Məhkəmə qərarları › İş №2(005)-3257/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3257/2021

21.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3257/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, özünün, Alıyeva (SOFYEVA) Səlminaz Göycə qızının xx xxxxxx 1938-ci ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olması barədə doğum haqqında akt qeydinin bərpa olunmasına və 10.10.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş 03.05.1936-cı il tarixdə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuş X5 bacısı olması faktının müəyyən edilməsinə təsdiqlənməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1938-ci ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuşdur. 1988-ci il hadisələri zamanı Bakı şəhərinə köçdükləri zaman doğum haqqında şəhadətnaməsi itmiş bu günə kimi onu əldə edə bilməmişdir. Həmçinin ondan başqa mərhum bacısı 10.10.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş 03.05.1936-cı ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuş X5 da, doğum haqqında şəhadətnaməsi köçkün düşdükləri zamanda itirilmişdir. Mərhum bacısı X14 03.05.1936cı ildə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuşdur. Vəfat etdiyi tarixədək nikah münasibətində və övladı olmamışdır. Hal-hazırda mərhu bacısı X5 ölümündən sonra Bakı şəhəri Nərimanov rayonu, M.Əlizadə küçəsi 15 saylı fərdi yaşayış evi miras qalmış, onun yeganə vərəsəsi ərizəçi olduğundan mirası o qəbul etməli, hər ikisinin doğum haqqında şəhadətnaməsi olmadığından notariat kontorunda vərəsəlik işinin açılması mümkün olmamaqla yanaşı mirası qəbul etmək hüququndan hazırki vəziyyətdə məhrum olmuşdur. Ərizəçinin xx xxxxxx 1938-ci ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olması barədə doğum haqqında akt qeydinin bərpa olunmasına və 10.10.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş 03.05.1936-cı ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuş X5 bacısı olması faktı müəyyən olunmalıdır. Məsələ ilə əlaqədar Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət olunmuş, Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi ona ərizəçi ilə bağlı 02.06.2021-ci il tarixli, 114 saylı, mərhum bacısı ilə bağlı isə 02.06.2021-ci il tarixli, 115 saylı imtina məktubu təqdim edərək bildirmişdir ki, doğum haqqında akt qeydinizin və bacınız X5 doğumu haqqında akt qeydinin bərpa olunması haqqında ərizənizə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001ci il tarixli, 52 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və qaydalarının müəyyən edən Əsas Müddəaların” 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən müddəanın 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Ərizəçi həyat yoldaşı X18 ilə 1954cü il tarixdə Ermənistan Respublikasında nikaha daxil olmuş, nikaha daxil olduğu zaman ata soyadı SOFYEVA kimi qeyd edilmişdir. Həyat yoldaşı X18 2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında Ərizəçi vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun bibisiqızıdır. X7, anası X6r. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi anasının bibisiqızıdır. Ərizəçinin Müşkünaz adlı bacısının olduğunu və ailə qurmadığını bildirmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X16 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi və Müşkünaz onun bibisidir. X1 bacısı olmuşdur. O, ailə qurmamış, övladı da olmamışdır. Ərizəçinin X7, anası X6r. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 27.06.2005-ci il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1938-ci il tarixdə Ermənistanın Kalinin rayonunda anadan olmuş və hazırda ünvan 2 ünvanında qeydiyyatdadır; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim olunmuş X5 ölüm akt qeydinin surətindən görünür ki, o, 10.10.2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən Bakı şəhəri, M.Əlizadə küçəsi, ev 15 ünvanında vəfat etmişdir. Nərimanov rayonu Qeydiyyat şöbəsi tərəfindən 19.10.2020-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 121991 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X14 10.10.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14.10.2020-ci il tarixdə 688 nömrə ilə qeyd edilmişdir; Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 011700 nömrəli 09.02.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X10 məxsus olmuşdur; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin 02.06.2021-ci il tarixli, 114 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin 02.06.2021-ci il tarixli, 115 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. 07.06.2021-ci il tarixli qəbzə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə ərizəçinin “10.10.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş 03.05.1936-cı il tarixdə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuş X5 bacısı olması faktının müəyyən edilməsi” tələbi ilə bağlı qeyd edir ki, qohumluq faktının müəyyən edilməsi ərizəçinin bəzi hüquqi və sosial problemlərin həll edilməsi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasında hüquqi əhəmiyyəti olduğundan, lakin Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsi şəxslər barəsinə akt qeydinin arxivdə mövcud olmaması səbəbindən imtina etməsi nəticəsində ərizəçi qohumluq münasibətlərini təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X2 Səlminaz Göycə qızının bacısıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1938-ci il tarixdə Ermənistan Respublikası Kalinin rayonunda doğulmuşdur. Ərizəçi hazırda ünvan 2 ünvanda yaşayır. Doğum akt qeydinin edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə doğum akt qeydinin edilməsi üçün zəruri sənədlər olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə sənədləşdirilmə və bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Nəbiyeva (Alıyeva) Laləzər Paşa qızı 01.01.1927-ci il təvəllüdlü X12 bacısı olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir.. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Milliyyətcə azərbaycanlı olan Ərizəçi Ermənistan Respublikası Kalinin rayonunda xx.xx.1938-ci il tarixdə anadan olması faktı təsdiq olunsun. xx.xx.1938-ci ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuş Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında xx.xx.1938-ci il, doğum yeri qrafasında Ermənistan Respublikası Kalinin rayonu, atası qrafasında (milliyyətcə azərbaycanlı olan) X19, anası qrafasında (milliyyətcə azərbaycanlı olan) X3 göstərilsin. 10.10.2020-ci il tarixdə Bakı şəhərində ölmüş X14 xx.xx.1938-ci il təvəllüdlü Ərizəçi bacısı olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizəçi yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar