Məhkəmə qərarları › İş №2(005)-325/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-325/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-325/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC qarşı “öhdəliyin icrası” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə aralarında bağlanmış 25 yanvar 2019-cu il tarixi; 169-12 K/19 saylı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş ölçülərə uyğun mənzillərlə onu təmin etmək və həmin öhdəlik icra edilənədək göstərilən müqavilənin 2.1.2-ci maddəsində aylıq kirayə haqqı olaraq nəzərdə tutulmuş 550 (beş yüz əlli) manat məbləğində kompensasiyanın ödənişinin davam etdirilməsi öhdəliyinin qoyulması, habelə cavabdehdən 30 AZN məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun və vəkilin hüquqi yardımına görə ödənilmiş 200 (iki yüz) AZN məbləğində vəkil haqqının alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh üzərinə aralarında bağlanmış 25 yanvar 2019-cu il tarixli 169-12 K/19 saylı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş ölçülərə uyğun mənzillərlə onu təmin etmək və həmin öhdəlik icra edilənədək göstərilən müqavilənin 2.1.2-ci maddəsində aylıq kirayə haqqı olaraq nəzərdə tutulmuş 550 (beş yüz əlli) manat məbləğində kompensasiyanın 2020-ci ilin noyabr ayından hesablanmaqla onu təmin etmək öhdəliyinin qoyulması, habelə cavabdehdən 30 AZN məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun və vəkilin hüquqi yardımına görə ödənilmiş 200 (iki yüz) AZN məbləğində vəkil haqqının alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, şəxsi mülkiyyətində olmaqla ünvan 1 ünvanda yerləşən evinin pilot layihə üzrə sökülməsi və həmin ərazidə inşa ediləcək yeni yaşayış binasından ona tam təmirli 2 (iki) mənzil veriləcəyi barədə Cavabdeh MMC ilə aramızda ikitərəfli qaydada 25 yanvar 2019-cu il tarixli 169-12 K/19 saylı müqavilə bağlanmışdır. Göstərilən 25 yanvar 2019-cu il tarixli 169-12 K/19 saylı müqavilənin 1.1-ci bəndində, yeni tikiləcək binanın 2-ci girişinin 4-cü mərtəbəsində ümumi sahəsi 33,0 kv.m olan 1 (bir) otaqlı tam təmirli mənzil və 2-ci girişinin 4-cü mərtəbəsində ümumi sahəsi 51,0 kv.m olan 2 (iki) otaqlı tam təmirli mənzilin mənim mülkiyyətimə verilməsi nəzərdə tutulmuşdur. Bu ilin, yəni 2020-ci ilin may ayının axırlarında cavabdehin səlahiyyətli əməkdaşları onu yeni inşa edilmiş binaya dəvət edərək yuxarıda göstərilən müqavilə üzrə ona verilməsi nəzərdə tutulan 1 (bir) otaqlı mənzilin ümumi sahəsinin 34,0 kv.m (yəni müqavilədə göstərildiyindən 1,0 kv.m artıq), 2 (iki) otaqlı mənzilin isə ümumi sahəsinin 58,0 kv.m (yəni müqavilədə göstərildiyindən 7,0 kv.m artıq) olduğunu, beləliklə də ona müqavilədə nəzərdə tutulduğundan ümumilikdə 8,0 kv.m artıq mənzil sahəsinin düşdüyünü bəyan edərək cəmiyyətə 9,600 (doqquz min altı yüz) manat pul ödəməli olduğunu (yəni hər artıq kv.m üçün 1.200 manat) bildirmişlər. Lakin hər iki mənzillə bağlı yerində ölçmə apardıqdan sonra (belə ki, oğlum təmir-tikinti ustasıdır, odur ki, ölçmə işlərini bilir) əksinə, məlum olmuşdur ki, müqavilədə 1 (bir) otaqlı mənzilin ümumi sahəsi 33,0 kv.m. nəzərdə tutulduğu halda həmin mənzilin faktiki ümumi sahəsi 28,0 kv.m (yəni 5,0 kv.m əskik), müqavilədə 2 (iki) otaqlı mənzilin ümumi sahəsi 51,0 kv.m nəzərdə tutulduğu halda onun faktitki ümumi sahəsi 49.0 kv.m (yəni 2,0 kv.m. əskik) təşkil edir. Göründüyü kimi, ona verilməsi nəzərdə tutulan 2 (iki) mənzilin ümumi sahəsi müqavilədə göstərildiyindən faktiki olaraq 7,0 (yeddi) kv.m. əskikdir. Məsələ ilə bağlı cavadehin əməkdaşları ilə söhbət zamanı, onlar, onların hesablamaları ilə razılaşmamış və bildirmişlər ki, sahə-ölçmə işləri aparılarkən mənzillərin ümumi sahəsinə qanunvericiliyə uyğun olaraq daxili divarların (arakəsmələrin) sahəsi də daxil edilmişdir. Onların istinad etdikləri qanunvericilik barədə (yəni qanunun konkret adı və norması) məlumat istəsə də həmin şəxslər iddiaçıya dəqiq məlumat verə bilməmişlər. Odur ki, o, cavabdehə 20 may 2020-ci il tarixli şikayət ünvanlayaraq aralarında bağlanmış 25 yanvar 2019-cu il tarixli 169-12 K/19 saylı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş ölçülərə uyğun mənzillərlə ona təmin etmə həmin şikayətinə cavab almaq üçün cavabdehin səlahiyyətli şəxsləri ilə əlaqə saxlamışdır. Söhbətlər zamanı hər dəfə mənə cavab veriləcəyi vəd edilsə də bu günədək heç bir cavab almamışdır. 18 sentyabr 2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X6 məhkəməyə İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin icrası” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh İddiaçı ilə aralarında bağlanmış 25 yanvar 2019-cu il tarixli, 169-12KU9 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 18 sentyabr 2020-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi, ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına uyğun olaraq Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı 02.10.2017-ci il tarixli, 393 saylı Sərəncamı ilə Cavabdeh MMCyə Bakı şəhəri Nərimanov rayonu B.Dadaşov, K.Rəhimov, Bakuvi və Qafur Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasının təmin edilməsinə icazə verilmişdir. Cavabdeh MMC isə sakinlərlə müqavilə bağlayaraq onları göstərilən ərazidən müvəqqəti yaşayış yerlərinə köçmələrini təmin etmişik. Cavabdeh İddiaçı məxsus mənzillə bağlı 25 yanvar 2019-cu il tarixdə 169-12K\19 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1 -ci bəndində Mülkiyyətçilin, hazırda cavabdehin mənzilinin ümumi sahəsi 67 kv\m, otaqların sahəsi 4 (dörd) göstərilmişdir. Həmin mənzilin əvəzində Cavabdeh MMC mülkiyyətçiyə onun mənzilinin ümumi sahəsinə 20% əlavə etməklə inşa olunacaq binanın 2-ci girişinin 4-cü mərtəbəsində 1 otaqlı, ümumi sahəsi 33 kv\m olan mənzili və həmin binanın 2-ci girsini 4cü mərtəbəsində ümumi sahəsi 51 kv.m olan mənzili verməyi öz. öhdəsinə götürmüşdür. Lakin sonradan müxtəlif sənədləşmə və araşdırma işləri aparılarkən məlum olmuşdur ki, cavabdehlə aralarında bağlanmış həmin müqavilədə texniki səhvlər getmişdir. Belə ki, göstərilən ünvanda cavabdehə məxsus yalnız bir mənzil olmuşdur. Həmin mənzilə dair Bakı şəhər İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən paylı mülkiyyət hüququ üzrə İddiaçı 10 noyabr 1999-cu ildə Qeydiyyat Vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsinə əsasən İddiaçı Mixaylovanın adına ümumi sahəsi 26.18 kv.m-dən ibarət iki otaq qeydiyyata alınmışdır. Onların ararlarında bağlamış müqaviləyə əsasən isə Mülkiyyətçiyə cavabdehə məxsus mənzilin ümumi sahəsi 67 kv/m olaraq göstərilmişdir. Göründüyü kimi müqavilənin tərtibatı zamanı texniki qüsur baş vermişdir və söküntüyə düşən mənzilin ümumi sahəsi 67 kv\m-26,18 = 40.9 kv.m səhv göstərilmişdir. Bundan başqa isə cavabdehə bir mənzil məxsus olmuşdur. Hazır ki qüsurlu müqaviləyə isə cavabdehin bir mənzilinin əvəzində ona iki mənzilin verilməsi nəzərdə tutulmuşdur. Bu isə qeyri-mümkündür. Müqavilənin tərtibatı zamanı yol verilmiş texniki qüsurlar kifayət qədər əhəmiyyətli qüsurlardır və həmin qüsurların nəticəsində Cavabdeh MMC-yə böyük ölçüdə ziyan dəyməsi mümkündür. Müqavilədəki texniki qüsurlar barədə cavabdehin oğluna şüfahi məlumat verib bu yanlışlığın aradan qaldırlmasım xahiş etsək də cavabdeh bununla razılaşmamışdır. Odur ki. Cavabdeh MMC-yə ziyanın dəyməməsi üçün məhkəməyə müraciət etmələri zərurəti yaranmışdır. Yuxarıda göstərilən Sərəncamın icrası məqsədi ilə, Bakı şəhəri. Nərimanov Rayonu İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında 09 oktyabr 2017-ci il tarixli müqavilə imzalanmışıdr. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən Cavabdeh MMC Nərimanov RİH qarşısında sakinlərə məxsus mənzilin sökülməsinə görə həmin mənzillərin ümumi sahəsinə 20% əlavə olunmaqala Sakinə yeni mənzil təhvil vermək öhdəliyini öz üzərinə götürmüşdür. Beləliklə nəzərə alsaq ki, cavabdehin mənzilinin ümumi sahəsi 26.18 kv.m olmuşdur. 26,18 kv.m-in 20%-i 5.2 kv\m təşkil etdiyini nəzərə alaraq Cavabdeh MMC cavabdehlə- İddiaçı ilə onun söküntüyə düşən və ümumi sahəsi 26.18 kv.m olmuş 2 otaqlı mənzilinin müqabilində ümumi sahəsi 31.4 kv.m olan 2 otaqlı mənzilin ona verilməsinə dair müqavilə bağlamalı idi. Lakin texniki qüsurlara görə hazır ki, müqavilə imzalanmışdır və hesab edirik ki, həmin müqavilə etibarsız hesab olunmalı və cavabdehlə yeni müqavilə bağlanmalıdır. Göründüyü kimi. "Cavabdeh“ MMC cavabdehə məxsus olmuş ümumi sahəsi 26.18 kv\m olmuş bir ədəd mənzilin əvəzində Cavabdehlə ümumi sahəsi 33 kv\m olan və ümumi sahəsi 51 kv.m olan ayrı-ayrı iki ədəd mənzilin ona verilməsinə dair qüsurlu müqavilə imzalamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X6 ilkin iddia tələbini qəbul etməyərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, bu tələblərə qarşı edilən əsası kimi cavabdehin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 25.01.2019-cu il tarixli, 169-12K/19 saylı müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 3 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 4 (dörd) otaqlı, ümumi sahəsi 67 kv\m mənzilin dövlət reysterində çıxarışda göstərilmiş ( və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə etməklə 2-ci girişində 4-cü mərtəbədə tam təmirli 1 (bir) otaqlı, ümumi sahəsi 33 kv\m olan mənzili və 2-cı girişdə, 4-cü mərtəbədə ümumi sahəsi 51 kv\m olan iki otaqlı tam təmirli mənzili «Mülkiyyətçi»-nin mülkiyyətinə verməyi öhdəsinə götürür, Mülkiyyətçi həmin mənzili qəbul etməyi öz öhdəsinə götürür. İş materiallarında olan 25.01.2019-cu il tarixli, 169-12K/19 saylı müqavilənin 2.1.2-ci maddəsinə əsasən, Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayışı məqsədi ilə dörd otaqlı mənzili üçün aylıq 550 ( beş yüz əlli manat) manat kompensasiya almaq «Mülkiyyətçi”nin hüququdur. Müqavilənin 2.2.-ci bəndi Cavabdeh MMC-nin hüquq və vəzifələri: Müqavilənin 2.1.2. bəndində nəzərdə tutulmuş ödənişi rübdə 1 (bir) dəfə hər rübün birinci ayının 05-də «Mülkiyyətçi»ə ödənilməsini təmin etmək; (2.2.3-cü bəndi) Hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə 2.1.2. bəndində nəzərdə tutulmuş ödənişin müddətini 3 (üç) ay müddətinə uzadılmasını təmin etmək;(2.2.4-cü bəndi) Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən «Mülkiyyətçi»-yə mənzil təmir edib təhvil vemək; (2.2.5-ci bəndi) Binanın tikintisi başa çatdırıldıqda aşkar olunmuş nöqsanları, görülməyən işləri tamamlamaq; (2.2.6-cı bəndi) Yaşayış binasının müvafiq qaydada dövlət Komissiyasına təhvil vermək; (2.2.7-ci bəndi) Bina tikilib təmir edildikdən sonra «Mülkiyyətçi»-dən mənzilin təhvil alınmasını tələb etmək; (2.2.8-ci bəndi) İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin 327 saylı, 21.08.2018-ci il tarixli sərəncamının surətindən görünür ki, - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, "Cavabdeh” MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin 11.09.2017-ci il tarixli, 02/05-1564 nömrəli razılaşma məktubu, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 02.10.2017-ci il tarixli, 393 və 04.04.2018-ci il tarixli, 139 nömrəli sərəncamlarını Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 X5 Ekspertiza Baş İdarəsinin 08.08.2018-ci il tarixli, 25830 nömrəli ekspertiza rəyini nəzərə alaraq: 1) Yəhya Bakuvi, Qafur Rəşad, Koroğlu Rəhimov və Balaəmi Dadaşov küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində Cavabdeh MMC-nə yaşayış binalarının tikintisinə icazə verilsin. 2).Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakmimiyyəti Başçısının 393 saylı, 02.10.2017-ci il tarixli sərəncamından görünür ki, “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi 08.11.2016-eı il tarixli, 01 №li məktubu ilə Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, rayonun Yəhya Bakuvi, Qafur Rəşad və Balaəmi Dadaşov küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinləri Cavabdeh MMC-nin vəsaiti hesabına, hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının . tikintisinə razılıq verməsini xahiş etmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli "Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 5 il müddətinə RlH-ə müiki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi riəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11.09.2017-ci il tarixli, 02/05-1564 №li rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutaraq, qərara alıram: 1. Rayonun Yəhya Bakuvi, Qafur Rəşad və Balaəmi Dadaşov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılmasi məqsədilə 2,15 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilsin. 2. Rayonun Yəhya Bakuvi, Qafur Rəşad və Balaəmi Dadaşov küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "Cavabdeh* MMC-yə aşağıdakılar həvalə edilsin: 2.1.Cavabdeh MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2. Ayrılmış torpaq sahəsinə '‘Cavabdeh" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; 2.3 Ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ile razılaşdırsın; 2.4. Tikinti işlərinə başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Nallar Nazirliyinin Tesisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması; 2.5.Layihə-axtarış işləri aparılarken mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi; 2.6. Rayonun Bakuvi 20, 24, 26, 28, 30, 32; Balaəmi Dadaşov 5, 7, 9, 11, 13, 15,17, 19; K.Rəhimov 10, 12/18 və Qafur Rəşad 13, 15 nömrili yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayəä haqqı ödənilməklə, müvəqəti olaraq başqa mənzillərə köçürülməsi. 2.6.Azerbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun 20, 24, 26, 28,30, 32; Balaəmi Dadaşov 5,7, 9,11,13,15,17,19; K.Rəhimov 10,12/18 və Qafur Rəşad 13,15 nömrəli yaşayış binası sökülsün. Sərəncamın İ və İİ bəndlərinin tələbləri Cavabdeh MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alinması məqsədilə RlH-ə müraciət edilsin. 5. Bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır. 6. Ayrılmış torpaq sahəsinin zəbt olunmasının, həmin ərazidə yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətin nəzarətdə saxlanılması RİH başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırılsın. 7.Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri itə iş şöbəsinə tapşırılsın. İş materiallarında olan 09.10.2017-ci il tarixli müqavilənin surətindən 1.1-ci maddəsinə əsasən Şirkət tərəfindən Nərimanov rayonu, Yəhya Bakuvi, Qafur Rəşad və Balaəmi Dadaşov küçələrinin kəsişməsində (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülməsi, həmin ərazidə yaşayan sakinlərin, aylıq müavinətlərin verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməsi, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürülməsini təmin etmək müqavilənin predmetini təşkil edir. 2-ci maddəsinə əsasən Şirkətin hüquq və vəzifələri: Hər bir mənzilin mülkiyyətçisini, yeni yaşayış binalarında sökülən mənzillərin sahəsindən 20% artıq olmaqla razılaşdırılmış mərtəbələrdə yaşayış sahəsi ilə təmin etmək. (2.4-cü maddə). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.04.2021-ci il tarixli, 10/3053 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə 2-ci və 3cü bəndlərinə, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli, 07 №-li qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanamsı qaydaları”nın tələbləri nəzərə alınmaqla, ünvan 4 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilən binanın 2-ci girişdə, 4-cü mərtəbəsində yerləşən iki mənzildən birinin sahəsinin 50,96 kv.metr, digərinin sahəsinin isə 28.01 kv metr olduğu müəyyən edildi. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ilkin iddia üzrə İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC ilə arasında 25.01.2019-cu il tarixli, 169- 12K/19 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh” MMC ünvan 5 ünvanda yerləşən "Mülkiyyətçi"-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, «Mülkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan iki otaq, ümumi sahəsi 74 kv\m mənzilin dövlət reysterində çıxarışda göstərilmiş ( və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə etməklə 2-ci girişində 4-cü mərtəbədə tam təmirli 1 (bir) otaqlı, ümumi sahəsi 33 kv\m olan mənzili «Mülkiyyətçi»-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, "Mülkiyyətçi"-nin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayışı məqsədi ilə iki otaqlı mənzili üçün aylıq 550 ( beş yüz əlli) manat kirayə haqqı almaq hüququ təsbit edilmişdir. Hazırda isə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə aralarında bağlanmış 25 yanvar 2019-cu il tarixi; 169-12 K/19 saylı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş ölçülərə uyğun mənzillərlə onu təmin etmək və həmin öhdəlik icra edilənədək göstərilən müqavilənin 2.1.2-ci maddəsində aylıq kirayə haqqı olaraq nəzərdə tutulmuş 550 (beş yüz əlli) manat məbləğində kompensasiyanın 2020-ci ilin noyabr ayından hesablanmaqla onu təmin etmək öhdəliyinin qoyulması, habelə cavabdehdən 30 AZN məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun və vəkilin hüquqi yardımına görə ödənilmiş 200 (iki yüz) AZN məbləğində vəkil haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC isə ilkin iddia tələbinə dair iddiasına qarşılıqlı iddia təqdim edərək, cavabdeh İddiaçı ilə aralarında bağlanmış 25 yanvar 2019cu il tarixli, 169-12KU9 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edərək, ilkin iddia tələbinin rədd edilməsini tələb edir. Məhkəmə ilkin iddia üzrə iddiaçının “müqavilədəki ölçülərə uyğun mənzillərlə onu təmin etmək və aylıq kirayə haqqının ödənilməsi öhdəliyinin həvalə edilməsi” tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə mülkiyyət toxunulmazdır və qanunla müdafiə olunur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə onu da qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. (Mülki Məcəllənin 404.1 və 2-ci maddəsi) Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında 25 yanvar 2019-cu il tarixdə bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən, Cavabdeh MMC «Mülkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 4 (dörd) otaqlı, ümumi sahəsi 67 kv/m mənzilin dövlət reysterində çıxarışda göstərilmiş ( və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə etməklə 2-ci girişində 4-cü mərtəbədə tam təmirli 1 (bir) otaqlı, ümumi sahəsi 33 kv/m olan mənzili və 2-cı girişdə, 4-cü mərtəbədə ümumi sahəsi 51 kv/m olan iki otaqlı tam təmirli mənzili «Mülkiyyətçi»-nin mülkiyyətinə verməsi barədə öhdəlik götürmüşdür. Bundan başqa Müqavilənin 2.1.2-ci bəndinə əsasən, "Mülkiyyətçi"-nin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayışı məqsədi ilə dörd otaqlı mənzili üçün aylıq 550 ( beş yüz əlli) manat kirayə haqqı almaq hüququ təsbit edilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə nəzər yetirsək, hazırki mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olar. Belə ki, tərəflər arasında müqavilə 25 yanvar 2019-cu il tarixdə bağlanmışdır. İş üzrə təyin edilmiş ekspertiza rəyi ilə ünvan 4 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilən binanın 2-ci girişdə, 4-cü mərtəbəsində yerləşən iki mənzildən birinin sahəsinin 50.96 kv.metr, digərinin sahəsinin isə 28.01 kv metr olduğu müəyyən edilmişdir. Belə olan halda müəyyən olunur ki, Cavabdeh MMC 25 yanvar 2019-cu il tarixli müqavilənin 1.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi tikintisi aparılmış binanın “2-ci girişində 4-cü mərtəbədə tam təmirli 1 (bir) otaqlı, ümumi sahəsi 33 kv/m olan mənzil”ə aid hissədə icra etməmişdir. Bununla da şirkət 25 yanvar 2019-cu il tarixli 169-12K/19 nömrəli müqavilənin 1.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir, habelə həmin öhdəliklərin icrasına dair hər hansı sübutlar təqdim etməmişdir. Bununla belə məhkəmə hesab edir ki, qeyd edilən müqavilənin 1.1-ci bəndinin digər mənzilə münasibətdə hər hansı pozuntusu müəyyən edilmir, bu səbəbdən də məhkəmə həmin hissədə iddia tələbini əsassız hesab edir. Məhkəmə yuxarıda göstərilənlərlə yanaşı qeyd edir ki, Cavabdeh MMC 25 yanvar 2019-cu il tarixli 169-12K/19 nömrəli müqavilənin 2.1.2-ci və 2.1.6-cı bəndlərinin də tələblərini lazımi qaydada icra etməmişdir. Belə ki, mənzillərin İddiaçı müqavilə ilə üzərlərinə götürdükləri öhdəliyə uyğun təhvil vermələri barədə sübutlar təqdim edilməmiş, nəticə də İddiaçı müqavilə üzrə mənzillər ona təhvil verilənədək müvəqqəti yaşayış məqsədilə almalı olduğu aylıq 550 manat kirayə pulundan məhrum olmuşdur. Göstərilənlərə əsasən məhkəmə, ilkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinin “kirayə haqqının ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, ilkin iddiaçı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur, bu səbəbdən də ilkin iddia bu hissədə təmin edilməli, Cavabdeh MMC-dən 2020-ci ilin noyabr ayından (tarixlə bağlı məsələ mübahisəndirilmir) etibarən 550 manat kirayə haqqının ödənilməsi öhdəliyi həvalə edilməlidir. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Məhkəmə bildirir ki, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında 25 yanvar 2019-cu il tarixli 169-12K/19 nömrəli müqaviləsi bağlanan zaman Azərbaycan Respublikasının MM-də iddiaçının qeyd etdiyi əsaslar üzrə, yəni müqavilənin tərtibatı zamanı texniki qüsur baş verməsi, göstərilən ünvanda cavabdehə məxsus yalnız bir mənzilin olması, müqavilə bağlanan zaman texniki səhvə yol verilməsi, bununla da iddiaçının əhəmiyyətli dərəcədə ziyana məruz qalması, bu səbəbdən də 25 yanvar 2019cu il tarixdə bağlanmış müqavilənin texniki qüsur nəticəsində bağlanmış əqd olması, bununla da etibarsız əqd olması ilə əsaslandırmışdır. Lakin göstərilən hallar müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyildir, digər tərəfdən həmin hallar formal mülahizələrə əsaslanmaqla, məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Məhkəmə ümumiyyətlə hesab edir ki, hazırda iddiaçının müqavilənin etibarsızlığı üçün gətirdiyi əsaslar mülki qanunvericiliyin əqdlərin etibarsızlığı əsaslarının dispozitiv şərtlərinə uyğun gəlmir. Göründüyü kimi müqavilə ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsızlığı ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş əqdlərin mübahisələndirilməsi üçün müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ilkin iddia üzrə iddiaçının tələbi təmin edildiyindən, Cavabdeh MMC-dən iddiaçının xeyrinə 30 (otuz) manat, dövlət rüsumu, eyni zamanda vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 200 manat xidmət haqqı tutulmalı və 50 (əlli) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Habelə qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. "Cavabdeh" MMC-nin üzərinə 25 yanvar 2019-cu il tarixli müqavilə üzrə İddiaçı ümumi sahəsi 33 kv metr olan mənzillə təmin etmək və 2020-ci ilin noyabr ayından etibarən 550 manat kirayə haqqının ödənilməsi öhdəliyi həvalə edilsin. "Cavabdeh" MMC-dən 200 manat hüquqi yardım üçün ödənilmiş pul və 30 manat dövlət rüsumu tutulsun İddiaçı xeyrinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul "Cavabdeh" MMC-dən tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar