Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3281/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı Göyçayski X4 Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Göyçayski X4 cavabdeh «Akkord STİK” ASC-yə qarşı “əmək mübahisələri və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Göyçayski X4 cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılarkən hesablanıb ona verilməmiş 2020-ci ilin oktyabr, noyabr və dekabrın 07-dək olan əmək haqqısının, habelə 2 il – 2019 və 2020-ci illər üzrə məzuniyyətə çıxmadığı halda işdən azad olarkən istifadə etmədiyi məzuniyyət pulunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 2019-cu ilin yanvar ayının 3-dən "xxxx" Sənayə-İnvestisya Korporasiyası ASC-də təhlükəsizlik məsələləri üzrə müşavir işləmişdir. İşlədiyi müddətdə ona 2020-ci ilin oktyabr, noyabr və dekabrın 07-dək olan əmək haqqısı verilməyib, habelə 2 il – 2019 və 2020-ci illər üzrə məzuniyyətə çıxmadığı halda işdən azad olarkən istifadə etmədiyi məzuniyyət pulu verilməmişdir. Əmək haqqı və məzuniyyət pulunun verilməsi üçün cavabdeh təşkilata dəfələrlə müraciət etsə də, cavabdeh təşkilat əmək hüquqlarını pozmaqda davam edərək, müraciətə cavab verməmişdir. Bununla bağlı Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nın Bakı şəhəri İdarəsinə müraciət etmiş, lakin əmək mübahisəsi həll edilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" Sənayə-İnvestisya Korporasiyası ASCnin nümayəndəsi X7 növbəti məhkəmə iclasında iddiaya etiraza dair bütün sübutları təqdim edəcəyini bildirsə də məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Muğanbank ASC-də Göyçayski X5 01.01.2019-cu il tarixdən 21.06.2021-ci il tarixədək əmək haqqının ödənilməsinə dair hesabdan çıxarışdan görünür ki, 2020-ci ilin oktyabr, noyabr və dekabrın 07-dək olan əmək haqqısının, habelə 2 il – 2019 və 2020-ci illər üzrə məzuniyyətə çıxmadığı halda işdən azad olarkən istifadə etmədiyi məzuniyyət pulu ödənilməmişdir. Göyçayski X5 aid əmək kitabçasının surətindən görünür ki, Göyçayski X9 03.01.2019cu il tarixdə "xxxx" Sənayə-İnvestisya Korporasiyası ASC-də təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə qəbul edilmiş və 07.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhəri idarəsinin Göyçayski X5 ünvanladığı 04.05.2021-ci il tarixli məktubundan görünür ki, təqdim olunmuş əmək haqqı bank hesabından çıxarışa baxış zamanı əmək haqqının və son haqq-hesabın ödənilməsində qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən cəmiyyətin rəhbəri B.Həmidov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən intibati xəta haqqında protokol tərtib edilmişdir. Göyçayski X9 ilə «Akkord STİK” ASC arasında 03.01.2019-cu il tarixdə əmək müqaviləsi imzalanmışdır. Əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və qeyd olunan müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində işəgötürən və (və ya) işçi əmək müqaviləsinə xitam verilməsini tələb etmirsə, əmək müqaviləsi eyni müddətə uzadılmış hesab edilir. İddiaçının aylıq əmək haqqı 2470 manatdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.10.2021-ci il tarixli, 9/5371 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubundan görünür ki, 2(005)-3281/2021 saylı iş üzrə 12.07.2021-ci il tarixdə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Buna səbəb isə məhkəmə-mühasibat eksperti qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə 09.08.2021-ci il tarixli vəsatət göndərilmiş, əmək haqqı ştat cədvəlləri, əmək haqqının verilməsinə və alınmasına dair bank hesabından çıxarış, aylıq müavinətin verilməsinə dair bank çıxarışları və diqər ödəniş sənədləri təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 129.1-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir; Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər; Həmin Məcəllənin 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir; Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Məhkəmə mülki iş üzrə gəldiyi nəticənin aşağıdakılarla əsaslandırılmasını məqbul hesab edir. İlk növbədə qeyd edilməlidir ki, əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" Sənayə- İnvestisya Korporasiyası ASC-nin nümayəndəsi X7 növbəti məhkəmə iclasında iddiaya etiraza dair bütün sübutları təqdim edəcəyini bildirsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə iş materiallarında olan sübutlar əsasında iddiaya hüquqi qiymət verilməsi qənaətinə gəlir. İşin hallarından göründüyü kimi «Akkord STİK” Açıq Səhmdar Cəmiyyəti 2020-ci ilin oktyabr, noyabr və dekabrın 07-dək olan əmək haqqısının, habelə 2 il – 2019 və 2020-ci illər üzrə məzuniyyətə çıxmadığı halda işdən azad olarkən istifadə etmədiyi məzuniyyət pulu ödənilməmişdir. Bu hal iş materiallarında olan Muğanbank ASC-də Göyçayski X5 01.01.2019-cu il tarixdən 21.06.2021-ci il tarixədək əmək haqqının ödənilməsinə dair hesabdan çıxarışdan da öz əksini tapır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X2 cavabdeh X1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, işdən çıxarılarkən, yəni 07.12.2020-ci il tarixdən hesablanıb iddiaçıya verilməmiş 2020-ci ilin oktyabr, noyabr və dekabrın 07-dək olan əmək haqqısının, 2019 və 2020-ci illər üzrə məzuniyyətə çıxmadığı halda işdən azad olarkən istifadə etmədiyi məzuniyyət pulunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi öhdəliyinin «Akkord STİK” ASC-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 07.12.2020-ci il tarixdən hesablanıb Göyçayski X5 verilməmiş 2020-ci ilin oktyabr, noyabr və dekabrın 07-dək olan əmək haqqısı, 2019-cu və 2020-ci illər üzrə ödənilməmiş məzuniyyət pulunun əvəzinin iddiaçı Göyçayski X5 ödənilməsi öhdəliyi cavabdeh «Akkord STİK” ASC-nin üzərinə qoyulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3281/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3281/2021
06.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver