Məhkəmə qərarları › İş №2(005)-3303/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3303/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3303/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi Cavabdeh1nə, “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3nə qarşı “hərracın nəticələri barədə yekun protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi Cavabdeh1nə, “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3nə qarşı “hərracın nəticələri barədə yekun protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi “xxxx” MMC-nin “Hərracın yekunları barədə” xx xxxx 2020-ci il tarixli, 20/01 nömrəli yekun protokolunun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən tərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi həyat yoldaşı X6 mülkiyyətidə olmuş, həyat yoldaşı X12 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir Mərhum həyat yoldaşı X12 xx xxxxxx 2013-cü il tarixində cavabdeh '*tJnibank” KB ASC ilə 09/13SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış: xx.xx.2014-cü il tarixli 09-3/13SU saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək illik 22% ödəmək şərtilə 50.500 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 21mspSlJM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə xx.xx.2016-cı il tarixədək illik 28% ödəmək şərtilə 3000 AZN məbləğində kredit götürmüşdür. Həmin kreditin əsas təminatı kimi müqavilə bağlanan zaman X8 məxsus olan Abşeron rayonu. Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx" KB ASC ilə X12 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 09/13SU saylı və xx.xx.2014-cü il tarixli 09-3/13SlJ saylı əlavə kredit müqaviləsi ləğv edilməsi. xx.xx.2014-cü il tarixli 09-3/13SU saylı əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 34851,10 ABŞ dolları əsas borc, 4271,38 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla ümumilikdə 39172.48 ABŞ dolları; xx.xx.2014-cü il tarixli 21mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 2979,98 manat, faiz borcu üzrə 257,05 manat olmaqla ümumilikdə 3237,3 manat məbləğində borc cavabdeh X5 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə tutulması, tələbin “xxxx” KB ASC ilə cavabdeh X12 ilə bağlanmış xx xxxxxx 2013-cü il tarixli 09/13SU saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinə yönəldilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin ilkin satış qiyməti 67000 manat müəyyən edilməsi, ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin xx.xx.2014-cü il tarixli 09-3/13SU saylı əlavə kredit müqaviləsi üzrə 39172,48 ABŞ dolları və xx.xx.2014-cü il tarixli 21mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 3237,3 manat məbləğində pulun iddiaçı “xxxx" KB ASC -nin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına cavabdeh X6 banka olan borcu ödənildikdən sonra qalan məbləğin cavabdeh X8 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 60 manat xidmət haqqının X5 tutularaq “xxxx" ASC-nin xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat xərcin cavabdeh X5 alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 3217/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi yaşayış sahəsindən çıxarılmaması və ipoteka predmetinin ilkin salış qiyməti hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan 1 ay ərzində cavabdehlər X6 və İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsindən çıxarılması; Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 81000 manat müəyyən edilməsi qət edilmişdir. Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh3 sifarişi üzrə açıq hərraca çıxarılmış və Azərbaycan Respublikası Respublikası Xammal və X24 Mərkəzi “xxxx" MMC-nin 20/01 nömrəli, xx xxxx 2020-ci il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 81000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında" AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda - 15% və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 51637,50 manat müəyyən edilmiş və həmin mənzil xx xxxx 2020-ci il tarixdə hərracın yekunları üzrə alqı- satqı müqaviləsi bağlanaraq cavabdeh “xxxx” ASC tərəfindən alınmışdır. Qeyd olunduğu kimi, X12 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququna dair onun qanun üzrə vərəsəsi hüququna dair şəhadətnaməyə əsasən o, İddiaçı qanun üzrə vərəsə kimi tanınmış, digər vərəsələr, yəni övladları da öz miras paylarını ona bağışlamışlar. Hərracın keçirilməsi ilə əlaqədar bildirişlər onun yəni, İddiaçı ünvanına gəlməmiş, hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Cavabdeh3 icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamış, Hərrac vəfat etmiş borclunun hüquqi varisi işə cəlb olunmadan, hüquq varisliyi qaydası gözlənilmədən və məlumat verilmədən gizli keçirilmişdir. Bu səbəbdən o, Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi “xxxx” MMC-nin “Hərracın yekunları barədə” xx xxxx 2020-ci il tarixli, 20/01 saylı yekun protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının iddiasının əsaslı olduğunu bildirərək iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iddia tələbinni əsassız hesab edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi “xxxx” MMC və Cavabdeh3 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmənin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli 2(005)-3303/2020 nömrəli sorğularına cavab olaraq, Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi “xxxx” MMC tərəfindən keçirilmiş hərraca dair bütün sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3217/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi cavabdehlərin yaşayış sahəsindən çıxarılmaması və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay ərzində cavabdehlər cavabdehlər X12 və X2 Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və onun yerləşdiyi torpaq sahəsindən çıxarılması, İpoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ilkin satış qiymətinin 81000 (səksən bir min) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, həmçinin Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdeh X5 alınaraq X18 hesabına köçürülməsi qət edilmişdir.. İş materiallarında olan AZ-İİ seriyalı, 052797 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx xxxxxx 2019-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X6 vərəsələri oğlu X14, digər oğlu X13, anası X7 və arvadı İddiaçı müəyyən olunmuşlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Miras payın bağışlama müqaviləsindən görünür ki, X14, X13 və X1 rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,06 ha torpaq sahəsindən onlara düşən miras paylarını İddiaçı bağışlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 39/3 saylı protokolununun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin ilkin satış qiyməti 81000 AZN, ipoteka predmetinin təkrar hərracdakı satış qiyməti 68850 manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25 % aşağı olan satış qiyməti isə 51637,50 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi “xxxx” MMC tərəfindən X10 və İddiaçı ünvanlanmış Hərracın keçirilməsinə dair 01 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixdə saat 11:00- 17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş X10, İddiaçı göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi “xxxx” MMC tərəfindən X10 və İddiaçı ünvanlanmış Hərracın keçirilməsinə dair 02 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixdə saat 11:00- 17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş X10, İddiaçı göndərilmişdir. İş materiallarında olan 047890 №-li qaimənin surətindən görünür ki, Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi “xxxx” MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər X10 və İddiaçı xx.xx.2020-ci il tarixdə göndərilmiş, İddiaçı tərəfindən qəbuldan imtina edilmişdir. İş materiallarında olan 042706 və 042707 №-li qaimələrin surətindən görünür ki, Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi “xxxx” MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər X10 və İddiaçı xx.xx.2020-ci il tarixdə göndərilmiş, hər iki məktub qəbuldan imtina edilmişdir. İş materiallarında olan 24-xx xxxxxx 2020-ci il tarixli 202 (202) tirajlı və 07-xx xxxxxx 2020-ci il tarixli 204 (204) tirajlı “Birja Yenilikləri” qazetlərində qeyd olunan əmlakla bağlı Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi “xxxx” MMC tərəfindən elanlar yerləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi “xxxx” MMC tərəfindən X12 və İddiaçı ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair Təklifin təsdiqolunmuş surətindən görünür ki, Cavabdeh3 17/75 75 7H saylı xx.xx.2020-ci il tarixli X3na məxsus ipoteka yüklü Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə, yəni 51637,50 manat olmaqla ipoteka saxlayana təklif olunur. İş materiallarında olan hərracın yekunları barədə xx xxxx 2020-ci il tarixli protokolla əmlakların satış qiyməti 25% aşağı qiymətlə əldə edilməsinə razılıq əldə edilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında tərəfin izahatı və təqdim edilən sübutlarla müəyyən edilir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3217/2017 saylı xx xxxx 2017-ci il tarixli icra vərəqəsinə və Cavabdeh3 17/75 75 7 H saylı xx.xx.2020-ci il tarixli məktubuna əsasən Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair hərrac keçirilmişdir. X3 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş, onun qanun üzrə vərəsəsi hüququna dair şəhadətnaməyə əsasən İddiaçı qanun üzrə vərəsə kimi tanınmış, digər vərəsələr, yəni övladları da öz miras paylarını ona bağışlamışlar. Hərracın keçirilməsi ilə əlaqədar bildirişlər İddiaçı ünvanına gəlsə də o, bildirişləri qəbul etməkdən imtina etmişdr. Məhkəmə hesab edir ki, iddiaçı həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlərin Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 3 ünvan göndərilməsində hərrac təşkilatı haqlı olmuşdur. Belə ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 3 ünvan üzrə bildirişlərin qəbul edilməsindən imtina edilməsi iddiaçının yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. Protokolun və müqavilənin etibarsız hesab edilməsi, hərracın hüquqi nəticələrinin ləğv edilməsi barədə iddiaçının xahişinə məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun hüquqi qiymət verilməsini məqbul hesab edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və X24 Mərkəzi Cavabdeh1nə, “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3nə qarşı “hərracın nəticələri barədə yekun protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar