Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3217/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-ə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, "Cavabdeh" MMC-də 01/29 saylı, xx.xx.2003-cü il tarixli əmrə əsasən prorektor köməkçisi vəzifəsində işə başlamışdır. Qeyd olunan işlə bağlı işəgötürən tərəfindən dəfələrlə müxtəlif əmrlər xx.xx.2004-cü il tarixli əmr №01/02, xx.xx.2006-cı il tarixli əmr №02/26) qəbul edilmişdir.Qeyd olunan dövrdə hələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "X3"-i qurulmadığından onunla bağlanmış əmək müqaviləsi elektron sistemdə qeydə alınmamışdır. Daha sonra isə işəgötürənin səhlənkarlığı nəticəsində qeyd olunan əmək müqaviləsi qeydə alınmaqdan yayınılmışdır.Onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2003-cü ildən xx.xx.2004-cü il tarixə kimi müəyyən edilməsinə baxmayaraq o, daimi olaraq Universitetin işçisi olmuş, yəni müqavilə tərəflərin susması əsası ilə növbəti müddətə uzadılmışdır. Bugünki tarixə kimi qeyd olunan müqvilə üzrə onunla əmək münasibətlərinə xitam verilməmişdir. Lakin buna baxmayaraq o, iş yerinə öz vəzifələrinin icrası üçün buraxılmır.Onu da qeyd edir ki, 2009-cu ildə ictimai əsaslarla X1 Təşkilatının sədri seçilmiş və bu barədə onun Universitetin rektoru X7 arasında xx.xx.2009-cu il tarixdə 175 saylı əmək müqaviləsi bağlanmışdır.Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 №-li Fərmanına uyğun olaraq 2009-cu ildə yenidən tərtib olunmuş bu əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "X3'-nə (EİS-nə) daxil edilmiş və Nazirliyin yanında fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 10.09. 2014-cü il tarixli xxxxxxx0Q100 №-li "X6" kimi hüquqi qüvvəyə minmişdir.xx xxxxx 2015-ci ildə iddiaçı xəstəxanaya düşmüş və ürəyində X8 açıq cərrahi müdaxilə əməliyyatı aparılmışdır. Xəstəlik və onun müalicəsi 2015-ci ildə 10 apreldən - 17 sentyabra kimi 5 ay 7gün davam etmişdir. Əmək qabiliyyətinin müvvəqqəti itirilməsi ilə əlaqədar xəstəlik vərəqlərini (yaşayış yeri üzrə şəhər poliklinikasının verdiyi bülletenləri) ardıcıl olaraq iş yerinə təqdim etmişdir. Həmçinin Milli Məclisə seçkilərin keçirilməsi ilə əlaqədar DSK-nın verdiyi məktubu iş yerinə vaxtında təqdim etmişdir. Lakin işəgötürən yəni "Cavabdeh" MMC qanunvericilikdə müəyyən edilmiş qaydada və məbləğdə xəstəliklə əlaqədar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 5 ay 7 gün üciin sosial sığorta müavinətini və 2015-ci il Milli Məclisə seçkilərin keçirilməsi ilə əlaqədar müvafiq müddət üçün əmək haqqını ödəməkdən imtina edir.Xəstəlik müddəti qurtaran günü xx xxxxxxxx 2015-ci ildə səhər işə gəldim. Dəftərxanaya 17 saylı Yasamal üçüncü DSK tərəfindən Cavabdeh rektoruna ünvanlanmış xx.xx.2015-ci il tarixli, 17-x/372 nömrəli "Məlum olduğu kimi x xxxxxx 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər günüdür. Sizin rəhbərlik etdiyiniz Universitetin əməkdaşı F.H. Məhərrəmov DSK-nın həlledici səs hüquqlu üzvüdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinə(və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 33.1-ci maddəsinə(X5 üzvülərinin fəaliyyətinin təminatları) əsasən, seçkilərin təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının dərc edildiyi gündən seçkilərin nəticələrinin dərc edildiyi günədək olan müddətdə işçilərin iş yeri üzrə aldığı əmək haqqı saxlanılır" məzmunlu məktubunu və Rektorun adına yazdığım xx.xx.2015-ci il tarixli onun ürəyində 2015-ci ilin aprel ayında Ü.İ.X. X8 açıq cərrahiyyə əməliyyatı aparılmışdır. Xəstəlik dövrü üçün Bakı şəhəri 16 saylı poliklinikanın verdiyi xəstəlik vərəqlərini ardıcıl olaraq kadrlar şöbəsinə təqdim etmişdir. Bu xəstəlik vərəqlərinin ödənilməsi barədə göstəriş verilməsini xahiş edir." məzmunlu ərizəsinii təqdim etmişdir.Ancaq MMC-nin rəhbərliyi onu işə buraxmamış və aşağdakı məzmunda arayış təqdim edərək bildirmişdir ki, İddiaçı, artıq onların işçisi deyil. Arayışdamənasız və qanunvericiliyə zidd cümlələr yazılmışdır: ".... qeyd olunan müqavilə (yənixx.xx.2009-cu il tarixli, 175N‘J-li əmək müqaviləsi) bağlandığı andan etibarsız sayılır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunmuş və müraciətə cavab olaraq İddiaçı X6 etibarsız hesab edilmişdir. Məhz bu səbəbdən İddiaçı Universitetin işçisi olmadığına görə onun tərəfindən təqdim edilmiş xəstəlik vərəqəsi əsasında orta əmək haqqınınödənilməsi mümkün deyil. xx.xx.2015-ci il. imza, rektor: F.T.Əhmədov". Bu arayışda 13 il hüquqi qüvvədə olan əmək müqaviləsi, hansı ki o prorektorun köməkçisi kimi işə götürülməyi heçə sayılır. Bu səbəbdən " F.H. Məhərrəmovun Universitetin işçisi olmadığı" qənaətli anlayışlarını sağlam düşüncə ilə heç cürə başa düşmək olmur. Deməli işəgötürən səlahiyyətlərini icra edən rektor onunla hələ 2009-cu ildə bağlanmış əmək müqaviləsini özü tərəfindən müəmmalı şəkildə etibarsız "sayılır" sözünü əsas götürərək mövcud əmək müqaviləsini "ləğv" etmişdir. Lakin onunla Universitet arasında iki fərqli vəzifə üçün ayrı-ayrı əmək müqaviləsi olması nəzərə alınmamışdır.İddiaçı, ikinci müqavilənin etibarsız hesab edilməsi barədə aktı məhkəmə qaydasında mübahisələndirmişdir. Nəticədə aşağıda qeyd etdiyi məhkəmə qərarları qəbul edilmişdir. Lakin məhkəmə davam edən müddətə və daha sonra dəfələrlə Universitetə müraciət etsə də, onu nə iş yerinə buraxmışlar, nə də onunla bağlanmış 01/29 saylı, xx.xx.2003-cü il tarixli əmrə əsasən münasibətlərə xitam vemişlər ki, o yenidən işə qəbul edilə bilsin.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1394/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnməsi ilə İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "işəbərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, əmək qabiliyyətinin olmaması ilə xəstəlik vərəqlərinə (bülletenlərinə) görə ödənişin edilməsi və vurulmuş mənəvi zərərin ödənilməsi" tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir.Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4250/2016 saylı, xx xxx 2016-cı il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1394/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4827/l6 saylı, xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4250/2016 saylı, xx xxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı "Cavabdeh" MMC-də prorektor köməkçisi vəzifəsi işini yerinə yetirə bilməyi üçün iş yerinə buraxılmamağı barədə edilən maneəçiliyin aradan qaldırılması, bu müddət ərzində ona ödənilməmiş əmək haqqı, əmək qabiliyyətinin müvvəqqəti itirilməsi ilə əlaqədar sosial sığorta müavinətinin ödənilməsi və mənəvi zərər görə 10.000 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iddia tələbinə etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı eyni predmet üzrə Azərbaycan Respublikası Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1394/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxx 2016-cı il tarixli, 2(103)-4250/2016 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2016 tarixli, 2(102)-4827/2016 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxx 2016-cı il tarixli, 2(103)- 4250/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qərar qanuni qüvvəyə minmişdir. Eyni zamanda iddiaçı bu məsələ ilə bağlı İnzibati iqtisad Məhkəməsinə müraciət etmiş və iddia tələbi təmin edilməmişdir. Əvvəlki məhkəmə qətnamələrində İddiaçı iddia tələbindəki məsələlərə digər məhkəmə proseslərində artıq hüquqi qiymət verilmişdir. Eyni zamanda iddia müddətinin tətbiq edilməsinə dair ərizə də təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan xx.xx.2003-cü il tarixli 01/29 №-li əmrdən görünür ki, İddiaçı müqavilə əsasında 25.08.03 tarixdən 01.01.04 tarixinədək 0,5 ştat prorektor köməkçisi vəzifəsinə götürülmüşdür. İş materiallarında olan xx.xx.2004-cü il tarixli 01/02 №-li əmrdən görünür ki, İddiaçı müqavilə əsasında xx.xx.2004 tarixdən 01.07.04 tarixinədək prorektor köməkçisi vəzifəsinə götürülmüşdür. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1394/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-ə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, əmək qabiliyyətinin olmaması ilə xəstəlik vərəqələrinə görə ödənişin edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4250/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1394/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4827/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4250/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)- 1283/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin iddiaçının adına xx xxxxxxxx 2014cü il tarixində daxil edilmiş X6nin etibarsız sayılmasına dair hərəkətinin qanunsuz hesab edilməsi, işəgötürənlə iddiaçı arasında bağlanmış (əmr 01/29, xx.xx.2003-cü il), 2009-cu ilin 01 sentyabr tarixində yenidən bağlanmış əmək müqaviləsinə dair və 2014-cü ilin 01 sentyabr tarixində X3nə daxil edilmiş X6nin sistemdə bərpa edilməsi, qanunsuz hərəkəti nəticəsində dəymiş maddi ziyanın əvəzinin həmin orqandan tutularaq iddiaçıya ödənilməsi barədə iddiası mümkün sayılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisad Kollegiyasının 2-1(102)-952/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxx 2016-cı il tarixli, 2(103)-4250/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxx 2016-cı il tarixli, 2(103)-4250/2015 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməs dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbinin işə bərpa olunması hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zərurir hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən «Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. X9 Məhkəməsi «X2» qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia maneələrin aradan qaldırılması hissəsində təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh təşkilatda vəzifəsindən azad olduğuna görə onun "Cavabdeh" MMC-də prorektor köməkçisi vəzifəsi işini yerinə yetirə bilməyi üçün maneələrin aradan qaldırılması barədə tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar sosial sığorta müavinətinin ödənilməsi əsas tələbdən doğan tələblər oduğundan təmin edilə bilməz. Məhkəmə iddia üzrə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X9 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X9 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-ə qarşı maneələrin aradan qaldırılması, əmək haqqı, əmək qabiliyyətinin müvvəqqəti itirilməsi ilə əlaqədar sosial sığorta müavinətinin ödənilməsi və mənəvi zərərin ödənilməsi barədə tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3217/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3217/2020
16.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver