Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-329/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Bakı şəhəri İddiaçıin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “qeyri-qanuni tikilmiş qapının, sökülmüş pəncərənin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “qeyri-qanuni tikilmiş qapının, sökülmüş pəncərənin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 138 A №-li evin 10 №-li mənzilindən açılmış qapının sökülməsi sökülmüş pəncərənin və pəncərə altı sındırılmış istinad (yükdaşıyan) divarının Cavabdeh vəsaiti hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. İddiaçı Bakı şəhəri İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu F.X.Xoyskı prospektindəki 138 A №-li evin (yataqxananın) mübahisəli 10 №-li mənzilinin mükiyyətçisi hazırki iş üzrə Cavabdehdır. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 06.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat №-li ÇİXARİŞ). Ərazi aidiyyətli 115 №-li Mənzil-Kommunal İstismar Sahəsinin tərtib etdiyi 01 10.2021 -ci il tarixli Axta əsasən Cavabdeh tərəfindən sözügedən ünvanda (F.X.Xoyski prospekti ev № 138 A) 10 № - 1 mənzilin pəncərəsi qeyri-qanuni sökülmüş, pəncərəaltı yükdaşıyan divar dağıdılmış, sakinlərin gəliş-gedişi istiqamətində küçəyə qapı açılmış, yaşayış sahəsindən istifadənin təyinatı dəyişdirilmişdir, istinad divarı əlavə yüklənmişdir. MKİS işçilərinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq Cavabdeh qeyri-qanuni tikilinin sökülərək pəncərənin bərpa edilməsini təmin etməkdən yayınır. İddiaçı Bakı şəhəri İddiaçıin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 ifadəsində bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətində işləyir. Cavabdehə məxsus əmlaka baxış keçirilərkən onun qanunsuz tikili olduğu müəyyən edilmiş və bu barədə akt tərtib edilərək dərhal Bakı şəhəri İddiaçıə məlumat verilmişdir. xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, aktı imza edənlər: 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin Sanitariya-təmizlik və qeyri-yaşayış sahələrinə nəzarət şöbəsinin müdiri Ayət Əbülfətov, 115 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Azər Cəfərov, mühəndisi Nizami Əliyev, Bakı şəhəri İddiaçıin nümayəndəsi Hüsü Nuriyevin iştirakı ilə bu aktı tərtib etdik ona görə ki, həqiqətən Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti 138A saylı yataqxana binasının 1-ci mərtəbəsində yerləşən 10 saylı mənzilin mülkiyyətçisi vətəndaş Cavabdeh tərəfindən qeyri-qanuni olaraq əsas küçə tərəfə fasad hissəyə mənzilə əlavə giriş oyuğun açılaraq dəmir qapı yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 138a, mənzil 10 Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır; 115 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski prospekti 138A saylı yataqxana binasının 1-ci mərtəbəsində yerləşən 10 saylı mənzilinə tərəfimizdən qeyri-qanuni olaraq açılmış əlavə giriş qapısının ləğv edilərək sahənin ilkin vəziyyətə gətirilməsini sizdən tələb edirik. Əks təqdirdə sizə əlavə xəbərdarlıq edilmədən tərəfimizdən müvafiq tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 138a, mənzil 10 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına xx.xx.2007-ci il tarixdə tərtib olunmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2022-ci il tarixli 10/1598 nömrəli rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 138 A saylı evin 10 saylı mənzilinə dair texniki pasportda göstərilməyən tikililərin mövcud olduğu müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 138 A saylı evin 10 saylı mənzilə dair texniki pasportda göstərilən ümümi sahəsi 47,1 m2 (5,22x9,02m), h=2,80m; tikilinin daxilində arakəsmə divarları hörülməklə, sahələri 12,7 m2 (2,45x5,20), h=2,80m, 9,5m2 (1,20x2,45m+2,35x2,80), h=2,80m, 2,3m2(2,25x1,05m),h=2,80m, 19,7m2 (3,80 x 5,20),h=2,80 m tikililərin yaradıldığı müəyyən edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu F.X.Xoyskı prospektindəki 138 A №-li evin (yataqxananın) mübahisəli 10 №-li mənzilinin mükiyyətçisi hazırki iş üzrə Cavabdehdır. Ərazi aidiyyətli 115 №-li Mənzil-Kommunal İstismar Sahəsinin tərtib etdiyi 01 10.2021-ci il tarixli Akta əsasən Cavabdeh tərəfindən sözügedən ünvanda (F.X.Xoyski prospekti ev № 138 A) 10 №-1 mənzilin pəncərəsi qeyri-qanuni sökülmüş, pəncərəaltı yükdaşıyan divar dağıdılmış, sakinlərin gəliş-gedişi istiqamətində küçəyə qapı açılmış, yaşayış sahəsindən istifadənin təyinatı dəyişdirilmiş, istinad divarı əlavə yüklənmişdir. Hazırda iddiaçı məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 138 A №-li evin 10 №-li mənzilindən açılmış qapının sökülməsi sökülmüş pəncərənin və pəncərə altı sındırılmış istinad (yükdaşıyan) divarının Cavabdeh vəsaiti hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 138 A saylı evin 10 saylı mənzilinə dair texniki pasportda göstərilməyən tikililərin mövcud olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti 138A saylı yataqxana binasının 1-ci mərtəbəsində yerləşən 10 saylı mənzilin mülkiyyətçisi vətəndaş Cavabdeh tərəfindən qeyri-qanuni olaraq əsas küçə tərəfə fasad hissəyə mənzilə əlavə giriş oyuğun açılaraq dəmir qapı yerləşdirilməsi təqdim edilmiş sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 138 A №-li evin 10 №-li mənzilindən açılmış qapı sökülsün, sökülmüş pəncərə və pəncərə altı sındırılmış istinad (yükdaşıyan) divarı Cavabdeh vəsaiti hesabına bərpa edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilsin Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-329/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-329/2022
13.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver