Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3266/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi İbrahimova Ramilə Namiq qızının katibliyi Ərizəçi və vəkili - X10 oglunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 21.12.2002-ci il təvəllüdlü X5 fəaliyyəti olmayan hesab edilməsi və onun üzərində qəyyum təyin edilməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 21.12.2002-ci il təvəllüdlü X5 anasıdır O, ərizəçinin himayəsindədir və onun birgə yaşayır. X9 doğuşdan etibarən ağır autizm, ağır kəmağıllıq, autizm, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitqin və digər davranış pozğunluqları olan ağır xəstədir, daima kənar şəxsin qulluğuna ehtiyacı var, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti isə müddətsizdir. Birinci dərəcəli əlildir və əmək qabiliyyəti yoxdur. (22.01.2021 tarixli Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsilə bağlı elektron arayış) X11 ən ağır dərəcəli autizm və əqli gerilik sindromundan əziyyət çəkir. Belə ki, uşaq özünü idarə edə, danışa, ona verilmiş tapşırıqlara adekvat reaksiya göstərə bilmir və daima baxıma, xüsusi qulluğa ehtiyacı vardır. Hətta, 2021-ci ilin may ayında Fəridə 1 saylı ASAN Xidmət mərkəzində yeni şəxsiyyət vəsiqəsi aldığı zaman Fəriddən barmaq izi götürmək mümkün olmamışdır. ASAN xidmətin əməkdaşları tərəfindən Oruclu Fəridin sağlamlıq vəziyyəti nəzərə alınaraq ondan barmaq izinin götürülə bilməməsi istisna hal kimi qeydə alınmışdır. Göründüyü kimi, oğlu bu xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir, müəyyən hərəkətlərin icrasından səbəbsiz yerə qorxur (məsələn, ASAN xidmətdəki hal). Oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olmadığından oğlunun əməllərinə görə qəyyumu kimi onun adından çıxış edə bilmir, bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş 01 fevral 2003-cü il tarixli, AZ-İ №306935 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 21.12.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası Ərizəçi qeyd olunmuşdur. Azərbaycan Respuvlikası Səhiyyə Nazirliyi 2№-li X1 ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən və məzmunundan görünür ki, X9 12.09.2019-cu il tarixdə Bakı şəhər 2№-li X2 müayinədə olmuş, ona “ağır kəmağıllılıq, kəskin imbesillik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, autizm əlamətləri ilə” diaqnozu qoyulmuşdur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş elektron arayışdan (Forma 88: №2709003AACNT) görünür ki, 21.12.2002-ci il təvəllüdlü X9 22.01.2021-ci il tarixdə müayinə edilərək “Qulluq və müalicə tələb edilən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, autizm əlamətləri ilə, nitqin və digər və dəqiqləşdirilməmiş pozğunluqları” diaqnozu ilə müddətsiz İ dərəcəli əlillik təyin edilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının 1851 nömrəli 18 avqust 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, X6 “ağır dərəcəli kəmağıllılıq, autizm əlamətləri ilə” müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkələrini idarə etmək iqtidarında deyil. Buna görə də X9 onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 21.12.2002-cı il təvəllüdlü X7 anasıdır. X7 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 məhkəmə psixiatrik ekspertizasının 1851 nömrəli 18 avqust 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, X6 “ağır dərəcəli kəmağıllılıq,autizm əlamətləri ilə” müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkələrini idarə etmək iqtidarında deyil. Buna görə də X9 onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 21.12.2002-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21.12.2002-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3266/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3266/2021
20.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver