Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3282/2022 30.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, maraqlı şəxs 05 saylı Asan Xidmətin notariat ofisi cəlb edilməklə, “əmlakların miras əmlak hesab edilərək aralarında bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, maraqlı şəxs 05 saylı Asan Xidmətin notariat ofisi cəlb edilməklə, əmlakların miras əmlak hesab edilərək aralarında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Tofik oğlunun nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə vəsatət təqdim edərək, Bakı şəhəri Nərimanov Rayonu Məhkəməsində müqavilələrin etibarsızlığı tələbi üzrə 2(005)-3786/2022 saylı mülki işə baxıldığını bildirmşdir. Bununla əlaqədar olaraq, həmin işə baxıb yekun məhkəmə aktı qəbul edilənədək hazırkı, yəni 2(005)-3282/2022 saylı mülki iş üzrə icraatın dayandırılmasını mhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə yazılı vəsatət təqdim edərək, 2(005)-3282/2022 saylı mülki işin 2(005)-2717/2022 saylı işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, İddiaçı və cavabdeh qismində eyni fiziki şəxslərin eyni mübahisə predmeti üzrə prosessual iştirakçılar kimi çıxış etdiklərindən hər iki mülki işin birləşdirilməsi mümkündür və işin hərtərəfli və tam araşdırılmasına kömək edəcək. Vəkil Eyni zamanda həmin tarixdə məhkəməyə yazılı müraciət edərək, digər məhkəmənin icraatında olan işlə bağlı iclasda iştirak etməli olması səbəbindən hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq vəsatətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdeh tərəfin vəsatətinə etiraz edərək, 2(005)-2717 saylı mülki işdə iddia tələbinin dəyişdirilməsinə dair vəsatətin hazırlanaraq məhkəməyə təqdim edildiyini, iddia tələbi kimi iddiaçıının adına vərəsəlik şəhadətnamələrinin verilməsini qoyulduğunu bildirmiş və bu əsasla işlərin birləşdirilməsi barədə vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 vəsatətini nəzərdən keçirib və mülki iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-3282/2022 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-2717/2022 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Belə ki, hər iki iddia ərizəsi üzrə tərəflər, tələb və iddia predmeti eynidir. İddiaçı tərəfin vəkilinin iddia tələbinin dəyişdirilməsi barədə vəsatətinin isə məhkəmə tərəfindən qəbul edilməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, həmin vəsatətdə də iddia predmetini eyni miras əmlak təşkil etdiyindən, məhkəmə hesab edir ki, hər iki tələbə bir icraatda baxmaq mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1- 169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı, maraqlı şəxs 05 saylı Asan Xidmətin notariat ofisi cəlb edilməklə, əmlakların miras əmlak hesab edilərək aralarında bölünməsi tələbinə dair 2(005)-3282/2022 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı, maraqlı şəxs 05 saylı Asan Xidmətin notariat ofisi cəlb edilməklə, əmlakların miras əmlak hesab edilərək aralarında bölünməsi tələbinə dair 2(005)-2717/2022 nömrəli mülki işlər bir icraatda birləşdirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir. Mülki Prosessual Məcəllənin 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Mülki Prosessual Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı, maraqlı şəxs 05 saylı Asan Xidmətin notariat ofisi cəlb edilməklə, “əmlakların miras əmlak hesab edilərək aralarında bölünməsi” tələbinə dair 2(005)-3282/2022 nömrəli mülki iş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı, maraqlı şəxs 05 saylı Asan Xidmətin notariat ofisi cəlb edilməklə, “əmlakların miras əmlak hesab edilərək aralarında bölünməsi” tələbinə dair 2(005)-2717/2022 nömrəli mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3282/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3282/2022
30.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver