texniki pasportun surətindən görünür kiünvan 2 ünvanı X17 adına tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə tərəfindən müəyyən olundu ki, texniki pasportda yazılan X24 ilə təvəllüd haqqında şəadətnamədə qeyd edilən X22 eyni şəxsdir.Bu texniki pasportun X12 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X10 Ərizəçi babası olması və ünvan 1ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun X12 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. X10 Ərizəçi ulu babası olması və ünvan 1ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3236/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3236/2024
13.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver