Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-137/2024 30.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktların təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi dəqiqləşdirilmiş formada ərizə ilə məhkəməyə müraciət edərək, babası-18 dekabr 1951-ci il tarixdə ölmüş X12 ilə 07 yanvar 1932-ci il tarixdə ölmüş X10 qohum (qardaş) olması faktının müəyyən edilməsi, X23.Cəfər oğlu kimi yazılmış Azərbaycan Sovet Sosialist Respublikası Qeydiyyat X1 məxsus olması faktının müəyyən edilməsi, X24.Cəfər oğlu kimi yazılmış Azərbaycan Sovet Sosialist Respublikası Qeydiyyat Vəsiqəsinin və adı Həsən z Cəlil Meş. Cəfər oğlu kimi yazılmış Respublika X20 filialının 14 fevral 2023-cü il tarixli arxiv arayışının X13 məxsus olması faktının müəyyən edilməsi barəd əqətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək göstərmişdir ki, Ərizəçi xx xxx 1986-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. Mərhum atası X14 09 oktyabr 1947-ci il tarixdə Şəki şəhərində anadan olmuş və 08 mart 2003-cü il tarixdə xroniki ağ ciyər ürək qan damar çatışmamazlığından ölmüşdür. X4, nənəsi isə X15 olmuşdur. X4 18 dekabr 1951-ci il tarixdə, nənəsi X15 isə 28 noyabr 1950ci il tarixdə ölmüşdür. Belə ki, ASSR rayon şəhər zəhəmətkeş deputatları soveti icrayyə komitəsinin texniki inventarizasiya bürosu tərəfindən qeydəalma vəsiqəsinə əsasən ünvan 1 ünvanında olan fərdi yaşayış evi İbrahim Meş.Cəfər oğlu və Cəlil Meş. Cəfər oğlunun adlarına 14 sentyabr 1987-ci il tarixdə 1129/2507 nömrə ilə qeydə alınmışdır. Bununla bağlı notaiat ofisindən Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsinə 282 nömrəli xx.xx.2023-cü il tarixdə məktub göndərilmiş və həmin məktubda qeyd edilmişdir ki, xx.xx.1951-ci il tarixdə ölmüş X5 vərəsəsi X11 ərizəsi əsasında notariat ofisində mərhumdan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb mərhumdan qalmış hər hansı bir daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsinin təmin olunması xahiş edilmişdir. Bundan sonra ərizə ilə Şəki regional asan xidmət mərkəzində notariat ofisinə müraciət edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmişdir. Şəki regional asan xidmət mərkəzində notariat ofisinin xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktubları ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bundan əlavə, Şəki regional asan xidmət mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət edilərək X4nun və X10 doğumlarına dair arayış verilməsi xahiş edilmişdir. Şəki regional asan xidmət mərkəzində qeydiyyat şöbəsinin 17 may 2023-cü il tarixli məktubu ilə X5 və onun qardaşı X10 doğumlarına dair arayış verilməsi mümkün deyildir. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ona görə də bu məsələ ilə də bağlı məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli, 05/Q- 2133/69 nömrəli arayışda göstərilmişdir ki, X12 18 dekabr 1951-ci ildə Şəki rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında 20 dekabr 1951-ci ildə 307 nömrəli akt qeydi tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli, 05/Q-2134/69 nömrəli arayışda göstərilmişdir ki, X15 28 noyabr 1950-ci ildə Şəki rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında 06 dekabr 1950-ci ildə 273 nömrəli akt qeydi tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli, 05/Q-1311/70 nömrəli arayışda göstərilmişdir ki, X14 09 oktyabr 1947-ci ildə Şəki şəhərində anadan olmuşdur. Bu barədə 18 oktyabr 1947-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində 648 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. X9 oğlu, anası- X8r. İşdə olan AZ-İİ № 335868 olan ölüm haqqında şəhadətnamədən görünür ki, X14 08 mart 2003-cü ildə xroniki ağ ciyər ürək qan damar çatışmamazlığı səbəbli ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 mart 2003-cü ildə 113 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X20 Filialı tərəfindən 14 fevral 2023-cü il tarixli, 3-48-DA-12/F/2/H-162/2023 nömrəli məktubu ilə verilmiş Nuxa şəhər VVAQ Şöbəsinin 1932-ci ilin “Ölənlərin qeydiyyat” kitabından çıxarışdan görünür ki, Həsən z Cəlil Meş.Cəfər oğlu 07 yanvar 1932-ci ildə vəfat etmişdir. İşdə olan ASSR rayon şəhər zəhəmətkeş deputatları soveti icrayyə komitəsinin texniki inventarizasiya bürosu tərəfindən verilmiş qeydəalma vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi İbrahim Meş.Cəfər oğlu və Cəlil Meş. Cəfər oğlunun adlarına 14 sentyabr 1987-ci il tarixdə 1129/2507 nömrə ilə qeydə alınmışdır. İşdə olan 28 iyul 1959-cu il tarixli aktda qeyd edilmişdir ki, Cəmil öz payını qardaşı İbrahimə satmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Ərizəçinin nümayəndəsinin (vəkili) izahatından və mülki iş materialları ilə müəyyən edildi ki, Ərizəçi xx xxx 1986-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. Mərhum atası X14 09 oktyabr 1947-ci il tarixdə Şəki şəhərində anadan olmuş və 08 mart 2003-cü il tarixdə xroniki ağ ciyər ürək qan damar çatışmamazlığından ölmüşdür. X4, nənəsi isə X15 olmuşdur. X4 18 dekabr 1951-ci il tarixdə, nənəsi X15 isə 28 noyabr 1950-ci il tarixdə ölmüşdür. Belə ki, ASSR rayon şəhər zəhəmətkeş deputatları soveti icrayyə komitəsinin texniki inventarizasiya bürosu tərəfindən qeydəalma vəsiqəsinə əsasən ünvan 1 ünvanında olan fərdi yaşayış evi İbrahim Meş.Cəfər oğlu və Cəlil Meş. Cəfər oğlunun adlarına 14 sentyabr 1987-ci il tarixdə 1129/2507 nömrə ilə qeydə alınmışdır. Bununla bağlı notaiat ofisindən Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsinə 282 nömrəli xx.xx.2023-cü il tarixdə məktub göndərilmiş və həmin məktubda qeyd edilmişdir ki, xx.xx.1951-ci il tarixdə ölmüş X5 vərəsəsi X11 ərizəsi əsasında notariat ofisində mərhumdan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb mərhumdan qalmış hər hansı bir daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsinin təmin olunması xahiş edilmişdir. Bundan sonra ərizə ilə Şəki regional asan xidmət mərkəzində notariat ofisinə müraciət edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmişdir. Şəki regional asan xidmət mərkəzində notariat ofisinin xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktubları ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bundan əlavə, Şəki regional asan xidmət mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət edilərək X4nun və X10 doğumlarına dair arayış verilməsi xahiş edilmişdir. Şəki regional asan xidmət mərkəzində qeydiyyat şöbəsinin 17 may 2023-cü il tarixli məktubu ilə X5 və onun qardaşı X10 doğumlarına dair arayış verilməsi mümkün deyildir. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmiş, maraqlı şəxsin nümayəndəsi isə ərizənin təmin edilməsinə etiraz etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi babası-18 dekabr 1951-ci il tarixdə ölmüş X12 ilə 07 yanvar 1932-ci il tarixdə ölmüş X10 qohum (qardaş) olması faktı, X23.Cəfər oğlu kimi yazılmış Azərbaycan Sovet Sosialist Respublikası Qeydiyyat X1 məxsus olması faktı, X24.Cəfər oğlu kimi yazılmış Azərbaycan Sovet Sosialist Respublikası Qeydiyyat Vəsiqəsinin və adı Həsən z Cəlil Meş. Cəfər oğlu kimi yazılmış Respublika X20 filialının 14 fevral 2023-cü il tarixli arxiv arayışının X13 məxsus olması faktı müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin.
1. Ərizəçi babası-18 dekabr 1951-ci il tarixdə ölmüş X12 ilə 07 yanvar 1932-ci il tarixdə ölmüş X10 qohum (qardaş) olması faktı müəyyən edilsin.
2. X23.Cəfər oğlu kimi yazılmış Azərbaycan Sovet Sosialist Respublikası Qeydiyyat X1 məxsus olması faktı müəyyən edilsin.
3. X24.Cəfər oğlu kimi yazılmış Azərbaycan Sovet Sosialist Respublikası Qeydiyyat Vəsiqəsinin və adı Həsən z Cəlil Meş. Cəfər oğlu kimi yazılmış Respublika X20 filialının 14 fevral 2023-cü il tarixli arxiv arayışının X13 məxsus olması faktı müəyyən edilsin; Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz manat 40 qəpik) rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Pərviz Hacıyev