Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3298/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Abşeron rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “X13 protokolunun etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Külək" MMC-nin tərtib etdiyi 19.03.2020-ci il tarixli, 21\01 nömrəli X13 Protokolun etibarsız hesab edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 16 mart 2018-ci il tarixli, 2(011)-1303\2018 saylı qətnaməsi ilə iddiaçı “TBC Kredit “Bokt MMC-nin İddiaçı və X6 qarşı iddiası qismən təmin edilmişdir. BAKUO-327-3902 saylı, 30 dekabr 2014-cü il tarixli razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22641,10 ABŞ dolları məbləğində əsas borc, 10544,38 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 35185,48 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Eyni zamanda BAKUO-327\4882 saylı, 11 noyabr 2015-ci il tarixli razılaşmaya xitam verərək, həmin razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22709,80 ABŞ dolları məbləğində əsas borc, 5605,75 ABŞ dolları məbləğində faiz borcu, 7500 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 35815,55 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçıya verilməsi qət edilmişdir. Bundan başqa tələb ipoteka ilə yüklü edilmiş və X4 mülkiyyətində olan, ilkin satış qiyməti 60000 manat müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlak hərracdan satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. Belə ki, qətnamədən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 110 000 (yüz on min) manat müəyyən edilmişdir. Qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6758\2018 saylı, 17.10.2018-ci il tarixli icra vərəqəsinin təmin olunması məqsədi ilə Abşeron rayon icra şöbəsi 27\22-7916-30 saylı 07.01.2020-ci il tarixli sifariş məktubunu hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərmişdir. Nəticə etibarı ilə hərrac baş tutmuş və 19.03.20-ci il tarixli X13 Protokola əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi 70125 (yetmiş min yüz iyirmi beş ) manat “TBC KREDİTBOKT MMC-yə satılmış, hərrac qanunsuz olaraq keçirilmişdir. Hərracın keçirilən vaxtı pandemiya şəraitində vətəndaşların küçəyə çıxmasına məhdudiyyətlər qoyulmuşdur. Ondan əlavə hərracın keçirilməsinə dair ona hər hansı bir bildiriş verilməmişdir. Bu baxımdan da hərracın keçirilməsindən onun məlumatı olmamışdır. Cavabdehlər tərəfindən ondan xəbərsiz hərracın keçirməsi birbaşa onların konstitusion hüquqlarını pozmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X17 iddia tələbini əsassız hesab edərək rədd olunmasını xahiş etmiş, göstərmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" Bank Olmayan Kredit X9 Cəmiyyətinə verilməsi, cəmi 35815,55 (otuz beş min səkkiz yüz on beş dollar 55 sent) ABŞ dolları məbləğində İddiaçı və X1 müştərək qaydada alınaraq verilməsi, tələb X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi, ilkin satış qiyməti 60000 (altmış min) manat məbləğində olmaqla açıq hərracdan satılması qət olunmuş və həmin qətnamə qüvvəyə minmişdir. Hərracda satılaraq artıq "xxxx" MMC-nin balansına keçmişdir. Hərarcın keçirilməsi zamanı hər hansı hüquq pozuntusuna yol verilməmişdir. İddiaçının qeyd etdikləri mülahizələrə əsaslanır. Digər cavabdehə, habelə üçüncü şəxsə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdeh və üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə bu cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(011)-1303\2018 saylı qətnaməsi ilə BAKU0-327-3902 saylı, 30 dekabr 2014-cü il tarixli razılaşmaya asasan ödəniş gününə qüvvədə olan məzənnə ilə 22641,10 (iyirmi iki min altı yüz qırx bir dollar 10 sent) ABŞ dolları məbləğində əsas borc 10544,38 (on min beş yüz qırx dörd dollar 38 sent) ABŞ dolları məbləğində faiz borcu və 2000 (iki min) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 35185,48 (otuz beş min yüz səksən beş dollar 48 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı İddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" Bank Olmayan Kredit TəşkilatTMəfiHüd Məsuliyyətli Cəmiyyətinə verilməsi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında bağlanmış BAKU0-327-4882 saylı, 11 noyabr 2015-ci il tarixli razılaşmaya xitam verilməsi, BAKU0- 327-4882 saylı, 11 noyabr 2015-ci il tarixli razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22709.80 (iyimıi iki min yeddi yüz doqquz dollar 80 sent) ABŞ dolları məbləğində, əsas borc, 5605.75 (beş min altı yüz beş dollar 75 sent) ABŞ dolları məbləğində faiz borcu, və 7500 (yeddi min beş yüz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 35815,55 (otuz beş min səkkiz yüz on beş dollar 55 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı İddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyətinə verilməsi, bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" Bank Olmayan Kredit X8 Cəmiyyətinə verilməsi, tələb X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 60000 (altmış min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" Bank Olmayan Kredit X9 Cəmiyyətinə olan borc ödənilməsi, ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay müddətinə boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6758\2018 saylı, 17.10.2018-ci il tarixli iddiaçı "xxxx" BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin, cavabdehlər İddiaçı və X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1303/18 saylı, 16 mart 2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, tərəflər arasında bağlanmış BAKU0-327-3902 saylı, 30 dekabr 2014-cü il tarixli razılaşmaya xitam verilməsi və sığorta haqqına görə iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada 287,66 (iki yüz səksən yeddi manat, altmış altı qəpik) manat tutulması, tərəflər arasında bağlanmış 30.12.2014-cü il tarixli BAKU0-327-3902 saylı razılaşmaya görə cavabdehlərdən dəbbə puluna görə 300 (üç yüz) ABŞ dolları, 11 noyabr 2015-ci il tarixli razılaşmaya görə isə 500 (beş yüz) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) tutulması, ipoteka predmeti olan, ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 110 000 (yüz on min) manat müəyyən edilməsi, qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir; Həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-2(102)-2326/2019 nömrəli, 10 aprel 2019-cu il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6758\2018 saylı, 17.10.2018-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ümumi sahəsi 65.80 kv.m olan ünvan 2, ev 1 saylı fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ kimi "xxxx" BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 01.04.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 17.01.2020-ci tarixli, 01/99 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 110.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 5500 manat olmaqla hərraca çıxarılması və hərracın 17 fevral 2020-ci il tarixdə saat 15:15-15:25-dək ünvan 3 ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsi, "xxxx" MMC-yə və X5 və İddiaçı məlumat verilmişdir; Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 21.02.2020-ci tarixli, 01/481 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 110.000-15%=93500 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 4675 manat olmaqla hərraca çıxarılması və hərracın 04 mart 2020-ci il tarixdə saat 11:00-17:00-dək ünvan 3 ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsi, "xxxx" MMC-yə və X5 və İddiaçı məlumat verilmişdir; Açıq X13 19.03.2020-ci tarixli, 21/01 nömrəli protokolunun surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6758/2018 saylı, 17.10.2018-ci il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 27/22-7916-3O saylı, 07.01.2020-ci il tarixli sifariş məktubunun və "xxxx" BOKT MMC-nin müvafiq məktubunun icrasına ilkin hərrac qiyməti 110.000 (bir yüz on min) manat olan X5 məxsus fərdi yaşayış evini və 0,10 ha torpaq sahəsini 70125.000 manata ipoteka saxlayan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X11 əldə etmişdir; 10.09.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, açıq X13 19.03.2020ci tarixli, 21/01 saylı protokoluna əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6758/2018 saylı, 17.10.2018-ci il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 27/22-7916- 3O saylı, 07.01.2020-ci il tarixli sifariş məktubunun və "xxxx" BOKT MMC-nin müvafiq məktubunun icrasına ilkin hərrac qiyməti 110.000 (bir yüz on min) manat olan X5 məxsus fərdi yaşayış evini və 0,10 ha torpaq sahəsini 70125.000 manata ipoteka saxlayan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X11 əldə etmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, onun faktiki olduğu yerinə bildiriş göndərilmədiyini, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsi, habelə qiymətləndirilməsinin obyektiv olmadığını, yenidən qiymətləndirilməli olmasını tələb edir. Cavabdeh tərəf hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh tərəfindən borclu “İslamoğlu” istehsalat müəssisəsinin hüquqi ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və hərrracın keçirilməsi və keçirilmiş hərracların baş tutmaması barədə elanlar dərc edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, göründüyü kimi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildirişlər göndərilmiş, eyni zamanda, qanunvericiliyi tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilmişdir. Məhkəmə onu da vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı üzrə göndərilməsi, habelə qəzetlərin ona göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki olduğu ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun ozünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Şərh olunanlara əsasən məhkəmənin qənaəti bundan ibarətdir ki, mübahisələndirilən hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi hərracda əmlakı əldə edən şəxsin əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Abşeron rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “X13 protokolunun etibarsız sayılması” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Abşeron rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “X13 protokolunun etibarsız sayılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3298/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3298/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver