Məhkəmə qərarları › İş №2(005)-3269/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3269/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3269/2021 10.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə, "Külək” MMC Hərrac mərkəzinə və Cavabdeh2nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X9 Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə, "Külək” MMC Hərrac mərkəzinə və Cavabdeh2nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X9 Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilin satılmasına dair Respublika Xammal və Əmtəə Birjası “Külək" MMC tərəfindən təşkil edilmiş 26.08.2019-cu il tarixli hərracın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsinə Abşeron rayon məhkəməsində baxılmış, iddia qismən təmin edilmiş, İddiaçı cəmi 22462,09 manat məbləğində kredit borcunun tutulması qət edilmişdir. Abşeron rayon İcra və Prcbasiya şöbəsi tərəfindən Abşeron rayon məhkəməsinin 2-012- 3275/2017 saylı icra sənədinə əsasən icra sənədi üzrə 29.03.2019-cu il tarixdə icraata başlanılmışdır. İddiaçının məlumatı olmadan ödənilməli olan kreditin təminatı qismində ipoteka predmeti kimi Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzili barədə Cavabdeh2 tərəfindən Respublika Xammal və Əmtəə Birjası “Külək'' MMC-yə sifariş göndərilmiş, sonuncu tərəfindən iddiaçıya hər hansı bildiriş göndərilmədən hərrac keçirilmişdir. Nəticədə ipoteka predmeti olan mənzil 29325 (iyirmi doqquz min üç yüz iyirmi beş) manat qiymətlə “Unibank" KB ASC-yə satılmışdır. Göründüyü kimi Cavabdeh2 sifarişinə əsasən “Külək" MMC iddiaçıya məlumat vermədən ipoteka predmeti olan Abşeron rayonu. Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilini həddindən artıq ucuz qiymətə satmışdır. Hərracın keçirilməsinin vaxtı və yeri barədə iddiasçıya heç bir məlumat verilməmişdir. Eyni zamanda nəzərə alınmamışdır kı, borclu tərəfindən imkan olduqca ödəniş icra edilmişdir. Bu məqsədlə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul məbləği iddiaçı tərəfindən tələbkara ödənilmişdir. Hərrac təşkilatı qeyd olunan hüquq normasının tələblərini pozaraq ipoteka predmeti olan mənzili öz mülkiyyətinə keçirmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin olinmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Xammal və Əmtəə Birjası "xxxx" MMCyə, "Külək” MMC Hərrac mərkəzinə və Cavabdeh2nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X9 Səhmdar Cəmiyyətinə məlumat verilsə də, cavabdehin və üçüncü şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs "xxxx" X9 Səhmdar Cəmiyyəti 27.07.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, bildirmişdir ki, məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə və Cavabdeh2nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair” 2(005)-3269/2021 saylı mülki iş üzrə hərracın keçirilməsi ilə bağlı müvafiq təsdiqedici sənədləri təqdim edərək qeyd etmişlər ki, müvafiq iş üzrə tərəflərə hərracın keçirilməsi barədə bildirişlər göndərilsə də, həmin bildirişlərin qəbul edilməsindən imtina etmişlər. Bu səbəbdən hazırki iddianın əsassız olduğu qənaətindədirlər. Qeyd olunanlara əsasən İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə və Cavabdeh2nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair” iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Abşeron Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli, 2(012)-3275/2017 saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsinin surətindən və məzmunundan görünür ki, iddia qismən təmin edilərək, İddiaçı 19509,70 manat əsas borc, 2852,39 manat faiz borcu, 100 (yüz) manat məbləğində cərimə olmaqla, cəmi 22462.09 (iyirmi iki min dörd yüz altmış iki manat doqquz qəpik) manat məbləğində kredit borcu, 10 (on) manat məhkəmə xərci və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq. “Unibank" KB ASC-nin xeyrinə verilməsi, tələb ipoteka predmeti olan İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27 məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilinə yönəldilməsi, mənzil açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı “Unibank" KB ASC-ye olan cəmi cəmi 22462,09 (iyirmi iki min dörd yüz altmış iki manat doqquz qəpik) manat kredit borcu, 30 (otuz) manat məhkəmə xərci və iş üzrə ödənilmiş 30 (otuz) manat mobloğində dövlət rüsumunun əvəzinin ödənilməsi, İpoteka predmetinin ilkin satış qiyməti 46000 (qırx altı min) manat müəyyən edilməsi, “Unibank" KB ASC-yə ödənilməli olan kredit borcu, məhkəmə xərci və dövlət rüsumunun əvəzi Ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 26.08.2019-cu il tarixli hərracın yekunları barədə 40/03 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçıməxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzili ilkin satış qiyməti 46000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 39100 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə 29325 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən əldə edilmişdir. hərracın keçirilməsinə dair 28.06.2019-cu il tarixli 01 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzilin açıq auksion formasında hərracın keçirilməsi 29 iyul 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir; hərracın keçirilməsinə dair 02.08.2019-cu il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzilin açıq auksion formasında hərracın keçirilməsi 14 avqust 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir; “Birja yenilikləri” qəzetinin 28 iyun-04 iyul 2021-ci il tarixli buraxılışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzilin hərracı barədə elan dərc edilmişdir; “Birja yenilikləri” qəzetinin 12-18 iyul 2019-cu il tarixli buraxılışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzilin hərracı barədə elan dərc edilmişdir; “Birja yenilikləri” qəzetinin 16-22 avqust 2019-cu il tarixli buraxılışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzilin hərracı barədə elan dərc edilmişdir; 24.07.2019-cu il tarixli Aktın surətindən görünür ki, X10 MMC "tərəfindən Xırdalan şəhəri, məhəllə 27, ev 1,mənzil 21 ünvanında yaşayanlara X2, X5, X3 çatdırılması üçün „Fabo Express" şirkətinə 22.07.2019-cu il tarixində məktub təqdim olunmuşdur. Kuryer həmin ünvanda olmuş, X2 məktubu qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən, göndəriş ünvan sahibinə təqdim olunmadan 24.07.2019-cu il tarixində „X10 MMC "-nə geri qaytarılmışdır. 24.07.2019-cu il tarixli Aktın surətindən görünür ki, X10 MMC "tərəfindən Xırdalan şəhəri, məhəllə 27, ev 1, mənzil 21 ünvanında yaşayanlara İddiaçı Kazım qızı, X5, X6 və X4 çatdırılması üçün “Fabo Express" şirkətinə 01.07.2019-cu il tarixində məktub təqdim olunmuşdur. Kuryer həmin ünvanda olmuş, X6 məktubu qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən, göndəriş ünvan sahibinə təqdim olunmadan 08.07.2019-cu il tarixində “X10 MMC "-nə geri qaytarılmışdır. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərracın keçirilməsinə dair bildirişləri ilə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzilin açıq auksion formasında satışa çıxarılmasına dair keçiriləcək hərracın vaxtı və yeri barədə iddiaçını məlumatlandırmaq üçün lazımi hərəkətləri icra etmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə, "Külək” MMC Hərrac mərkəzinə və Cavabdeh2nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X9 Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar